İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə121/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   117   118   119   120   121   122   123   124   ...   136

                                                                                                                                                      

350


ürək eləmədi. Axı bu kitabı ona gizlincə vermişdilər, özü də tapşırmışdılar 

ki, heç kəsə göstərməsin. 

Uşaqlar oyanana qədər Əşrəf yataqxananı bir də dolaşdı, gümanı gəldiyi 

yerlərin hamısını yoxladı. "Mən yerimə uzananda kitab əlimdə idi, axırıncı

səhifələrini  oxuyurdum.  Görünür,  yuxu  məni  aparıb,  haçan  yatdığımdan 

xəbərim  olmayıb  -  deyə  öz-özünə  düşündü.  -  Kitab  əlimdən  düşsə  yerin 

içində  olardı,  ya  da  çarpayının  ətrafında.  Bəs  bu  necə  oldu?  Yoxsa 

uşaqlardan biri götürüb? Bəlkə Firidun bilir, axı o bu gecə növbətçi idi?" 

Əşrəf dostunun yanına qaçmaq və itirdiyi kitabı ondan soruşmaq istədi. 

Elə bu vaxt Firidun uşaqları səhər yuxusundan oyatdı. Tələbələr hay-küylə

ayağa  qalxdılar.  Tələsik  çarpayıları  sahmana  saldılar,  dəsmal  götürüb 

üzlərini yumağa qaçdılar. Əşrəf Firiduna yaxınlaşa bilmədi. Uşaqları duyuq 

salmamaq  üçün  o  da  dəsmalını  götürüb  bayıra  çıxdı.  Yoldaşlarının 

zarafatına  könülsüz  cavab  verdi.  Qəsdən  ləngiyib  onların  yataqxanadan 

getmələrini  gözlədi.  Əşrəf  tələbələr  məktəbə  yola  düşəndən  sonra  hər  yeri 

bir də nəzərdən keçirmək fikrində idi. 

Uşaqlar  pətəyindən  hürküdülmüş  arı  kimi  xeyli  çaxnaşdıqdan  sonra 

yataqxanadan  uzaqlaşdılar.  Əşrəf  çarpayıların  altını,  dolabçaların  üstünü 

təzədən  axtardı.  Heç  yerdə  heç  nə  gözünə  dəymədi.  Kitabın  qəsdən 

götürüldüyünü  yəqin  etdi.  Qollarını  sallayıb  dayandı.  Elə  bu  vaxt  kimsə

onun qulağının dibində nəfəs aldı. Əşrəf geri döndü. Firidun dəsmalla üzünü 

qurulayırdı: 

- Gecə Aleksey Osipoviç gəlmişdi. Bir kitab apardı, deyəsən sənin idi. 

Əşrəf  yavaşca  çarpayının  üstündə  oturdu.  Firidun  onun  halının  birdən-

birə dəyişməsinə təəccübləndi: 

- Sənə nə oldu, rəngin-ruhun niyə qaçdı? 

- Kişini xataya saldım. 

- Hansı kişini? 

-  Kipianini.  Kitabı  o  mənə  vermişdi.  Yəqin  məsələ  direktora  çatacaq. 

Mən cəhənnəm, onu işdən çıxardacaqlar. Bəlkə də başına oyun açacaqlar. - 

Əşrəfin  səsi  titrədi.  Gözlərini  Firiduna  zillədi.  -  Ağlın  nə  kəsir,  Aleksey 

Osipoviç mərdimazarlıq eləyərmi? 

- İnanmıram. 

- Mən bu saat onun yanına gedəcəm, üzr istəyəcəm, yalvarıb kitabı geri 

alacağam. Belə yaxşı deyilmi, ay Firidun, məndən ötəri o kişinin başı niyə

ağrısın? 

  



                                                                                                                                                      

351


Firidun Əşrəfin qolundan tutub qaldırdı: 

-  Tez  ol,  üst-başını  düzəlt  Səhər  ibadətinə  geciksən,  daha  da  pis  olar. 

Sabah məsləhətləşərik. 

Onlar yataqxanadan uzaqlaşdılar. 

Tələbələr  seminariyanın  həyətinə  toplaşmışdılar.  Onlar  adətləri  üzrə 

səhər ibadətindən əvvəl dərslərini təkrar edirdilər. Kimi kitabı əlində tutub 

əzbər  şer  deyən  yoldaşını  yoxlayır,  kimi  sual-cavab  edir,  kimi  bir  tərəfə

çəkilib  narın  torpağın  üstündə  misal  həll  edirdi.  Həyəti  ümumi  bir  uğultu 

bürümüşdü.  Əşrəfgil  gələndə  xristian  şöbəsinin  uşaqlarından  biri  eyvana 

çıxıb ucadan şer deyirdi. Əşrəf bu qara qıvrımsaçlı gürcü balasını tanısa da 

ona  yaxınlaşmadı.  Öz  şerlərini  oxuyan  dostuna  qulaq  asmağa  indi  onda 

həvəs yox idi. Əşrəfə elə gəlirdi ki, hamı onun gizli kitab oxuduğunu bilir, 

bu  saat  uşaqlar,  verilən  əmanəti  yaxşı  saxlaya  bilmədiyinə  görə  onu 

danlayacaqlar.  Ona  deyəcəklər  ki,  bizim  seminariyanın  ən  sevimli 

müəllimlərindən birini niyə xataya saldın? Sən bilmirsənmi ki, onun dalınca 

düşənlər var? Onu gözdən qoymurlar, hər yerdə izləyir, hər sözünə diqqət 

yetirirlər. Bəlkə elə sən qəsdən o kitabı vermisən ki, Kipianini işdən qovub 

tutsunlar? O kişi sənə etibar edib, sənsə belə, Əşrəf darıxdı. Elə bil havası

çatmadı.  Yaxasını  açıb  ətrafına  boylandı.  Ona  elə  gəldi  ki,  Kipiani 

buralardadır.  Hardasa  dayanıb  ona  baxır.  Başını  bulayıb  onu 

məzəmmətləyir:  "Məni  niyə  ələ  verdin,  mən  səni  kişi  bilirdim",  -  deyir. 

Əşrəfin bədənini soyuq tər basdı. "Mən onun üzünə necə baxacam, gözünə

necə görünəcəm? - deyə düşündü. - Görək ona heç nə bildirməyəm. Bu gün, 

dərsdən  qabaq  kitabı  Aleksey  Osipoviçdən  geri  istəyəm.  Bəlkə  vermədi? 

Bəs onda nə olsun?" 

Məktəbin  həyətindəki  uğultu  getdikcə  gücləndi  və  Əşrəfə  elə  gəldi  ki, 

onun  başı  ağırlaşdı,  qulaqları  tutuldu,  hətta  gözləri  də  torlandı,  heç  nə

fikirləşə bilmədi. Keyimiş kimi həyətin ortasında dayandı. 

Uşaqlardan  biri  "diqqət!"  deyə  qışqırdı.  Bu  xəbərdarlığı  eşidən  kimi 

hamı səsini kəsdi və gözünü yola zillədi. Ortaya çökən sükut Əşrəfi özünə

gətirdi.  O  da  cığıra  baxdı  və  hələ  uzaqdan  gələn  Kipianini  dərhal  tanıdı. 

Uşaqlar  onun  qabağına  yüyürdülər.  Əşrəf  bir  anlığa  hər  şeyi  unudub 

yoldaşlarına  qoşulmaq  istədi.  Lakin  bir-iki  addım  atdıqdan  sonra  ayaq 

saxladı. Onun gözünə görünməmək üçün daldalanmağa yer axtardı. 

Tələbələr zəncir kimi qatarlaşıb Kipiani ilə salamlaşmağa hazirlaşdılar. 

Onun  qəribə  xasiyyəti  var  idi.  Salamlaşanda  mütləq  şlyapasını  çıxardırdı. 

Uşaqlarınsa bundan xoşu gəlirdi. Ona görə də yolun 

  



                                                                                                                                                      

352


kənarında  qatarlaşıb  dayanar,  Kipiani  birinci  uşağın  verdiyi  salamı  alıb 

slyapasını  geyməmiş  ikincisi,  üçüncüsü  salam  verərdi.  O  da  təkrar-təkrar 

şlyapasını çıxartmağa məcbur olardı. İndi də elə etdilər. Ancaq Kipiani bu 

dəfə  uşaqların  qatarlaşıb  onu  gözlədiklərini  başa  düşdü  və  hələ  uzaqdan 

şlyapasını çıxardıb qolunun üstünə aldı. Salamlara ancaq yüngülcə təzimlə

cavab  verdi.  Lap  axıra  çatandan  sonra  gülümsünüb  şlyapasını  geydi  və

bununla  da  "ay  kələkbazlar,  daha  məni  aldada  bilməzsiniz,  bundan  sonra 

şlyapamı  bircə  dəfə  çıxardacağam"  demək  istədi.  Tələbələrlə  müəllimin 

arasında baş verən bu üstüörtülü zarafat hamının əhval-ruhiyyəsini düzəltdi. 

Uşaqlar  bir  də  ona  görə  sevindilər  ki,  bu  gün  Kipiani  gəlmişdi.  Əgər  o, 

növbətçi müəllim olsaydı, nahardan sonra şəhərin kənarına, Kürün sahilinə

gəzməyə  getmək  arzusu  baş  tutacaqdı.  Kipiani  məktəb  həyətinin  ortasına 

çatan kimi tələbələr onu əhatə etdilər, Kim isə gülə-gülə: 

- Nə yaxşı oldu, - dedi. 

- Yaxşı olan nədir? 

- Sizin növbətçi olmanız. 

- Yox, səhv edirsiniz. Bu gün mən növbətçi deyiləm. 

- Bəs kimdir? 

- Bu saat bilərsiniz. 

Birdən  o,  sözünə  ara  verdi.  Kənardaca,  Firidunun  yanında  dayanan 

Əşrəfi yanına çağırdı. Əşrəf qızardı, sonra rəngi avazımağa başladı. Firidun 

gördü ki, dostu ayağını güclə sürüyürdü. O da həyəcanlandı. Müəllimin bu 

saat Əşrəfi bir yana çəkəcəyini, onu möhkəm danlayacağını, bəlkə də bir-iki 

acı  söz  deyəcəyini  gözlədi.  Əşrəf  başını  yuxarı  qaldırmadı.  Kipianinin 

qarşısında ayaq üstündə güclə dayandı. 

- Niyə qaş qabaqlısan? 

O,  çiynini  çəkib  susdu.  Kipiani  tələbəsinin  çənəsinin  altından  tutub 

yuxarı qaldırdı. Əşrəf yalnız indi onun sifətinə baxa bildi. Zəhmli, qəzəbli 

baxış əvəzinə gülümsər gözləri gördükdə bir azacıq sakitləşdi. Onun əlindən 

yapışıb üzr istəmək və  müəllim,  məni danlamayın, özum  gedib kitabı geri 

alacağam. Ölsəm də Sizin adınızı vermərəm" - demək istədi. 

Məktəbin  zəngi  aram-aram  danqıldadı.  Uşaqlar  tərpənənə  qədər  Boris 

Mixayloviç Pettovun cır səsi eşidildi: 

- Xristianlar sağ tərəfə, müsəlmanlar isə sol tərəfə, ikibir düzlənin! 

Bu  zəhmli  səs  tələbələrin  arasına  çaxnaşma  saldı.  Onlar  bir-birini 

itələyə-itələyə  öz  yerlərini  tutdular.  Cərgələr  düzələndən  sonra  Petrov 

çəliyinin əyri tərəfini qolunun büküləcəyinə keçirdi. Əlini pencə- 



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə