İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
51 
ləri  əsas  tutmağı  təklif  edir:  1.  Ərazi  iddiaları  yalnız  res-
publikalararası  sərhədyanı  əraziyə  münasibətdə  elan  edilə 
bilər;  2.  Ərazi  məsələlərinin  həllində  əhalinin  iradəsi  – 
təyini-müqəddərat  hüququ  əsas  tutulmalıdır;  3.Təsərrüfat-
məişət və tarixi bağlılıqlarla əlaqədar mübahisəsiz ərazinin 
hər  hansı  rayonuna  ərazi  iddiası  irəli  sürülübsə,  referen-
dum  bütün  mübahisəsiz  ərazinin  rayonlarının  əhalisi  ara-
sında keçirilir. 
 
Konfransın  gedişində  Denikin  qoşunlarının  Dağlılar 
Respublikasına  hücum  xəbəri  alınır  və  bu  səbəbdən  də  o 
öz  işini  başa  çatdıra  bilmir.  Qeyd  etməliyik  ki,  Denikin 
qoşunlarının  Azərbaycan  və  Gürcüstana  hücum  təhlükəsi 
gözlənildiyindən, bu iki respublika iyunun 16-da öz arala-
rında birgə hərbi müdafiə haqqında müqavilə imzaladılar. 
Bu  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Osmanlı  Türkiyə-
sindən sonra bağladığı ikinci müqavilə idi. 
 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  ermənilə-
rin  Azərbaycana  qarşı  ərazi  iddialarında  mühüm  yeri  Qa-
rabağın dağlıq hissəsi, yaxud Dağlıq Qarabağ tuturdu. Bu-
rada əsasən gəlmə ermənilər məskunlaşmışdılar. Ermənis-
tan  bu  torpaqların  iddiasında  idi.  Bütün  Qarabağda  415 
min nəfər azərbaycanlı və kürd, cəmi 170 min nəfər ermə-
ni yaşayırdı.
1
 Qarabağda ermənilərin sayının nisbətən art-
ması  çar  hökumətinin  erməniləri  Türkiyə  və  İrandan 
Azərbaycana köçürtmək siyasətəninin nəticəsi idi. 
 
Azərbaycan hökuməti Qarabağda siyasi vəziyyəti sa-
bitləşdirmək məqsədi ilə konkret tədbirlər gördü. 1919-cu 
ilin yanvar ayında Azərbaycan hökumətinin qərarı ilə Qa-
rabağ  və  Zəngəzurda  müvəqqəti  valilik  (general-quberna-
                                           
1
 Dəmirli M., Məmmədli M. Göstərilən əsəri, s. 589. 


 
52 
torluq)  yaradıldı.
1
 General-qubernator vəzifəsinə  yanvarın 
29-da Xosrovpaşa bəy Sultanov təyin olundu. Azərbaycan 
hökumətinin  qəti  addımlarından  narahat  olan  Ermənistan 
belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. 
Azərbaycan  hökuməti  yanvarın  31-də  cavab  notasında 
Qarabağın  tarixən  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi 
olduğunu  bildirdi  və  Qarabağ  general-qubernatorluğunun 
yaradılmasına  Ermənistanın  etirazını  Azərbaycanın  suve-
renliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi 
qiymətləndirdi.
2
  
 
Erməni  daşnaklarının  iddiada  olduqları  ərazilərdən 
biri Zəngəzur qəzası idi. Bu qəza əhalisinin sayına və əra-
zisinin sahəsinə görə Azərbaycanın ən böyük qəzası idi və 
Gəncə quberniyasının tərkibinə daxil idi. Qəzada 123 min 
nəfərdən çox azərbaycanlı və 99,2 min erməni yaşayırdı.
3
 
 
Cənubi Qafqazda mövqeyini möhkəmlətmək istəyən, 
açıq və gizli şəkildə erməni daşnaklarına dəstək verən in-
gilislər  Zəngəzurun  Qarabağ  general-qubernatorunun  ida-
rəçiliyindən  çıxarılıb  Erməni  Milli  Şurasının  tabeçiliyinə 
verildiyini bəyan edir. Azərbaycan hökumətinin etirazları-
na  baxmayaraq,  general  Tomson  öz  qərarını  dəyişmir. 
İngilislərin himayəsindən istifadə edən Ermənistan Zəngə-
zuru azərbaycanlılardan təmizləmək üçün  yeni hərbi  qüv-
vələr cəlb edirdi. 1919-cu ilin martında artıq Ermənistanın 
silahlı qüvvələri Zəngəzurda 115 azərbaycanlı kəndini vi-
ran  qoymuş,  50  mindən  artıq  əhalinin  qaçqın  düşməsinə 
səbəb  olmuşdu.  Erməni  silahlı  dəstələrinin  Qarabağa  hü-
                                           
1
 
Nəsibzadə  N.  Azərbaycanın  xarici  siyasəti  (1918-1920).  Bakı:  «Ay-
Ulduz», 1996, s. 128-130. 
2
 
Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). 
Bakı: «Garisma» MMC, 2009, s.129. 
3
 Yenə orada, s.116.. 


 
53 
cumunun  qarşısını  almaq  və  Zəngəzurda  qırğınlara  son 
qoymaq məqsədilə Azərbaycan hökuməti ordu hissələrinin 
Qarabağın dağlıq hissəsi və Zəngəzurda yerləşdirilməsinə 
hazırlıq  görülməsi  barədə  hərbi  nazirliyə  göstəriş  verdi. 
Bir qədər sonra Azərbaycan hökuməti Qarabağ və Zəngə-
zuru  erməni  təcavüzündən  qorumaq  üçün  xalq  qoşunu 
dəstələri təşkil edilməsi haqqında tədbirlər görür. Polkov-
nik  Cavad  Şıxlinskinin  komandanlığı  altında  Zəngəzurun 
ermənilər  tərəfindən  işğal  edilmiş  kəndlərini  azad  etmək 
üçün  Azərbaycan  ordusu  əks  hücuma  keçir.  Vəziyyətin 
gərginliyini görən ermənilər, hərbi əməliyyatları dayandır-
mağı  və  sülh  danışıqları  keçirməyi  Azərbaycan  hökumə-
tindən xahiş edir. 
 
ABŞ  nümayəndəsi  Ceyms  Rey  tərəflər  arasındakı 
mübahisəli məsələləri dinc yolla həll etmək üçün Tiflisdə 
konfrans keçirilməsini təklif edir. Noyabrın 20-22-də Tif-
lisdə Azərbaycan və Ermənistan hökumət başçıları N.Yu-
sifbəyli və A.Xatisyanın başçılığı ilə nümayəndə heyətinin 
görüşləri  keçirilir.  Noyabrın  23-də  isə  vasitəçilər  olan 
müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini C.Rey 
və  Gürcüstanın  xarici  işlər  naziri  Y.Gegeçkorinin  iştirakı 
ilə  tərəflər  arasında  saziş  imzalanır.  Saziş  aşağıdakı  5  mad-
dədən ibarət idi: 1.Ermənistan və Azərbaycan hökumətləri 
baş  verən  toqquşmaları  dayandırmağı  və  yenidən  silah 
gücünə  əl  atmamağı  öhdələrinə  götürürlər.  2.Tərəflər 
Zəngəzura gələn yolların düzəldilməsi və açılması, bu yol-
larda  hərəkətin  təhlükəsizliyi  üçün  təsirli  tədbirlər  görül-
məsinə razıdırlar. 3.Tərəflər, sərhədlər haqqında məsələlər 
də daxil olmaqla, bütün mübahisələri dinc yolla həll etmə-
yi öhdələrinə götürürlər. Dinc yolla razılığa gəlmək müm-
kün  olmadıqda,  hər  iki  tərəf  Amerika  polkovniki  C.Reyi 
münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs kimi qəbul edir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə