İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 
44 
ermənilər Türkiyədə çox dəhşətli qırğınlar törətmişdilər və 
bu  davam  edirdi.  Həmin  il  martın  31-də  isə  S.Şaumyanın 
göstərişi ilə Bakıda və Azərbaycanın bir çox bölgələrində 
bolşevik  ermənilər  Bakı  Kommunasının  ordusu  ilə  birgə 
müsəlman əhalisinin soyqırımını törətmişdilər. 
 
Rusiya  imperiyasının  dağılmasından  sonra  Cənubi 
Qafqazda  üç  respublika  öz  müstəqilliyini  elan  etdi.  Bu 
dövlətlər arasında Ararat Respublikası nə ərazisi, nədə ki, 
paytaxtı  olan  yeganə  respublika  idi.  Öz  respublikalarını 
“Ararat” adlandıran ermənilər vaxtilə çar Rusiyası tərəfin-
dən  köçürüldükləri  türk  torpaqlarına  iddialarını  ortaya 
qoymuşdular.  1918-ci  il  mayın  28-də  ermənilər  müstəqil 
dövlətin qurulmasını siyasi mərkəzləri olmadan bəyan et-
mişdilər.  Azərbaycan  Xalq  Cümhuriyyəti  böyük  dövlət-
lərin  təzyiqi  altında  qədin  Azərbaycan  şəhəri  İrəvanı  və 
ona  bitişik  təxminən  9,5  min  kv.  km.  ərazini  ermənilərə 
güzəştə  getməyə  məcbur  oldu.  AXC  Nazirlər  Şurasının 
sədri  Fətəli  xan  Xoyski  güman  edirdi  ki,  bununla  ermə-
nilərin bütün ərazi iddiaları bitəcəkdir.  
 
1920-ci ilin ortalarında Ararat Respublikasının adını 
Erməni  Respublikasına  dəyişən  daşnaklar  bununla  da  Ki-
çik Asiyada “vətənlərini” itirmələri ilə faktiki olaraq barı-
şaraq  Qafqazda  –  Azərbaycan  xanlıqlarının  ərazisində 
uydurma  “qədim  erməni  tarixini”  yazmağa  başladılar. 
Məhz  bu  dövrdə  ermənilərin  “Qafqazın  qədim  yerli  əha-
lisi” olması barədə tarixi konsepsiya uydurulmuş və bunun 
ardınca Ermənistandakı Azərbaycan və bir çox digər mü-
səlman  tarixi  abidələrinin  kütləvi  şəkildə  məhvinə  baş-
lanıldı. 
 
Beləliklə,  1918-ci  ilin  may  ayında  qədim  Azərbay-
can ərazisində Erməni daşnak dövləti, 1920-ci il noyabrın 
29-da  isə  bolşeviklərin  zor-gücü  ilə  “Ermənistan  SSR” 


 
45 
yaradldı. Amerika alimi Səmyuel Vimzin göstərdiyi kimi, 
“üç min ildən artıq bir müddətdə dövlətçiliyi olmayan, in-
di isə erməni reallıqlarına deyil,  yalnız erməni iddialarına 
əsaslanaraq  ermənilərin  dövlət  yaratmağa  çalışması  nəti-
cəsində müttəfiqlərin müstəqil Ermənistan yaratmaq qərarı 
qəribə görünürdü”.
1
 
 
Yaradıldığı gündən Azərbaycana qarşı ərazi iddiaları 
ilə çıxış edən Ermənistan havadarlarının köməyi ilə ərazi-
lərini  xeyli  genişləndirdi.  Erməni  daşnakları  Azərbaycan 
torpaqlarının  hesabına  ərazilərini  1920-ci  ildə  29,8  min  kv. 
km-ə çatdırdı. Torpaq iştəhası, onu müntəzəm qamarlama 
hərisliyi ermənilərin gözlərini elə örtmüşdür  ki, daşnaklar 
tarixin hər bir anından bu məkrli siyasəti həyata keçirmək 
üçün  çox  hiyləgərliklə  istifadə  edirdilər.  Belə  ki,  1920-ci 
ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qə-
zasının Vedibasar mahalı və Gəncə quberniyasının Zəngə-
zur  qəzası  Ermənistana  verildi.  Bununla  yanaşı,  1920-ci 
ilin əvvəlində Qazax qəzasının cənub hissəsi  də Ermənis-
tana bağışlandı və burada Dilican qəzası yaradıldı. 1920-ci 
ilin dekabrında Zəngəzur Ermənistana verildi. 1920-1923-cü 
illərdə  Qazax  qəzasından  379.984  desyatin,  Zəngəzur 
qəzasından 405 min desyatin,
2
 Zəngəzur, Cavanşir və Qa-
zax  qəzalarının  sərhədlərində  olan  150  min  desyatin  tor-
paq  və  otlaq  sahələri  Ermənistana  verildi.
3
  1929-cu  ildə 
Naxçıvan  MSSR-in  on  yaşayış  məntəqəsini  əhatə  edən 
657  kv.  km  ərazi  Ermənistan  SSR-ə  verildi.  Yenə  həmin 
ildə  Zəngilan  rayonunun  üç  kəndi  Ermənistana  verildi  və 
                                           
1
 Səmyuel A. Vimz. Ermənistan-terrorçu “xristian ölkənin gizlinləri 
(ermənilərin böyük fırıldaq seriyaları). I c., Bakı: “OKA”, 2004, s.252. 
2
 Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f. 28, siy. 1, iş 155, 
s.19-20. 
3
 ARDA, f. 2502, siy. 1, iş 20, v. 56-57. 


 
46 
burada  Mehri  rayonu  təşkil  olundu,  nəticədə  Naxçıvanı 
Azərbaycandan ayıran  dəhliz  yarandı. 1929-cu ildə Qaza-
xın 5 min hektar torpaq sahəsi, Cəbrayıl qəzasının Nüvədi, 
Ernəzir və Tuğud kəndləri Ermənistana verildi. Ərazi mə-
sələlərinin  birtərəfli,  daşnak-bolşevik  “həlli”  nəticəsində 
“mübahisəli”  ərazilər  ermənilərə  verildi  və  bundan  əlavə 
11  min  kv.  km.  ərazimiz  Ermənistana  bağışlandı.  Buraya 
əsasən Zəngəzur qəzası, Şərur-Dərələyəz qəzası və Göycə 
dairəsinin  torpaqları  daxıl  idi.  Beləliklə,  həmin  illərdə 
Azərbaycanın 27,6 min kv. km. ərazisi itirildi.  
 
Sonrakı  illərdə  də,  ermənilərin  torpaq  iddiaları  da-
vam etmiş, Azərbaycan ərazisinə hərbi müdaxilə etmiş və 
torpaqlarımızın 20 faizi itirilmişdir. Erməni millətçiləri bu 
gün də belə yeni ərazi iddiaları xülyası ilə yaşayırlar.  
 
Qədim  Azərbaycan  torpaqlarında  dövlətlərini  yara-
dan  ermənilər  bu  ərazilərin  köklü  sakinlərini-azərbaycan-
lıları  öz  tarixi  ərazilərindən  çıxarmış,  onları  1918-1920, 
1948-1953 və 1988-1992-ci illərdə deportasiya etmişlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
47 
5. ERMƏNİLƏRİN AZƏRBAYCANA  
QARŞI ƏRAZİ İDDİALARI  
(1918-1920-ci illər) 
 
 
Azərbaycanın şimal torpaqlarında müstəqil Azərbay-
can  dövlətinin  yarandığını  elan  edən  İstiqlal  bəyannamə-
sində
1
 Cənub-Şərqi Zaqafqaziyanın Azərbaycan torpaqları 
olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin qonşu xalqlar 
və  dövlətlərlə  mehriban  qonşuluq  münasibətləri  yaratmaq 
əzmi  ifadə  olunurdu.  Azərbaycan  Xalq  Cümhuriyyəti  Şi-
mali Azərbaycanda qurulsa da, o Şimali Azərbaycan ərazi-
sinin hamısını əhatə etmirdi. Sonralar Paris sülh konfran-
sına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi Me-
morandumda
2
  Cümhuriyyətin  ərazisi  aşağıdakı  kimi  gös-
tərilirdi: 1. Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı 
qəzası,  Cavad  qəzası,  Göyçay  qəzası,  Şamaxı  qəzası, 
Quba qəzası, Lənkəran qəzası; 2.Yelizavetpol (Gəncə) qu-
berniyası  (Yelizavetpol  (Gəncə)  qəzası,  Cavanşir  qəzası, 
Nuxa  qəzası,  Ərəş  qəzası,  Şuşa  qəzası,  Qaryagin  (Cəb-
rayıl) qəzası,  Zəngəzur qəzası,  Qazax  qəzası  (bu  ərazinin 
üçdə  birini  təşkil  edən  dağlıq  hissəsi  Ermənistanla  Azər-
baycan  arasında  mübahisəli  idi);  3.İrəvan  quberniyası 
(Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, 
Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzala-
rının  bir  hissəsi);  4.  Tiflis  quberniyası  (Borçalı  qəzası, 
Tiflis  və  Sıqnax  qəzalarının  bir  hissəsi);  5.Zaqatala  ma-
halı;  6.  Dağıstan  vilayəti  (Kürə  və  Samur  nahiyələrini 
əhatə  edən  ərazinin  bir  hissəsi,  habelə  Dərbənd  şəhəri  və 
                                           
1
  Azərbaycan  Xalq  Cümhuriyyəti  ensiklopediyası.  İki  cilddə.  I  cild.  Bakı: 
“Lider” nəşriyyatı, 2004, s.27-28. 
2
  Топчибашев  А.М.  Меморандум....  (ноябрь  1918  г.).  –  Перевод 
Э.Керимова. Баку: «Азербайджан», 1993, с. 20-21. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə