dövrü İngiltərə hərbi komandanlığı tərəfindən bu məsələdə
özbaşnalıq hallan olmuşdur.1
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti
dövründə (1918 may - 1920 aprel) Bakı nefti yenicə yaranmış
müstəqil dövlətin müdafiə xərcləri üçün mənbə oldu. 1919-cu
ilin dövlət büdcəsində hərbi xərclər büdcənin 24 faizini təşkil
edirdi: 19191-cu ildə Azərbaycan milli ordusunda aviasiya
dəstəsi yaratmaq işinə başlandı. Həmin il Avropanın ali mək
təblərində təhsil almaq üçün Azərbaycandan dövlət hesabına
təminat ilə 100 nəfər gənc göndərildi. Göstərilən ildə Azər
baycan ordusu üçün 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli
avtomobil və digər silah növləri alınmışdı. 1919-cu ilin sonun
da milli ordu 40 min nəfərlik şəxsi heyətə malik idi.
1918-ci ilin noyabırın 16-da Türkiyənin ordu hissələri
Bakını tərk etməli oldular (Türkiyə I dünya müharibəsində
Almaniyanın müttəfiqi idi və müharibə^ Almaniya ittifaqı
mağlub olmuşdu) Bakıya yenə də İrandan (Xəzər vasitəsilə)
İngilis hərbi hissələri, bu dəfə general Tomsonun rəhbərliyi
altında daxil oldu. Bakı neftinə sahib olmaq üçün buraya ingilis
mühəndisləri də gətirilmişdi. Bakının Bibi-Heybət ərazisində
ingilislərin neft kompaniyası öz işinə başlamışdı. Kompaniya
nın başçısı general Allen idi.
Bütün bu hadisələr İngiltərənin Qafqazda «İkinci Hindi
stan» yaratmasına şəraitin yetişəcəyindən xəbər verirdi: Sovet
Rusiyası parçalanma ərəfəsində idi və onun Yaxın Şərqdəki
hadisələrə müdaxilə etməyə gücü və imkanı çatmırdı.
Rusiyanı parçalamaq siyasəti Böyük Britaniyanın planın
da dəyişməz olmuşdur və 1918-ci ildə baş vermiş hadisələr bu
planın reallaşmasına ümid verirdi.
Lakin 1919-cu ilin avqustunda Britaniyanın ordu hissələ
ri Qafqazı tərk etdilər. Həmin günlərdə Xəzər dənizində olan
ən yeni silahlarla təmin olunmuş ingilis dəniz eskadronu xəl-
1 Bax. Эльмира Мурадалиева. Кровь земная - нефть Азербайджана и
история. Б., 2005, стр.114-118.
20
vəti olaraq Bakıdan Dərbəndə apanlaraq general Denikinin
ixtiyarına verildi'
İngiltərə Batum limanında öz qarnizonunu saxladı və
planlaşdırılırdı ki, burada Millətlər Cəmiyyətinin himayəsi al
tında İngiltərədən asılı olan dövlət yaradılmalıdır2
İngiltərə hökümətinin baş naziri, görkəmli diplomat Llo-
qud-Corc 1919-cu ilin 16 noyabnndakı nitqində demişdi: «o,
inanmır ki, bolşeviklər bütün Rusiyanı əldə saxlaya biləcək
lər». Parisdə nəşr edilən «Нефтяной курьер» qəzeti 1924-cü
lin 12 sentyabrında yazmışdı ki, «Rusiyanın parçalanması,
görünür Dağıstanın hərəkətə gəlməsindən başlayacaqdır»3
Yuxanda qısaca şərh edilən hərbi tədbirlər və həmin
dövrün hakim dairələrinin mülahizələri onu deməyə əsas verir
ki, 1918-1920-ci illərdə İngiltərə Bakı neftinə sahib olmaq
üçün bir neçə dəfə hərbi hissələrindən istifadə etmişdir.
19.22-ci ilin aprelində çağrılmış beynəlxalq Cenuya kon
fransında (34 ölkənin nümayəndəsi iştirak edirdi) «Rus nefti»
adı altında müzakirəyə çıxanlmış məsələ Bakı nefti məsələsi
idi.
Bu məsələnin müzakirəsi onun iştirakçıları olan dövlət
lərin şirkətlərinin həmin neftin onlar tərəfindən çar Rusiyası
dövründə çıxarıldığı ərazilərin onlara icarəyə verilməsi məsə
ləsi kimi nəzərdə tutulurdu.
Halbuki, bolşeviklər Şimali Qafqazı və Zaqafqaziyanı
zəbt etdikdən sonra xarici şirkətlərin sahibkar olduqları bütün
neftli ərazilər milliləşdirilmişdi və 1921-ci ildə Qafqazda
1913-cü ildə çıxarılmış neftin 43%-ə qədəri miqdarında (4100
min tona) neft çıxarılmışdı4. Buna görə də Genuya konfransına
göndərilmiş Sovet nümayəndə heyətinin başçısı Krasin bildir
mişdi ki, xarici konsepsiyalara yalnız 3000 hektar neftli ərazi
icarəyə verilə bilər.
1 Луи Фишер, Империализм нефти, стр.27.
* Yena orada, səh.28
3 Yeno orada, səh.29
4 Yenə orada, səh.35
21
Beləliklə, Qərb kapitalistlərinin çar Rusiyası ərazisində
vaxtilə icarəyə götürdükləri neft sahələrinin özlərinə qaytarıl
ması məsələsi həll edilmədi və Genuya konfransı müvəffə
qiyyətsizliyə uğradı.
Rusiya Sovet dövlətinin Genuya konfransına göndərdiyi
nümayəndə heyəti 5 nəfər tam hüquqlu və 6 nəfər məşvərətçi
nümayəndədən ibarət idi və Nəriman Nərimanov ikinci qrupa
daxil idi.
Genuya konfransında Nəriman Nərimanov Bakı nefti və
tərksilah məsələləri üzrə çıxış etmişdir.
Genuya konfransı və ondan sonra çağrılmış Qaaqa (Haa
qa) konfransı neft məsələsi üzrə nəticəsiz qurtardı, imperialist
dövlətlər neft əsələsi haqqında razılığa gəlib vahid cəbhədən
çıxış edə bilmədilər, lakin əcnəbi neft baronları keçmiş Rusiya
ərazilərində olan neft yataqlarını icarəyə götürmək fikrindən
də əl çəkmədilər.
1920-1922-ci illərdə formal müstəqilliyə malik olan
Azərbaycan neft sənayesi 1920-ci ilin 24 mayında yenidn mil
liləşdirildi. Moskva A.Serebrovskini Azərbaycan neft komitə
sinə sədr göndərdi, 1920-ci ilin aprelin 30-da Neft çənləri ilə
dolu ilk neft karvanı Bakıdan Astraxana göndərildi. Rusiya
Sovet Respublikası höküməti Bakı neftinin üzərində tam
hüquqlu sahibkar kimi hərəkət edirdi.
1922-ci ildə Moskvalı müəllif R.İ.Berzin «Neft uğrunda
dünya mübarizəsi» (Мировая борьба за нефть) adlı əsəri ilə
çıxış etdi və qətiyyətlə göstərdi ki, Rusiya ərazilərində istehsal
edilən neftin hazırkı dövrdə xarici imperialist şirkətlərinə ica
rəyə verilməsi Rusiya iqtisadiyyatını ölümə məhkum etmək
deməkdir'
Avropa kapitalist şirkətlərinin keçmiş Rusiya ərazilərin
də olan nef yataqlarını icarəyə götürməyə o vadar edirdi ki,
son 20 ildə (1900-1920) dünyada neft istehsalı 247% artdığı
halda, Rusiyada 65% azalmışdı.2 Deməli Rusiya ərazilərində
1 Bax, Р.И.Берзин, Мировая борьба за нефть, М., 1922, стр.4
2 Yenə orada, səh.5
22
ki neft yataqlarını sərfəli qiymətlə icarəyə götürmək olar və
lazımdır.
Rusiyada isə neft ehtiyatları aşağıdakı miqdarda idi:
1) Bakı rayonunda - 45,301 milyon pud;
2) Qroznıda - 5,828 milyon pud;
3) Maykopda - 67 milyon pud;
4) Embada - 6,5 milyon pud.1
1921 -ci ildə dünyada istahsal edilən neftin 61,9%-i Ame
rika Birləşmiş Ştatlarının, 25,6% Kanadanın payına düşürdüsə,
Rusiyanın payına 3,7% düşürdü2
R.Berzin yazır ki, 1921-ci ildə dünyada 759 milyon bar
rel neft istehsal edilmişdi. Neft istehsalı bu templə getsə,
dünyanın neft ehtiyatları təxminən 40 ilə tükənəcəkdir.
Keçmiş Rusiya ərazilərində olan neft yataqları dünya
müharibəsi və sonrakı vətəndaş müharibəsi illərində ağır və
ziyyətə düşmüşdü. Son 8 ildə (1914-1922) neft sənayesinə heç
bir kapital qoyulmamışdı, neft istehsalı tənəzzül edirdi.
Rusiya tabeliyində olan neft əraziləri Türkiyənin nəzarət
etdiyi körfəzlər məsələsi ilə də bilavasitə bağlı idi.
Antanta 1 dünya müharibəsində qələbə çalaraq ilk illərdə
Türkiyənin körfəzləri və dəmir yollan üzərində nəzarətə nail
olmuşdusa, Almaniya da Türkiyə üzərində öz təsirini saxlaya
bilmişdi. Həmin dövrdə Amerika Birləşmiş Ştatları da öz nefti
ilə Türkiyəyə təsirini gücləndirə bilmişdi. Amerika nefti Ba-
tum və
Samsun limanlarına qədər çatırdı. Rusiya-Türkiyə
münasibətləri gərgin olduğuna görə 1908-ci ilə qədər Rusiya
nın Türkiyə limanlar vasitəsi ilə xaricə ixrac etdiyi neftin mi
qdarı sıfra düşmüşdü və keçmiş Rusiya nefti əvəzinə bu li
manlarda Amerika nefti daşınırdı.
Azərbaycanda 1920-ci ilin mayın əvvəlində «müstəqil»
Sovet Respublikasının yaradılması ilə əlaqədar olaraq əcnəbi
baronlar Bakı neftinin icərəsinə nail olmaq üçün Çar Rusiyası
dövründə imzalanmış müqavilələrə də əl atdılar.
1 Bax, Р.И.Берзин. Мировая борьба за нефть. С.19.
2 Ycno orada, s.31.
23