Əməyi Qəhrəmanı adma, Stalin mükafatına və ölkənin ali
ordenlərinə layiq görüldülər. Bunların içərisində neft isteh
salının böyük təşkilatçıları olan Süleyman Vəzirov, Baba
Babazadə, Qurban Abbasov, Rüstəm İsmayılov və onlarla
digərləri də var idi.
Azərbaycan neftçiləri II dünya müharibəsi illərində
Dövlət Müdafiə Komitəsinin keçici Qırmızı Bayrağına 160
dəfə layiq görülmüşdülər. Sənayenin heç bir sahəsində qısa
bir müddət ərzində belə bir qəhrəmanlığa nail olunmamışdı.
Bakını zəbt edəcəyinə böyük ümüdlər bəsləyən Hitler
Bakının bombalanmasmı nəzərdə tutmurdu. O, hesab edirdi
ki, əgər Almaniya Bakı neftinə göydən zərbə endirərsə Sovet
ordusu Almaniyaya xidmət edən Ruminiya neft rayonlarına
bomba zərbələri endirə bilər və hətta buna bəraət də qaza
nar.
SSRİ Dövlət Müdafiə Komitəsi 1942-ci ilin 5 aprelində
Bakının hərbi hava müdafiəsi haqqında ayrıca qərar qəbul
etdi.
Bununla belə 1942-ci ilin 4 mayında gündüz Bakı səmti
üzərində Almaniyanın kəşfiyyat təyyarəsinin uçuşu qeydə
alındı və Azərbaycan Respublikası hökuməti mayın 5-də
«Bakıya alman təyyarəsinin uçuşu haqqında» məsələ müza
kirə etdi.
Bakının müdafiəsi məsələsi 1942-ci ilin 23 iyununda
İ.V.Stalinin yanında xüsusi məsələ kimi müzakirə edildi və
qərara alındı ki, 58-ci Sovet Ordusu trandan və Birləşmiş
Süvari korpusu Orta Asiyadan Bakı hərbi dairəsinə gətiril
sin.
1943-cü ilin əvvəlində Sovet Ordusu Şimali Qafqazdan
əks hücuma keçdi. Stalinqrad döyüşləri ilə birlikdə bu döyü
şlər Almaniya ordusunun ikinci böyük məğlubiyyəti idi.
ABŞ və İngiltərə hərbi dairələri gözləyirdilər ki, Hitler
1942-ci ilin yazı-yayında Moskvaya qarşı yeni əməliyyatlara
başlayacaqdır. Aydındır ki, Hitler Moskvam zəbt edərək,
Sovet rəhbərliyini Ural dağlarının şərqinə sıxışdıra bilsə ydi
36
və Hindistana qədər planlaşdırdığı hərbi əməliyyatları Qaf
qazdan keçərək başlasa idi, ABŞ və İngiltərə hərbi qüvvələ
rinin faşist Almaniyasına qarşı müqaviməti daha böyük çə
tinliklərlə rastlaşardı.
Həmin dövrdə Hitler azərbaycanlı əsirlər məsələsindən
də istifadə etmək istəyirdi.
Məmməd Əmin Rəsulzadəyə 1941-ci iliin sentyabrında
məlum oldu ki, almanlar əsir düşmüş azərbaycanlılardan
1500 nəfəri güllələyəndən sonra onların yəhudi olmadıqları
nı bilmişlər. Belə səhvin təkrar olmasına imkan verməmək
üçün o,yollar axtarırdı. Həmin dövrdə M.Ə.Rəsulzadə Hit-
lcrin «Şərq Nazirliyi» tərəfindən (Türkiyədən) Almaniyaya
dəvət edildi (bu nazirlik 1941-ci ilin iyununda yaradılmışdı
və ona Rozerberq rəhbərlik edirdi). Almaniyaya gəlmiş
M.Ə.Rəsulzadəni nazirliyin Qafqaz şöbəsinin rəhbəri pro
fessor fon Mende səmimi qəbul etdi. M.Ə. Rəsulzadə bildir
di ki, onunla birgə işləməyə o zaman razı olar ki, «Alma
niya Azərbaycanın müstəqilliyini tanımağa razı olsun». Bu
na isə Hitler razılıq vermədi1.
Lakin Hitler hiss edirdi ki, motorlar müharibəsində
Almaniya ordusunu . yanacaqla təmin etmədən, müharibəni
davam etdirə bilməyəcəkdir. Hitler 1942-ci ilin yazında
müttəfiqi Yaponiyanın səfiri general-leytenant Osimam qə
bul edərkən demişdi: «Mən qərara gəlmişəm ki, daha mər
kəzi hissəyə hücumu dayandırım. Mənim məqsədim Cənub
cəbhəsinə hüöuma keçməkdir. Qafqaz istiqamətinə zərbə
endirəcəyəm. Neft üçün İrana və traqa çıxmaq vacibdir»2.
II dünya müharibəsi illərində ABŞ prezidenti Ruzvetin
məsləhətçisi olmuş admiral Uilyam Leki xatirələrində yazır
ki, Hitler SSRt ilə müharibəyə başlarkən biz hesab edirdik
ki, «Alman orduları SSRİ-nin qərb rayonlarını və Qafqazı
1 Ru haqda daha geniş bax: Nəsiman Yaqublu. Məmməd Əmin Rəsul
zadə. Bakı, 1991, s. 221-229.
2 А.Якобин, 1941-1945 гг, Вторая Мировая война в хронике и докумен
тах. Дармштад, 1961, с. 228 (almancadan ruscaya tərcümə).
37
işğal etdikdən sonra Hitler Stalinə sülh təklifi ilə müraciət
edər. Qafqazın neft mədənlərinin işğalı isə bütünlükdə Av
ropanın istilasını reallaşdıra bilərdi. Lakin bu hadisə baş
vermədi. Hitler Rusiyanın içərisinə doğru irəlilədi və bunun
la da alman ordularının bütün əvvəlki nailiyyətlərini heçə
endirdi. Almanlar 1941/42-ci illərin qış kompaniyası
dövründə Stalinqradda və Rostovda ağır məğlubiyyətlərə
uğrayaraq geri çəkiləndə hamımız rahat nəfəs aldıq. Bunun
la da nəinki Bakı və onun tükənməz nefti, eləcə də bütün
yaxın Şərqin zəngin neft mədənləri alman işğalçıları tərəfin
dən zəbt edilməsi qorxusundan azad edildi»1.
Göründüyü kimi, Bakı nefti II dünya müharibəsinin ge
dişini əsaslı surətdə dəyişdirə biləcək bir amil idi və belə də
oldu.
1942-ci ilin oktyabrından etibarən Qafqaz uğrunda
döyüşlər Almaniya və Sovetlər İttifaqının ordu hissələrinin
ən ağır döyüşlərindən biri oldu. Faşist ordu hissələri Ma-
haçqala-Kizlər-Astraxan də- '.: yolu xəttini zəbt etdikdən
sonra SSRİ-nin Şərqinin ölkənin Qərb və Şimal rayonları ilə
əlaqələri əsasən dəmir yolu vasitəsilə həyata keçilməyə baş
landı və Bakının havadan mühafizəsi möhkəmləndirildi.
Stalinqrad və Qafqaz uğrunda döyüşlərdə faşist ordu
hissələri məğlubiyyətə uğradıqdan sonra Hitelrin Bakı nef
tinə sahib olması xülyasına sarsıdığı zərbə endirildi.
Qafqaz uğrunda döyüşlər zamanı Almaniya ordusun
da texnika üçün yanacaq çatışmazlığı son həddə çatmışdı.
Həmin günlərdə cəbhələrdən Hitlerə gizli məlumatlar
göndərən Almaniyanın Dövlət Təhlükəsizliyi Nazirliyinin
generalı Albert Speyer ona məktublarının birində yazmışdı:
«Gecə 10-cu ordunun hissələrinin vəziyyətini yoxlayarkən
gördüm ki, 150 yük maşını dəstəsini çəkmək üçün hər maşi-
na dörd öküz qoşulmuşdur». Almaniya quru ordusunun baş
ştabının rəisi general-feldmarşal Qalder həmin günlərdə öz
gündəliyində yazmışdı: «Talemizin acılığı ondadır ki, biz
1 B ax,... «Respublika» qəzeti, 6 yanvar 1994.
38
neftə yaxınlaşdıqca, onun çatışmazlığını daha çox hiss edir
dik».
1942-ci ilin əvvəlində Hitelrin iqtisadi məsələlər üzrə
məşvərətçiləri ona bildirdilər ki, «Almaniya Qafqaz neftini,
eləcə də taxıl və mədən-filizini ala bilməsə müharibəni da
vam etdirə bilməz». Hitler bu tələb ilə razılaşaraq ordunun
hücumunu Qafqaz istiqamətinə yönəltmişdi. Almanların
tank ordusu (general Kleyst) Maykop neft mədənlərini zəbt
etdikdən sonra Hitler Bakının zəbt edilməsi və Xəzər dəni
zinə çıxmağı Almaniyanın I tank ordusuna əmr etdi. Bu
əməliyyatlar zamanı Almaniyanın tank ordusunda yanacaq
çatışmazlığı son həddə çatmışdı.
Qafqaz uğrunda döyüşlərdə Xəzər hərbi Donanması
və Azərbaycan Respublikası əhalisi, ilk növbədə bakı neftçi
ləri yüksək qəhrəmanlıqla müharibə cəbhələrinə hərtərəfli
yardım etdilər.
Qafqaz uğrunda döyüşlərin başlanması ilə əlaqədar
olaraq 1942-ci ilin 8 avqustunda Xəzər Dənizçiliyi Donan
masında hərbi vəziyyət elan edildi. Həmin dövrdə Xəzərdə
üzən «Dnepr» gəmisinin kapitanı Şövkət Səlimova düşmə
nin bomba zərbələri altında dəniz vasitəsilə cəbhələri ya-
nacaqla təmin edənlərdən biri idi.
Xəzər gəmiçiləri Qafqaz uğrunda döyüşlərin davam
etdiyi 422 gün ərzində cəbhələrə yanacaqdan əlavə 434472
nəfər döyüşçü və mülki şəxs, 791 tank, 46 təyyarə, 4458 av
tomaşın, 243257 ton silah daşıdılar. Göstərilən dövrdə
düşmən tərəfindən 7500 təyyarə Xəzər Donanmasına qarşı
yönəldilmişdi və bunlardan yalnız 74-ü Bakı buxtasına çata
bilmişdi ki, bunlardan da 8-i zenit artilleriyası tərəfindən
vurulmuşdu.
Azərbaycanın qəhrəman qızı Şövkət Səlimova «Qırmı
zı Ulduz» və «Vətən müharibəsi» ordenləri, onlarla medal
ilə təltif edilmişdir.1
1 Bu haqda daha geniş, bax: Azərbaycan Veteranlarının döyüş xatirələri.
B., 2005, s.32-33.
39