İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə124/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   120   121   122   123   124   125   126   127   ...   136

                                                                                                                                                      

359


- Elə isə bu işi sizsiz görərik. 

- Sizin buna səlahiyyətiniz yoxdur. 

- O bizim işimizdir. 

- Mən buna icazə vermirəm. 

- Buna ehtiyacımız yoxdur. 

Rəis ayağa durdu. Qapının ağzını kəsdirən polislər qamətlərini bir az da 

düzəltdilər. Onlar gəldikləri kimi hay-küylə aşağı endilər. Növbətçi müəllim 

Petrov həyətin ortasında onların qarşısına çıxdı: 

- Cənab rəis, Sizə kim lazımdır? 

- Siz kimsiniz? 

- Mən növbətçi müəlliməm. Tanış olaq, Boris Mixayloviç Petrov. 

- Boris Mixayloviç? - deyə rəis təkrar etdi və səsini alçaldıb pıçıldadı. - 

Siz... Siz... növbətçi müəllimsiniz? 

- Bəli... Mən... 

- Lap yaxşı. Bizə Kipianinin yerini göstərin. 

- Məmnuniyyətlə. Ancaq əvvəlcə direktor... 

- Onunla görüşmüşük. 

- Aydındır... Gedək. 

Boris Mixayloviç belinin əyrisini düzəldib sinəsini qabağa verdi və əlini 

pencəyinin  yaxasından  içəri  saldı.  Çəliyini  qolunun  büküləcəyinə  keçirtdi. 

Özünü  şax  tutaraq,  rəsmi  keçid  qəbul  edən  adamlar  kimi  dabanlarını  yerə

vura-vura  sinif  otaqlarının  qabağından  ötdü.  O  həmişə  növbətçi  olanda 

qəsdən, uşaqları vahiməyə salmaq üçün cırıldayan çəkmə geyinərdi. Bu gün 

də  həmin  çəkmələr  ayağında  idi.  İndi  polislərin  önündə  irəlilədikcə  onun 

çəkmələri daha ucadan cırıldayırdı. Rəis və onun dalınca gələn polislər isə

təhlükəli  bir  ovu  qaçıracaqlarından  qorxurlarmış  kimi  əllərini  naqanın 

qoburundan çəkmir və pəncələri üstündə yeriyirdilər. 

Sinif otaqlarından səslər kəsildi. Müəllimlər əllərində təbaşir dayandılar. 

Uşaqlar pəncərələrin qabağına toplaşdılar. Müsəlman şöbəsində dərs deyən 

Çernıyayevski sözünə ara verib qapıya yaxınlaşdı. Çərçivəyə dirsəklənərək 

başım  əlinə  söykədi.  Hamıdan  əvvəl  Əşrəf  pəncərəyə  yaxınlaşdı.  Bütün 

məktəb  nəfəsini  içəri  çəkib  susdu.  Boris  Mixayloviçin  bələdçilik  etdiyi 

dəstənin harada dayanacağını gözlədi.Növbətçi müəllim ayaq saxladı. Gözü 

ilə Kipianinin dərs dediyi otagı göstərdi. Polislərdən bir neçesi pəncərənin 

qabağında dayandı. Rəis isə astanada durub içərini dinşədi. Kipianinin səsi 

gəlirdi. O, ucadan Puşkinin şerini oxuyurdu: 

  



                                                                                                                                                      

360


Пока свободою горим, 

Пока сердца для чести живы, 

Мой друг, Отчизне посивятим

Души прекрасные порывы!   

Rəis qapını döymədən, dərs deyən müəllimdən icazə almadan içəri girdi. 

Tələbələr  gələn  adama  hörmət  əlaməti  olaraq  gurultu  ilə  ayağa  qalxdılar. 

Kipiani  sözünü  kəsmədən  rəisə  baxdı  və  əli  ilə  uşaqlara  işarə  etdi  ki, 

otursunlar.  O  başa  düşdü  ki,  onun  fikrini,  fəaliyyətini  yarımçıq  kəsmək, 

sözünü  ağzında  qoymaq  üçün  gəliblər.  Bu  onun  son  dərsi  olacaq. 

Tələbələrlə  indiki  kimi  bir  daha  üz-üzə  dayanıb,  ürək  sözlərini  deyə

bilməyəcək.  Öz  fikrini  onlara  çatdırmağa  bir  daha  imkanı  olmayacaq. 

Kipiani  özünü  itirmədi.  Rəisin  işarəsinə  əhəmiyyət  vermədi  və  şerin  son 

misralarını oxudu: 

Товарищ, вер, взойдёт она, 

Звезда пленительного счастья, 

Россия вспрянет ото сна, 

И на обломках самовластя

Напишут наши имена!   

Rəis hövsələdən çıxıb sэsinш ucaltdı: 

- Cənab Kipiani, dərsi dayandırın! 

- Niyə? 

- Siz dustaqsınız. 

Kipiani  dönüb  təlaş  və  həyəcandan  yanaqları  qızarmış  tələbələrin 

gözlərinə  baxdı.  Onların  baxışları  alışıb-  yanırdı.  Kipiani  başa  düşdü  ki, 

məktəb  skamyasının  arxasında  oturan  bu  uşaqlar  bu  saat  qəzəbli  pələng 

balaları kimi aşağı siniblər. Onlar rəisin üstünə atılmağa hazırdılar. Kipiani 

yazı  taxtasının  yanında  təkəbbürlə  dayanan  Petrova  da  gözaltı  baxdı  və

istehza ilə gülümsündü: 

- Hələ zəng vurulmayıb. Dərsi yarımçıq kəsmək olmaz. Elə bilirəm ki, 

növbətçi  müəllimimiz  də  buna  razılıq  verməz.  Elə  deyilmi,  Boris 

Mixayloviç? 

Petrov quyruğu basılmış ilan kimi çəmbərlənib fısıldadı. Rəis Kipianinin 

istehzasını başa düşdü, səsini bir qədər ucaltdı: 

- Qurtarın, cənab! 

Polislər  qapını  açdılar.  Kipiani  başa  düşdü  ki,  onlar  balaca  bir  işarəyə 

bənddirlər. Bir şey olsa, naqanlarını çıxardıb irəli atılacaqlar. 

  



                                                                                                                                                      

361


- Dəstəniz nə yaman böyükdür, zati-aliləri, bu qədər adama niyə əziyyət 

vermisiniz?.. 

Kipiani  yenə  istehza  ilə  gülümsündü,  sonra  əsasını  götürdü,  kitablarını

yığdı, sinif jurnlına əl uzadarkən Petrov irəli yeridi: 

- Ona dəyməyin. 

-  Son  məşğələni  qeyd  etməliyəm.  Siz  ki,  rəsmiyyət  sevənsiniz  cənab 

Petrov. 

- Cənab Kipiani... 

- Əsəbiləşməyin. 

Kipiani  qarşısındakı  adamın  qızarmış  çöhrəsinə  baxdı.  Təmkinini 

pozmadan qələmi götürüb jurnalı yazdı. Bir xeyli gözünü yazıdan çəkmədi. 

Elə bil öz xəttinə həsrətlə baxırdı. Artıq getmək vaxtı olduğunu başa düşdü. 

Başını  qaldırıb  tələbələrini  bir  daha  süzdü. Əlini  qapının  dəstəyinə  uzatdı. 

Uşaqlar gurultu ilə ayağa qalxdılar. Pttrov onların qabağını kəsdi: 

-  Yadınıza  salıram,  bu  gün  dərsdən  sonra  heç  bir  gəzinti  və  məşğələ

olmayacaq. 

- Olacaq, cənab Petrov, bu gün də, sabah da bu işlər davam edəcək. 

- O qanrılıb tələbələrin üzünə baxdı. – Mən buna əminəm. Əziz balalar, 

salamat qalın! 

Kipiani  qapını  açıb  cəld  bayıra  çıxdı.  Rəislə  Petrov  onu  təqib  etdilər. 

Bayaqdan  heç  nə  başa  düşməyən  və  key  kimi  dayanan  uşaqlar  qapının 

zərblə  vurulmasından  diksinib  sanki  yuxudan  ayıldılar.  Gurultu  ilə  qapıya 

doğru  cumdular.  Polislər  onların  sinəsindən  vurub  geri  qaytardılar.  Qapı

uşaqların üzünə örtüldü. Tələbələr pəncərənin qabağına yüyürdülər. Polislər 

oranı da kəsmişdilər. 

Həyətə düşən kimi Kipianini araya aldılar. O, darvazaya qədər dinməz-

söyləməz getdi. Orada ayaq saxladı. Dönüb həsrətlə məktəbə baxdı. Uşaqlar 

pəncərələrdən  boylanırdılar.  Müəllimlər  qapının  ağzında  dayanmışdılar.  O 

gördü  ki,  Semyonov  əllərini  sinəsində  çarpazlayaraq,  eyvanın  dirəyinə

söykənmişdir.  Hamı  qəzəb  və  təmkinlə  susur,  yalnız  Petrov  həyətin 

ortasında  təkcə  dayanmışdır.  Kipiani  saatını  çıxartdı.  Zəngə  hələ  on  beş

dəqiqə  var  idi.  O,  başa  düşdü  ki,  tələbələri  və  müəllim  yoldaşları  ilə

vidalaşmaq ona müyəssər olmayacaqdır. Hər səhər onun şlyapasını çıxardıb 

salam  almasından  xoşlanan  dəcəl  tələbələri  gözünün  önündə  dayandı. 

Kipiani qeyri-iradi gülümsündü və şlyapasını çıxardıb azacıq təzim etdi. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə