Hələ 1911-ci ildə Bakıda «Nobel qardaşları» şirkəti ilə
Amerikanın məşhur neft tresti olan «Standart Oyl»un başçısı
Rokfeller arasında əlaqələr yaradılmışdı. ABŞ-ın «Standart
Oyl» şirkətinin Fransada fəaliyyət göstərən tresti 1920-ci ilin
əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti höküməti ilə Bakı
da istifadə edilmiş neft sahələrinin 6 milyon franka alınması
haqqında müqavilə bağlamışdı'
Azərbaycan nefti hesabına Bakıda milyonlara sahib ol
muş Mantaşevlər, Qukasovlar, Lianozovlar, Şibayevlər, Mir-
zəyevlər (Mirzoyan) Avropaya mühacirət edərək, Bakı neftini
yenidən qarət etmək arzusu ilə yeni imkanların əldə edilməsini
gözləyir və bu haqda baş sındırırdılar. Hələlik isə gündəmdə
ən yaxın vəzifə Bakı neftini baykot etməkdən ibarət idi. Bu
nun üçün diplomatiya, iqtisadi sanksiyalar, siyasi uydurmalar,
hər cür xəyanətlər işə salınmışdı, Bakı neftinə müharibə elan
edilmişdi.
Bakı neftinə qarşı ermənilərin bu müharibəsi hər şeydən
əvvəl Azərbaycan xalqına qarşı müharibə idi, Bakının ermə-
niləşdirilməsi üçün olan müharibə idi. Burada onu da demək
yerinə düşər ki, Azərbaycan xalqına həmişə sadiq olmuş Nə
riman Nərimanov 1920-1923-cü illərdə Bakı şəhərinin icra
aparatlarında ermənilərin və rusların geniş məskan saldıqları
dövrdə azərbaycanlıların geniş təmsil edilməsinə və Azər
baycan dilinin idarəçilikdə işlənməsinə nail olmaq üçün çox
böyük fəaliyyət göstərmişdi və Bakının erməniləşdirilməsinin
qarşısını müəyyən qədər almağa nail olmuşdu2.
Azərbaycanda və eləcə də Çeçenistanda istehsal edilən
neftdən bu respublikaların xalqlarının mədəni inkişafını sürət
ləndirmək üçün «neft fondu» yaradılması məsələsini hələ
V.İ.Lenin sağlığında Nəriman Nərimanov qaldırmışdı və bu
1 Bax, M.Дж.Ибрагимов. Нефтяная промышленность Азербайджана в
период империализма. Б., 1984, с. 23.
2 Bu haqda daha geniş, bax: İsrafil İsmayılov. «Azərbaycanın XX əsrdə
dövlətçilik siyasəti məsələlər»,»1995, s. 24-25, Yenə onun, Azərbaycanda
dövlətçilik fikri oçerkləri, B., 1996, s.78-89, Yenə onun, Azərbaycan xalqı
nın siyasi mədəniyyəti, B., 202, s.32-41.
24
fond hesabına hər il Azərbaycana 5 milyon rubl, Çeçenistana
isə 1 milyon rubl həcmində əlavə vəsait verilirdi və bu fond
dan istifadə Azərbaycanda 1960-cı ilə qədər davam etmişdir.
N.Nərimanov 1923-cü ildə SSRİ Mərkəzi İcraiyyə Ko
mitəsini növbə ilə 4 sədrindən biri vəzifəsində işlədiyi dövrdə
Azərbaycan Respublikası Xalq Komissarlar Şurası sədri Qə
zənfər Musabəyova göndərdiyi məktubların birində həmin
«neft fondu» hesabına alman vəsaitin xərclənməsi haqqında
yazmışdı: «yoldaş Musabəyov, məncə fikrim aydındır: neftin
əvəzinə alman vəsait Azərbaycanın yalnız maarif və səhiyyə
sinə xərclənməlidir»1
1 Bu haqda daha geniş, bax: İsrafil İsmayılov. Azərbaycan - Türkiyə m ə
dəni əlaqələri XX əsrdə. B., 2004, s.37.
25
I ll Fəsil.
AZƏRBAYCAN NEFTİ SSRİ DÖVLƏTİNİN
HƏRBİ-SİYASİ VƏ İQTİSADİ PLANLARINDA
(1923-1939)
«Azərbaycan nefti keçmiş
SSRİ kimi böyük bir dövlə
tin inkişaf etməsində xüsusi
rol oynamışdır».
Heydər Əliyev
XX əsrin ilk ikionilliyində (1901-1922-ci illərdən 1919-
1920-ci illəri çıxarsaq) Rusiya tərkibində olmuş Azərbaycanın
neft sərvəti Rusiya imperiyası mənafelərinə xidmət etmişdir.
Azərbaycan Respublikasının Elmlər Akademiyası tərə
findən hazırlanmış və 1958-ci ildə nəşr edilmiş «Sovet Azər
baycan» adlı rəsmi məlumat kitabında (rus dilində) yazılmış
dır: «Rusiya imperiyası təsərrüfatı sistemində olmuş inqilab
dan əvvəlki Azerbaycanın vəzifsi həm ölkənin (Rusiyanın)
daxili ehtiyatları, həm də xaricə ixrac üçün neft məhsulları və
cürbəcür xammalla təchiz etməkdən ibarət idi»'
1913-cü ildə Azərbaycan ərazilərində yerləşən sənaye
müəssisələrinin ümumi məhsulunun 79,6%-i neftçıxarma vo
neft istehsalının payına düşürdü1
2 Bu deyilənlər Rusiya impe
riyasının müstəmləkəçilik siyasətinin aydın təzahürüdür və
həmin siyasət 1922-ci ildən sonra, SSRİ şəraitində, beynəlmi
ləlçilik bayrağı pərdəsi əltında davam etdirilmişdir.
XX əsrin əvvəlindən başlayaraq dünya miqyasında neft
üzrə rəqabət başlandı. Bu rəqabətin əsasını neftin hərbi-siyasi
əhəmiyyəti təşkil edirdi. Həmin rəqabət I dünya müharibəsi
illərində Almaniya donanmasının sualtı qayıqlarının Antanta
dövlətlərinin neft tankerlərini dənizlərdə batırmaları ilə nə
1 Совестский Азербайджан. Б., 1958, с. 498.
2 Yenə orada, s.509.
26
ticələndi: Bunun nəticəsində 1917-ci ilin yazında İngiltərənin
yanacaq ehtiyatları təmamilə tükənmişdi və İngiltərə höküməti
neft almaq üçün ABŞ hökümətinə müraciət etdi. Həmin il
ABŞ Almaniyaya müharibə elan etdi. Fransa dövlətinin baş
naziri Klemanso, 1917-ci ilin sonunda ABŞ prezidenti Vilsona
Fransa ordusu üçün benzin verilməsi haqqında müraciət etdi,
və bu xahiş qəbul edildi.
Rusiyada 1917-ci il Fevral inqilabından sonra yaranmış
müvəqqəti hökümət Türkiyəni Avropadan sıxışdırmaq üçün
Qafqaz cəbhəsində hərbi əməliyyatlarını gücləndirdi, çünki
Bakının Rusiya üçün itirilməsi Rusiya üçün də böyük çətinlik
lər yarada bilərdi.
1917-ci ilin Oktyabr çevrilişi nəticəsində Rusiya I dünya
müharibəsindən çıxdı və 1917-ci ilin 5 dekabnnda Rusiya ilə
Türkiyə arasında Qafqaz cəbhəsində atəşkəsə nail olundu. Bu
nunla əlaqədar olaraq Bakı nefti uğrunda mübarizənin yeni
mərhələsi başlandı. Neft Bakısını zəbt etmək istəyənlərin sayı
çoxaldı.
Almaniya Yaxın Şərqdə yerləşdirilmiş ordu hissələrini
təcili olaraq Gürüstana gətirdi. Böyük Britaniya höküməti də
Yaxın Şərqdəki ordu hissələrini Ənzəliyə gətirdi.
Bu hərbi qarşıdurmada İngiltərənin əsas məqsədi Bakı
neftini zəbt etmək və Almaniyanın inşasına başladığı Berlin-
Bağdad dəmir yolunun çəkilməsinə mane olmaq idi.
Rusiya Sovet Höküməti də ölkədə vətəndaş müharibəsi
nin ağır nəticələrinə baxmayaraq, Bakı neftinə göz tikmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin 28
mayında elan edilməsi və Bakı neftinin milliləşdirilməsinin
elan edilməsi Rusiyanın Bakı neftinə sahib olmaq planlarına
zərbə vurdu. Odur ki, Rusiya Sovet höküməti də 1918-ci ilin 2
iyununda Bakı Kommunası «höküməti» ilə birlikdə Bakı nef
tinin milliləşdirilməsi haqqında qərar qəbul etdilər. Bu dövrdə
Bakı neftinin Xəzər dənizi vasitəsilə, Rusiyaya daşınması güc
ləndi.
Həmin dövrdə Azərbaycanda neft istehsalı əsasən 1917-
ci ilə qədərki dövrdə qazılmış neft quyularından çıxarılan nef-
27