İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə133/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   128   129   130   131   132   133   134   135   136

                                                                                                                                                      

386


yonov dönüb şəhərə baxdı. Boz daşdan tikilmiş kilsələr şəhərin evlərindən 

seçilirdi. Onların sivri qülləsi qılınc kimi sıyırıb göyə ucalırdı. Qızılı xaçlar 

parıldayırdı. Kilsə zəngləri ara verən kimi müsəlman hissəsindəki məscidin 

göy kərpicdən tikilmiş qoşa minarəsindən müəzzinin səsi eşidildi. 



14 

Gecədən xeyli keçmiş Göytəpənin kənarında bir dəstə atlı göründü. Səs 

salmamaq  üçün  xır  yolundan  çıxdılar.  Təpələrin  arasında  cilovu  çəkib 

dayandılar. Bir xeyli, nəfəs belə almadan ətrafı dinşədilər. Xır yolu bomboş

idi. Kəndin arasındakı cığırlarda da bir tərpəniş sezilmirdi. Sükutdan qulaq 

batırdı.  Sahil  boyu  səpələnmiş  daxmaların  işığı  çoxdan  sönmüşdü.  Göyün 

üzü tutqun olduğundan, kəndin üstünə çökən qaranlıq daha da qatılaşmışdı. 

Yalnız  Kür  daxili  bir  qəzəbdən  titrəyirmiş  kimi  boğuq-boğuq  uğuldayırdı. 

Hardasa kəsik-kəsik it hürürdü. 

Atlılar  xısınlaşdılar.  Astadan  fit  çalındı.  Bu  işarədən  sonra  Acı  dərə

tərəfdən  qatar-qatar  qaraltılar  axışıb  gəldi.  Onlar  da  təpələrin  arasında 

dayandılar.  Kimi  isə  gözlədilər.  Nəhayət,  axırıncı  dəstə  də  onlara  qarışdı. 

Yalnız  bundan  sonra  hissələrə  bölündülər.  On-on  beş  atlı  da  xır  yolunu 

keçib kəndin alt tərəfinə doğru irəlilədi. Sahilə yaxınlaşanda cığırdan çıxıb 

Cahandar  ağanın  evinə  doğru  getdilər.  Yarğanın  kənarında  seyrəlib  zəncir 

kimi  uzandılar.  Suvadağa  gedən  yolu  kəsdilər.  O  biri  dəstə  boz  kolların 

arası  ilə  kəndin  üst  tərəfinə  doğru  yollandı.  Yenidən  hər  şey  sakitləşdi. 

Üçüncü dəstə isə torpaq yolla irəlilədi. "Zayej"in bərabərinə qədər səssizcə

getdilər.  Burada  dönüb  xır  yoluna  keçdilər.  Birbaş  həyətə  doluşdular. 

Cilovu  çəkib  dayandılar.  Kim  isə  qaranlıqda  əli  ilə  işarə  etdi.  Atlılar  iki 

bölünüb evi arakəsməyə aldılar. Bir xeyli gözlədikdən sonra üç nəfər atdan 

düşdü.  Çaxmaq  səsləndi.  Sinə-sinə  eyvana  çıxdılar.  Otaqda  adam  olub-

olmadığını yəqinləşdirmək məqsədilə qapının dalında dayandılar. Susdular. 

Heç  nə  eşidilmirdi.  Bəlkə  onu  duyuq  salmışdılar?  Bizdən  fənd  tərpənib 

aradan  çıxmışdır?  Bəlkə  hər  şeydən  xəbərsizdir,  yorğan-döşəkdə  şirincə

yatır? Bəlkə də içəridə, əlində tüfəng, dayanıb gözləyir? 

Qapının  dalındakılar  bir-birinin  üzünə  baxdılar.  Xeyli  susdular.  Sonra 

onlardan biri tüfəngin qundağı ilə taxtanı döyəclədi, dərhal da geri çəkilib 

divara qısıldı. İçəridə nə isə şaqqıldadı və hövlnak ayılmış adamın həyəcanlı

səsi eşidildi: 

  



                                                                                                                                                      

387


- Kimsən? 

Bir  anlığa  heç  kəs  dillənmədi.  Astananı  kəsdirənlərin  fısıltısı  daha  da 

gücləndi. Əhməd bir də soruşdu: 

- Ay adam, səsini çıxart. 

- Qapını aç, pristav gəlib. 

Əhməd  dinmədi.  Hiss  olundu  ki,  qapının  arxasındadır.  Zirəzə  səsləndi. 

Bayırdakılar tüfəngi hazır tutub gözlədilər. Əhməd isə geri çəkilib pəncərəni 

açdı, sakitcə eyvana düşdü. Qapıda dayananların geri yanını kəsdi. Qaranlıq 

da  olsa,  eyvandakıların  geyimindən  bildi  ki,  gələn  kazaklardır.  Gözünü 

hərləyib həyətə də baxdı. Dörd tərəfi kəsmişdilər. 

- Nə istəyirsiniz? 

Kazaklar diksinib geri atıldılar. Boğuq bir səs eşidildi: 

- Tüfəngi yerə at! 

Əhməd astadan, təmkinlə dedi: 

- Qorxmayın, mən qonağa əl qaldırmaram. 

- Gəl qapını aç. 

- Açıqdı, keçin içəri. 

- Əvvəlcə sən keç. 

Əhməd  qapıya  yaxınlaşdı.  İtələyib  taybatay  açdı.  Kibrit  çəkib  çırağı 

yandırdı. Kazaklar otaq işıqlanan kimi hər yeri gözdən keçirdilər. Əhmədin 

tək olduğunu bilib sakitləşdilər. Əhməd geri donüb onların üzünə baxdı və

dərhal, bir neçə ay bundan əvvəl pristavla Göytəpəyə gələn yekəpər kazakı

tanıdı: 

- Xoş gördük, köhnə dost, sənsən, gecə vaxtı haradan gəlirsən? 

Kazak  stola  yaxınlaşdı.  Çırağın  fitilini  qaldırdı  və  bundan  sonra 

Əhmədin üzünə baxıb fısıldadı: 

- Bilərsən. 

Pristav  bir  neçə  kazakın  müşayiəti  ilə  içəri  gəldi.  Otaği  xeyli  süzdü, 

sonra üzünü barmağı tətikdə olan kazaklara tutdu: 

- Nə olub, ev sahibini niyə qorxudursunuz? 

Kazaklar geri çəkildilər. Pristav irəli yeriyib Əhmədlə köhnə dost kimi 

görüşdü; 

- Hə, işlərin necədir, təzə məktəb tikintisinə haçan başlayırsınız? 

Əhməd  onun  səsindəki  süni  mehribanlığı  duysa  da,  üstünü  vurmadı. 

Dodaqaltı gülümsünüb pristava stul təklif etdi: 

- Deyəsən, mənə köməyə gəlibsiniz? 

Pristav  dönüb  onun  üzünə  baxdı.  Gözlərində  oynayan  qəzəb 

qığılcımlarını boğub güclə gülümsündü: 

  



                                                                                                                                                      

388


- Bacardığımı edəcəm. 

O oturdu. Kazaklar qapının ağzını kəsib dayandılar. Əhməd hiss etdi ki, 

bunlar gecə vaxtı xeyirliyə gəlməyiblər. Onların nə isə gizli bir planları var: 

kiminsə üstünü qaranlıqkən almaq, kimisə kəməndə salmaq istəyirlər. 

Əhməd  kürəyini  divara  söykədi.  Əllərini  qoynunda  çarpazladı.  Pristav 

bir müddət susdu. Sonra üzünü Əbmədə tutdu: 

- Molla Sadığı buraya çağıra bilərikmi? 

Əhməd  bu  suala  nə  cavab  verəcəyini  dərhal  müəyyənləşdirə  bilmədi. 

Pristavın  gecəyarısı  kəndi  basa-basa  gəlib  mollanı  soruşması  onu  çaşdırsa 

da, təəccübünü gizlətməyə çağırdı: 

- Molla Sadıq indi çoxdan şirin yuxudadır. 

- Eybi yoxdur, oyadarıq. Sən bizim uşaqlara onun evini göstər. 

- Mən indiyə qədər onun qapısına hərlənməmişəm. 

- Söz güləşdirmə. 

Əhməd  pencəyini  geyindi  və  tüfəngini  götürmək  istədi.  Ondan  qabaq 

kazaklardan biri əlini irəli uzatdı. Pristavın sakit səsi eşidildi: 

- Sən silahsız da keçinə bilərsən, yanındakılar yaraqlıdır. 

Əhməd kazakların müşayiəti ilə kəndə doğru addımladı. 

Atlılar iki yerə bölündülər. Bir hissəsi yolun altı ilə getdi, o biri hissəsi 

arxada qaldı. Kəndin girəcəyinə çatdılar. Sərvaxt yatan itlər ağız-ağıza verib 

hürüşdülər.  Şirin  yuxuda  olan  kəndə  hay  düşdü.  Əhməd  əyri  cığırlarla 

getdikdən  sonra  dayandı.  Molla  Sadığın  evini  uzaqdan  kazaklara  göstərdi. 

Atlılardan  biri  Əhmədin  yanında  qaldı.  Qalanlar  qabağa  keçdilər.  Molla 

Sadığın  itləri  ağız-ağıza  verdi.  Əhməd  zəncirdən  açılmış  itlərin  bu  saat 

atlılara  hücum  edəcəyini  gözlədi.  Ancaq  itlər  həyətdən  bayıra  çıxmadılar. 

Elə Molla Sadığı da yuxudan oyatmaq lazım gəlmədi, səs eşidən kimi özü 

həyətə çıxdı. İkicə dəqiqə keçməmiş kazaklarla bərabər doqqazda göründü. 

Dəstə sakitcə geri qayıtdı.  

Əhməd  yol  boyu  mollanın  üzünə  baxmadı.  "Bu  necə  olan  işdir? 

Deyəsən,  Molla  Sadıq  geyinicəkli  oturub  kazakların  yolunu  gözləyirmiş? 

Yoxsa  bunların  əvvəlcədən  danışıqları  olub?  Yoxsa  Molla  Sadıq  yenə  bir 

kələk  qurub?  Belə  olmasaydı,  gecənin  bu  vaxtı  pristav  onu  yanına 

çağırardı?  Bəlkə  molla  öz  düşmənini  bu  yolla  aradan  götürmək  istəyir? 

Bəlkə  bunlar  Cahandar  ağanın  dalınca  gəliblər"?"  Əhməd  istədi  ayaq 

saxlasın, kazakları və mollanı "Zayej"ə ötürüb geri qayıtsın, bir bəhanə ilə

gözdən yayınıb kəndə girsin. Cahandar ağanı xəbərdar etsin. Əhməd onları

yoxlamaq məqsədi ilə xır yoluna çatanda ayaq saxladı. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə