İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə32/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   28   29   30   31   32   33   34   35   ...   119
islamda ushaq terbiyesinin esaslari

Səkkizinci fəsil 
Əqiq kəsməyin müstəhəb olduğu vaxt 
Əbu  Davud  “əl-Məsəil”  adlı  kitabında  demişdir:  “Əbu 
Abdullahın  belə  dediyini  eşitdim:  “Əqiq  uşağın  doğumunun 
                                                 
86
 Bu söz əqiqin vacibliyini bildirmək üçün mübaləğə ifadə edir. Çünki sər-
çədən əqiq kəsilməsi caiz deyildir. Əqiq yalnız qurban kəsilməsi caiz olan 
heyvanlardan kəsilə bilər. (Tər.) 


68 
 
yeddinci günündə kəsilir”. Saleh ibn Əhməd demişdir: “Atam 
əqiqin  yeddinci  gündə  kəsildiyini  deyib,  kəsə  bilməsə,  on 
dördüncü gündə, əgər bu gündə də alınmazsa o zaman iyirmi 
birinci günündə kəsilir” . 
əl-Meymuni  demişdir:  “Əbu  Abdullahdan  əqiqin  nə  vaxt 
kəsiləcəyini  soruşdum.  O  dedi:  “Aişənin 
g
  görüşünə  görə 
yeddinci, on dördüncü və ya iyirmi birinci günündə kəsilir”. 
Əbu  Talib  demişdir:  “İmam  Əhməd  dedi  ki,  əqiq  iyirmi 
birinci  günə  kimi  kəsilir.  Bunun  dəlili  öncədən  qeyd  olunan 
Səmra  hədisidir.  “Oğlan  uşaqı  öz  əqiqi  qarşılığında  girovdur. 
Yeddinci  günündə  kəsilir  və  adı  qoyulur”.  Tirmizi  hədisin  
səhih olduğunu söyləmişdir”. 
Abdullah ibn Vəhb demişdir: “Abdu`r-Rahmanın qızı Am-
ra  Aişənin 
g
  belə  dediyini  rəvayət  edir:  “Allah  Rəsulu 

 
Həsən və Hüseyn 

 üçün yeddinci günündə əqiq kəsib, adla-
rını qoydu və onların başları üzərindən əziyyətin uzaqlaşdırıl-
masını əmr etdi”.
87
 
Əbu Bəkr ibn Munzir demişdir: “Amr ibn Şuayb atasından, 
o da babasından rəvayət edir ki, “Allah Rəsulu 

 bizə uşağın 
doğumunun  yeddinci  günündə  adının  qoyulmasını  və  əqiqi-
nin kəsilərək ondan əziyyətin uzaqlaşdırılmasını əmr etdi”. 
Elm  əhlinin  çoxu  bu  görüşdədir.  Biz  isə  onların  bizə  gəlib 
çatan sözlərini nəql edirik. Bu barədə rəvayət olunan ən üstün 
nəql əl-Meymuninin rəvayətində İmam Əhmədin də nəql etdi-
yi kimi möminlərin anası Aişənin 
g
 sözüdür. Həmçinin Həsən 
                                                 
87
 İbn Hibban “əl-Məvərid”: 1056, Hakim: 4/237, Beyhaqi “əl Kubra”: 9/299. 
Hədis səhihdir. 


69 
 
əl-Bəsrinin  və  Qatədənin  görüşü  də  budur  ki,  əqiq  uşağın 
dünyaya  gəlməsinin  yeddinci  günündə  kəsilir.  Əbu  Amr  de-
mişdir: “Həsən əl-Bəsrinin bu görüşünə görə, əqiq vacibdir və 
oğlan uşağı üçün doğumunun yeddinci günündə kəsilir. Əgər 
onun əqiqi kəsilməzsə, o zaman həddi-büluğa çatandan sonra 
özü  öz  yerinə  əqiqini  kəsər”.  Leys  ibn  Səd  demişdir:  “Uşağın 
əqiqi  yeddinci  günündə  kəsilir.  Əgər  yeddinci  gündə  əqiqini 
kəsə bilməsələr, bundan sonra hər hansı bir zamanda kəsmələ-
rində bir problem yoxdur. Yeddinci günündən sonra isə onun 
üçün  əqiq  kəsmək  vacib  deyil”.  Əbu  Amr  demişdir:  “Leys 
əqiqin  ilk  yeddi  gündə  kəsilməsinin  vacib  olduğu  görüşündə 
idi”.  Əta  demişdir:  “Əgər  əqiqi  yeddinci  gündə  kəsərlərsə, 
mən də onun yeddinci gündə kəsilməsini xoşlayıram”. Həmçi-
nin  Əhməd,  Şafii,  İshaq  da  bu  görüşdədirlər.  İmam  Malik  ilk 
yeddinci  günə  ikinci  bir  vaxt    əlavə  etməmişdir.  İbn  Vəhb 
demişdir:  “Əqiqin  ilk  həftədən  üçüncü  həftəyə  kimi  kəsilmə-
sində bir problem yoxdur”. Bu, həmçinin Aişə 
g
, Əta, Əhməd 
və İshaqın görüşüdür. 
İmam Malik demişdir: “Əqiqin kəsildiyi gün uşağın doğul-
duğu  gündən  hesablanmır.  Ancaq  gecə,  sübhdən  öncə  doğu-
larsa həmin vaxtdan hesablanır”. 
Zahirən  görünən,  bunu  yeddinci  günə  məxsus  etməyin 
müstəhəb  olduğudur.  Yoxsa  dördüncü,  səkkizinci  və  yaxud 
onuncu  gündə  və  ya  ondan  sonra  kəsməkdə  heç  bir  problem 
yoxdur. Nə vaxt kəsilərsə, icazəlidir. Əsas olan qurbanın bişi-
rildiyi və yeyildiyi günün deyil, kəsildiyi günün hesablanma-
sıdır.  
 
 


70 
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə