İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə126/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   122   123   124   125   126   127   128   129   ...   136

                                                                                                                                                      

365


Elə  bu  vaxt  Firidun  kibriti  əlindən  yerə  saldı.  Qutu  açıldı,  çöplər 

döşəməyə  səpələndi.  Firidun  dərhal  aşağı  əyildi.  Stolun  altında  xeyli 

ləngidi. Petrov daha da qəzəbləndi: 

- Orada nə eşələnirsən? 

- Bu saat, cənab müəllim, kibrit dağılıb. 

Firidun  otaqda  bir  hərəkət  başlandığını  duydu.  Skamyaların  altında 

dəftər-kitab  xışıldadı.  O,  hiss  etdi  ki,  yoldaşları  nə  isə  gizlədirlər.  Firidun 

vaxt  qazanmaq  üçün  bir  az  da  ləngidi.  Kibrit  qutusunu  ovcunda  sıxıb 

gözlədi.  Birdən  stolun  altından  onun  əlinə  bir  əl  toxundu.  Firidun 

barmaqlarını  altındakı  kitabı  götürüb  dikəldi.  Onu  tələsik,  heç  kəsə

sezdirmədən, stolun siyirtməsinə atdı. Petrov bir şey duymuş kimi ayağını

döşəməyə çırpıb qışqırdı: 

- Tez ol, yaramaz, məni ələ salıbsınız? 

- O nə sözdür, cənab müəllim, Allah eləməsin, bu dəqiqə. 

Firidun  kibriti  çəkib  çırağı  yandırdı.  Bir  anda  divarda  kölgələr  oynadı, 

hər şey sakitləşdi. Petrov dərhal Əşrəfin üstünə atıldı: 

- Oxuduğun nə idi? 

- Kitab. 

- Nə kitab? 

- Hesab. 

- Hanı? 

- Budur. 

Petrov kitabı bir xeyli əlində hərlədi, sonra Əşrafin dəftərlərinin arasını 

axtardı. Bir şey tapmadıqda daha da əsəbiləşdi: 

- Dur, sinifdən çıx! 

Əşrəf könülsüzcəsinə ayağa qalxdı. Qapının ağzındaca dayanıb Petrova 

baxdı: 

- Mən hara getməliyəm, cənab müəllim? 



- Direktorun yanına. 

Qapı örtüldü. Petrov uşaqları qəzəblə süzdükdən sonra ağır-ağır otaqdan 

çıxdı.  Onun  çəkmələri  indi  bərkdən  cırıldadı.  Onlar  həyətin  ortasında 

dayandılar.  Petrov  Əşrəfi  qabağa  saldı.  Özü  isə  gözünü  pillələri  çıxan 

oğlanın kürəyinə zillədi. Onun dişləri sıxıldı, çənəsinin əzələləri oynadı. 

Əşrəf  direktorun  otağının  qarşısında  dayandı.  Qanrılıb  bir  kölgə  kimi 

onu təqib edən növbətçi müəllimə baxdı. Petrov qamətini düzəltdi və icazə

istəmədən qapını açdı. Əşrəfi qabağa saldı. Çəkmələrini cırıldada-cırıldada 

irəliləyib Semyonovun yanında dayandı. 

  



                                                                                                                                                      

366


Əşrəf  yerindən  tərpənmədi.  Divar  saatının  böyründə  ayaq  üstundə

durdu.  O,  Çernyayevskinin  də  burada  olduğunu  gördükdə  gözünü  qaldırıb 

heç  kəsə  baxmadı.  Furajkasını  çıxardıb  əlinə  aldı  və  özü  də  hiss  etmədən 

onu didişdirdi. Otağa ağır sükut çökdü. Əşrəf saatın çaqqıltısından da güclü 

olan ürək döyüntüsünü eşitdi. Onun qulaqları cingildədi. Əşrəfə elə gəldi ki, 

qolları  uzanıb  ağırlaşır,  kimsə  çiyinlərindən  basıb,  onu  əzmək  istəyir. 

Boynundakı  damarlar  guppuldamağa,  beyninin  içi  güyüldəməyə  başladı. 

Qulaqlarının  ucuna  qədər  isindi.  Tavandan  asılmış  çilçıraqdakı  şamların 

hamısı  yansa  da,  gözlərinə  qaranlıq  çökdü.  Direktorun  yazı  masasının 

üstündəki  şamdanlar  da  dumana  bürünən  kimi  oldu.  Əgər  Çernyayevski 

bircə dəqiqə gec dillənsəydi, bəlkə də müvazinətini itirib yıxılacaqdı. 

- Mən səndən heç gözləməzdim, bu nə işdir, tutmusan? 

Əşrəfə  elə  gəldi  ki,  bu  səs  hardansa  lap  uzaqdan  eşidilir.  Kimsə  onu 

çağırır,  yarıbihuş  haldan  geri  qaytarmaq  istəyir.  O  azacıq  sükələndi. 

Gözlərini  hürkəkcəsinə  qaldırıb,  ondan  bir-iki  addım  aralı  dayanmış

müəlliminin üzünə baxdı və gördü ki, Çernyayevskinin baxışlarında qəzəb 

və  nifrətdən  çox  məzəmmət  var.  Əşrəf  gülümsəmək  istədi,  hətta  onun 

dodaqları  azacıq  aralandı,  gözlərində  yaş  parıldadı,  ancaq  Petrovun  əsəbi 

səsi onu daş kimi dondurdu. 

-  Mən  onunla  bu  cür  nəzakətlə  danışılmasını  yox,  seminariyadan  xaric 

olunmasını  tələb  edirəm,  cənab  direktor,  bu  vəhşi  tatar  dərhal  məktəbdən 

rədd edilməlidir! 

Semyonov əlindəki qələmi masanın üstünə atdı və əsəbiliklə dilləndi: 

-  Bir  az  səbir  edin,  cənab  Petrov,  sözlərinizə  də  nəzarət  yetirin.  Siz 

müəllimsiniz. 

- Elə ona görə də bu cür yaramazın bizim seminariyada qalmasına dözə

bilmirəm. 

Bir  az  bundan  əvvəl  başı  gicəllənib  yıxılmağa  hazır  olan  Əşrəfin 

taqətdən  düşmüş  dizlərinə  elə  bil  qüvvət  gəldi.  Gözünün  önündən  tor 

çəkildi.  O  hiss  etdi  ki,  bədəni  buz  kimi  keyidi,  ürəyinin  çırpıntısı  azaldı, 

ayağının altındakı döşəmə möhkəmləndi: 

- Sizin məni təhqir etməyə haqqınız yoxdur, qanun üzrə nə cəzam varsa, 

onu verin. 

- Səsini kəs! 

Semyonov  əlini  masaya  çırpib  var  gücü  ilə  bağırdı  və  dərhal  yerindən 

sıçrayıb ayağa qalxdı. Onun qışqırtısından divar cingildədi. Di- 

  



                                                                                                                                                      

367


rektorun  belə  gözlənilməz  qəzəbindən  Petrov  da,  Çernyayevski  də  çaşıb 

qaldılar.  Semyonov  nə  qədər  çalışdısa  da,  əllərinin  titrəməsini  gizlədə

bilmədi.  Dəsmalını  çıxardıb  eynəyini  silərkan  az  qaldı  ki,  onu  salıb 

sındırsın. Çernıyayevski onu ilk dəfə bu cür hirsli görürdü. 

- Məktəbin intizamını pozduğun, dərs gedişinə mane olduğun bəs deyil, 

hələ  mənim  hüzurumda  müəllimə  də  cavab  qaytarırsan?  Nə  üçün  zəngi 

çaldın? Sənə kim icazə vermişdi? 

Əşrəfin  utancaqlığı,  xəcalət  çəkməsi  bir  anda  yox  oldu.  Yeniyetmələrə

xas  olan  bir  dəliqanlılıq  qəlbini  bürüdü  və  qərara  gəldi  ki,  heç  nədən 

qorxmasın, suallara şax cavab versin. 

- Heç kim! 

- Səncə, buralar dərəbəylikdir? Kim nə istəsə, edə bilər? 

-  Elə  deyilsə,  bəs  nə  üçün  bizim  müəllimimizi  atın  döşünə  salıb 

apardılar? 

- Onun sənə dəxli yoxdur. 

- Var, cənab Petrov, biz onun nə üçün tutulduğunu bilmək istəyirik. 

- Axı siz kimsiniz? 

- Bəs siz kimsiniz? 

- Əşrəf, həddini aşma! 

- Siz də adamları kölgə kimi izləməyin, cənab Petrov. 

- Bu nə deməkdir? 

Petrovun  boynundakı  damarlar  şişdi.  Rəngi  çuğundur  kimi  oldu. 

Kəkələməyə başladı: 

-  Gögörürsünüzmü,  cənab  direktor,  mən  belə  yaramazla  heç  danışmaq 

belə istəmirəm. 

- Müəllim... 

-  Səsini  kəs!  Cənab  Çernyayevski,  Sizin  şöbənin  tələbəsi  Əşrəf 

Göytəpəli məktəbin daxili intizam qaydalarını kobudcasına pozduğuna görə

yeddi  gün  həbsə  salınsın.  Təkcə  su  və  yavan  çörəkdən  başqa  heç  nə

verilməsin.  Bir  ay  məktəb  ərazisindən  çıxmaq  hüququ  əlindən  alınsın. 

Aydındırmı? 

Çernyayevski  qapını  açıb  Əşrəfi  bayıra  çıxartdı.  Semyonov  başını

əllərinin  içinə  alıb  bir  xeyli  hərəkətsiz  halda  yazı  masasının  arxasında 

oturdu. Petrov onun yanını kəsdirdi: 

- Cənab direktor, mən bu işlə razılaşa... 

- Bəs deyilmi, daha nə istəyirsiniz? 

-  Onu  mütləq  məktəbdən  qovmaq  lazımdır.  Mənə  qalarsa,  hətta  başqa 

cəzadan da çəkinməmək gərəkdir. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə