İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
57 
 
Araz-Türk Respublikası hökumətinin nümayəndələri 
1919-cu  il  yanvarın  4-də  Azərbaycan  hökumətinə  bildir-
dilər ki, Naxçıvan həmişə özünü Azərbaycanın tərkib his-
səsi hesab etmişdir və Ermənistanın hərbi təcavüzünə qar-
şı  Azərbaycandan  kömək  gözləyir.  1919-cu  ilin  martında 
Araz-Türk  Respublikası  Bakıya  xüsusi  nümayəndə  heyəti 
göndərdi.  Nümayəndə  heyətinə  Bəhram  xan  Naxçıvanski 
rəhbərlik  edirdi.  Bəhram  xan  özü  ilə  yerli  hökumətin  Cə-
nub-Qərbi  Azərbaycan  adı  altında  Naxçıvanı  Azərbaycan 
Cümhuriyyətinə birləşdirmək təklifini də gətirmişdi.
1
 
 
Türklər  Naxçıvandan  gedəndən  sonra  ingilislər  bu-
ranı tutdular. May ayının əvvəlində Naxçıvana gələn ingi-
lis generalı Devi Naxçıvan və Şərur qəzalarının nümayən-
dələrinə  bildiridi  ki,  bu  yerlər  Ermənistana  aiddir  və  ona 
tabe  olmalıdırlar.  Lakin  onun  bu  fikri  rədd  edildi  və  qəti 
bildirildi  ki,  Naxçıvan  və  Şərur  qəzalarının  müsəlmanları 
özlərini  Azərbaycan  respublikasının  sakinləri  və  yaşadıq-
ları ərazini Azərbaycan ərazisi hesab edirlər. İngilislər di-
yarı öz qoşunları ilə tutaraq, əhalinin açıq etirazlarına bax-
mayaraq bu torpaqları zor gücünə daşnaklara verdi. Lakin 
ingilis qoşunları çıxıb getdikdən sonra dərhal hər yerdə əsl 
partizan  müharibəsi  başlandı  və  daşnak  qoşunları  darma-
dağın edilərək ərazidən qovuldu. 
 
Azərbaycanla  Ermənistan  arasında  ərazi  mübahisə-
lərini  Ermənistanın  xeyrinə  həll  etmək  üçün  Birləşmiş 
Dövlətlərin  Ali  Komissarlığı  Naxçıvan  və  Şərur-Dərələ-
yəz  qəzalarında  «neytral  zona»  yaratmaq,  bununla  da  hə-
min  əraziləri  Azərbaycanın  nəzarətindən  çıxarmaq  istə-
                                           
1
  Nəsibzadə  N.  Azərbaycanın  xarici  siyasəti  (1918-1920).  Bakı:  «Ay-
Ulduz», 1996, s. 161.  


 
58 
yirdi.
1
  Azərbaycan  hökuməti  bu  məsələdə  ona  edilən  təz-
yiqləri  dəf  edərək,  o  şərtlə  «neytral  zona»  yaradılmasına 
razılıq  vermişdi  ki,  həmin  ərazidə  Azərbaycanın  suveren 
hüquqları saxlanmış olsun. 
 
Ermənistan dəfələrlə Naxçıvan ərazisinə basqın edib, 
əhalini  qılıncla,  zor  gücünə  təslim  etməyə  çalışdı.  Lakin 
çoxlu  qurbanlara  baxmayaraq  naxçıvanlılar  əyilmədilər, 
təslim olmadılar. Bu ərazidə «neytral zona» yaratmaq istə-
yənlərə  öz  fikirlərini  qəti  olaraq  bildirdilər:  «Biz  –  haki-
miyyət və əhali – onlara yekdilliklə bildiririk ki, bu ölkəni 
əslində Azərbaycan respublikası ilə birləşdirmişik və əgər 
sülh  (Paris  –  İ.H.)  konfransı  bizi  öz  respublikamızdan 
ayırsa,  xalq  mədəni  dövlətlərin  alovlarında  məhv  olmağa 
razı olar, amma Azərbaycandan ayrılmağa yox». 
 
Naxçıvanlıların  dəyanəti  və  Azərbaycan  hökuməti-
nin səyləri nəticə etibarı ilə Ermənistanın Naxçıvana yiyə-
lənmək niyyətlərini puça çıxartdı. 
 
Beləliklə,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə 
Azərbaycan ərazisinin qorunub saxlanılması əsasən müm-
kün oldu. Azərbaycan hökumətinin inadlı və məqsədyönlü 
fəaliyyəti  nəticəsində  erməni  iddialarının  qarşısı  alındı. 
Lakin  ermənilərlə  mübahisəli  ərazilər  Cənubi  Qafqazda 
sovet  hakimiyyətinin  qələbəsindən  sonra  daşnak-bolşevik 
sayağı  həll  edildi.  Zəngəzur  qəzası  Ermənistana  verildi. 
Qazax qəzasının dağlıq hissəsi–Dilican Azərbaycan xalqı-
nın iradəsi əleyhinə ondan alındı. Naxçıvan diyarının mə-
sələsi  naxçıvanlıların  mübarizəsi  ilə  1920-ci  ilin  dekab-
rında həll edildi və o, yenidən Azərbaycanla  birləşdirildi. 
1921-ci  il  martın  16-da  RSFSR-lə  Türkiyə  arasında  bağ-
                                           
1
 
Азербайджанская  Республика.  Документы  и  материалы.  1918-1920 
гг. – Баку: «Елм», 1998, с.300-301.  


 
59 
lanan müqaviləyə görə Naxçıvan Azərbaycanın tərkibində 
saxlanıldı və ona muxtariyyət statusu verildi.
1
 Dağlıq Qa-
rabağın  1921-ci  il  iyulun  4-də  Ermənistana  verilməsi 
haqqında  RK(b)P  MK  Qafqaz  bürosunun  səhv  və  zərərli 
qərarı  bir  gün  sonra  ləğv  edildi.
2
  Plenum  Dağlıq  Qaraba-
ğın  Azərbaycanın  tərkib  hissəsi  olduğunu  qəti  və  birmə-
nalı şəkildə qəbul etdi. Lakin 1923-cü il iyulun 7-də Dağ-
lıq Qarabağ Muxtar Vilayətinin təşkili  kobud səhv idi  və 
gələcək bəlaların əsası bununla qoyuldu. 
 
Göründüyü kimi, ərazi müharibələri və sərhəd müna-
qişələri  daşnak-bolşevik  sayağı  «həll  edildikdən»  sonra 
Azərbaycan ərazisi 86,6 min kvadrat kilometr qaldı. Sovet 
imperiyası  özünün  ilk  illərindəcə  Azərbaycanın  30  min 
kvadrat  kilometrə  qədər  ərazisini  hissə-hissə  alıb  erməni-
lərə verdi. Rusiya Federasiyasının köməyi ilə 90-cı illərdə 
daha 16 min kvadrat kilometr ərazimiz işğal edildi. Azər-
baycan  Xalq  Cümhuriyyəti  dövründə  cəmi  9,8  min  kvad-
rat  kilometr  ərazisi  olan  Ermənistan  indi  46  min  kvadrat 
kilometrə qədər Azərbaycan ərazisinə nəzarət edir. 
 
Azərbaycan  xalqı  torpaqlarımızın  itirilməsi  faktı  ilə 
barışmayacaq, onların geri qaytarılması istiqamətində bü-
tün səyləri ilə mübarizə aparacaqdır. 
 
 
 
 
 
 
                                           
1
 Gümrü, Moskva və Qars müqavilələri (Azərbaycan, türk, rus və fransız 
dillərində). Naxçıvan, 2004, s.26. 
2
 Köçərli T. Qarabağ (Qarabağ tarixinin saxtalaşdırılması əleyhinə). Bakı: 
“Elm”, 2002, s.383-386. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə