İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   2   3   4   5   6   7   8   9   ...   57

 
20 
 
Prezident fərmanının tarixi əhəmiyyətini yüksək qiy-
mətləndirən  akademik  R.Mehdiyev  göstərir  ki,  «fərmanın 
xalqımıza  qarşı  törədilmiş  haqsızlıqların  və  cinayətlərin 
üstünü açmasında, bunları həm bugünkü, həm də gələcək 
nəsillərə  çatdırmaq  zərurətini  vurğulamasında  ifadə  olu-
nan tarixi əhəmiyyəti bu işə bütün cəmiyyətin qoşulmasını 
şərtləndirir».
1
 Hər bir azərbaycanlı bilməlidir ki, torpaqla-
rımızın  parçalanması,  zəbt  olunması,  xalqımızın  soyqırı-
mına  məruz  qalması vətəndaşlıq  duyğularını  gücləndirən, 
milli  məfkurəni  ötəri  hisslərdən  və  məqsədlərdən  təmiz-
ləyən tarixi yaddaşa çevrilməlidir. 
 
Ölkə  Prezidenti  Heydər  Əliyevin  bu  fərmanından 
sonra  azərbaycanlılara  qarşı  yeridilən  siyasət  respublika 
səviyyəsində  tədqiq  edilmiş,  elmi  konfranslar  keçirilmiş, 
yüzlərlə  kitab  və  monoqrafiyalar  yazılmış,  məqalələr  çap 
edilmiş  və  ictimaiyyətə  çatdırılmışdır.  Azərbaycanlılara 
qarşı  ermənilərin  ən  vəhşi  üsullarla  həyata  keçirdikləri 
soyqırımı  siyasətini  ifşa  etmək,  bütün  həqiqətləri  dünya 
ictimaiyyətinə  çatdırmaq  üçün  müəyyən  işlər  görülsə  də, 
görüləsi işlər də hələ çoxdur. Çünki bizim qarşılaşdığımız 
düşmən məkrli, hiyləgər və qəddardır. 
 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 
Əliyevin  azərbaycanlıların  soyqırımı  və  deportasiyası  ilə 
bağlı  yeddi  il  bundan  əvvəl  imzaladığı  fərmanların  müd-
dəalarını ermənilər rəsmi Azərbaycanın Ermənistana qarşı 
ərazi iddası kimi qəbul edirlər. 
 
Prezident Heydər Əliyevin azərbaycanlıların soyqırı-
mı,  deportasiyası  və  qaçqınlıq  tarixi  ilə  bağlı  imzaladığı 
fərmanlar yeni-yeni elmi araşdırmaların və sənədlər toplu-
larının  da  ərsəyə  gəlməsi  ilə  nəticələnir.  Bu  minvalla 
                                           
1
 “Azərbaycan” qəzeti, 1998, 16 aprel. 


 
21 
tariximizin  qaranlıq  səhifələri  işıqlanır,  Azərbaycan  həqi-
qətləri, erməni vandalizmi, erməni vəhşiliyi tam çılpaqlığı 
ilə dünya ictimaiyyətinə çatdırılır. 
 
Ümummilli  lider  Heydər  Əliyevin  siyasətini  uğurla 
davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev 30 mart 
2004-cü  il  tarixdə  «31  Mart-Azərbaycanlıların  soyqırımı 
günü  münasibətilə  Azərbaycan  xalqına  müraciət»ində 
qeyd olunduğu kimi, «Bu qədər xəyanət və zərbələrə mə-
ruz  qalmasına  baxmayaraq,  xalqımız  soyqırımı  və  depor-
tasiya faktlarını  uzun zaman ictimai  müzakirəyə  çıxarma-
mış,  beynəlxalq  aləmdə  ifşa  etməmiş,  əslində  buna  onun 
imkanı  da  olmamışdır.  Yalnız  ümummilli  liderimiz  Heydər 
Əliyevin  Azərbaycanda  ali  hakimiyyətə  qayıdışından 
sonra bu məsələyə prinsipial  yanaşma nümayiş etdirilmiş, 
erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdığı 
soyqırımı və deportasiya siyasətinin mahiyyəti açıqlanmış 
və ifşa olunmuşdur».
1
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                           
1
 «Azərbaycan» qəzeti, 2004, 31 mart.  


 
22 
2. ERMƏNİLƏRİN MƏNŞƏYİ HAQQINDA 
 
 
Ermənilərin yaşadığı ərazi və onların mənşəyi məsə-
ləsi  haqqında  çox  dolaşıq  və  müxtəlif  mülahizələr  möv-
cuddur. Bunları ermənilərin özləri bilərəkdən və məqsədli 
şəkildə  irəli  sürürlər.  Qədim  ermənilər  özlərinə  erməni 
yox,  hay  demişlər.  Həmin  ermənilər  indiki  ermənilər  de-
yil.
1
  Bununla  əlaqədar  İ.Şopen  yazırdı  ki,  İranlılarla  fars-
lar,  yunanlılarla  ellinlər  eyni  olmadığı  kimi,  ermənilərlə 
haylar da eyni köklü xalq deyil. “Erməni” etnonimi ermə-
nilərin özünüadlandırması olan “hay” etnonimi ilə üst-üstə 
düşmür.  İndiki  ermənilər  nə  hay,  nə  də  ərman  deyillər. 
Tədqiqatçılara görə Balkanlardan gəlmə olan  friq tayfala-
rının bir qolu olan indiki ermənilər Arme və Hayasa əya-
lətlərinə  gəlib  məskunlaşmışlar.
2
  Heredota  görə,  Balkan-
larda yaşayan friqlər skiflərin təzyiqi altında Kiçik Asiya-
ya,  Hetlər  ölkəsinə  köçdülər,  burada  hetlər  onları  hayasa 
adlandırdılar.  Q.Melikişvili  Hayas  əyalətindən  bəhs  edər-
kən  göstərir  ki,  hələlik  anlaşılmayan  hay  tərkibi  və  -as 
şəkilçisi  Türkiyənin  Anadolu  bölgəsində  yaşayan  hind-
avropa  mənşəli  Luvi  dilindədir  və  armanlarla  heç  bir  əla-
qəsi  yoxdur.  Erməni  tarixçisi  Q.Kapansyan  yazır  ki,  arim 
adlanan  hind-avropa  tayfası  Balkanlardan  Kiçik  Asiyanın 
Hetlər  ölkəsinə  yerləşdilər,  sonra  isə  e.ə.  VII-VI  əsrlərdə 
Ərmən  yaylasına  köçərək  ərmən  adlandılar.  Friqlərin  bir 
qolunu  guya  “arim”  adlanması  və  “erməni”  sözünün  hə-
min  “arim”  sözündən  yaranması  fikrini  İ.Dyakonov  rədd 
edir.
3
  Deməli,  haylardan  xeyli  əvvəl  Arman  yaylası  var 
                                           
1
 Cəfərsoylu İ. Haylar ermənilər deyil. “Elm” qəzeti, 2008, 8 aprel. 
2
 Дьяконов И.М. Предыстория армянского народа. Москва, 1968, с.200. 
3
 Yenə orada, s.226. 


 
23 
idi. “Hay” əyaləti isə ermənilərin indiki ərazilərindən xeyli 
uzaqda, Qərbi Fəratın yuxarı axarında idi.
1
 
 
İndi  bütün  dünya  xalqlarında  işlənən  “erməni”  adı 
mənşəcə  yalnız  özünü  “hay”  adlandıranlara  şamil  oluna 
bilən etnik ad deyil.
2
 Qədimdə “Armina” və “Armini” ad-
ları  həm  Arme  əyalətinin,  həm  də  əyalətdə  yaşayanların 
adlarını ifadə edirdi. 
 
Deməli,  armi  kökünün  haylarla  heç  bir  əlaqəsi  yox-
dur və bu ideya erməni tarixçilərinin uydurmasıdır. 
 
Arminlərin  yaşadığı  Arminiya  ölkəsinin  adını  ilk 
dəfə İran şahı I Daranın kitabələrində rast gəlinir ki, bunun 
da bugünkü ermənilərə aidiyyatı  yoxdur. Hayların  əcdad-
ları  Balkanlardan  qovulduqdan  sonra  Mesopotamiyaya 
gəlib çıxmış və az sonra o dövrdə tənəzzülə uğramış Urar-
tu  dövlətinin  ərazisində  peyda  olmuşlar.  E.ə.VII  əsrdən 
başlayaraq  yerli  xalqların  və  bura  gələn  yeni  etnik  qrup-
ların qatışması nəticəsində e.ə.III əsrdə özünə “hay” etno-
nimi  götürmüş  yeni  etnos  formalaşmağa  başladı.  Lakin 
yunanlar  onlara  yerləşdikləri  Arminiya  coğrafi  ərazisinə 
uyğun ad verdilər – “ermənilər”.
3
 
İ.Dyakonov  yazır  ki,  haylar  heç  vaxt  özlərinə  “er-
məni”  deməmişlər.
4
  Ona  görə  ki,  “erməni”  adı  “hay”lara 
bir hissəsi Arminidə, sonra Ərməniyədə  yaşadıqlarına gö-
rə  kənardan  verilmiş  ümumiləşdirici  addır.  Deməli,  “Ar-
min”  adı  “Armeniya”  formasını  kəsb  etmiş  və  başqa 
                                           
1
 Hacıyev İ., Rzayev F. Naxçıvana erməni iddiaları və ermənilərin mənşəyi 
haqqında. “Elm” qəzeti, 2008, 8 aprel. 
2
 Дьяконов И.М. Göstərilən əsəri, s.235. 
3
 Mehdiyev R. Bu bəyanatların elmlə heç bir əlaqəsi yoxdur. (Müsahibə). 
“Olaylar” qəzeti, 2011, 23 noyabr. 
4
 Дьяконов И.М. Göstərilən əsəri, s.226. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə