İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 
54 
və  onun  qərarlarını  məcburi  yerinə  yetirməyə  razılaşırlar. 
4.Noyabrın  26-da  Bakıda  Azərbaycan-Ermənistan  kon-
fransının  keçirilməsi  qərara  alınır.  5.Saziş  imzalandığı 
gündən qüvvədə sayılır və parlamentlərin təsdiqindən son-
ra hüquqi qüvvəyə minir.
1
 
 
Azərbaycan  hökuməti  konfransın  tələblərinə  əməl 
edərək Zəngəzurdan öz qoşunlarını geri çəkir. Ermənistan 
tərəfi isə əksinə, Zəngəzura əlavə qoşun hissələri göndərə-
rək yerdə qalan azərbaycanlı kəndlərini də işğal etməyə və 
ərazini tamamilə azərbaycanlılardan təmizləməyə başlayır. 
Ermənilərin  başladığı  hücumlara  əks  həmlə  ilə  cavab 
vermək  əvəzinə,  Azərbaycan  hökuməti  yalnız  diplomatik 
yazışmalarla  ermənilərin  hücumlarının  qarşısını  almağa 
çalışırdı.  
 
Erməni tərəfinin günahı üzündən noyabrın 26-da ke-
çirilməsi nəzərdə tutulan Azərbaycan-Ermənistan konfran-
sı  yalnız  dekabrın  14-21-də  baş  tutdu.  Bu  konfransda  da 
əməli  qərarların  qəbul  edilməsi  mümkün  olmadı.  1920-ci 
ilin aprelində Cənubi Qafqaz dövlətlərinin Tiflisdəki kon-
fransı  zamanı  aparılan  müzakirələr  də  müsbət  nəticə  ver-
mədi. Aprelin 26-da Ermənistan hökuməti barışıq imzala-
maq  haqqında  Azərbaycan  hökumətinə  müraciət  etsə  də 
artıq gec idi. Azərbaycanda Aprel işğalının (1920) həyata 
keçirilməsi  ilə  1919-cu  il  Azərbaycan-Ermənistan  sazişi 
əhəmiyyətini itirmişdi. 
 
Ermənilərin  iddiada  olduqları  ərazilərdən  biri  də 
Gəncə  quberniyasının  Qazax  qəzası  və  Şərur-Dərələyəz 
qəzası  idi.  Qazax  qəzasının  aran  hissəsində  azərbaycanlı-
                                           
1
  Mustafa  N.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  milli-ərazi  müna-
qişələri  və  qaçqınlıq  problemi//  Azərbaycan  Xalq  Cümhuriyyətinin  milli 
siyasəti. Bakı: «Qartal», 1998, s.142 


 
55 
lar, dağlıq hissəsində isə az miqdarda ermənilər yaşayırdı-
lar. Erməni daşnakları qəzanın bütün ərazilərini öz torpaq-
larına  qatmağa  can  atırdılar.  Şərur-Dərələyəz  qəzasında 
əhalinin  72,3  faizi  azərbaycanlılar  idi.
1
  Bu  qəzada  90250 
nəfər əhalinin 58496 nəfərinin türk, 29165 nəfərinin ermə-
ni,  2589  nəfərinin  isə  digər  millətlərin  nümayəndələri  ya-
şayırdı.
2
 
 
Paris  sülh  konfransı  ərəfəsində  ermənilər  millətlər-
arası toqquşmaları daha da genişləndirir, «böyük Ermənis-
tan»  iddialarını  həyata  keçrmək  üçün  Azərbaycana  qarşı 
geniş  miqyaslı  döyüş  əməliyyatlarına  başladılar.  Daşnak-
ların mənhus və məkrli niyyətləri ondan ibarət idi ki, onlar 
qısa müddətdə İrəvan quberniyasını, Qarabağı, Naxçıvanı, 
Şərur-Dərələyəzi,  Ordubadı,  Zəngəzuru  və  digər  əraziləri 
azərbaycanlılardan  tamamilə  təmizləsinlər.  Məqsədləri  bu 
yerlərə  erməniləri  köçürmək  və  Paris  sülh  konfransında 
onların  erməni  vilayəti  kimi  tanınmasına  nail  olmaq  idi. 
Paris  konfransında  erməni  nümayəndə  heyəti  belə  tələb 
irəli sürdü ki, yaradılan yeni erməni dövlətlərinin açıq də-
nizə  çıxışı  olmalıdır.  Onlar  ikrahedici  riyakarlıqla  deyir-
dilər:  «Hər  tərəfdən  düşmən  və  qərb  mədəniyyətinə  yad 
ünsürlərlə əhatə olunmuş bir xalq kimi biz, dənizə çıxış ol-
madan,  nə  öz  təhlükəsizliyimizi,  nə  də  öz  iqtisadi  və 
mədəni inkişafımızı təmin edə bilmərik». 
 
Ermənilərin daha çox iddiada olduğu ərazilərdən biri 
də  Naxçıvan  qəzası  idi.  Məlumdur  ki,  Naxçıvan  qədim 
Azərbaycan  ərazisidir  və  burada  tarixən  azərbaycanlılar 
məskunlaşmışlar. Naxçıvan qəzasında əhalinin 62,5 faizini 
(bəzi  məlumatlara  görə  67  faizini)  azərbaycanlılar,  31-
                                           
1
 Həsənli C. Göstərilən əsəri, s.366. 
2
 Yenə orada, s. 367.  


 
56 
36,7  faizini  ermənilər  təşkil  edir.
1
  Əslində  əhalinin  belə 
nisbəti  Rusiya  Qafqaza  nüfuz  etdikdən  və  qonşu  dövlət-
lərdən ermənilərin İrəvan və Naxçıvan vilayətlərinə köçür-
dükdən sonra yaranmışdı. Naxçıvan vilayətində 17138 nə-
fər  müsəlman,  2690  nəfər  erməni  yaşayırdı.
2
  Böyük  stra-
teji əhəmiyyətə malik olan Naxçıvan diyarının ələ keçiril-
məsi  daşnakların  «böyük  Ermənistan»  yaratmaq  planında 
xüsusi yer tuturdu. Ona görə ki, bu bölgə iri dəmiryol qov-
şağı  idi  və  əlverişli  mövqeyə  malik  idi.  Buradan  bir  xətt 
İranın  Maku  xanlığına,  oradan  da  Türkiyəyə,  başqa  bir 
xətt  Tehrana  gedirdi.  Bütün  bunlar  daşnakları  özünə  cəlb 
edir, onların dincliyinə haram qatırdı.
3
 Ermənistan respub-
likası  Naxçıvanı  özününkü  sayırdı.  Azərbaycan  Xalq 
Cümhuriyyəti elan edilən zaman İrəvan quberniyasına da-
xil  olan  Naxçıvan  dərhal  Azərbaycanla  birləşməyi  qərara 
aldı.  Lakin  o  zamankı  şəraitdə  bu  birləşmə  mümkün  ol-
madı.  
 
Mudros müqaviləsinin şərtlərinə görə türk qoşunları 
Cənubi Qafqazdan getdikdən sonra, Ermənistan hökuməti-
nin  diyarı  ələ  keçirmək,  onu  idarə  etmək  imkanı  əmələ 
gəlmişdi.  Lakin  Naxçıvan  əhalisi  1918-ci  ilin  noyabrında 
müvəqqəti olaraq, müstəqil Araz-Türk Respublikasını ya-
ratdılar. Bu respublikanın ərazisi 8696 kv.km idi.
4
 Tərkibi-
nə  Naxçıvan  və  Şərur-Dərələyəz  qəzaları,  Sərdərabad, 
Uluxanlı,  Vedibasar,  Kəmərli,  Mehri  və  s.  bölgələr  daxil 
idi.  Respublikanın  yaradılması,  bir  tərəfdən  ermənilərin 
iddialarını dəf edir, digər tərəfdən isə diyarı Azərbaycanla 
birləşdirməyə imkan yaradırdı. 
                                           
1
 Həsənli C. Göstərilən əsəri, s.366. 
2
 Yenə orada, s. 366-367. 
3
 Dəmirli M., Məmmədli M. Göstərilən əsəri, s.590. 
4
 Naxçıvan tarixi atlası. Bakı, 2010, s.33. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə