İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə132/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   128   129   130   131   132   133   134   135   136

                                                                                                                                                      

383


- Sizin neçə yaşınız var? 

- Əlli tamam olmuşdur. 

Ortaya sukut çökdü. Qubernator kiçik qurtumlarla fincanı boşaltdı siniyə 

qoyub geri itələdi. Təzədən kürsüyə yayxandı və gözünü qıyıb Semyonovu 

süzdü: 

- Çox yorğun görünürsünüz, deyəsən, Qafqaz Sizi əldən salıb. 



Semyonov  fincanı  dodaqlarında  saxladı  və  təəccüblə  qubernatorun 

üzünə baxdı. Son qurtumunu içmədən fincanı siniyə qoydu. Dəsmalla ağzını

quruladı: 

- Hələlik yorğunluqdan şikayət etmirəm. 

-  Siz  gizlətsəniz  də  qayğınıza  qalmaq  bizim  borcumuzdur.  –  o  xeyli 

dayandı  və  birdən  irəli  əyilib  iki  əlini  mizin  üstünə  qoydu.  Bu  dəfə  onun 

qaşları qalxdı, alnı düyünləndi və gözləri hiyləgərcəsinə qıyıldı. 

- Necə bilirsiniz, Sizin istirahət vaxtınız çatmayıbmı? 

Dmitri  Dmitriyeviç  dəhşətli  və  zəhərli  bir  varlıqla  qarşılaşmış  kimi 

diksindi. Qubernator yenə əvvəlki vəziyyətində dayanıb, qıyıq gözlərini ona 

zillədi. Aşkarca fısıldamağa başladı. 

- Siz mənə istefaya çıxmağımı təklif edirsiniz? 

- Xeyr, cənab direktor, məsləhət görürəm. 

Qubernator ayağa durdu. Pəncərənin taxtasını örtdü. Qaranlıq ağız-ağıza 

qovuşub işığı uddu. 

* * * 


Semyonov  qubernatorun  yanından  çox  pərt  çıxdı.  Ondan  vəsiqə

soruşanlara  cavab  vermədi,  həyətdə  keşik  çəkən  kazakların  yanından 

dinməz-söyləməz  ötdü,  arxasınca  deyinən  qorodovoyların  səsini  belə

eşitmədi. Darvazadan çıxan kimi birbaş küçəyə endi, axışıb gedən izdihama 

qarışdı. Günortaüstü idi. Tiflis elə bil od tutub yanırdı. Daş səkilər, kərpic 

divarlar  qızmışdı.  Adamlar  sərin  yer  axtarır,  mümkün  qədər  evlərin 

kölgəsinə  qısılmağa  çalışırdılar.  Faytonçular  qamçılarını  havada 

oynadırdılar. Qan-tərə batan atlar dördnala çapdıqca divarlar nal şaqqıltısını

əks etdirib cingildəyirdi. 

Semyonov  əyri-üyrü  küçələrdən,  dar  dalanlardan  keçdi  və  özü  də  hiss 

etmədən şəhəri ortadan bölən Kürün sahilinə endi. Suyun nəfəsi onun üzünə

vurdu. Kişi dayanıb dərindən köksünü ötürdü. Qalstukunu açdı, köynəyinin 

yaxasını boşaltdı, pencəyini soyunub qolunun üstünə aldı. Külək onun islaq 

köynəyini bədəninə yapışdırdı. Semyonov 

  



                                                                                                                                                      

384


dəsmal  çıxardıb  boynunu  quruladı.  Hirsdən  və  pərtlikdən  od  tutub    yanan 

bədəni  bir  azca  sərinlədi,  ancaq  ürəyi  sakit  olmadı.  Qubernatorun  son 

sözləri  yenidən  qulaqlarında  səsləndi:  "Sizin  neçə  yaşınız  var?  Necə

bilirsiniz, artıq istirahət vaxtınız çatmayıbmı? Bu nə demək idi? O mənim 

qayğımamı  qalırdı?"  Semyonov  təzədən  həyəcanlandı.  Sulara  baxa-baxa 

körpüyə  addımladı.  Hər  iki  tərəfdən  sıxışdırılıb  yatağı  daraldan  Kür  sanki 

burada, şəhərin ortasında sərbəst əl-qol ata bilmədiyindən, qəzəblənib özünü 

sahil  daşlarına  çırpır,  onun  boz-bulanıq  suları  burulub  fırlanır,  nəriltisini 

içəri  salıb  boğuq-boğuq  uğuldayırdı.  Elə  bil  o  da  insanlar  kimi  bu  dar 

keçidlərdən  çıxıb  getmək  və  haysız-küysüz  səhralarda  asudə  nəfəs  almaq 

istəyirdi. 

Semyonov suyun axarı ilə xeyli irəlilədi və Metex qalasının bərabərində

ayaq saxladı. O birinci dəfə görürmüş kimi qarşıdakı sahilə  gözünü zillədi. 

Hündür  yarğanın  lap  üstündə  iki,  üçmərtəbəli  evlər  tikilmişdi.  Eyvanlar 

süzüb  Kürün  üstünə  gəlmişdi.  Külək  dirəklərə    bağlanmış  iplərin  üstünə

sərilən  paltarları  havada  oynadırdı.  Adama  elə  gəlirdi  ki,  bu  saat  yarğanın 

torpağı axıb töküləcək, evlərin divarları  qarınlanıb gurultu ilə suya düşəcək. 

Orada  yaşamaq  bir  yana  qalsın,  kənardan  tamaşa  etmək  insanı

vahimələndirir.  Ancaq  bu  evlərin  sakinləri  heç  nəyi  veclərinə  almırdılar. 

Əksinə,  suya  baxan  pəncərələri  açıb  qurşağa  qədər  sallanır,  qonşularını

səsləyib nə isə deyirdilər.  Uşaqlar eyvanlarda qaçışırdılar. 

Semyonov  bir  xeyli  sıldırım  qayalıqlardakı  qartal  yuvalarını  xatırladan 

bu evlərə baxdıqdan sonra gözünü Metex qalasına zillədi. Kilseyə oxşayan 

bu  bina  nəhəng  bir  qayanın  üstündə  tikilmişdi.  Sal  daşların  ətəyini  Kürün 

ləpələri yalayırdı. Sular özünü həmin qayaya çırpır, sonra da bunu əzilmiş

kimi  geri  çəkilib  yatağına  qısılırdı.  Qala  divarlarının  üstündə  keşikçilər 

dolaşırdılar. Onlar açıq səmanın fonunda xırdaca qarışqalara bənzəyirdilər. 

Semyonov istər-istəməz Kipianini xatırladı. Ona elə gəldi ki, o, buradadır. 

Bəlkə dar barmaqlıqların arasından şəhərə boylanır? Bəlkə o da Semyonov 

kimi  gözünü  Kürün  burulğanlı  sularına  zilləyib  həsrətlə  sahili  seyr  eləyir? 

Semyonov  xəyalında  yarğanın  hündürlüyünü  ölçdü:  "Yəqin  altmış  arşın 

olar.  Yox,  lap  çoxdur.  Bəlkə  də  lap  yüz  arşındır?  Görəsən,  oradan  atılıb 

suya  düşmək  olarmı?  Adam  qayalara  dəyib  parçalanmazmı?  Yox,  çətin 

işdir.  Bu  zindandan  yaxa  qurtarmaq  heç  ağlasığan  iş  deyil".  Semyonov 

köksünü  ötürüb  yenidən  qalanın  zirvəsinə  baxdı.  Qüllənin  arxasında 

səmanın açıq-maviyə çalan bir parçası görünürdü. Orada iki 

  



                                                                                                                                                      

385


qartal  qanad  çalıb  süzürdü.  Onların  kölgəsi  bəzən  qalanın  üstünə  düşür, 

bəzən də bərilərə gəlirdi. 

Körpünün altından bir qayıq çıxdı. Suyun axan ilə irəlilədi. Semyonov 

onların  geyimindən  başa  düşdü  ki,  gələnlər  kintolardır.  Qayın  qalanın 

bərabərinə  çatanda  kintolardan  biri  çaxır  tuluğunu  havaya  qaldırdı. 

Balabançılar nəyi inildətdilər. Qayıqdakılar xorla oxudular. Onların səsi sal 

daşlara toxunub parçalandı. Köpüklü sular qayığı bura-bura uzaqlaşdırdı. 

Semyonov  qubernatorun  sözlərini  yenidən  xatırladı:  "Biz  buraya 

qoşunla,  ordu  ilə  gəlmişik.  Süngülər,  qalalar  olmasa,  bircə  gün  də

hakimiyyəti  əldə  saxlaya  bilmərik.  Yoxsa  öz  maarif  ordunuzu  bizə  qarşı

qoymaq  istəyirsiniz?  Məsləhət  görmürəm,  cənab".  Qubernator  düz  başa 

düşmüşdü.  O,  qəlblərdə  yandırdığı  maarif  məşəlinin  sönəcəyini  heç  cür 

ağlına  gətirə  bilmirdi.  Onun  idealı  insanlığa  xidmət  etmək  idi.  O,  elmi, 

maarifi  bir  işıq,  bir  nur  hesab  edirdi.  Bunu  söndürmək  yox,  daha  da 

gücləndirmək lazım idi. Bu yolda çətinliklər də olacaq. Qoy olsun. Məsləkə

dönük  çıxmaqdansa,  namusla  ölmək  yaxşıdır.  Semyonov  öz  yolundan 

qayıtmayacağını,  yenə  əvvəlki  kimi  işləyəcəyini  qət  etdi.  Lakin  Kipiani 

yadına  düşdükdə  yenə  sarsıldı.  Onu  müdafiə  edə  bilmədiyinə  görə xəcalət 

çəkdi. Əslində o, bu gün qubernatorla görüşə gedəndə inanırdı ki, hər şeyi 

knyaza başa salacaq və sübut edəcək ki, Kipiani günahsızdır. O, ümid edirdi 

ki,  müəllimi  həbsxanadan  azad  etdirəcəkdir.  Ancaq  qubernator  bu  barədə

danışmaq belə istəmədi. Hətta onun özünü günahlandırdı. Üstəlik, çox incə

eyhamla başa saldı ki, istefaya çıxmaq lazımdır. Ona ən çox təsir edən də bu 

idi.  Neçə  ildən  bəri  zəhmət  çəkib  məktəbi  sahmana  salmışdı.  Müəllimlər 

kəndbəkənd düşüb tələbə yığmışdılar. Yeni şöbə açmışdılar. Bunları qoyub 

hara  getsin?  Seminariyadan  başqa  Qoridə  qız  gimnaziyası  da  açmışdılar. 

Müəllimlər  orada  könüllü  olaraq  dərs  deyirdilər.  Bütün  bu  zəhmətləri 

hədərmi  getsin?  Yox,  mən  geri  çəkilməyəcəyəm.  Peterburqa  yazacam. 

Maarif Nazirliyinə, lap imperatorun özünə müraciət edəcəm. Bəlkə bu işdə

mənə  Uşinskinin  dostları  da  kömək  etdilər.  Axı,  o  mənim  qayınatam 

olmaqdan  başqa  böyük  pedaqoqdur.  Mənim  müəllimim  olmuşdur.  Onun 

tələbələrinin çoxu indi nazirlikdə işləyir. 

Semyonov  bu  cür  qarışıq  fikirlərlə  xeyli  gəzdikdən  sonra  sahildən 

aralandı.  Meydançaların  birində  fayton  saxlatdı.  Vağzala  sürməsini  xahiş

etdi.  Daş  döşəmədə  nal  şaqqıldadı.  Atlar  yeknəsəq  addımlarla  irəlilədilər. 

Qədim daş körpüdən keçəndə kilsə zəngləri çalındı. Sem- 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə