İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə129/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   125   126   127   128   129   130   131   132   ...   136

                                                                                                                                                      

374


- Elə isə, buyurun içəri. 

Semyonov qabağa düşdü. Keçib öz yerində, kürsüdə əyləşdi. Tələbələrə 

də oturmağı təklif etdi. Çernyayevski kənarda, pəncərənin önündə dayandı. 

Semyonov onlan bir qədər gözlədikdən sonra yarızarafat dilləndi: 

- Buyurun, mən diplomatik danışıqlara başlamağa hazıram, cənablar. 

Xristian  şöbəsinin  tələbəsi  İvan  direktorun  danışıq  ahəngindən 

xoşlanmasa da, özünü itirmədi və dərhal sözə başladı: 

-  Cənab  direktor,  Kipianinin  və  onun  ailəsinin  vəziyyətindən  yəqin  ki, 

xəbərdarsınız. Biz tələbələr onlara yardım etmək məqsədilə pul toplamışıq, 

hətta müəllimlərdən də bəziləri bu işə qoşulublar. Elə bilirik ki, siz də bu işə

tərəfdar çıxıb, bizim səsimizə səs verəcəksiniz. 

Semyonovun  qaşları  çatıldı.  Sifətindəki  qəzəb  bir  an  içində  yox  oldu. 

Uşaqların bu cür qayğıkeşliyini o heç gözləmirdi. Hətta belə bir işin nə üçün 

əvvəlcə  onun  ağlına  gəlmədiyinə  hirsləndi  də.  Onun  keçirdiyi  bu  hal 

tələbələrin nəzərindən yayınmadı. Semyonov bir xeyli fikirli-fikirli barmağı

ilə stolu taqqıldatdı və səsini alçaldıb mülayimliklə soruşdu: 

- İndi tələbiniz nədir? 

-  Bir  qədər  də  Siz  pul  verin,  sonra  da  həmin  pulların  cənab  Kipianiyə 

çatdırılmasına kömək edin. 

Otağa ağır sükut çökdü. Saat kəfgirinin tıqqıltısı daha da gücləndi. 

- Nə qədər pul yığmısınız? 

- Bizim şöbə iki yüz əlli manat. 

- Müsəlman şöbəsi də bir o qədər toplayıb. 

-  Yaxşı  iş  görmüsünüz,  bala,  sizin  alicənablığınızdan  xoşum  gəldi. 

Pulları  verin  mənə.  Sabah  müəllimlərdən  də  toplayarıq,  lazımi  yerlərlə

özum  danışaram.  Çalışaram  ki,  siz  deyən  kimi  olsun.  Siz  necə  məsləhət 

görürsünüz, Aleksey Osipoviç? 

-  Bu  barədə  müəllimlərlə  danışmağı  mən  öhdəmə  götürürəm.  -  Görək 

məbləği heç olmasa min manata çatdıraq. 

- Başqa sözünüz yoxdur ki? 

- Var, - Firidun dilləndi. - Əşrəf... 

- Gəlin o barədə danışmayaq. Əmr geri götürülməz. 

-  Biz  başqa  şey  tələb  edirik,  cənab  direktor,  -  deyə  Firidun  ötkəmliklə 

sözünə davam etdi. - Əşrəfə bundan əlavə cəza verilməməlidir. 

Əks təqdirdə, bütün tələbələr işə qarışacaq. 

- Məni hədələyirsiniz? 

- Yox, xəbərdarlıq edirik. 

  



                                                                                                                                                      

375


Semyonov  hüzurunda  dayanan  bu  dəliqanlı  uşaqlara  ürəyindən 

keçənlərin heç birini demədi. Əşrəfi nə üçün cəzalandırmalı olduğunu açıb 

söyləmədi.  Bunu  qüruruna  da  sığışdırmadı.  Həm  də  bu  söhbəti  kəsməyi 

qərara aldı. Bir də, bu saat o, tikan üstündə oturmuş kimi narahat idi. Gecə

keçirdi.  Uşaqlar  direktorun  nələr  fikirləşdiyini  anlamasalar  da,  hiss  etdilər 

ki, o çox qayğılıdır. 

Semyonov fikrini topladı və astaca dilləndi: 

- O barədə sonra danışarıq. İndi isə daha vacib məsələ var. Madam ki, 

diplomatik danışığa başlamışıq, onda gərək mənə də qulaq asasınız. 

Aldığımız  məlumata  görə,  sabah,  səhər  tezdən  polislər  məktəbimizdə

axtarış aparacaqlar. 

- Məqsədləri nədir? 

- Müəllim deyil, hər halda ehtiyatlı olmaq lazımdır. 

- Deyin görək, biz nə etməliyik? 

-  Bu  saat  gedin  yataqxanaya,  şübhə  doğura  biləcək  kitabımız  varsa 

gizlədin. Silahınız varsa, onu da gizlədin. Elə edin ki, ələ bir şey keçməsin, 

aydındırmı? 

Uşaqlar əmr almış əsgər kimi ayağa durdular: 

- Getmək olarmı? 

-  Gedin,  ancaq  bu  işi  səssiz-küysüz  görün,  mən  sizə  arxayınam,  əziz 

balalar. 

Uşaqlar direktorun otağından çıxdılar. 



12 

Yataqxananın  qapısı  açılan  kimi  uşaqlar  yorğanı  üstlərinə  çəkib 

gözlərini yumdular. Otağa xorultu yayıldı. Kənardan baxan onların çoxdan 

ağır yuxuya getdiklərini zənn edərdi. Əslində isə özlərini yatmış göstərən bu 

uşaqlar, bir az bundan əvvəl çarpayıların üstündə oturub Osmanın nağılına 

qulaq asırdılar. İndi isə nəfəslərini içəri salıb susur, gələnin kim olduğunu 

bilmək istəyirdilər. Əgər müəllimlərdən biri içəri girsəydi, onlar yerlərindən 

tərpənməyəcəkdilər. 

Firidun  çarpayıların  arası  ilə  irəlilədi.  Uşaqlar  gələnin  öz  yoldaşları

olduğunu  bilən  kimi  yorğanı  üstlərindən  atdılar  və  yerin  içində  dik 

oturdular. Hamının gözü ona zilləndi: 

- Hə, nə oldu, Əşrəfi buraxdılar? 

- Yox. 

- Niyə? 



                                                                                                                                                      

376


- Dedilər ki, əmr geri götürülməz. 

-  Biz  onları  məcbur  edərik.  Uşaqlar,  geyinin,  gedək  birbaş  direktorun 

evinə. 

Firidun onlara mane oldu: 



- Dayanın. 

- Yenə təzə xəbər var? 

- Sabah polislər məktabimizdə axtarış aparacaqlar. 

Yataqxanaya bir anlıq sükut çökdü. Heç kəs dinmədi. Hamı bir- birinin 

üzünə baxdı. 

- Qoy axtarsınlar, nə tapacaqlar? 

- Necə nə tapacaqlar? - deyə Osman cavab verdi. - Bəhanə eləməyə nə 

var? Bir xəncər tapsalar, hay-harayları dünyanı götürəcək. 

- Gəlin, belə eləyək. – deyə Firidun yoldaşlarını sakitləşdirdi, 

-  Kimin  nəyi  varsa,  gətirsin,  hamısını  bir  yerdə  gizlədək.  Sonra  yenə 

götürərik.  Xristian  şöbəsinin  uşaqları  da  belə  məsləhət  etdilər.  Əvvəlcə

kitablarınızı yoxlayın. 

Uşaqlar  çarpayılarından  düşdülər.  Hər  kəs  öz  yerini  yoxladı.  Əllərinə

keçən kitabları vərəqlədilər. Kim nədən şübhələndisə gətirib ortaya qoydu. 

Burada  Puşkin  də  var  idi,  Füzuli  də.  Firidun  da  döşəyin  altında  gizlətdiyi 

kitabı çıxartdı. Hardansa bir sandıq tapdılar. Kitabları səliqə ilə ora yığdılar. 

- Daha bir şeyiniz yoxdur ki? 

-  Var,  -  deyə  Osman  Əşrəfin  döşəyinin  altındakı  xəncəri  gətirdi. 

Sandığın  içinə  qoymazdan  əvvəl  tiyəni  qınından  siyirib  baxdı.  –  Kürə

çimməyə  gedəndə  lazım  olurdu.  Bir-iki  dəfə  şəhərdə  köməyimizə  çatıb. 

Özün bilirsən ki, adam hərdənbir yumruq davasına da çıxır. Firidun xəncəri 

alıb kitabların altında gizlətdi. Osmandan sonra bir- iki xəncər də gətirdilər. 

Hətta  bir  tapança  da  verən  oldu.  Sandığın  ağzını  bağladılar.  Elə  bu  vaxt 

Aleksey  Osipoviç  içəri  girdi.  Uşaqlar  dərhal  çarpayıya  uzanıb  yorğanı

başlarına  çəkdilər.  Aleksey  Osipoviç  heç  nə  demədi.  Astaca  addımlarla 

çarpayının  arasını  dolaşdı,  açıq  qalan  dolabçaların  ağzını  bağladı,  sonra 

Firidunun üzünə baxdı: 

- Bir şey qalmadı ki? 

- Yox. 

Tələbə  ilə  müəllim  bir  neçə  saniyə  sükut  içində  dayandılar.  Onların 



baxışları  bir-birinə  zilləndi.  Bu  lal  danışıqla  ürəklərindən  keçənləri 

anladılar. 

- Arxayın olun, cənab inspektor. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə