İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə128/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   124   125   126   127   128   129   130   131   ...   136

                                                                                                                                                      

371


lər. Lakin o, tələbələrindən arxayın deyildi. Uşaqların əhvali-ruhiyyəsi onu 

yamanca  narahat  edirdi.  Semyonov  görürdü  ki,  tələbələr  sarsılıblar,  daha 

əvvəlki  kimi  dərslərə  can  yandırmırlar.  Hətta  müəllimlərin  dərs  deməsinə

belə tez-tez mane olurlar. Onlar Kipianinin nə üçün tutulduğunu soruşur, bu 

işin  səbəbini  bilmək  istəyirdilər.  Hətta  bir  neçə  dəfə  gəlib  Əşrəfin  azad 

olunmasını  belə  tələb  etmişdilər.  Semyonov  isə  sözünün  üstündə  möhkəm 

dayanmış,  bir  direktor  kimi  verdiyi  əmri  geri  götürməmişdi.  Bu  gün  isə

vəziyyət daha da ciddiləşmişdi. Uşaqlar Kipianinin ailəsini Qoridən sürgün 

olunması  xəbərini  eşidən  kimi  dərsi  yarımçıq  qoyub  onun  evini  əhatə

etmişdilər.  Hətta  xristian  şöbəsinin  tələbələri  polislərlə  savaşmışdılar. 

Onların  bir  neçəsi  indi  də  qəza  dəftərxanasının  zirzəmisində  dustaq  idi. 

Bütün  bunlar  Semyonovu  darıxdırırdı.  O  hiss  edirdi  ki,  rəhbəri  olduğu 

məktəbin sükanı əlinin altında ağırlaşır, onu idarə etmək getdikcə çətinləşir. 

İndi Semyonov adamlara ehtiyatla yanaşır, hər işi şəxsən özü yoxlamamış

arxayın ola bilmirdi. 

Yarım  saat  bundan  əvvəl  növbətçi  müəllim  tələbələrin  yataqxanada 

olduğunu  və  yuxuya  getdiklərini  direktora  xəbər  vermişdi.  Hətta  gündəlik 

qeydlər dəftərində də imza atıb evinə getmişdi. Semyonov  isə bir qədər də

gözləməyi,  yatmağa  getməzdən  əvvəl  yataqxanaın  yoxlamağı  qərara 

almışdı. 

Saat  yeknəsəq  bir  ahəngdarlıqla  danqıldadı.  Semyonov  düşüncələrdən 

ayrılıb ayağa durdu.  Şlyapasını və qara frakını asılqandan götürdü. Elə bu 

vaxt qapı ehmalca döyüldü. Semyonov "kimdir?" - deyə soruşdu. Ucaboy, 

nazik bir adam  içəri girdi. Direktor heç nə soruşmadan bu adamın çərkəzi 

paltarına,  belindəki  gümüş  xəncərinə  baxdı.  Gələn  adam  da  özünü  itirmiş

kimi  bir  xeyli  dinmədi.  Yan-yörəsinə  boylandı.  Otaqda  direktordan  başqa 

heç kimin olmadığını yəqin etdikdən sonra döş cibindən bir zərf çıxartdı. 

- Bu sizə çatacaq. 

Semyonov  zərfi  aldı.  Şamın  işığına  tutub  diqqətlə  nəzərdön  keçirdi. 

Kağızın üstündə nə poçt möhüru vardı, nə də surğuc. 

- Kimdəndir? 

- Bilmirəm. Xahiş etdilər, Sizə çatdırım. 

- Bəs siz kimsiniz? 

-  Tanımazsınız,  Dmitri  Dmitriyeviç,  ancaq  mən  sizi  tanıyıram.  Siz 

gimnaziyada  mənim  qızıma  dərs  deyirsiniz.  Məni  bağışlayın,  tələsirəm. 

Salamat qalın. 




                                                                                                                                                      

372


O gəldiyi kimi də sakitcə qapını örtüb getdi. Semyonov bir xeyli heç nə

düşünmədən sükut içində dayandı. Sonra zərfi açdı. Onun içində bir balaca 

kağız vardı. Kim isə qələmlə tələsik bir neçə söz yazmışdı. "Canab direktor, 

sabah səhər tezdən Tiflisdən gələn kazaklar Sizin seminariyanı mühasirəyə

alacaq  və  məktəbdə  axtarış  aparacaqlar.  Ehtiyatlı  olun.  Sizin  və  bütün 

xeyirxah adamların dostu olan bir nəfər". 

Semyonov çaşıb qaldı. Frakını və şlyapasını stolun üstünə atıb kürsünü 

altına  çəkdi.  Şamdanı  lap  yaxına  gətirdi.  Məktubu  dönə-dönə,  diqqətlə

təkrar-təkrar oxudu. Bir müddət gözünü kağıza zilləyib dayandı. Xeyli vaxt 

müəyyən  bir  qərara  gələ  bilmədi.  İndi  o  neyləsin?  Məktubda  yazılanlara 

inansınmı?  Dərhal  hamını  ayağa  qaldırıb  polislərdən  qabaq  özü  məktəbdə

axtarış  aparsın,  yoxsa  buna  əhəmiyyət  verməsin?  Bəlkə  bu  məktubu  pis 

niyyətlə yazıblar? Bəlkə bu, xəfiyyələrin qurğusudur? 

Kişi  lap  darıxdı.  Yataqxanaya  getmək  istədiyini,  Çernyayevskini 

gözlədiyini unutdu, ayağa durub fikirli-fikirli otaqda gəzindi. Saat on ikiyə

az  qalırdı.  Yəqin  indi  uşaqların  hamısı  yatır.  Əgər  bu  xəbər  doğrudursa, 

kazaklar  səhər  tezdən  burada  olmalıdırlarsa,  indi  Tiflisdən  yola  düşüblər. 

Onlar  bütün  gecəni  yatmayacaq,  məktəb  yuxuda  ikən  üstümüzü  almağa 

çalışacaqlar.  Görəsən  bu  kimin  qurğusudur?  Yoxsa  mənim  özümü  də

ləkələmək  istəyirlər?  Yoxsa  bizim  seminariyanı  da  şübhəli  məktəblər 

cərgəsinə qatmaq istəyirlər? Bizim uşaqların əlində nə ola bilər? 

O bir qədər sakitləşdi və təşvişə düşməyi  yersiz saydi, hətta bu barədə

heç  kəsə  bir  söz  deməməyi  qərara  aldı.  Yenidən  şlyapasını  və  frakını

götürdü.  Qapıya  çatmamış  bayırda  ayaq  səsi  eşidib  dayandı.  Aleksey 

Osipoviç içəri girdi və azacıq əyilib direktora təzim etdi. 

- Üzr istəyirəm, gecikdim. 

- Eybi yoxdur. 

Onun səsi titrədi. Aleksey Osipoviç diqqətlə direktorun üzünə baxdı: 

- Niyə həyəcanlısınız? 

Semyonov  susdu.  Hətta  on  yaxın  dostuna  belə,  bir  az  bundan  əvvəl 

aldığı  məktub  barədə  heç  nə  deməməyi  qət  etdi.  İri  addımlarla  qapıya 

yaxınlaşdı.  Əlini  cəftəyə  apardı.  Ancaq  qapını  açmadı.  Qanrılıb  Aleksey 

Osipoviçin üzünə baxdı: 

- Məyər həyəcanlanmamaq olurmu? 

- Nə üçün, yenə təzə xəbər var? 

- Var, özü də lap qəribəsi. Buyurun. 

  



                                                                                                                                                      

373


Aleksey  Osipoviç  kağızı  alıb  işığa  yaxınlaşdı.  Semyonov  isə  arxasını

qapıya  söykəyib  dayandı  və  dostunun  məktubu  oxuyub  qurtarmasını

gözlədi. 

- İndi nə edək, Aleksey Osipoviç? 

- Uşaqlara məsələni açmaq lazımdır. 

- Yəni onlarda qadağan olunmuş bir şey tapılar? 

- Meşə çaqqalsız olmaz. 

Onlar  susdular.  Aleksey  Osipoviç  zahirən  özünü  təmkinli  aparsa  da 

direktordan  çox  təlaş  keçirirdi.  O,  Əşrəfin  çarpayısından  həmin  kitabı

tapdıqdan sonra şübhə etmirdi ki, uşaqlarda buna bənzər başqa kitablar da 

var.  Əgər  bunlar  ələ  keçsə,  seminariyanı  boykot  edər,  bütün  müəllim 

heyətini dəyişdirər, bəlkə də məktəbi lap birdəfəlik bağlayardılar 

- Necə məsləhət bilirsiniz, gedəkmi? 

- Gedək. Özü də bir az tələsmək lazımdır. 

Aleksey Osipoviç qabağa düşdü. Ancaq astanada dayandı: 

-  Az  qalmışdı  ki,  unudum,  Dmitri  Dmitriyeviç,  tələbələrdən  bir  neçəsi 

sizi görmək istəyir. 

- Kimdir, hardadırlar? 

- Burdadırlar. Eyvanda dayanıblar. 

- Nə olub, yenə vuruşublar? 

- Bilmirəm. Nə qədər soruşdumsa demədilər. 

Semyonov qapını açıq qoyub iti addımlarla eyvana çıxdı. 

- Kimdir məni görmək istəyən? 

- Bizik, cənab direktor. 

Semyonov eyvanın küncünə, səs gələn tərəfə döndü: 

- Siz kimsiniz, bəri, işığa çıxın. 

Pəncərədən  süzülən  işıq  döşəməyə  sərilib  onu  zolaq-zolaq  etmişdi. 

Uşaqlar  qaranlığı  yaran  bu  işıq  zolağına  yaxınlaşdılar.  Semyonov  Lukanı, 

İvanı  dərhal  tanıdı.  Sonra  da  dönüb  onlardan  bir  az  kənarda  dayanan 

Firiduna baxdı: 

- Nə üçün indiyə qədər yatmamısınız? 

- Vacib işimiz var. 

-  Nə  olub,  yenə  dalaşmısınız?  İndi  kim-kimə  hücum  edib,  xristianlar, 

yoxsa müsəlmanlar? 

Luka yoldaşlarının əvəzində cavab verdi: 

- Heç kəs dava eləməyib, cənab direktor, biz başqa iş üçün gəlmişik. 

- Yoxsa yenə tələb edəcəksiniz ki, Əşrəfi buraxın, Firidun, elədir? 

- Ondan başqa da tələbimiz var. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə