İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   10   11   12   13   14   15   16   17   ...   57

 
48 
onun  ətrafı  da  daxil  olmaqla  Qaytaq-Tabasaran  qəzasının 
bir hissəsi). 
 
Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Tiflis 
quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Qars 
əyalətlərini də  öz  ərazisinə  daxil edilməsinə  xüsusi önəm 
verirdi.  Cümhuriyyətin  ərazisi  113,9  min  kv  km  idi.  Bu-
nun 97,3 min kv. km.-i mübahisəsiz, 16,6 min kv km-i isə 
mübahisəli idi
1

 
AXC  qonşu  dövlətlərlə  –  Osmanlı  imperiyası,  İran 
və Dağıstanla  yaxın  münasibətlər qura bildi.  Ərazi-torpaq 
məsələsi  üzrə  bəzi  ixtilafların  olmasına,  8,7  min  kv.  km.-
lik  ərazi  mübahisəli  zona  sayılmasına  baxmayaraq  Gür-
cüstanla  normal  münasibətlər  yaradıldı.  Azərbaycanla 
Gürcüstan arasında mübahisəli ərazilərə Borçalı qəzasının 
Gəncə  quberniyasına  bitişik  olan  orta  zonası,  Tiflis  qəza-
sının  Qarayazı  adlı  şərq  hissəsi  və  Sıqnax  qəzasının  cə-
nub-şərq hissəsi daxil idi
2
. Bu yerlərin ərazisi azərbaycan-
lılardan ibarət idi. Gürcüstanla ərazi-sərhəd məsələlərində 
müəyyən razılığa  gəlinsə  də, Ermənistan hər  hansı təklifi 
rədd  edir  və  hər  iki  respublikanın  ərazisinin  böyük  hissə-
lərinin də «erməni torpaqları» olmasını israr edirdi. 
 
Azərbaycan  Milli  Şurasının  İrəvan  şəhərinin  Ermə-
nistan  (Ararat)  Respublikasının  paytaxtı  olması  üçün  er-
mənilərə güzəşt edilməsi haqda qərarından şirniklənən er-
mənilər,  İstanbul  konfransına  təqdim  etdikləri  layihədə 
Sürməli, Naxçıvan, Axılkələk, Eçmiədzin, İrəvan, Zəngə-
                                           
1
 
Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı: «Elm», 
2008, s.461. 
2
  Əzizov  T.  Azərbaycan  XX  əsrin  əvvəllərində.  Bakı:  “Zaman”,  1997, 
s.189. 


 
49 
zur,  Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Borçalı  qəzalarına  ərazi 
iddiaları irəli sürmüşdülər
1

 
Əraziyə  malik  olmayan  ermənilər  əzəli  Azərbaycan 
torpaqlarına əsassız olaraq iddialar irəli sürürdülər. İrəvan 
quberniyasının İrəvan, Sürməli, Yeni Bəyazid və Eçmiəd-
zin  qəzalarında  əsasən  azərbaycanlılar  sakin  idi.  Bu  qu-
berniyada  o  zaman  təxminən  423  min  nəfərdən  çox  azər-
baycanlı yaşayırdı. Bu da quberniya əhalisinin 37,7 faizini 
təşkil  edirdi.  Əsrin  əvvəlində  isə  41  faiz  idi.  Azərbaycan 
türkləri İrəvan və Sürməli qəzalarının yarıdan çoxunu, Eç-
miədzin  və  Yeni  Bəyazid  qəzaları  əhalisinin  isə  təqribən 
üçdə bir hissəsini təşkil edirdi.
2
  
 
Osmanlı hökümətinin təşəbbüsü ilə İstanbulda Cənu-
bi Qafqaz  respublikaları arasında  ərazi  problemlərini həll 
etmək  üçün  konfrans  keçirmək  qərara  alınmışdı.  1918-ci 
ilin iyun ayında İstanbul konfransında iştirak etmək üçün 
M.Ə.Rəsulzadənin başçılığa ilə 7 nəfərlik nümayəndə he-
yəti müəyyən edilmişdi. Lakin iştirakçı dövlətlərin öz ara-
larında  müəyyən  razılığa  gəlmədikləri  səbəbindən  kon-
frans öz işini nəzərdə tutulduğu vaxtda başlamadı. 
 
Azərbaycanın  İstanbulda  fövqəladə  və  səlahiyyətli 
nazir-nümayəndəsi  Ə.M.Topçubaşovun  İstanbul  konfran-
sına  təqdim  etdiyi  memorandumda  Azərbaycanın  ərazisi 
96,5 min kvadrat kilometr göstərilmişdi. 
                                           
1
 Mustafa N. Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-ərazi münaqi-
şələri və qaçqınlıq problemi// Azərbaycan Xalq Cümhuriyyətinin Milli siya-
səti. Bakı: “Qartal” 1998, s. 152-156. 
2
 Dəmirli M., Məmmədli M. Azərbaycan Demokratik Respublikası dövrün-
də  ermənilərin  ərazi  iddiaları  və  Cənubi  Qafqazda  Sovet  hakimiyyətinin 
qələbəsindən  sonra  onun  daşnak-bolşevik  sayağı  həlli  (1918-1991)//  Azər-
baycan  XXI  əsrin  astanasında.  İkinci  respublika  elmi-praktiki  konfransın 
materialları. Bakı, 1998, s.589. 


 
50 
 
Birinci Dünya müharibəsinin Türkiyə üçün ağır şərt-
lərlə başa çatması İstanbul konfransında erməni nümayən-
də  heyətinin  yeni  ərazi  iddiaları  ilə  çıxış  etməsinə  səbəb 
oldu.  Erməni  daşnaklarının  ən  böyük  iddiası  Qarabağ  və 
Zəngəzuru  özünə  birləşdirmək  idi.  Məhz  bu  iddia  son  il-
lərdə olduğu kimi, əsrin əvvəllərində də «Qarabağ mühari-
bəsi»nə səbəb oldu. Qarabağ  məsələsinin isə nədən ibarət 
olduğunu Ə.M.Topçubaşov Türkiyənin xarici işlər naziri-
nin müavini Rəşad Hikmət bəyə verdiyi cavabda belə sə-
ciyyələndirirdi:  «Ermənilərin  ortaya  atdıqları  Qarabağ 
məsələsi 5  ya 10 kənd məsələsi deyil, bütöv – 4 sancaq – 
Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur üstündədir». 
 
Qarabağ problemini həll etmək üçün Azərbaycan hö-
kuməti  dəfələrlə  təkliflə  çıxış  etsə  də,  erməni  daşnakla-
rının  tutduğu  mövqe  bu  təkliflərin  həyata  keçməsinə  ma-
neçilik törədirdi. 
 
İstanbul  konfransında  iştirak  etmək  üçün  Türkiyədə 
olan  Azərbaycan  nümayəndə  heyəti  Mudros  sazişi  ərəfə-
sində sülh konfransının baş tutmayacağına əmin olmuşdu. 
İstanbul  konfransının  baş  tutmaması  Cənubi  Qafqazda 
mövcud dövlətlər arasında sülh konfransını keçirməyi zə-
ruri edirdi. Oktyabrın 27-də Gürcüstan hökuməti Azərbay-
can,  Ermənistan  və  Dağlılar  Respublikasının  nümayəndə-
lərini  Tiflisə  konfransa  dəvət  edir.  Ermənistanın  təqsiri 
üzündən  konfrans  bir  neçə  dəfə  təxirə  salınır  və  nəticədə 
baş tutmur. 
 
Gürcüstanın xarici işlər naziri E.Gegeçkorinin təklifi 
ilə  konfrans  1919-cu  il  aprelin  25-də  Tiflisdə  işə  başladı. 
Azərbaycan  nümayəndə  heyətinə  xarici  işlər  naziri  Məm-
məd  Yusif  Cəfərov,  parlament  üzvləri  Fətəli  xan  Xoyski 
ilə  Xəlil  bəy  Xasməmmədov  daxil  idilər.  Azərbaycan  nü-
mayəndə  heyəti  ərazi  məsələlərinə  aid  aşağıdakı  prinsip-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə