İslamda Uşaq Tərbiyəsinin Əsasları



Yüklə 2,45 Mb.
Pdf görüntüsü
səhifə26/119
tarix05.01.2022
ölçüsü2,45 Mb.
#82591
1   ...   22   23   24   25   26   27   28   29   ...   119
islamda ushaq terbiyesinin esaslari

İkinci fəsil 
Əqiqi məkruh görənlərin əsaslandığı dəlillər isə belədir: 
Onlar  deyirlər:  “Amr  ibn  Şueybin  atasından,  onun  da  baba-
sından rəvayət etdiyinə görə, Peyğəmbərdən 

 əqiq barəsində 
soruşdular. O buyurdu: “Əqiqi sevmirəm”.
55
 
                                                 
54
 Rəy əhli deyildikdə hənəfi məzhəbinin alimləri nəzərdə tutulur. Bu məz-
həbin  bir  çox  görüşləri  rəylərə  əsaslandığı  üçün  bu  adla  adlandırılmışdır. 
(Tər.) 
55
  Burada  nəzərdə  tutulan  sanki  Peyğəmbərin 

  onun  mahiyyətini  deyil 
adını  sevmədiyini  söyləməsidir.  Bunun  həqiqətən  də  belə  olması  bir  çox 
hədislərdə  də  açıqlanmışdır.  Nəql  olunan  bu  hədis  İmam  Əhmədin  “əl-
Musnəd” kitabında: 3/194 rəvayət etdiyi uzun hədisin bir parçasıdır. Hədi-
sin  isnadı  yaxşıdır.  İmam  Əhməd  həmçinin  bunu  “əl-Musnəd”də  başqa 
yerlərdə də 2/182, 183 rəqəmlərilə nəql etmişdir. Əbu Davud da hədisi 2842 


45 
 
Onlar  həmçinin  Peyğəmbərin 

  əqiqi  kitab  əhlinin  adətlə-
rindən olduğu üçün sevmədiyini söyləmişlər. Belə ki, rəvayətə 
görə Peyğəmbər 

 öz səhabələrinə belə demişdir: “Yəhudilər 
oğlan  uşaqları  üçün  əqiq  kəsir,  qız  uşaqları  üçün  isə  əqiq 
kəsmirlər”. Bu hədisi Beyhaqi qeyd etmişdir.
56
 
Əqiqin məkruh olduğunu deyənlər yenə də qeyd edirlər ki, 
bu  eynilə  cahiliyyə  vaxtlarında  kəsilən  qurbanlar  kimidir.  İs-
lam dini gəldikdən sonra belə qurbanları batil etmişdir. Atirə
57
 
və  fəria
58
  kimi  qurban  növlərini  buna  misal  göstərmək  olar. 
İmam Əhməd Əbu Rafidən 

 rəvayət edir ki, “Həzrəti Fatimə 
g
  oğlu  Həsən  ibn  Əli  ibn  Əbu  Talib 

  doğulduğu  zaman 
onun  üçün  iki  qoç  kəsmək  istədi.  Allah  Rəsulu 

  ona  belə 
buyurdu: “Əqiq kəsmə! Başının tükünü qırxaraq onun çəkisinə 
                                                                                                                 
rəqəmi  ilə  “Qurbanlıqlar”  bölümündə  “Əqiq”  başlığı  ilə  qeyd  etmişdir. 
Hədisi  həmçinin  Nəsai:  7/145  “Əqiq”  babında  “Allah 

  əqiqi  sevmir”  ifa-
dəsi  ilə  rəvayət  etmişdir.  İmam  Əhməd  isə  hədisi  belə  rəvayət  etmişdir: 
Peyğəmbərdən 

  əqiq  barəsində  soruşdular.  O,  belə  dedi:  “Allah 

  əqiqi 
sevmir”.  Sanki  O,  əqiq  adlandırılmasını  xoş  qarşılamadı.  Dedilər  ki,  “Ey 
Allah`ın Rəsulu! Biz səndən, ancaq bizlərdən birinin övladı dünyaya gələr-
sə,  onun  üçün  kəsdiyimiz  qurbanın  barəsində  soruşuruq”.  O  buyurdu: 
“Sizlərdən hər kim öz övladının adına qurban kəsməyi sevirsə, bunu etsin. 
Oğlan üçün iki ədəd eyni qoyunu, qız üçün isə bir ədəd qoyun kəssin”. 
56
 Beyhaqi “Sünənu`l-Kubra”: 9/302.  
57
 Məkkə müşrikləri Rəcəb ayında öz məbudları üçün kəsdiyi qurban. (Tər.) 
58
 Cahiliyyə dövründə müşriklər dəvənin ilk balasını bütlərə qurban olaraq 
kəsirdilər. (Tər.) 


46 
 
uyğun  sədəqə  ver”.  Daha  sonra  Hüseyn 

  doğulduğu  zaman 
da o, eynilə belə etdi.
59
 

Yüklə 2,45 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə