İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

 
37 
inzibati-ərazi  bölgüsü  müxtəlif  dəyişikliklərə  məruz  qalsa 
da 1917-ci ilə qədər qalmışdır. 
 
Çar Rusiyası Qafqazı, eləcə də Cənubi Qafqazı işğal 
etmək üçün müəyyən yol və vasitələrdən istifadə etdi. Be-
lə  vasitələrdən  biri  də  ermənilər  idi.  Çarizm  ermənilərin 
«xidmətləri»ni  qiymətləndirdi,  onlara  güzəştlər  edildi, 
dövlətlərini yaratmaq üçün şərait yaratdı, lakin XIX əsrdə 
bunu  reallaşdıra  bilmədi.  «Erməni  vilayəti»ni  yaratmaqla 
qondarma inzibati-ərazi vahidi formalaşdırdı. Bu isə gələ-
cəkdə  erməni  dövlətinin  yaradılmasına  hesablanmış  bir 
addım idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
38 
4. ERMƏNİSTAN DÖVLƏTİNİN ƏZƏLİ AZƏRBAYCAN 
TORPAQLARINDA YARADILMASI 
 
 
Tarixi faktlar sübut edir ki, hazırkı Ermənistan deyi-
lən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir 
tarixçi, obyektiv tədqiqatçı bunu inkar edə bilməz. Ermə-
nilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qaf-
qaza gəlmə olduğunu, çar Rusiyasının Qafqazda istilaçılıq 
siyasətinin  genişləndiyi  vaxtlarda  bu  ərazidə  ermənilərin 
dövlət qurumunun olmaması tarixçilər tərəfindən dəfələrlə 
sübuta  yetirilmişdir.  Azərbaycan  tarixçilərinin  ortaya  çı-
xardığı dəlillər də indiki Ermənistan ərazisinin tarixi Azər-
baycan torpaqları olduğunu sübut edir. 
 
Yuxarıda  qeyd  etmişik  ki,  ermənilər  Balkan  yarım-
adasından,  Kiçik  Asiyaya,  oradan  isə  Şərqi  Anadoluya 
miqrasiya  etmişlər.  Son  miqrasiya  e.ə.VI  və  IV  əsrlərdə 
baş vermişdir.
1
 Ermənilər tarix boyu heç bir vaxt davamlı 
və  müstəqil  dövlətə  malik  olmamışlar.  “Erməni  krallıq-
ları” və bəylikləri ərazidəki böyük dövlətlərdən asılı və ya 
yarımasılı  halında  yaşamışdır.  15  vilayətdən  ibarət  böl-
gələr “Böyük Ermənistan”, 3 vilayətdən ibarət bölgələr isə 
“Kiçik Ermənistan” adı ilə tanınmışdı. Bunlar siyasi ərazi 
yox, coğrafi ərazi kimi məlum idi.
2
  
 
Erməni  tarixi  haqqında  müxtəlif  rəvayətlər  uydurul-
muş və burada Hayk sülaləsinin (e.ə.2350-e.ə.328), Parti-
ya  dövrünün,  İran  idarəçilik  dövrünün  olduğunu  əsaslan-
dırmağa  çalışmışlar. Qeyd etmək lazımdır ki, Ermənistan 
müstəqil  dövlət  kimi  çox  qısa  müddətdə  mövcud  olmuş-
                                           
1
 Маммадов И., Мусаев Г. Армяно-азербайджанский конфликт: исто-
рия, право, посредничество. 2-е изд., Баку, 2008, с.11. 
2
 M.Sədi Koçaş. Tarixdə ermənilər və türk-erməni münasibətləri. Bakı: 
“Azərbaycan ensiklopediyası” NPB, 1998, s.8. 


 
39 
dur.  Tarixdən  məlumdur  ki,  ermənilərin  əcdadları  hesab 
edilən  qəbilənin  yerləşdiyi  ərazi  sonralar  Urartu  dövləti-
nin,  Midiya  və  İran  Əhəməni  imperiyasının  süqutundan 
sonra  onların  Yuxarı  Fərat  vadisində  kiçik  bir  knyazlığı 
yaranmış və tədriclə güclənən bu knyazlıq mənşəcə parfi-
yalı  olan  II  Tiqranın  (e.ə.  95-55)  hakimiyyətinin  əvvəllə-
rində qonşu ölkələrə işğalçı yürüşlər təşkil edərək, qısa bir 
müddətdə  öz  ərazisini  genişləndirə  bilmişdir.  Lakin  e.ə. 
66-cı ildə Roma sərkərdəsi Pompey II Tiqranın hərbi qüv-
vələrini  darmadağın  etdikdən  sonra,  Kiçik  Asiyanın  şər-
qində mövcud olmuş erməni knyazlığı müstəqil dövlət ki-
mi tarix səhnəsindən silinmişdir.  
Bu ərazidə indi ermənilər kimi tanınan əhalinin ya-
şamasını bəyan etmək çox çətindir. Bu çarlığın ərazisində 
müxtəlif qeyri-erməni etnosları yaşamışlar. Bu çarlığın 30 
illik mövcudluğu indiki ermənilərdə belə bir xülya yaradıb 
ki, onlar Tiqran tərəfindən qısa müddətə işğal olunmuş hə-
min  ərazilərin  varisləridir.  S.Vims  hesab  edir  ki,  əslində 
heç  vaxt  müstəqil  Ermənistan  dövləti  olmayıb.  Tarixdə 
“böyük  Ermənistan”  adlı  dövlər  mövcud  olmayıb.  Ermə-
nistan eramızın IV əsrinə kimi Roma tərəfindən idarə olu-
nub. I-VI əsrlərdə dəfələrlə Roma, İran və Bizans arasında 
bölünüb  və  erməni  şahları  tərəfindən  deyil,  onlar  tərəfin-
dən idarə olunub.  
 Bütün  sonrakı  əsrlərdə,  ta  1918-ci  ilə  qədər  o, 
digər  dövlətlərdən  –  İran,  Roma,  Osmanlı,  Rusiya  impe-
riyalarından ya vassal kimi, ya da tam asılı olmuşdur.
1
  
 
Ermənilərin  yenidən  siyasi  səhnəyə  gəlməsi  xristian 
dininin  meydana  gəlməsi  və  yayılması  dövrünə  təsadüf 
                                           
1
  Mehdiyev  R.  Gorus  –  2010:  absurd  teatrı  mövsümü.  Bakı:  “Şərq-Qərb”, 
2010, s.27. 


 
40 
edir.  Xristianlığı  qəbul  etdikdən  sonra  vahid  xristian  kil-
səsindən  üz  döndərən  ermənilər  təriqətçi  monofizitlərin 
tərəfinə  keçdilər.  Onlar  özlərinin  əlahiddə  qriqoryan 
kilsəsini  yaratdılar.  Qriqoryan  kilsəsi  dövlətin  olmadığı 
şəraitdə erməni icmalarının təkcə dini deyil, eyni zamanda 
siyasi  himayəçisi  funksiyasını  da  öz  üzərinə  götürdü. 
Ermənilər  qriqoryan  kilsəsinin  rəhbərliyi  ilə  güclü  xarici 
qüvvəyə  sığınmaq  yolunu  tutdular.  Onlar  Bizansa  qarşı 
Ərəb xəlifələri ilə sövdələşməyə girdilər. Qriqoryan kilsə-
si  “böyük  Ermənistan”ı  dirçəltmək  üçün  ilk  dəfə  ərəb 
işğalları  dövründə  fəallaşdı.  Qriqoryan  kilsəsi  Qafqaz 
Albaniyasının qərb ərazisində yaşayan alban-xristian əhali 
arasında  qriqoryanlığı  yaymağa  başladı.  Zaman  keçdikcə 
qriqoryanlığı  qəbul  etmiş  alban-Azərbaycan  tayfalarının 
erməniləşdirilməsinə başlandı. Nəticədə qriqoryan kilsəsi-
nin təsir dairəsi Cənubi Qafqaza doğru genişlənməyə baş-
ladı. 
 
Ermənilər  IX  əsrdə  Qars  və  Ərzurum  ərazisində  bi-
zanslılarla onlar arasında bufer rolunu oynayacaq, paytaxtı 
Ani şəhəri olan yarımmüstəqil Ermənistan knyazlığı yara-
dırlar.  IX  əsrdən  başlayaraq  Ermənistan  tədricən  Bizans 
tərəfindən  tutulur  və  1045-ci  ildə  Erməni  knyazlığı  ləğv 
edilir.  Bizans  dövründən  bağlayaraq  ermənilərin  səpələn-
məsi  başlayır.  Cənub-qərbi  Qafqazda  az  sayda  erməninin 
peyda  olmasını  isə  IX  əsrdən  başlayaraq  ermənilərin 
müxtəlif ölkələrdə yerləşdirilməsi ilə izah etmək olar.  
 
1080-ci  ildə  Bizans  dövlətinin  zəifləməsi  Aralıq  də-
nizinin  Şimal-şərq  sahilində  Kilikiya  erməni  knyazlığının 
yaranmasına səbəb oldu. 1375-ci ildə məmlüklər Kilikyanı 
öz  imperiyalarına  birləşdirdilər.  Bu  vaxtdan  XX  əsrədək 
ermənilərin  öz  dövlətləri  olmayıb  və  onlar  müxtəlif  döv-
lətlərin tərkibində yaşayıblar.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə