İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

 
34 
azərbaycanlılar,  25151  nəfər  köçürülməyədək  burada  ya-
şayan  ermənilərdir.  Müharibədən  sonra  buraya  İrandan 
35560 nəfər, Türkiyədən isə 21666 nəfər erməni köçürül-
müşdü
1

 
Tanınmış  rus  tədqiqatçısı  N.Şavrov  ermənilərin  Cə-
nubi  Qafqaza  köçürülməsi  prosesini  və  köçürülüb  gətiril-
miş  ermənilərin  sayını  araşdırdıqdan  sonra  1911-ci  ildə 
yazırdı: «Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 
min  erməninin  1  milyondan  çoxu  bu  diyarın  yerli  əhalisi 
deyil. Onları bura biz köçürüb gətirmişik
2

 
«Erməni  vilayəti»nin  əyalət  və  dairələrində  gəlmə 
ermənilərin artımı və  yerli azərbaycanlıların çar təzyiqinə 
davam  gətirməyərək  İran  və  Türkiyə  ərazilərinə  köçməsi 
nəticəsində  əhalinin  etnik  tərkibindəki  fərq  ermənilərin 
xeyrinə  dəyişirdi.  Məsələn,  «Erməni  vilayəti»ndə  Türk-
mənçay  müqaviləsinə  qədər  22,5  min  erməni  yaşayırdısa, 
sonrakı iki il ərzində onların sayı az qala üç dəfə artdı və 
64, 5 min nəfərə çatdırıldı. Naxçıvan əyalətində ermənilə-
rin sayı 2,1 min nəfərdən 1,7 min nəfərə, Ordubad dairə-
sində  isə  1,8  min  nəfərdən  3,3  min  nəfərə  çatdırıldı
3
. İrə-
van əyalətinin 119 kəndinə, Naxçıvan əyalətinin 61 kəndi-
nə,  Ordubad  dairəsinin  11  kəndinə  ermənilər  köçürüldü
4

Nə  qədər  erməni  köçürülsə  də  azərbaycanlılar  əhalinin 
böyük əksəriyyətini təşkil edirdi. 
                                           
1
 Naxçıvan еnsiklopеdiyası. 2 cilddə, I cild, Naxçıvan, 2005, s.144-145. 
2
 
Шаврoв  Н.Н.  Нoвая  угрoза  русскoму  делу  в  Закавказье.  СПб., 
1911,c.63. 
3
 
Вердиева  Х.Ю.  Переселеннческая  пoлитика  Рoссийския  империи  в 
Севернoм Азербайджане (ХЫХ-начале ХХ в). Баку, 1999, с.230.
 
4
 İsmayılov İ. Yaddaşımızın yaralı səhifələri. Bakı, Şirvannəşr, 2000, s.8. 
 


 
35 
 
Çar  hökuməti  Şimali  Azərbaycanın  işğalı  zamanı 
erməni  amilindən  bir  alət  kimi  istifadə  etdi.  Ermənilərin 
çar ordusuna göstərdiyi «xidmət» müqabilində onlara işğal 
olunmuş  Azərbaycan  torpaqlarında  –  İrəvan  və  Naxçıvan 
xanlıqlarının  ərazilərində  «Erməni  vilayəti»  adlandırılan 
ərazini «bəxşiş» verdi. Bununla ermənilər çap Rusiyasının 
himayəsi  və  köməyi  ilə  Cənubi  Qafqazda  özlərinə  ərazi 
bazası yaratdılar. 
 
Çarizmin  bu  əyalətlərində,  bütövlükdə  Şimali  Azər-
baycanda  yaratdığı  inzibati-idarə  sistemi  əhali  arasında 
ciddi  narazılıq  yaradırdı.  Buna  görə  də  çar  hökuməti  və-
ziyyəti  stabilləşdirmək  məqsədilə  inzibati-idarə  sahəsində 
islahatlar hazırlamağa başladı. 
 
1837-ci ildə senator Qanın sədrliyi altında komissiya 
göndərildi. Ona yerlərdə müvafiq məlumatlar toplamaq və 
idarələr  yaratmaq  üçün  lahiyə  hazırlamaq  göstərişi  veril-
mişdi.  Lakin  komissiya  diyarı  öyrənmədən  müəyyən  tək-
liflər  əsasında  islahat  lahiyəsini  hazırladı.  Çar  I  Nikolay 
1840-ci  il  aprelin  10-da  Zaqafqaziya  diyarının  idarəsi 
üçün təsisatlar adlı sənədi imzaladı. Çar hökuməti Cənubi 
Qafqazın  işğalını  və  burada  möhkəmlənməklə  bağlı siya-
sətini həyata keçirdikdən sonra 1840-cı il 10 aprel qanunu 
ilə «Erməni vilayəti»ni ləğv etdi
1
. Cənubi Qafqazın ərazisi 
müəyyənləşdirildi və onun idarə edilməsi üçün Gürcüstan-
İmeretiya quberniyası və Xəzər vilayəti  yaradıldı. Quber-
niya  və  vilayət  qəzalara,  qəzalar  sahələrə  bölünürdü.  İrə-
van və Naxçıvan ərazisi çar Rusiyasının inzibati bölgüsü-
nə  əsasən  «qəza»  statusu  ilə  1841-ci  il  yanvarın  1-də 
                                           
1
 
Naxçıvan еnsiklopеdiyası. 2 cilddə, I cild, Naxçıvan, 2005, s.145. 


 
36 
Gürcüstan-İmeretiya quberniyasının tərkibinə qatıldı
1
. Or-
dubad  vilayəti  Naxçıvanla  birlikdə  Naxçıvan  qəzasını 
əmələ  gətirirdi
2
.  Naxçıvan  qəzası  Naxçıvan,  Ordubad  və 
Dərələyəz sahəsinə (nahiyəsinə) ayrılırdı. 
 
1840-cı il 10 aprel qanunu yeni idarə sistemi yaratdı, 
yerli  məmurlar  vəzifələrindən  kənarlaşdırıldı.  Bu  dəyişik-
liklər Naxçıvanda da tətbiq edildi, Ehsan xan və Şıxəli bəy 
vəzifəsindən çıxarıldı. Ehsan xan süvari dəstəsinin koman-
diri təyin olundu. 
 
Çarizmin  Cənubi  Qafqazın  idarə  edilməsi  ilə  bağlı 
həyata  keçirdiyi  islahat  özünü  doğrultmadı.  Əhali  bu  ida-
rəetmə  formasından  ciddi  narazı  idi.  Ona  görə  də  çar  I 
Nikolayın  göstərişi  ilə  Qafqazda  canişinlik  yaradıldı. 
1846-cı il 14 dekabr fərmanı verildi. Bu fərmanla Cənubi 
Qafqazın inzibati-idarə sistemində  dəyişiklik edildi. Dörd 
quberniya – Tiflis, Kutais, Şamaxı və Dərbənd – yaradıldı. 
İrəvan və Naxçıvan qəzalarının tərkibinə daxil olan Naxçı-
van bölgəsi də Tiflis quberniyasına verildi. 1849-cu il iyu-
nun  9-da  isə  İrəvan  quberniyası  yaradıldı.  Quberniyanın 
təşkilində  5  qəza  müəyyən  edildi:  İrəvan,  Aleksandropol, 
Novobayazit,  Naxçıvan  və  Ordubad.  Naxçıvan  qəzası 
Naxçıvan  və  Dərələyəz  sahələrinə  (məntəqələrinə)  bölün-
müşdü. Ordubad qəzası 1870-ci ildə isə Şərur sahəsi Nax-
çıvan qəzası ilə birləşdirildi. 1874-cü ildə Şərur-Dərələyəz 
və Sürməli qəzaları  yaradıldı. Beləliklə, 1840-cı ildən  ya-
radılan  1841-ci  ildən  tətbiq  edilən  quberniya  və  qəza 
                                           
1
 
Piriyеv V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı, «Müəllim», 2006, 
s.101. 
2
  Şahvеrdiyеv  Z.  Naxçıvan  Bölgəsi  XIX-XX  əsrin  əvvəllərində.  Bakı, 
«Еlm», 2008, s.44. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə