erməni daşnaqlar tərəfmdənq mühasir vəziyyətində olduğu
üçün buna imkan yox idi. Həmin dövrdə Nəriman Nərim a
nov Rusiya Federasiyası höküməti başçısı Vladimir Leninə
müraciət edərək bu neftin Rusiyanın vasitəçiliyi ilə bir hissə
sinin xaricə satılmasına nail olmuşdur.
Göründüyü kimi neftlə zəngin olan Azərbaycanın öz
neftini xaricə çıxarmaq məsələsi hələ XX əsrin əvvələrində
çətin bir məsələ idi.
Azərbaycan rəsmi olaraq SSRİ_nin tərkibinə qatıldı
qdan (1923-cü ilin ilk günlərindən) sonra Bakı nefti tamami
lə çoxmillətli Sovet dövlətinin sərt nəzarəti altına keçdi.
Azərbaycan öz müstəqilliyini elan etdikdən (18
oktyabr 1990) sonra ölkənin ən zəngin sərvəti olan neftin
məqsədyönlü istifadəsi məsələsi xüsusi əhəmiyyət kəsb et
məyə başladı. Heydər Əliyevin işləyib hazırladığı neft stra
tegiyası hər şeydən əvvəl bu məqsədə xidmət etmişdir.
Xəzər dənizi dünyada (Fars körfəzi və Sibirdən sonra)
ən böyük neft hövzəsidir və onun ekvatoriyasında olan 200-
dən çox neft yatağının 145-ə qədəri dənizin Azərbaycan sek-
torundadır. 1782-ci ildə Bakıda olmuş məşhur ingilis səyya
hı Forster «Bakıda neft» adlı əsərində Bakının qara neftini
şah və taca bərabər xəzinə adlandırmışdır.1
Müasir dövrdə neft əsas enerji mənbəyi olduğu üçün
neftlə zəngin ölkələr öz daxili və xarici siyasətlərini neftlə
tənzimləyirlər. Neftlə zəngin olan belə ölkələrdən biri sayı
lan Azərbaycanın 1994-cü ilə qədər neft strategiyası olma
mışdır.
Amerikanın məşhur «Vaşinqton Post» qəzeti 1997-ci
ilin sentyabrında yazmışdı: «1900-cu ildən dünyada aparıcı
neft istehsalçısı olan Azərbaycan, yenə də əfsanəvi sərvətlər
məmləkəti hesab edilir».2
Heydər Əliyev 1993-cü ildə ikinci dəfə xalqın arzusu və
tələbi ilə Azərbaycana hakimiyyətə gətirildiyi dövrdən baş-
1 Ə sər 1995-ci ildə Londonda nəşr edlmişdir.
2 Bax: «Xalq» qəzeti, 25 sentyabr 1997 il.
48
lavaraq dövlətin neft strategiyasını işləyib hazırlamağa baş
ladı və 1994-cü ildə «Əsrin müqaviləsinin» bağlamasına nail
oldu. «Böyük uzaqgörənliklə işlənib hazırlanmış neft stra
tegiyası Azərbaycanın gələcəyə istiqamətlənən nəhəng inki
şaf planıdır».1
Azərbaycanın neft strategiyası «Əsrin müqaviləsi» ad
lanan Beynəlxalq neft kontraktlarından (1994) başlayır.
1994-1995-ci illərdə 5 kontrakt əsasında «Bakı-Tbilisi-Cey-
han» beynəlxalq neft kəmərinin çəkilməsi haqqında qərar
qəbul edildi və bunun üçün Azərbaycan Beynəlxalq Əmə
liyyat Şirkəti yaradıldı» (şirkətin təmsilçisi Devid Vudvord).
Həmin beynəlxalq neft kəmərinin çəkilişi üçün yaradılmış
sponsorlar qrupunda Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti (ARDNŞ)-50%, «BP»-25,4%, Lukoyl-7,9%, Statoyl
-6,7%, TPNO-5%, İtoçu-3% kapital qoyuluşuna malik idi
lər.
Azərbaycan
neftinin geniş miqyasda istehsalı üzrə
bağlanmış «Əsrin müqaviləsi» on ildən sonra Azərbaycan
XX əsrin sonuna qədər xarici şirkətlərlə 21 neft müqaviləsi
bağlamışdır və bu müqavilələr əsasında Azərbaycanın neft
sənayesinin inkişafına 60 milyard ABŞ dolları həcmində in
vestisiya qoyulması nəzərdə tutulmuşdu.
1994-cü ilin 20 sentyabrında Xəzərin neft ehtiyatları
nın birlikdə istifadəsi üçün ABŞ, Böyük Britaniya, Türkiyə,
Səudiyyə Ərəbistanı və Norveçin 12 böyük şirkəti ilə «Əsrin
müqaviləsi» imzalandı: görülmüş işlər nəticəsində 1997-ci
ilin 12 noyabrında ilkin neftin hasilatına başlandı.
Heydər Əliyevin hazrladığı neft strategiyasının mühüm
tərkib hissəsini Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri
nin inşası təşkil edir. Bu əsas ixrac boru kəmərinin uzunluğu
1768 kilometrdir və onun inşasına 4 milyard dollar sərf
edilmişdir.
1 Ramiz Mehdiyev. Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin neft
strategiyası. B., 1999.
49
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin rəsm i
açılışı 2006-cı ilin 13 iyununda olmuşdur. Bu açılış ulu ö n
dər Heydər Əliyevin neft strategiyasının böyük təntənəsidir.
Həmin beynəlxalq kəmər təkcə iqtisadi deyil, həm də böyük
siyasi strateji əhəmiyyət kəsb edərək Şərq ilə Qərb arasında
energetika dəhlizi rolunu oynayır.
Heydər Əliyev demişdir: «Neft strategiyasının uğurla
həyata keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas
qarantlarından biridir». Bu fikrini davam etdirərək H eydər
Əliyev xüsusi olaraq qeyd edir ki, bu tədbir «ABŞ və A zər
baycan arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyə
sinə qaldırdı. Xüsusilə Xəzərdəki neft yataqları bütün d ü n
yanın diqqətini cəlb etdi».
Amerikanın məşhur siyasətçisi - professor Zbiqnev
Bjezinski «Böyük Şahmat taxtası» (1997) adlı kitabında
yazmışdır: «Azərbaycan böyük enerji ehtiyatları ilə, həm d ə
qeosiyasi planda açar əhəmiyyətlidir. Rusiyanın nəzarət e t
diyi ərazilərdən yan keçərək çəkilən neft kəmərləri vasitəsilə
Qərb bazarları ilə birləşən müstəqil Azərbaycan həm d ə
enerjiyə tələbatı olan önçül dünya iqtisadiyyatının enerji c ə
hətdən zəngin Orta Asiya respublikalarına yol tapması üçün
böyük magistraldır».1
Həmin kitabın digər bir yerində Zbiqnev Bjezinski y a
zır: «Müstəqil Azərbaycan Qərbin Kaspi (Xəzər) dənizi
hövzəsindən Orta Asiyanın enerji mənbələrinə çatması üçün
dəhliz ola bilər».2
Azərbaycan eləcə də Bakı-Qroznı neft kəməri (1983-cü
ildə işə başlamışdır), Bakı-Novorossiysk boru xətti (1997),
Bakı-Tbilisi-Ərzurum qaz kəməri (tikilməsi davam etdirilir)
vasitəsilə öz yanacağını xarici bazarlara çıxarmaq imkanına
malikdir. Strateji nöqteyi nəzərdən xaricə neft satmaq üçün
paralel neft kəmərlərinin olması xüsusi əhəmiyyət kəsb edir.
1 Zbiqnev Bjezinski. Böyük şahmat taxtası. M., 2003, s.56-62 (rus dilindon
tərcümə).
2 Yenə orada, s.146.
50
Buraya eləcə də Bakı-Tbilisi-Axalkalaki-Kars dəmir yolu
xəttinin yaxın zamanlarda çəkilməsini də daxil etmək la
zımdır.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti prezidenti
Devid Vurvord 2001-ci ilin avqustunda etdiyi çıxışların bi
rində demişdir: «Dünyanın öz enerji ehtiyatlarına görə arxa
lanmaqda davam etdiyi bir sənayeni 150 il bundan öncə ya
ratmış bir ölkə kimi Azərbaycan heç də təsadüfü deyildir ki,
yenidən beynəlxalq enerji miqyasında həlledici rol oynamaq
ərəfəsindədir».1
Bakı-Tbilisi-Ceyhan neft ixracı kəməri 2100-cü ildə
dünya bazarlarına 50 milyon ton neft çıxarılmasını təmin
edəcəkdir.
Bakı neftinin qərbə ixracı ilə yanaşı Ərzurum-Bakı qaz
kəmərlərinin də inşası neft strategiyasının tərkib hissəsi kimi
diqqəti cəlb edir.
Bütövlükdə isə Azərbaycanın neft strategiyası əsasında
həyata keçirilən enerji daşıyıcıları 15 ölkənin 25 iri neft və
qaz şirkətləri ilə bağlanmış müqavilələr əsasında 30 il
müddətində Azərbaycan sənayesinə 6 milyard dollar sər
mayə qoyulmasını təmin edəcəkdir.
Göstərilən neft və qaz boru kəmərləri, Avropa-
Qafqaz-Asiya nəqliyyat dəhlizi (Traseka) dünyada Azər
baycanın geosiyasi mövqeyini qat-qat gücləndirmişdir.
Beləliklə, Heydər Əliyevin bilavasitə rəhbərliyi altında
hazırlanmış neft və qaz strategiyası Azərbaycan üçün tarixi
əhəmiyyəti olan siyasi bir aktdır və o, ölkəmizin beynəlxalq
miqyasda hörmətini artırır, Azərbaycanın təhlükəsizliyi və
gələcək inkişafı üçün böyük təminatdır.
Azərbaycanın neft strategiyası ölkəmizin yerləşdiyi
hövzədə neft ixracı ilə məşğul olan ölkələrin iqtisadi maraq
larına müəyyən qədər təsir etdiyi üçün, ona qarşı gizli təd
birlərin hazırlanması da reallıqdır. ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin direktoru general Corc Tenet 2000-ci ilin 20
«Azərbaycan» qəzeti, 31 avqust, 2001.
51