İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə130/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   126   127   128   129   130   131   132   133   ...   136

                                                                                                                                                      

377


Pəncərə  astaca  döyüldü.  Firidun  alnını  şüşəyə  söykəyib  bayıra  baxdı. 

İvanla Luka onu gözləyirdi. 

- Aleksey Osipoviç, icazə versəniz biz gedərdik. 

- Bu şeyləri hara aparırsınız? 

- Məktəbin yanında, hasarın dibində tut ağacı var, orada basdıracağıq. 

- Yer hazırdırmı? 

- Lukagilin adamları oradadırlar. 

Uşaqlar  başlarını  yorğanın  altından  çıxardıb  söhbətə  qulaq  asırdılar. 

Aleksey  Osipoviç  bunu  duysa  da,  özünü  elə  aparırdı  ki,  guya  heç  nədən 

xəbəri yoxdur. 

Firidun  astadan  Osmanı  çağırdı.  Onlar  köməkləşib  sandığı  götürdülər. 

Səs salmadan həyətə çıxdılar. Aleksey Osipoviç həyətdə onlardan aralandı: 

- Sonra mənə məlumat verərsiniz. 

Uşaqlar yataqxanadan aralandılar. Ay qərbə doğru əyilsə də, ətraf işıqlı 

idi. Evlərin kölgəsi yolların ortasına sərilmişdi. Uşaqlar nəzərə çarpmamaq 

üçün  divarın  dibinə  qısıldılar.  Bu  minvalla  bir-iki  döngə  keçib  məktəbin 

hasarına yaxınlaşdılar. Birdən Luka ayaq saxladı. Bir kölgə küçəni sürünə-

sürünə  keçdi.  Ayaq  səsləri  yaxınlaşdı.  Uşaqlar  nəfəslərini  içərilərinə  salıb 

susdular. İvan astaca dilləndi: 

- Odur. 


- Kimdir? 

- Petrov. 

- Nədən bildin? 

- Çəkməsinin cırıltısından. 

- Deyəsən izimizə düşüb. 

- Bəs nə edək? 

Osman sandığı çiynindən düşürüb Firiduna verdi. 

- Siz işinizdə olun, mən onun öhdəsindən gələrəm. 

Kölgə lap yaxınlaşdı. Uşaqlar bir az da divarın dibinə qısıldılar. Osman 

dəstədən  aralandı  və  küçəni  o  taya  keçdi.  Petrov  səs  eşidib  dayandı  və

Osman gedən tərəfə boylandı, sonra divarın dibinə sinə-sinə onu təqib etdi. 

Osman  gah  dayanır,  gah  da  az  qala  yerə  yatır,  gah  da  bir  anlığa  işıqda 

görünürdü.  Petrov  da  kölgə  kimi  onu  izləyirdi.  Firidun  başa  düşdü  ki, 

Osman onu yataqxanaya doğru aparır. 

Luka dilləndi: 

- Dayanmayın, gedək. 

Onlar yenidən yola düzəldilər. 

  



                                                                                                                                                      

378


13 

Zər paqonlu cavan bir zabit meşin çəkilmiş qapını açıb Semyonovu içəri 

saldı  və  dabanlarını  cütləyib  təzim  etdikdən  sonra  geri  çəkildi.  Dmitri 

Dmitriyeviç  böyük  zalın  astanasında  dayandı.  Bir  xeyli  hansı  tərəfə

gedəcəyini  müəyyənləşdirə  bilmədi.  Qubernatorun  kabineti  o  qədər  böyük 

idi ki, özünün harada oturduğunu dərhal görmək mümkün deyildi. Həm də

küçəyə  baxan  pəncərələrin  çoxunun  taxtası  bağlandığından,  yuxarı  başa 

qaranlıq çökmüşdü. 

Kim isə öskürdü. Semyonov astaca addımlarla küncə doğru irəlilədi. İri 

yazı masasının önünə çatanda kürsüdə əyləşən qubernatoru gördü və azacıq 

əyilib təzim etdi. Qubernator ona başını tərpətməklə cavab verdi və əli ilə

işarə  etdi  ki,  əyləşsin.  Semyonov  yumşaq  stullardan  birində  oturdu  və

qarşısındakı kağızlara baxan qubernatora göz qoydu. Onun boyu balaca idi. 

Qıvrım  saçları  ağarmışdı.  Hətta  bəzi  yerlər  papiros  hisinə  düşmüş  kimi 

saralmışdı.  Çiynindəki  paqonun  zərli  saçaqları  astaca  tərpənirdi. 

Qubernatorun  bakenbardı  az  qala  uzun  bığlarına  qarışmışdı.  O  sakit  və

qaraqabaq adama oxşayırdı. 

Semyonov  qubernatoru  süzdükdən  sonra  gözünü  onun  üzündən 

yayındırıb divara baxdı. Hər yer yağlı boya ilə rənglənmişdi. Həm də firça 

elə  işlədilmişdi  ki,  adam  divara  suvaq  yox,  palıd  ağacından  qabıq 

çəkildiyini  zənn  edirdi.  Qubernatorun  başı  üstündə  imperatorun  tavandan 

döşəməyə  qədər  divarı  tutan  iri  şəkli  asılmışdı.  Həmin  şəklin  önündə

qubernator  lap  balacalaşır  və  iri  masa  arxasında  əyləşən  bir  oyuncağa 

dönürdü. 

Döşəməni  neftlə  sildiklərindən  hava  ağırlaşmışdı.  İçəridəki  bu  kəsif 

qoxu və ağır sükut adamı darıxdırırdı. Üstəlik, küncdən iri saatın ahəngdar 

tıqqıltısı otağa hüznlü bir səs yayırdı. 

Qubernator  kağızları  xışıldadıb  kənara  qoydu  və  kürsüdə  yayxandı. 

Əllərini qarnının üstündə çarpazlayıb, əsnəməyini güclə saxladı: 

- Hə, cənab direktor, mən Sizi dinləyirəm. 

Semyonov  stulunu  azca  irəli  çəkdi və dirsəyini  masanın  üstünə qoydu. 

Qovluqdan bir kağız çıxardıb qubernatora uzatdı: 

- Bu raportda bütün vəziyyəti yazmışam. 

Qubernator kağıza ötəri bir nəzər salıb kənara itələdi: 

- Şifahi danışın, görüm tələbiniz nədir? 

-  Zati-alliləri,  son  zamanlar  seminariyada  elə  bir  vəziyyət  əmələ 

gəlmişdir ki, işləmək qeyri-mümkün olmuşdur. 

  



                                                                                                                                                      

379


-  Doğrudur,  doğrudur,  -  deyə  qubernator  başını  tərpədib  Semyonovun 

dediklərini təsdiq etdi və səsini ucaldıb dirçəldi. – Kimdir müqəssir? 

-  Elə  mən  də  bunu  aydınlaşdırmaq  istəyirəm,  cənab  qubernator  axır 

vaxtlar bizə işləməyə imkan vermirlər. Hər cür pedaqoji qaydanı pozurlar. 

- Məsələn? 

-  Məsələn,  -  deyə  Semyonov  bir  az  duruxdu,  -  tələbələrin  gözü 

qarşısında sinifdən müəllimi çıxardıb həbs edirlər. 

Qubernator halını pozmadan ağzını marçıldatdı: 

- Daha sonra? 

-  Yataqxanada  və  məktəbdə  axtarış  aparırlar.  Zənnimcə,  polis  idarəsi 

bizim  aramıza  xəfiyyələr  də  göndərmişdir.  Məgər  bunlar  qanunsuzluq 

deyilmi,  zati-aliləri?  Mən  bizə  qarşı  göstərilən  bu  etimadsızlığı  böyük 

həqarət sayıram. Axı bu inamsızlıq nədən irəli gəlir? 

Qubernator heç nə demədi. Mizin üstündəki qovluqlardan birini götürüb 

vərəqlədi: 

- Həbs olunmuş müəllimin familiyası, gərək, Kipianidir, eləmi? 

- Bəli. Onun heç bir günahı yoxdur. Mən Sizə raport göndərmişdim və 

xahiş etmişdim ki, bu işə özünüz qarışasınız. Məsələyə ədalətlə yanaşılsa, o, 

mütləq  azad  edilər.  Ancaq  yerli  polislər  nədənsə  çox  tələsirlər.  Kipianinin 

ailəsini  də  Qoridən  köçürtdülər.  Deyilənə  görə  onları  sürgün  etmək 

istəyirlər.  Bütün  bunlar  seminariyanın  uşaqlarına  pis  təsir  edir,  zati-aliləri, 

onlarda  bizim  imperiyaya  qarşı  etimadsızlığın  və  qəzəbin  artmasına  səbəb 

olur. 

-  Gərək  ki,  mən  onu  işə  götürmək  istəmədikdə  israr  edən  yenə  Siz 



idiniz? 

-  Bəli.  Mən  yenə  də  bu  fikirdəyəm  ki,  Kipiani  on  yaxşı  vətəndaş  və

müəllimdir. 

- Maraqlıdır... Sizin mülahizələriniz çox maraqlıdır. Təklifiniz nədir? 

-  Kipianini  azad  etmək  haqqında  sərəncam  verəsiniz.  Daha  sonra, 

tələbələr  və  müəllimlər  ona  və  ailəsinə  yardım  göstərmək  məqsədi  ilə  pul 

toplayıblar. Qori qəza polis rəisi bu pulu məhbusa çatdırmaqdan imtina edir. 

Xahiş edirəm, bu barədə Siz özünüz sərəncam verəsiniz. 

Onun vəziyyəti çox ağırdır. 

-  Sizin  mərhəmətli  bir  şəxs  olmanız  mənim  qəlbimi  az  qalır  riqqətə 

gətirsin, cənab Semyonov, daha nədən narahatsınız? 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə