I Fəsil.
BAKI NEFTİ RUSİYA ÇARLIĞININ AZƏRBAYCAN
ÜZƏRİNDƏ MÜSTƏMLƏKƏÇİLİYİ DÖVRÜNDƏ
(1901-1917)
XX əsrin əvvəllərində Azərbaycan türklərindən Bakıda
yetişmiş sənaye kapitalistləri ənənəvi yüngül sənaye ilə ya
naşı Bakının neft sənayesinə də kapital qoymağa başladılar.
Bu sahədə onlar daha güclü əcnəbi kapitalistlərin, eləcə də
daxildəki erməni kapitalistlərinin rəqabətinə rast gəldilər.
Həmin kapitalistlər Rusiya və Avropa ilə iqtisadi və siyasi
əlaqələri olduğu üçün Azərbaycanın milli burjuaziyasına öz
neftinin sənaye istehsalını genişləndirməyə imkan vermirdi
lər.
Buna görə də milli burjuaziyadan hətta güclüləri sıra
sında olan Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev və
digərləri neft istehsalında nisbətən zəif mövqeyə malik idi
lər. Erməni milyonçularından olan A.Qukasov isə neftdən
15 milyon, Montaşev və Lionozovun hər biri 10 milyon rubl
kapitala malik idilər. A.Qukasov bu kapital ilə 1899-cu ildə
Londonda neft üzrə bank şirkəti açmışdı.
XIX əsrin sonunda Rusiya Bakı (Abşeron) rayonu he
sabına neft çıxarılmasında ABŞ-ı ötərək 1898-ci ildə dünya
da birinci lerə çıxdı. 1901-ci ildə Rusiyada 11,9 milyon ton
neft istehsal edilmişdi. Bunun 95%-i Azərbaycanda istehsal
edilmişdi.1
Bakı neftinin ixracı əsasən Xəzər dənizi və Zaqafqa
ziya dəmir yolu vasitəsilə həyata keçirilirdi. 1892-ci ildə X ə
zərdə 58 neftdaşıyan gəmi üzürdü. Neftə olan böyük tələbat
Bakıda iqtisadi dirçəlişə təkan verdi.
Xəzər ticarət gəmiçiliyində 1901-ci ildə olan 788 gəmi
nin 44,4%-i Azərbaycan burjuaziyasına məxsus idi.2
Azərbaycan Sovet Ensiklopediyası, VII cild, s.208.
2 ASE. X cild, s.71.
12
Dünyada ilk neft tankeri «Zərdüşt» (1877), ilk teploxod
«Vandal» (1903) Xəzərdə suya buraxılmışdır. Bu gəmilərin
daşıdıqları yüklədin 70%-i neft və neft məhsulları idi.
Bakı neftinin Qara dəniz vasitəsilə Avropaya çıxarıl
ması üçün Batum-Tiflis dəmir yolu xətti Bakıya qədər uza
dıldı (1874-cü ildən başlayaraq).
XX əsrin əvvəllərindən başlayaraq dünya ölkələrinin
yanacaq balansında neftin əhəmiyyəti
getdikcə
artırdı.
Digər tərəfdən 1900-1903-cü illəri əhatə edən sənaye böhranı
dövrü Bakıda istehsal edilən xam neftin qiyməti 2,3 dəfə, ağ
neftin (kerosin) qiyməti isə 3,4 dəfə aşağı düşmüşdü.1
1900-
cü ildə Bakı rayonunda 66 kerosin zavodu, 18
kerosin-yağ zavodu, 4 benzin zavodu və neftlə əlaqədar 6
digər zavod var idi.2
1901-
ci ildə Rusiyada çıxarılmış 706 milyon pud neft
dünya neft hasilatının 51,5%-ni təşkil edirdi.3 1903-cü ildə
Bakı-Batumi neft kəməri işə salındı və hasil edilən neftin
xaricə satılması üçün imkanlar çoxaldı.
XX əsrin əvvəllərindən başlayaraq Amerika Birləşmiş
Ştatlarının və İngiltərənin şirkətləri, eləcə də Almaniya və
Türkiyə burjuaziyası Bakıda neft istehsalında güclü mövqe
tutmaq uğrunda mübarizəyə başladılar.
Bakıda neft istehsalı və Avropaya ixrac edilməsinə
«Nobel qardaşları birliyi» ilə yanaşı 1883-cü ildən başlaya
raq Rotşildlər də qoşuldular. Bu iki neft şirkəti nəhəngi ilə
münaqişəyə ABŞ-na məxsus «Standart oyl» şirkəti də qo
şuldu.
Nobellərin və Rotşildlərin səyi ilə Amerika kerosini
(ağ nefti) Rusiya bazarlarından sıxışdırıldı. Şirkətlər arasın
da bazar uğrunda mübarizə 30 illik müharibə kimi davam
etdi. Neft siyasi ziddiyyətlər mənbəyinə çevrildi.
1 М.Дж.Ибрагимов. Нефтяная промышленность Азербайджана в пери
од империализма. Б., 1984, с.41.
2 ASE. VII cild, s.210.
1 Azərbaycan nefti dünya siyasətində. II cild, s.233.
13
1909-cu ildən başlayaraq Nobellər Bakı neftini Batum
və Novorossiysk vasitəsilə Türkiyə və Avropaya, Baltik də
nizi vasitəsilə Almaniyaya ixrac edirdilər.
XX əsrin əvvəllərində istifadəyə buraxılmış elektrik
motorları ağ neftə (kerosinə) olan ehtiyacı bir qədər azaltdı
(iş yerləri və küçələr elektriklə işıqlandırılmağa başlanması
hesabına).
1913-cü ildə Rusiyanın dünya neft istehsalında payı
1904-cü ildəki 31%-dən 9%-ə düşdü.1
1904-1915-ci illərdə Bakıda neft istehsalı ilə 16 aksiya
şirkəti və 14 fərdi müəssisə və birliklər məşğul idilər. Həmin
illərdə bu şirkətlər ildə 15,780 min pud, fərdi istehsalçılar isə
1,670 min pud neft istehsal etmişdilər.2
I dünya müharibəsi neftə olan tələbatı artırdığı üçün
1914-cü ildə Bakı neft rayonunda neft çıxarılması ilə məşğul
olan firmaların sayı 1904-cü ildə olan 138-dən 1914-cü ildə
169-a çatdırıldı.
Birinci dünya müharibəsinin başlanması benzin və
sürtgü materiallarına cəbhələrdə tələbatı daha da artırdı
191-6-cı ilin iyul-noyabr döyüşlərində İngiltərə Somna çayı
vadisində ilk dəfə tanklardan istifadə etdi.
1917-ci ildə Rusiyada Fevral və Oktyabr çevrilişləri
nəticəsində Rusiyanın Antanta blokunda iştirakı zəiflədi və
az sonra Sovet Rusiyası müharibədən çıxdı.
1917-ci ilin aprelində ABŞ Almaniyaya qarşı mühari
bəyə başladı.
Amerika alimi Lui Fişer 1926-cı ildə Nyu-Yorkda nəşr
etdirdiyi «Neftin imperializmi» kitabı neft uğrunda beynəl
xalq mübarizəyə həsr olunmuşdur. Müəllif bu əsərin I fəsli
ni «Bakı uğrunda mübarizə» adlandırmışdır. Bu mübarizə I
dünya (imperialist) müharibəsi ərəfəsində və gedişində daha
' Амиров C.C. Нефтяные монополии Азербайджана в период первой
Мировой войны. Б., 1974, с.41-42.
2 А.Пожитков. Очерки по истории Бакинской нефтедобывающей про
мышленности. М.-Л., 1940, с. 123.
14
da kəskinləşmişdi.
Birinci dünya müharibəsində iştirak edən bütün ölkələr
üçün və xüsusilə Almaniya üçün Bakı nefti və ondan əldə
edilən mazut cəbhələrdə təyyarələr və sualtı qayıqlar üçün
son dərəcə lazım idi. Uzunluğu 860 km olan Bakı-Batum
neft kəməri (1907-ci ildə istifadəyə verilmişdir) buna imkan
verdiyi üçün Almaniya höküməti Gürcüstanın «azad»
hökümətinin razılığını ala bildi və Almaniyanın hərbi hissə
ləri Gürcüstana daxil oldular. Bütün bu əməliyyata Alma
niya generalı Lyudendorf rəhbərlik edirdi.
Neft üzrə mübarizənin bu mərhələsinə yekun vuraraq,
L.Fişer yazmışdır: «Müharibəni uduzmuş almanlar və
türklər Qafqaza sahib ola bilmədilər... Dünya müharibəsin
də qələbə çalmış müttəfiq ölkələrin (Antanta) heç biri də rus
(sovet) neftinə sahib ola bilmədilər».1
I dünya müharibəsi illərində Almaniya İraqda olan
Mesopotamiya neft rayonunu (Mosul nefti) əlndə saxlaya
bilmədi. İngiltərəni I dünya müharibəsinə sövq edən səbəb
lərdən biri də Mosul neftinə sahib olmaq arzusu idi.
Azərbaycanlı mühacir Miryaqub Mehdizadə 1928-ci
ildə İstanbulda nəşr etdirdiyi «Beynəlmiləl siyasətdə petrol»
əsərində yazır ki, Azərbaycanda neft ehtiyatları, mütəxəssis
lərin dediyinə görə, Meksika və İrandan çox olduğuna görə
(M.Faninqin hesablamaları) «İngiltərə və Almaniya arasın
da neft məsələsi üzrə rəqabət eləcə də Azərbaycan neftinə
aiddir».2
M.Mehdizadə kitabın II bölməsini «Cenevrə konfran
sında Azərbaycan» adlandırmışdır. Burada o, yazır: «Azər
baycan bolşeviklərinin lideri Nəriman bəyin şəxsində təmsil
etdirilmək istənilirdi, və o, azərbaycanlı olduğunu göstər
mək üçün bir qalpaq (Nərimanovun papağına işarədir) dəxi
1 Луи Фишер. Империализм нефти (Международная борьба за нефть).
Перевод с американского издания. М.-Л., 1927, с. 15.
2 M iryaqub Mehdizadə. Beynəlmiləl siyasətdə petrol. İstanbul, 1928;
Bakı, 1994, s.9.
15