İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

 
41 
 
Beləliklə, Erməni dövləti qədim dövrdə və erkən orta 
əsrlərdə  Cənub  Qafqazın  ərazisində  deyil,  Van  gölünün 
ətrafında,  Fərat  çayının  şərqində,  sonradan  isə  Aralıq 
dənizinin şimal-şərq sahilində mövcud olmuşdur.  
 
Sonrakı dövrlərdə qriqoryan kilsəsi Azərbaycan döv-
lətlərinə  və  Osmanlı  imperiyasına  sığındı.  Zaman  keçdik-
cə  ermənilər  Osmanlı  imperiyasından,  Ağqoyunlu  və  Sə-
fəvi hökmdarlarından geniş imtiyazlar qazandılar və möv-
qelər ələ keçirdilər. Ermənilər XV əsrin ortalarınadək Cə-
nubi  Qafqazda,  demək  olar  ki,  yaşamırdılar.  1441-ci  ildə 
Qaraqoyunlu türk-Azərbaycan dövlətinin hökmdarı Cahan 
şah  erməni  katolikosluğunun  mərkəzini  əhalisi  tamamilə 
türklər  olan  İrəvan  yaxınlığındakı  qədim  alban  monastırı 
olmuş  Üçmüəzzinə  köçürdü.
1
  XVI-XVII  əsrlərdə  Səfəvi-
lərlə  Osmanlı  Türkiyəsi  arasında  uzun  sürən  müharibələr 
ermənilərin  öz  müstəqil  dövlətlərini  yaratmaq  arzusuna 
təkan verdi. 1605-ci ildə I Şah Abbasın fərmanı ilə Səfəvi 
dövlətinin  ərazisində  ermənilər  üçün  ərazilər  ayrıldı. 
Ermənilər  varlandığca  onların  dövlət  yaratmaq  iştahları 
güclənirdi. Bunun üçün onlar özlərinə himayəçi axtarırdı. 
Ermənilərin  bir  sıra  Avropa  ölkələrinə  etdikləri  müraciət-
lər  nəticəsiz  qalmışdı.  XVII  əsrin  ortalarında  rus  dövləti-
nin  öz  mövqelərini  möhkəmləndirməsi  erməni  kilsəsinin 
diqqətini cəlb etməyə başladı.
2
 Ermənilər gələcəkdə Rusi-
yanın  hərtərəfli  himayəsini  qazanmaqdan  ötrü  1659-cu 
ildə  çar  Aleksey  Mixayloviçə  qızıldan  işlənmiş  taxt 
hədiyyə  etdilər.  Ermənilərin  Rusiya  ilə  yaxınlaşması  I 
Pyotrun  dövründə  daha  da  sistemli  şəkil  aldı.  Rusiya  re-
                                           
1
  İrəvan  xanlığı.  Rusiya  işğalı  və  ermənilərin  Şimali  Azərbaycan  torpaq-
larına köçürülməsi. Bakı: Azərbaycan, 2009, s.18-19. 
2
 Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. 
Qaçqınlıq. Bakı: “Qartal”, 1998, s.11. 


 
42 
gionda başlıca rəqibləri olan Osmanlı və Səfəvi imperya-
larını daxilindən zəiflətmək üçün erməni kartından istifadə 
etdi. İlk növbədə erməniləri Azərbaycan ərazilərində  yer-
ləşdirmək  üçün  göstəriş  verdi.  I  Yekaterina  ermənilərin 
yüksək mərhəmətə və himayəyə layiq görülmələri haqqın-
da  1726-cı  il  fevralın  22-də  fərman  verdi.
1
  II  Yekaterina 
Eçmiədzin katolukosu H.Argutinskinin hazırladığı “Ararat 
krallığı”  ideya-layihəsini  dəstəklədi.
2
  Rus  məmurları  və 
Dunaydakı  rus  qoşunlarının  komandanı  Q.Potyomkin  ilə 
görüşən  İ.Arqutinski  təkliflərinin  reallaşdırılması  istiqa-
mətində fəaliyyətə keçdi, “erməni dövləti” yaratmaq üçün 
əməli  addımlar  atdı.
3
  Lakin  müxtəlif  səbəblərdən  Azər-
baycan  ərazisində  “erməni  dövləti”  yaratmaq  mümkün 
olmadı. 
 
Ermənilər  öz  məkrli  niyyətlərindən  əl  çəkməmiş  və 
XIX  əsr  boyu  öz  xidmətlərini  çar  Rusiyasına  təqdim  et-
mişlər. Onlar  Azərbaycan  xanlıqlarının  Rusiya  tərəfindən 
işğal edilməsində fəal rol oynamışlar. Ermənilərin bu xid-
mətləri  müqabilində  Rusiya  imperatoru  I  Nikolay  İrəvan 
və  Naxçıvan  xanlıqlarının  ərazilərində  “erməni  vilayəti” 
yaratdı. Bu müstəqil dövlət qurumu olmasa  da, ermənilə-
rin  gələcəkdə  səfərbər  olmalarına,  təşkilatlanmalarına,  iq-
tisadi-mədəni  tərəqqiyə  yetişmələrinə  ciddi  təsir  etdi.
4
 
İkinci bir tərəfdən, çar Rusiyası işğal etdiyi  Şimali Azər-
baycanın strateji bölgələrində (Qarabağ, İrəvan, Naxçıvan, 
                                           
1
  Собрание  актов,  относящихся  к  обозрению  истории  Армянского  на-
рода. I hissə, Moskva, 1833, s.43. 
2
 Musa İ. Çar Rusiyasının “erməni siyasəti”: fərqli yanaşmalar və mövqelər. 
“Olaylar”, 2011, 14 oktyabr. 
3
 Nəcəfli G. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması 
cəhdləri. Bakı: “Nurlan”, 2007, s.188-201. 
4
 Musa İ. Göstərilən məqaləsi. 


 
43 
Zəngəzur)  erməniləri  yerləşdirdi.  Bununla  Rusiya  Qacar-
lar İranı və Osmanlı dövlətinin sərhədləri boyunda “Xris-
tian kəməri” yaratdı. Nəticədə Cənubi Qafqazın irimiqyas-
lı  erməniləşdirilməsinə  təkan  verildi.  N.Şavrovun  məlu-
matına görə XX əsrin əvvəlində Cənubi Qafqazda yaşayan 
1,3 milyon erməninin 1 milyondan çoxu Rusiya tərəfindən 
buraya köçürülüb. 
 
Burada bir cəhəti də qeyd etməyə bilmərik. Çar Ru-
siyası Cənubi Qafqazın işğalınadək bu regionda Rusiyanın 
himayəsində olan “erməni dövləti”nin yaradılmasında ma-
raqlı idi. Lakin Güney Qafqazın işğalından sonra bu ərazi-
lərdə  ermənilərə  ayrıca  dövlət  qurulmasına  çar  Rusiyası 
maraqlı  deyildi.  Çünki  bu  hal  Rusiyanın  imperiya  və  bö-
yük dövlətçilik siyasətinə zidd idi. 
 
Osmanlı  imperiyasını  bölüşdürməyə  çalışan  Rusiya 
onun ərazisində “erməni dövləti” yaratmaqda maraqlı idi. 
 
Çar  II  Nikolay  Fransanın Rusiyadakı səfiri  P.Paleo-
loqla 1914-cü il noyabrın 21-dəki söhbətində qeyd etmişdi 
ki, Anadoluda, təbii, ermənilərlə məşğul olacağam. Onları 
təkrar  türk  boyunduruğu  altında  qoya  bilmərəm...  onlara 
müstəqil bir rejim quracağam. Rusiya hakim dairələri Bal-
kanlarda və Şərqdə üstünlüyü ələ almaq üçün erməni kar-
tından  istifadə  edir  və  Osmanlı  imperiyası  ərazisində 
“Türkiyə Ermənistanı” yaratmağı rədd edirdi. 
 
Çar  Rusiyasının  siyasətini  bolşevik  Rusiyası  davam 
etdirdi.  Cənubi  Qafqazın  bolşevikləşdirilməsi  üçün 
V.İ.Lenin S.Şaumyanı Qafqazın müvəqqəti fövqəladə ko-
missarı təyin etdi. 1917-ci ilin 29 dekabrında V.İ.Lenin 20 
saylı  dekret  imzaladı.  Proletar  rəhbəri  “Türkiyə  Ermənis-
tanında”  erməni  dövlətinin  yaranması  üçün  hər  cür  tədbir 
və  yardım  barədə  göstəriş  verdi.  Bu  işi  görməyi  erməni 
bolşevik  S.Şaumyana  həvalə  etdi.  Bu  o  zaman  idi  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə