İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   2   3   4   5   6   7   8   9   ...   57

 
17 
fərman  keçmiş  tariximizə  və  bugünkü  problemlərə  baxış-
ları köklü surətdə dəyişdirməyi nəzərdə tutan çox mühüm 
dövlət sənədi, konseptual siyasi baxışlara əsaslanan meto-
doloji bazadır».
1
 
 
Fərmanda azərbaycanlı alimlərin uzun illər boyu ax-
tarışlarının  nəticəsi  ümumiləşmiş  formada  öz  əksini  tap-
mışdır.  Burada  göstərildiyi  kimi,  həqiqətən  də  bu  soyqı-
rımı  siyasətinin  ilkin  mərhələsi  Gülüstan  və  Türkmənçay 
müqavilələri nəticəsində Azərbaycan torpaqlarının yadelli 
qəsbkarlar tərəfindən parçalanaraq işğal edilməsi və həmin 
ərazilərə  başqa  ölkələrdən  ermənilərin  köçürülməsi  ilə 
başlanır. Məhz həmin dövrdə ermənilər tarixi Azərbaycan 
torpaqları olan İrəvan, Naxçıvan, Qarabağ xanlıqları ərazi-
lərində  məskunlaşdırıldı  və  orada  yaşayan  azərbaycanlı-
larla  müqayisədə  son  dərəcə  azlıq  təşkil  edilməsinə  bax-
mayaraq «erməni vilayəti» adlı süni inzibati ərazi bölgüsü 
yaradılmasına  nail  oldular.  Bununla  da  azərbaycanlıların 
öz əzəli torpaqlarından qovulması və məhv edilməsi siya-
sətinin əsası qoyuldu. Fərmanda qeyd edildiyi kimi, «Soy-
qırımı  Azərbaycan  torpaqlarının  işğalının  ayrılmaz  bir 
hissəsinə  çevrildi»
2
  və  «azərbaycanlıların  öz  torpaqların-
dan qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qo-
yuldu».
3
  Fərmanda  deyilirdi  ki,  Azərbaycanın  XIX-XX 
əsrlərdə  baş  verən  bütün  faciələri  torpaqlarının  zəbti  ilə 
müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı dü-
şünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasə-
tinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin 
yalnız  birinə-1918-ci  il  mart  qırğınına  siyasi  qiymət 
                                           
1
 
«Azərbaycan» qəzeti, 1998, 16 aprel. 
2
 Deportasiya. Toplu. s.19. 
3
 Yenə orada. 


 
18 
vermək  səhdi  göstərilmişdir.  1919  və  1920-ci  ilin  mart 
ayının  31-i  iki  dəfə  Azərbaycan  Cümhuriyyəti  tərəfindən 
matəm  günü  kimi  qeyd  edilmişdir.  Lakin  cümhuriyyətin 
süqutu o dövrdə yaradılan fövqəladə istintaq kommissiya-
sının  işini  başa  çatdırmağa  imkan  verməmişdir.  Müstəqil 
Azərbaycan  Respublikası  Azərbaycan  Cümhuriyyətinin 
varisi  kimi  ermənilər  tərəfindən  xalqımıza  qarşı  həyata 
keçirilən  bütün  soyqırım  faciələrinə  hüquqi-siyasi  qiymət 
verilməsi  missiyasını  öz  üzərinə  götürdü.  Məhz  həmin 
missiyadan çıxış edərək Prezident Heydər Əliyev 26 mart 
1998-ci  il  tarixli  fərmanı  ilə  31  mart  Azərbaycanlıların 
Soyqırımı günü elan edilmişdir.
1
  Hər  il  martın  31-i  Azər-
baycanlıların Soyqırımı günü kimi Azərbaycanda və onun 
hüdudlarından kənarda qeyd edilir. 
 
Qeyd  etdiyimiz  fərmanda  ermənilərin  törətdikləri 
soyqırımın  mərhələləri,  ünvanları,  yerləri  təkcə  göstəril-
məklə qalmır, həm də «böyük Ermənistan» yaratmaq xül-
yasından  ruhlanan  erməni  qəsbkarlarının
2
  istifadə  etdiyi 
vasitə  və  yollardan  bəhs  edilir.  «Erməni  təcavüzkarları 
təkcə  xalqımızı  cismən  məhv  etməklə  kifayətlənməmiş, 
eyni  zamanda  milli  mədəniyyət  abidələrimizi  qəsdən 
məhv  etmiş,  milli  memarlıq  incilərini,  məktəbləri,  xəstə-
xanaları,  məscidləri və digər abidələri  dağıtmış, Azərbay-
canın  böyük  bir  hissəsini  xarabazara  çevirmişlər».
3
  Bun-
dan  əlavə,  bu  qansız  düşmənlər  Azərbaycan  kəndlərinin 
tarixi adlarını da dəyişmiş, qədim Azərbaycan toponimlə-
rini erməni adları ilə əvəz etmişlər.  
                                           
1
 «Azərbaycan» qəzeti, 1998, 27 mart. 
2
 Yenə orada. 
3
 Yenə orada, 1999, 27 mart. 


 
19 
 
Tarixin müxtəlif mərhələlərində unutqanlığımız, tari-
xi şüurun formalaşdırılmasına lazımi diqqət yetirməməyi-
miz,  biganəlik  üzündən  xalqımızın  düçar  olduğu  faciələr-
dən nəticə çıxarmamağımız və tərbiyə prosesində bunların 
nəzərə  alınmaması  öz  təsirini  göstərmişdir.  Bu  cəhətdən 
ölkə  Prezidentinin  fərmanı  xalqımızın  tarixi  yaddaşının 
bərpası  və  möhkəmləndirilməsi,  milli  dəyərlərə  söykənən 
mənəvi-əxlaqi  tərbiyə  sahəsində  də  mühüm  vəzifələr  irəli 
sürür. Bununla əlaqədar fərmanda deyilir: «Tarixi yaddaş-
sızlıq və unutqanlıq xalqımızın taleyüklü tarixi problemlə-
rinin  həllində  keçilməz  maneələr  yarada  bilər.  Bunların 
dərslərini mənimsəmək, nəticələrini aradan qaldırmaq, in-
diki və gələcək nəsilləri xalqımıza qarşı fəaliyyət göstərən 
düşmən qüvvələrə və planlara qarşı ayıq-sayıqlıq ruhunda 
düzgün tərbiyə etmək bizim vəzifəmizdir».
1
 «Azərbaycan-
lılara  qarşı  yeridilən  erməni  siyasətinə  ən  layiqli  cavab 
tarixi həqiqətlərin hər bir azərbaycanlıya çatdırılması»
2
 ol-
malıdır. 
 
Fərmandan  irəli  gələn  mühüm  məsələ  ondan  ibarət-
dir  ki,  erməni  millətçilərinin  xalqımızın  başına  gətirdiyi 
bütün faciələr, faktlar üzə çıxarılsın, Azərbaycan tarixində 
özünün obyektiv əksini tapsın, azərbaycanlı-erməni müna-
qişəsi ilə bağlı bütün mənbələr işıq üzü görsün və beynəl-
xalq ictimaiyyətə çatdırılsın. Fərman istər tarixi, istərsə də 
müasir  baxımdan  çox  böyük  əhəmiyyətə  malikdir.  Nəha-
yət,  xalq  öz  tarixi  keçmişi  ilə  bugünkü  həyatında  bir  uy-
ğunluq duyacaq ki, bu da müasir həyatla keçmişimizi bağ-
layan əsas xətt olacaqdır. 
                                           
1
 Yenə orada. 
2
 Deportasiya. Toplu, s.26. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə