İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə28/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   24   25   26   27   28   29   30   31   ...   119
islamda ushaq terbiyesinin esaslari

Dördüncü fəsil 
Əqiqi məkruh görənlərin dəlillərinə verilən rəddiyə 
İmam Əhməd demişdir: “Əqiqi məkruh görənlərin bəziləri 
onu cahiliyyə əməllərindən hesab etmişlər. Bu, onların elmləri-
nin zəif olması və bu haqda mövcud  xəbərləri bilmədiklərinə 
görədir. Peyğəmbər 

 Həsən və Hüseyn 

 üçün əqiq kəsmiş, 
səhabələr  də  onun  kimi  etmişdirlər.  Əqiq  Peyğəmbərdən 

 
gələn bir sünnət olduğu halda onlar bunu cahiliyyə əməli he-
sab  edirlər.  Peyğəmbər 

  “Oğlan  uşağı  öz  əqiqi  qarşılığında 
                                                 
70
 İsnadı həsəndir. Mən isə bu hədisin mürsəl olduğunu düşünürəm. 
71
 Beyhaqi “əs-Sunənu`l-Kubra”: 9/593. Hədisin isnadı yaxşıdır.  


53 
 
girovdur” demişdir. Bu hədisi Əbu Hüreyrə 

 Peyğəmbərdən 

  rəvayət  etmişdir  və  sənədi  qəbul  olunandır”.  Başqa  bir 
rəvayətdə isə İmam Əhmədin belə dediyi bildirilir: “Əqiq ba-
rəsində  Peyğəmbərdən 

,  səhabələrdən  və  tabiinlərdən  rəva-
yət  olunan  bir  çox  hədis  vardır.  Bunlar  isə  əqiqin  cahiliyyə 
əməli olduğunu deyirlər”. Bu zaman imam onların bu sözünə 
təəccüb edərcəsinə gülümsədi”. 
əl-Meymuni demişdir: “Əbu Abdullaha dedim: “Əqiq barə-
sində şəriətdə sabit olan bir şey varmı?” O dedi: “Bəli. Vallahi, 
Peyğəmbərdən 

  bu  haqda  rəvayət  olunan  hədislər  vardır. 
“Oğlan  üçün  iki,  qız  üçün  bir  qoyun  kəsin”  hədisi  kimi”. 
Dedim ki, bu hədislərə zidd olan başqa hədislər var, bəs onla-
ra  nə  deyirsən?  O  Dedi:  “o  hədislər  səhihlik  baxımından  bir 
şey  deyillər”.  Amr  ibn  Şuaybın  rəvayət  etdiyi  “Əqiqi  sevmi-
rəm” hədisinə gəlincə isə bu hədis əqiqin müstəhəb olmasının 
dəlillərindəndir.  Bu  hədisin  başqa  bir  rəvayəti  də  var.  Həmin 
rəvayətdə  Peyğəmbərdən 

  əqiq  barəsində  soruşurlar.  O  isə 
“Mən  əqiqləri  sevmirəm”  deyə  cavab  verir.  Belə  deməklə  o 
sanki həmin qurbanın əqiq adlandırılmasından xoşu gəlmədi-
yini  bildirib. Səhabələr “Ey  Allah`ın Rəsulu! Biz səndən  övla-
dımız olduğu zaman kəsdiyimiz qurban barəsində soruşuruq” 
deyə  soruşdular.  O  dedi:  “Sizdən  hər  kim  öz  övladı  üçün 
qurban kəsməyi sevirsə, oğlan uşağı üçün iki eyni
72
 qoyun, qız 
                                                 
72
  Alimlər  burada  iki  eyni  qoyun  sözünü  iki  yöndən  şərh  etmişdir.  Bəzi 
alimlərə görə eyni deyildikdə yaş və həcm baxımından digərlərinə görə isə 
hərəsini başqa vaxtlarda deyil, hər ikisini də eyni vaxtda kəsilməsi nəzərdə 
tutulur. Bir müsəlmanın ehtiyat  babından  hər iki şərti də yerinə yetirməsi 
daha  yaxşıdır.  Yəni  həm  kəsilən  qurbanların  yaşca  həcmcə  eyni  olması, 
həm də eyni vaxtda kəsilməsi kimi.  (Tər.) 


54 
 
üçün isə bir qoyun kəssin”. Əbu Rafinin hədisinə gəlincə isə o, 
səhih deyildir”.
73
 
İmam Əhməd əqiqin  müstəhəbliyinə ziddiyyət təşkil edən 
hədisləri zəif hesab edərək onları ciddi qəbul etmmiş və  Pey-
ğəmbərin 

  Həsən  və  Hüseyn 

  üçün  qurban  kəsməsi  ilə 
bağlı hədislərin kifayət qədər çox olduğunu bildirmişdir.  
İbn Abbas 

 Peyğəmbərin 

 Həsən və Hüseynin 

 hər biri 
üçün bir qoç kəsdiyini rəvayət etmişdir. Bu hədisi Əbu Davud 
nəql  etmişdir.  Ənəsin 

  rəvayətinə  görə  isə  Peyğəmbər 

 
Həsən və Hüseyn 

 üçün iki qoç kəsmişdir.
74
 
Aişə 
g
  rəvayət  edir  ki,  Peyğəmbər 

  dünyaya  gəldikləri-
nin  yeddinci  günündə  Həsən  və  Hüseyn 

  üçün  əqiq  kəsdi. 
Əgər  Peyğəmbərin 

  Fatiməyə 
g
  dediyi  “ona  əqiq  kəsmə” 
sözü  səhihdirsə,  bu  yenə  də  əqiqin  məkruh  olduğunu  göstər-
məz.  Çünki  Peyğəmbər 

  qızının  əvəzinə  əqiq  kəsməyi  öz 
üzərinə almaq və onun üzərindən əziyyəti qaldırmaq istəmiş-
dir. Əksinə, o özü Həsən və Hüseyn 

 üçün əqiq kəsmişdir. 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə