İsmayil haciyev



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/57
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50654
1   ...   4   5   6   7   8   9   10   11   ...   57

 
28 
Aştaraketsi
1
.  Xanlıq  ərazisində  azərbaycanlı  əhali  mütləq 
çoxluğa  malik  olmasına  baxmayaraq,  Müvəqqəti  İdarəet-
mə  Komitəsinin  tərkibinə  azərbaycanlıların  nümayəndəsi 
salınmamışdı.  Müvəqqəti  İdarəetmə  Komitəsi  aşağıdakı 
vəzifələri yerinə yetirməli idi: 
1.
 
Xanlıq  ərazisində  idarəetmə  işlərinin  həyata  keçiril-
məsi  və  həmin  ərazidə  Rusiyanın  mənafeyinə  uyğun 
gələn qayda-qanunların bərqərar edilməsi
2.
 
Xanlığın sərhədlərinin, xanlıq daxilində olan İrəvan və 
Sərdarabad  qalalarının  mühafizəsinin  və  bu  ərazidə 
yerləşən  rus  qoşunlarının  təminat  və  təchizat  məsələ-
lərinin həll edilməsi
3.
 
Xanlıq ərazisində təhlükəsizliyin təmin edilməsi, xan-
lıq  daxilində  qarovul  xidmətinin  təşkili  üçün  erməni 
əhalidən piyada və süvari drujinaların təşkil edilməsi
4.
 
Gürcüstanla işlək  əlaqələrin təmin edilməsi  və  həmin 
əlaqələrin  Dilican  və  Aparandan  keçməklə  yaradıl-
ması; 
5.
 
 Gürcüstanla ticarət əlaqələrinin bərpa edilməsi, xanlıq   
ərazisində  pambıqçılığın  inkişaf  etdirilməsi  və  duz   
mədənlərində duz hasilinin artırılması; 
6.
 
İrəvan  xanının  bütün  əmlakının  siyahıya  alınması  və 
onun dövlətin xeyrinə müsadirə olunması
2

Naxçıvan və Ordubadda Ehsan xan və Şıxəli bəy naib 
kimi  fəaliyyət  göstərir  və  onlara  rus  məmurlarından  pris-
tavlar təyin edilmişdi.  Bütün idarəetmə  məsələləri onların 
qarşılıqlı razılığı əsasında həll edilməli idi
3

                                           
1
 
Naxçıvan еnsiklоpеdiyası. 2 cilddə, I cild, Naxçıvan, 2005, s. 144. 
2
 Парсамян В.А. Истoрия армянскoгo нарoда. Кн. Ы, Ереван, 1972, с.71. 
3
 Мильман А. Пoлитический стрoй Азербайджана в ХЫХ - начале ХХ 
векoв. Баку, 1966, с.72. 


 
29 
 
Naxçıvan və İrəvan xanlıqlarının işğalı və Rusiyaya 
ilhaq edilməsi ermənilərin Azərbaycan torpaqları hesabına 
erməni dövləti  yaratmaq arzusuna  yeni təkan verdi. Onlar 
Rusiyaya  bağlı  erməni  inzibati-ərazi  vahidi  yaradılmasını 
istəyirdilər.  Hətta  bu  barədə  əslən  erməni  olan  X.Y.La-
zarev  çar  I  Nikolaya  layihə  də  təklif  etmişdi.  Lakin  belə 
bir qurumun yaradılması Rusiyanın maraqlarına uyğun de-
yildi. Rusiya İrəvan xanlığı ərazisində elə bir ərazi-idarə-
etmə  vahidinin  yaradılmasını  məqsədəuyğun  hesab  edirdi 
ki,  o  Rusiyanın  mənafeyinə  uyğun  gəlsin.  Rusiya  əraziyə 
erməniləri  köçürsə  də,  bu  ərazilərin  idarəsinin  ermənilərə 
tapşırılmasını məqsədəuyğun hesab etmirdi. 
 
Türkmənçay  müqaviləsi  bağlandıqdan  sonra,  İrəvan 
və  Naxçıvan  xanlıqlarının  idarəçiliyi  dəyişdirildi.  Çar  I 
Nikolayın  1828-ci  il  martın  21-də  verdiyi  fərman  ilə  İrə-
van və Naxçıvan xanlıqları əsasında «Erməni vilayəti» ya-
radıldı. Həmin fərmanda deyilirdi:  «İranda bağlanan trak-
tata  uyğun  olaraq  İrandan  Rusiyaya  birləşdirilmiş  İrəvan 
və  Naxçıvan  xanlıqları  bundan  sonra  bütün  işlərdə  «Er-
məni vilayəti» adlandırılsın və o, bizim titula daxil edilsin. 
Bu  vilayətin  quruluşu  və  onun  idarə  edilməsi  qaydaları 
haqqında  hökumət  öz  vaxtında  lazımi  göstərişlər  ala-
caqdır»
1

 
«Erməni  vilayəti»  İrəvan  və  Naxçıvan  xanlıqlarının 
ərazisi  əsasında  yaradılan  müvəqqəti  inzibati-idarəetmə 
vahidi  idi.  Bu  fərmanın  imzalanması  ilə  əvvəlcə  yaradıl-
mış  İrəvan  Müvəqqəti  İdarəetmə  Komitəsi  ləğv  edildi. 
«Erməni vilayəti» heç də erməni dövləti deyildi. Lakin bu 
                                           
1
  Сoбрание  актoв,  oтнoсящихся  к  oбoзрению  истoрии  Армянскoгo 
нарoда. ч.1, Мoсква, 1933, с. 178-179. 
 


 
30 
tarixi Azərbaycan torpaqlarında - İrəvan və Naxçıvan xan-
lıqlarının  ərazisində  yaradılacaq  gələcək  Ermənistanın tə-
məli  idi.  Çar  hökuməti  tarixi  Azərbaycan  torpaqları  əsa-
sında  «Erməni  vilayəti»  yaratması  ilə  I  Pyotrdan  başla-
yaraq  ermənipərəst  siyasətin  həyata  keçirildiyini  təsdiq 
edirdi. 
 
Əlahiddə Qafqaz korpusunun komandiri, general-ad-
yutant Paskeviçlə Krasovski arasında ziddiyyətlər yarandı. 
Nerses Aştaraketsinin fırıldaqları və azərbaycanlılara qarşı 
qəddarlıqları üzə çıxdı. Ona görə də 1828-ci ilin aprelində 
Krasovski İrəvanı tərk etdi. Arxiyepiskop Nerses isə Rusi-
yanın  maraqlarını  əks  etdirməyən  bir  ruhani  kimi  qiy-
mətləndirildi  və  tezliklə  onun  zərərli  bir  adam  kimi  «Er-
məni  vilayəti»ndən  sürgün  edilməsi  məqsədəuyğun  hesab 
edildi.  Bunun  üçün  bir  bəhanə  də  tapıldı.  Paskeviç  onu 
Bessarabiyadakı erməni  yeparxiyasının rəhbəri vəzifəsinə 
göndərilməsinə nail oldu
1

 
«Erməni  vilayəti»  inzibati  planda  iki  qəza  və  bir 
dairədən  ibarət  idi.  İrəvan  və  Naxçıvan  qəzaları  və  Ordu-
bad dairəsi. Qəza rəhbərləri kimi Ehsan xan və Şıxəli bəy 
öz vəzifələrində saxlanılmışdı. Ermənilər isə  güman edir-
dilər  ki,  Rusiya  qoşunlarının  vilayətə  gəlməsi  ilə  hər  şey 
onların dediyi kimi olacaq,  azərbaycanlı  bəylər və  xanlar 
qarşısında  olan  borclarını  daha  yerinə  yetirməyəcəklər. 
Qəzalar  rayonlara  bölünürdü.  Rayonların  rəhbərliyində 
mirablar,  məliklər,  ağalar  saxlanıldı.  Vilayət  idarəsinin 
rəisi vəzifəsinə A.Çavçavadze təyin edildi. İdarənin üzvlü-
yünə iki rus hərbiçisi, erməni və azərbaycanlılardan ibarət 
imtiyazlı  təbəqənin  nümayəndələri  daxil  idi.  Vilayətin 
                                           
1
 
Sülеymanоv  M.  Еrməni  millətçiliyi  və  təcəvüzkarlığı  tarixindən.  Bakı, 
Hərbi nəşriyyat, 2008, s. 366.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə