İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
24 
dillərə də  yayılaraq həmin dillərdə “hay” adlananlar üçün 
etnik ada çevrilmişdir.
1
 
 
Erməni alimləri həm yaşadıqları coğrafi ərazini, həm 
də  mənşələrini  saxtalaşdırırlar.  Onlar  sübut  etməyə  çalı-
şırlar ki, ermənilərin mənşəyi Türkiyə və Cənubi Qafqaz-
dır, Urartu isə qədim erməni dövlətidir. 
 
Reallığı qəbul edən tarixçilər, hətta erməni tədqiqat-
çılarından  bəziləri  bunun  düzgün  olmadığını  göstərirlər. 
M.Abekyan yazır ki, ermənilərin mənşəyi kimdir, necə və 
harada, haradan və hansı yolla bura gəliblər, erməni olana 
qədər  kim  olublar,  kimlərlə  əlaqə  saxlayıblar,  onların  əc-
dadlarına və dillərinə kimlər təsir edib, bəlli deyil. Bu gün 
bizim  əlimizdə  bütün  bunları  təsdiq  edən  həqiqi  və  dəqiq 
heç  bir  məlumat  yoxdur.  Başqa  bir  erməni  tarixçisi  olan 
Q.Kerovpyan  yazır  ki,  XIX  əsrdən  bu  günə  qədər  bütün 
Hind-Avropa  tədqiqatçıları  təsdiq  edir  ki,  hindavropa 
mənşəli  köçəri  ermənilər  bu  ərazilərə  gələrək  yerli  xalq-
larla qaynayıb qarışmışlar. B.İşxanyan göstərir ki, erməni-
lərin  həqiqi  vətəni  qədim-tarixi  böyük  Ermənistan  Kiçik 
Asiyadır,  yəni Rusiya hüdudlarından kənardadır və ermə-
nilər  Zaqafqaziyada  (başlıca  olaraq  İrəvan  quberniyasın-
da)  bəzi  xalis  erməni  əyalətlərindən  başqa  Qafqaz  ərazi-
sinin müxtəlif hissələrində yalnız son əsrlərdə məskunlaş-
mışlar. 
 
Artıq bu  məlumdur ki, ermənilər kimmerlər tərəfin-
dən  Balkanlardan  Kiçik  Asiya  ərazilərinə,  Dəclə  və  Fərat 
çaylarının yuxarılarına sıxışdırılmış muşk tayfalarının dili 
ilə  yerli  xalqların-akkadların,  hettlərin,  luviyalıların,  urar-
tuların,  aysorların,  midiyalıların,  farsların,  parfiyalıların, 
                                           
1
 Budaqov B., Qeybullayev Q. Ermənistanda Azərbaycan mənşəli 
toponimlərin izahlı lüğəti. Bakı: “Oğuz eli”, 1998, s.21. 


 
25 
türklərin  və  s.  dillərinin  birləşməsidir.  Yəni,  ermənilər-
xalqların  konqlomeratıdır,  onların  dili  isə  kombinasiya-
dır.
1
  Ermənilərin  tərkibində  assimilyasiyaya  uğramış  və 
mənşəyi  ilə  fərqlənən  xeyli  etnik  qrup  mövcud  olmuşdur. 
Elə  buna  görə  ermənilərin  16  antropoloji  tipə  bölünməsi 
təsadüfi  deyildir.  Ermənilərin  etnik  və  antropoloji  baxım-
dan  tam  və  inandırıcı  təsnifi  yoxdur.  Bir  sıra  mənbələrdə 
rast gəlinən məlumatlar mənbə müxtəlifliyinin şəxsi müşa-
hidələrinə  və  özlərindən  əvvəl  yazılmış  əsərlərdən  alınan 
məlumatlara  əsaslanır.  Verilən  məlumatlarda  bir  həqiqət 
və  bənzərlik  var:  erməniləri  eyni  bölgədə  yaşayan  digər 
xalqlardan  ayırmaq  çətindir.  Bunun  başlıca  səbəbi  bölgə-
nin bir keçid yeri olması, bir çox xalqların buradan gəlib-
getməsi  və  onların  bir  qisminin  buralarda  yerləşib  bir-bi-
rilə  qarışmasıdır.  “Erməni”  sözü  sonradan  ortaya  çıxaraq 
müəyyən bölgəyə verilmiş coğrafi addır.
2
 Bu, coğrafi böl-
gədə  yaşayan və müxtəlif irqdən olan insanların hamısına 
verilmiş bir addır. Erməni dili isə bir çox xalqların, xüsu-
silə aysorların, iranlıların, parfiyalıların və yunanların dil-
lərinin təsiri altında yaranmışdır. 
 
 
 
 
 
 
 
 
                                           
1
 Mehdiyev R. Göstərilən müsahibə. 
2
 M.Sədi Koçaş. Tarixdə ermənilər və türk-erməni münasibətləri. Bakı: 
“Azərbaycan ensiklopediyası” NPB, 1998, s.22. 


 
26 
3. AZƏRBAYCAN TORPAQLARINDA QONDARMA  
YOLLA YARADILAN “ERMƏNİ VİLAYƏTİ” 
 
 
Erməni millətçiləri uzun illərdir кi, «böyüк Ermənis-
tan»  dövləti  yaratmaq  xülyası  ilə  dəridən-qabıqdan  çıxır, 
bir sıra iri dövlətlərə yarınır və bununla da arzularına çat-
maq istəyirlər. Məlumdur ki, Erməni dövləti IV əsrdə tarix 
səhnəsindən  silinmiş,  387-ci  ildə  Ermənistan  İran  və  Bi-
zans arasında bölüşdürülmüşdür. 428-ci ildə isə İran ermə-
ni çarlığının varlığına son qoyulmuşdur
1
. XI-XIV əsrlərdə 
isə ancaq Türkiyə ərazisində Kilikiya erməni çarlığı möv-
cud  olmuşdur.  XX  əsrin  əvvəllərinədək  faktiki  erməni 
dövləti  olmamışdır.  Onlar  müxtəlif  dövlətlərin  tərkibində 
yaşamışlar.  Ermənilər  XVIII  əsrdən  başlayaraq  Azərbay-
can  ərazisində  erməni  dövlətinin  yaradılmasına  cəhdlər 
göstərmişlər
2
. Rusiya ermənilərin bu niyyətlərini dəstəklə-
miş və onları öz fəaliyyətlərinə istiqamətləndirmişdir. Hə-
lə I Pyotrun dövründən başlayaraq Rusiya regionda başlı-
ca rəqibləri olan Osmanlı və Səfəvi imperiyalarını daxilin-
dən zəiflətmək üçün erməni kartından istifadə etmişdir. II 
Yekaterina  da  bu  siyasətin  gerçəkləşdirilməsində  erməni-
lərdən bir alət kimi faydalanmağa çalışmışdır. 
 
XIX əsrin əvvəllərindən başlayaraq Cənubi Qafqazın 
tutulması  Rusiya  imperiyasının  işğalçılıq  siyasətində  mü-
hüm  yer  tuturdu.  1813-cü  ilə  qədər  Şimali  Azərbaycanın 
bir sıra  xanlıqları  Rusiya  tərəfindən tutuldu.  Sonrakı  mü-
haribələr  zamanı  Azərbaycan  dövlətləri  olan  Naxçıvan 
                                           
1
 Köçərli T. Nəqşi-cahan Naxçıvan. Bakı, 1998, s.262. 
2
 Nəcəfli E. XVIII əsrdə Azərbaycan ərazisində еrməni dövləti yaradılması 
cəhdləri. Bakı, «Nurlan», 2007, 248 s. 


 
27 
(1827,  iyun)  və  İrəvan  (1827,  oktyabr)  xanlıqlarının  əra-
zisi işğal olundu. 
 
Naxçıvan xanlığı Rusiya tərəfindən, əsasən dinc yol-
la  ələ  keçirildi.  Lakin  çar  hökuməti  bu  yolla  ələ  keçirdiyi 
Qarabağ,  Şəki  və  Şirvan  xanlıqlarından  fərqli  olaraq, 
Naxçıvan xanlığı ilə müqavilə imzalamadı. Bununla birgə, 
Rusiya imperiyası tərkibində Naxçıvan xanlığına müəyyən 
imtiyazlar  verildi.  Naxçıvan  və  Ordubadın  ələ  keçirilmə-
sində  Kalbalı  xanın  oğlanları  Ehsan  xan  və  Şıxəli  bəyin 
xidməti nəzərə alınaraq onlar həmin torpaqlara naib təyin 
edildi
1

 
İrəvan xanlığı süqut etdikdən sonra xanlıq üsuli-ida-
rəsi dərhal ləğv olundu. Qeyd etməliyik ki, «Gəncə xanlığı 
istisna olmaqla Gülüstan müqaviləsinə kimi işğal olunmuş 
Azərbaycan  xanlıqları  ərazisində  xanlıq  üsul-idarəsi  dər-
hal  ləğv  edilməmişdi»
2
.  Xanlığın  ləğv  edilməsi  bir  tərəf-
dən xanlıq üsuli-idarəsinin saxlanmasının təhlükəli nəticə-
lər  verə  biləcəyi  ilə,  digər  tərəfdən  də  İrəvan  xanlığının 
ərazisində  etnik  tərkibin  dəyişdirilməsi  planları  ilə  bağlı 
idi. 
 
İrəvan  qalasının  işğalından  cəmi  bir  neçə  gün  sonra, 
hələ  müharibə  başa  çatmamış,  Qafqazda  hərbi  əməliyyat 
aparan rus qoşunlarının baş komandanı İ.F.Paskeviç 1827-ci 
il oktyabr ayının 6-da İrəvan Müvəqqəti İdaretmə Komitə-
si təşkil etdi. Bu komitə üç üzvdən ibarət idi: general-ley-
tenant  Krasovski  (sədr),  İrəvan  qalasının  komendantı 
podpolkovnik Borodin və bir də erməni yepiskopu Nerses 
                                           
1
  Şahvеrdiyеv  Z.  Naxçıvan  Bölgəsi  XIX-XX  əsrin  əvvəllərində.  Bakı, 
«Еlm», 2008, s.41 
2
 
Sülеymanоv  M.  Еrməni  millətçiliyi  və  təcəvüzkarlığı  tarixindən.  Bakı, 
Hərbi nəşriyyat, 2008, s. 358.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə