İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə125/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   121   122   123   124   125   126   127   128   ...   136

                                                                                                                                                      

362


Birdən kim isə ucadan "Biz Sizi heç vaxt unutmayacağıq, əziz Kipiani 

müəllim!"  -  deyə  qışqırdı.  Əşrəf  səs  gələn  tərəfə  boylandı.  Gürcü 

tələbələrindən  Luka  pəncərənin  qabağına  çıxmışdı.  Papağını  havada 

yelləyirdi. Polislər onun ətəyindən dartıb aşağı salmaq istəyirdilər. Tələbələr 

onlarla  dartışır  və  özlərini  pəncərədən  həyətə  atmağa  çalışırdılar.  Əşrəf 

gördü ki, bir az keçsə Kipianini aparacaqlar. Xristian şöbəsinin tələbələri isə

polislərlə əlbəyaxa olacaqlar. Əşrəf pəncərədən atılıb həyətə düşdü. Birbaş

zəng  asılan  eyvana  yüyürdü.  Kəndirdən  yapışıb  var  gücü  ilə  dartdı.  Zəng 

təlaşla,  kimi  isə  köməyə  çağırırmış  kimi  həyəcanla  səsləndi.  Zərbələr  bir-

birinə  qarışdı.  Bütün  məktəb,  az  qala  bütün  şəhər  silkələndi.  Əşrəf  zəngin 

danqıltısından  başqa  heç  nə  eşitmədi,  heç  nə  görmədi.  Əsasını  havada 

oynadıb onu hədələyən, var gücü ilə qışqıran növbətçi müəllimə əhəmiyyət 

vermədi.  Hirslə,  qəzəblə  zəngi  çaldı.  Qapılar  taybatay  açıldı.  Tələbələr 

qabağı  kəsilən  və  birdən-birə  özünə  yol  açan  sel  kimi  gurultu  ilə  həyətə

axışdılar. Polislər onların qabağını saxlaya bilmədilər. Uşaqlar qasırğa kimi 

burulub-  büküldülər,  hər  şeyi  yollarından  süpürdülər  və  axırda  burulğan 

təkin  burulub  Kipianini  araya  aldılar.  Yalnız  bundan  sonra  Əşrəf  əlini 

kəndirdən  çəkdi.  Petrov  əsasını  onun  başına  endirmək  istədi.  Əşrəf  ağacı

havada  qapıb  Petrovun  qolunu  burdu.  Kişi  təngildədi.  Əsa  göydə  fırlanıb 

kənara  düşdü.  Növbətçi  müəllim  onu  saxlamağın  mümkün  olmayacağını

anlayıb  geri  çəkildi.  Əşrəf  tələbələrin  axınına  qoşuldu.  Uşaqları  yara-yara 

qabağa  keçdi.  Kipiani  ilə  üzbəüz  dayandı.  Uşaqlar  onları  üzük  qaşı  kimi 

araya aldılar. Əşrəf bu saat özünü parçalamaq istəyirdi, elə zənn edirdi ki, 

bütün bu məsələlər həmin kitabla bağlıdır. Kipianinin həbs olunmasına bais 

o  özüdür.  Onun  nəfəsi  darıxdı.  Bütün  bunlar  Kipianinin  nəzərindən 

yayınmadı. O hiss etdi ki, Əşrəf qışqırmaq, nə isə bir şey demək istəyir. O, 

bu  sadəlövh  gəncin  sonralar  da  iztirab  çəkəcəyini  duydu.  Başa  düşdü  ki, 

Əşrəf  özünü  müqəssir  sayır.  Kipiani  onu  sakitləşdirmək  və  şübhələrdən 

xilas etmək üçün bir addim irəlilədi. Əli ilə işarə etdi ki, susmaq lazımdır. 

Əşrəf dinmədi. Yalnız bundan sonra o, tələbəsinə yaxınlaşıb, əli ilə Əşrəfin 

başını sığalladı. Az qala pıçıltı ilə ona təskinlik verdi: 

- Səndə heç bir taqsır yoxdur. Məni başqa iş üstündə, başqa adamların 

xəbərçiliyi ilə həbs edirlər, - dedi. 

Əşrəfin gözü yaşardı. Uşaqlar əl verib bir-bir Kipiani ilə görüşdülər. 

Rəis darvazanı açdı. Atlı kazaklar gurultu ilə içəri doluşdular. Uşaqları 

arakəsməyə aldılar. Şallaqlar bir göz qırpımında havada oy- 

  



                                                                                                                                                      

363


nadı, Hətta kazaklardan qılıncını siyirib hazır dayananlar da oldu. Hər şey 

tükdən  asılı  qaldı.  Bircə  işarə  aləmi  bir-birinə  qata  bilərdi.  Semyonovdan 

əvvəl Çernyayevski özünü irəli atdı. Uşaqlar ortadan iki bölünüb direktorla 

inspektora  yol  verdilər.  Lap  qabaqdakı  kazakın  atının  cilovundan  yapışıb 

Kipianini geri çəkdilər. Semyonov rəislə döşdöşə dayandı: 

- Fikriniz nədir? 

- Uşaqları dağıdın! 

- Siz də kazakları geri çəkin. 

- Mən əmrimi geri götürmərəm. 

- Bir hadisə baş versə, cavabdeh siz olacaqsınız. 

- Mən dustağı aparmalıyam. 

- Mən heç yana qaçan deyiləm, cənab rəis, sizin sürgünləri və qandalları 

çox görmüşəm. Əmr verin atlılar kənara dursun. Uşaqları qorxutmaq kişilik 

deyil. 


Kipiani hündür bir yerə çıxdı. Əlini yuxarı qaldırıb tələbələri sakit etdi: 

- Salamat qalın, əziz balalar, mən sizdən çox razıyam. Əminəm ki, bizim 

zəhmətimiz hədər getməyəcəkdir. Siz igid, gözüaçıq və namuslu vətəndaşlar 

olacaqsınız. Siz heç nədən qorxmadan xalqınız və millətiniz üçün fədakarlıq 

edəcəksiniz. Bu həbslər sizi sarsıtmasın. Oxuyun, hər yerdə maarif məşəlini 

ucaldın. Sizə minnətdaram, mənim müəllim yoldaşlarım, salamat qalın. 

Kipiani  nə  qədər  gülümsədisə  də  gözləri  doldu.  Şlyapasını  çıxardıb 

hamıya baş əydi və bundan sonra darvazaya doğru getdi. Uşaqlar xeyli onun 

ardınca  baxdılar.  Kazaklar  atlarını  nizama  düzüb  Kipianinin  ətrafını

kəsdilər.  Rəis  qabağa  düşdü.  Siyirmə  qılıncların  polad  liyəsi  havada 

parıldadı.  Daş  küçə  at  nalının  şaqqıltısı  ilə  doldu.  Bu  şaqqıltı  uzun  zaman 

uşaqların qulağından getmədi. 



10 

Qurğuşun  kimi  ağır  və  qatı  bir  qaranlıq  qanad  gərib  seminariyanın 

üzərinə çökmüşdü. Sinif otaqlarında yanan işıqlar gecənin qaranlığını boğa 

bilmir, solğunlaşıb pəncərələrdə öləziyir, duman arxasında imiş kimi güclə

görünürdü,  Məktəbin  həyəti  bomboş  idi.  Pəncərələrdə  titrəşən  kölgələrdən 

başqa seminariyanın binasında canlılıq əlaməti yox 




                                                                                                                                                      

364


idi. İnsanı qurğuşun kimi əzib, qüssə və kədərə qərq edən bu ağır sükutdan 

adamın  qulağı  güyüldəyirdi.  Ancaq  Petrov  heç  nəyə  fikir  vermədən  bir 

kabus  kimi  sinif  otaqlarının  qabağında  dolaşırdı.  O  hər  şeyi  bilmək,  hər 

pıçıltını  dinlamək  və  hər  sözü  eşitmək  istəyirdi.  O,  bu  dəfə  adəti  xilafına 

ayağını yerə astaca basır və çalışırdı ki, çəkmələri səslənməsin. 

Petrov  xeyli  dolaşdı,  pəncərələrin  önündə  ayaq  saxladı  və  nəhayət, 

müsəlman şöbəsinin otaqlarına yaxınlaşdı. Qapıların dalında ayaq saxlayıb 

içərini  dinşədi  və  axırda  Əşrəf  oxuyan  qrupun  pəncərəsinə  yaxınlaşdı. 

Özünü göstərməməyə çalışaraq, ehtiyatla içəri boylandı. 

Sinif  nümayəndəsi  Firidun  qapı  tərəfdəki  stolun  arxasında  oturmuşdu. 

Qalan  uşaqlar  ikibir-  ikibir  əyləşib  dərs  oxuyurdular.  Firidun  hərdən 

mütaliəsinə  ara  verib  uşaqlara  baxır,  onların  nə  ilə  məşğul  olmasına  göz 

qoyurdu. 

Petrov az qala burnunu  şüşəyə yaxınlaşdırdı və uşaqların içində Əşrəfi 

axtardı. O lap dalda əyləşmişdi. Yanında da heç kəs yox idi, nə isə ciddi bir 

şey oxuyurdu. Petrov pəncərədən nə qədər boylandısa da, Əşrəfin oxuduğu 

kitabı görə bilmədi. Daha da şübhələndi və gurultu ilə içəri girdi. Hamıdan 

əvvəl  Firidun  diksinib  ayağa  qalxdı.  Onun  "diqqət!"  deməsi  ilə  stolun 

üstündəki  çırağın  sönməsi  bir  oldu.  Otağa  qaranlıq  çökdü.  Uşaqlar 

yerlərində qurdalandılar. Petrovun cıngiltili səsi otağa yayıldı: 

- Heç kəs yerindən tərpənməsin! Tez ol, çırağı yandır! 

- Bu saat, cənab müəllim, - deyə Firidun ona cavab verdi və qaranlıqda 

nəyi isə axtarmağa başladı. Petrov xeyli gözlədi və onun ləng tərpənməsinə

qəzəbləndi: 

- Nə oldu? 

-  Bu  saat,  cənab  müəllim,  təqsir  özünüzdə  oldu.  Qapını  birdən-birə 

açmasaydınız, külək çırağı söndürməzdi. Kibriti tapa bilmirəm. 

Petrov daha da əsəbiləşdi. Pencəyinin cibindən kibrit çtxardıb Firiduna 

verdi: 

- Al, ancaq əlli ol. 



Onların  əli  qaranlıqda  bir-birinə  toxundu.  Petrov  bu  təmasdan  diksinib 

əlini  geri  çəkdi.  Firidun  kibrit  qutusunu  açdı.  Petrov  qulunun  və  kibrit 

çöplərinin şaqqıltısından hiss etdi ki, Firidunun barmaqları titrəyir. 

- Ver bura, fərsiz. 

- Sizə zəhmət olar, müəllim, özüm yandıraram. 

- Ver, deyirəm. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə