Amerikanın Fransadakı səfiri Bullit Prezident Ruzvel-
tə teleqrafla bildirmişdi ki, Daladye Bakıya bomba zərbələri
endirilməsini Sovetlər İttifaqına zərbə endirməyin ən təsirli
vasitəsi hesab edir.
Geniş müzakirələrdən sonra İngiltərə və Fransa rəsmi
dairələri qərara gəldilər ki, Bakı nefti Almaniyanın təsir dai
rəsinə keçmənıəsi üçün Bakıya bomba zərbəsi endirmək
əvəzinə (bu neft özlərinə də gərək olar). Bakı neftinin Al
maniyaya Qara dəniz vasitəsilə göndərilməsinə sualtı qayıq
lar vasitəsilə mane olmaq daha etibarlı və sərfəlidir.
Təəccüblü deyil ki, həm Hitler, həm də Çerçil ehtiyat
edirdilər ki, Stalin Bakıya sahib olduğu halda, hətta Rumi-
niya neftini də zəbt edərsə, bütün Avropaya sahib ola bilər.
Fransa generalı Qamelen 1940-cı ilin 22 fevralında öz
hökumətinə təqdim etdiyi məruzədə göstərmişdi ki, Sovetlər
İttifaqının neftinin 75 faizini Bakı verir və onu sıradan çı
xarmaq üçün F ransanın Suriyada yerləşən 150 minlikordu-
sunun hərbi-hava qüvvələrindən istifadə etməklə bu vəzifəni
həll etmək olar,
Bu məsələnin İngiltərə və Fransa üçün gərginliyi onun
la izah edilirdi ki, Avropada mövcud olan zəif neft rayonla
rı: Ruminiya (P ioyeşti^Macarıstan, Polşa, Albaniya həmin
dövrdə Almaniyanın təsiri dairəsində idi və Almaniyaya iş
ləyirdi.
Hitler II dünya müharibəsinin başlamasından yalnız
yarım il əvvəl Ploeşti və Transilvaniyadakı neft və qaz eh
tiyatlarına (Ruminiya ilə iqtisadi müqavilə baflayaraq) nə
zarət etməyə nail olmuşdu. Sovetlər ölkəsinə Hitler Alma
niyasının hücumunun bir qədər gecikləndirilməsi də bunun
la əlaqədar idi. Həmin dövrdə Ruminiya neftinin Almaniya
üçün təhlükəsizliyini təmin etmək üçün Hitler Yunanıstana
və Yuqoslaviyaya hərbi müdaxilə etdi və bu səbəbdən Al
maniyanın SSRİ-yə 1941-ci ilin may ayına Hitler tərəfindən
planlaşdırılmış hücumu, təxminən bir ay gecikləndirilərək
iyun ayında həyata keçirildi.
32
1. Faşist Almaniyası üzərində qələbədə Azərbaycan
neftinin həlledici rolu
Əgər Bakının nefti olmasaydı,
Sovetlər İttifaqının qələbəsi,
bəlkə də mümkün deyildi.
Heydər Əliyev
Almaniyanın SSRİ-yə hücumu ərəfəsində Hitlerin təs
diq etdiyi hərbi əməliyyatlar planı (Barbarossa planı, direk-
tiva №21) əsasında tərtib edilmiş Olderburq adlı planda
zəbt ediləcək SSRİ ərazilərində görülməli iqtisadi tədbirlərin
şərhi də verilmişdi və burada göstərilmişdi ki, «zəbt edilmiş
ərazilərin istismarı üçün Qafqaz nefti ilə təmin olunmaq
mütləq lazımdır».1
Adolf Hitlerin №21 direktivası əsasında həyata keçi
rilməli əsas vəzifələr 1938-1948-ci illəri əhatə edirdi. Bu pla
na əsasən yaradılmış «Böyük Almaniya»ya qərbdə Portag-
isdən başlayaraq (Fransa və İngiltərə də daxil olmaqla) Şər
qdə Ural dağları və Orta Asiya da daxil olmaqla bütün əra
zilər daxil edilmişdi və bu plan təbliğat vərəqi kimi 1939-cu
ildə ayrıca Almaniyada geniş yayılmışdı.
Həmin dövrdə SSRİ-nin Almaniyadakı səfiri erməni
Vladimir Dekanozov idi və o da gələcək müharibədə
Türkiyənin SSRt-yə qarşı xəyanət edəcəyini (Bakı nefti ilə
əlaqədar olaraq) Sovet rəhbərliyinə təlqin edirdi.
1940-cı ilin martında general Qamelen Fransanın yeni
baş naziri Pol Renoya göndərdiyi hərbi planda əsaslandır
mışdı ki, ən real tədbir Bakı, Qroznı, Maykop və Odessanı
bomba zərbələri ilə sıradan çıxarmaqdır. Bu zərbələr Fran
sa, İngiltərə və AbŞ təyyarələri tərəfindən Suriya və Livan
təyyarə meydanlarından qalxan təyyalərər vasitəsilə edilməli
1 V.Lidder Qart. II düyna müharibəsi. M.: 1999, s. 172-173 (rus dilin
də).
33
(bu dövlətlər həmin dövrdə Fransanın müstəmləkələri idi)
və əməliyyatlar 1940-cı ilin yayında keçirilməli idi.
1940-cı ilin mayının sonunda Almaniyanın Fransaya
hücumu və Fransanı zəbt etməsi bu planları ləğv etdi.
M əlumdur ki, Almaniya faşizmi ordusunun Qərbi Av
ropa ölkələrini 1938-1940-cı illərdə qısa bir müddətdə zəbt
edə bilməsinə kömək edən əsas vasitələrdən biri həmin zəbt
edilmiş ölkələrdə Almaniyaya xidmət edən «5-ci kalo-
niya»larm olmasıdır. Faşist Almaniyası Hollandiyanı
5
saata, D anim arkanı 24 saata, Yuqoslaviyanı 12 günə, Bel
çikanı 18 günə, Yunanıstan və Polşanın hər birini 27 günə,
böyük Fransam 38 günə (Parisi isə 14 günə) zəbt etmişdi.
Almaniya ordusu qəflətən SSRİ-yə 22/VI.41 tarixdə
hücum etdikdə Böyük Britaniyanın hərbi kəşfiyyatı bildirdi
ki, ruslar
(sovetlər) 10 gün müqavimət göstərə bilərlər.
Amerikanın hərbi ekspertləri isə Sovetlər İttifaqının üç aya
qədər müqavimət göstərə biləcəyini söylədilər.
Hitler hesab edirdi ki, onun başladığı bu müharibədə
SSRİ-nin bir sıra xalqları sovet rəhbərliyinə qarşı mübari
zəyə qalxacaqdır.
1937-1938-ci illərdə ABŞ-ın SSRİ-də səfiri olmuş
Ceyms Devis 1941 -ci ilin 7 iyulunda öz gündəliyində yaz
mışdı: «Bəs hanı Hitlerin Rusiyadakı əlbirləri?». Bu suallara
mən belə cavab verirdim: «Onları güllələdilər». Deməli, So
vetlər ölkəsində Hitlerə kömək etmək istəyən qüvvələr ol
muşdusa da, SSRİ rəhbərliyi tərəfindən güllələnmişdi.
Qafqaz uğrunda döyüşlər Hitlerin plan və arzularının
tamamilə əksinə cərəyan etdi. 1942-ci ilin 18 avqustunda
Vladikavkaz (indiki Orconikidze) şəhərində Şimali Qafkaz
xalqlarının, 23 avqustunda isə Tiflis şəhərində Zaqafqaziya
xalqlarının antifaşist mitinqləri keçirilirdi. Tiflisdəki mitin
qdə çıxışında böyük şair Səməd Vurğun dedi: «Nizami
Gəncəvinin yatdığı torpağa faşist işğalçılarının ayağı dəyə
bilməyəcəkdir... Qoy keçilməz Qafqaz dağlarının dibi,
34
görünməyən dərələri alman işğalçıları üçün məzarıstan ol
sun. Mən düşmənə nifrət bəsləməyə çağırıram».
Qafqazın müdafiəsinə Şimali Qafqaz və Zaqafqaziya
cəbhələrindən əlavə, Qara dəniz donanması, Xəzər və Azov
dənizləri hərbi donanmaları, bir sözlə bütün Qafqaz cəlb
edilmişdi. Sentyabrın 24-də Zaqafqaziyada hərbi vəziyyət
elan edildi.
Faşist Almaniyası Fransa kimi böyük dövləti qısa
müddət ərzində zəbt etdikdən sonra İngiltərəni zərbə altında
saxlamaq məqsədilə Londona bomba zərbələrini davam et
dirərək Sovetlər İttifaqına qarşı qəflətən hücuma keçdisə
də, 1941-ci ilin qışında Moskva uğrunda döyüşlərdə gözlə
mədiyi ağır zərbələri aldı və geriyə çəkilməyə məcbur oldu.
Hitler hesab edirdi ki, Qafqazın neft sərvətlərinə sahib
olmaq üçün bu diyarın xalqları arasında olan qan düşmənçi
liyindən də istifadə etmək olar, bü düşmənçilik onların So
vet ordusuna köməyini guya qeyri-mümkün edəcəkdir.
1941-ci ilin iyununda Hitlerin tapşırığı ilə hazırlanan
«Edelveys» planına görə Almaniyanın motorlu hərbi hissə
ləri Xəzər sahilləri xətti ilə uzanan və Mahaçqala, Dərbənd
və Bakıdan keçən dəmir yolu vasitəsilə Şərqə yürüş həyata
keçirməli idi. Bu hərbi yürüşün ikinci istiqaməti isə Alma
niyanın dağ-atıcı diviziyalarının dəmir yolu xəttindən qərb
də yerləşən Qafqaz dağları arasındakı keçidləri zəbt edərək
Bakı və Tiflis istiqamətlərində döyüşləri təşkil etməkdən
ibarət olmalı idi. Bakı neftçiləri və kimyaçı-alimlər isə gecə-
gündüz qəhrəmancasına fədakarlıq göstərərək, cəbhələri ya
nacaq ilə lazımı səviyyədə təmin edirdilər. Gənc kimyaçı
alim professor Yusif Məmmədəliyev (1905-1961) hərbi
təyyarələrin yüksəkkeyfıyyətli (oktanlı) yanacaqla təmin
edilməsinin sənaye üsulunu kəşf edərək, faşizm üzərində
ümumi qələbə işinə böyük töhfə verdi.
Məşhur neftçilərdən olan Gülbala Əliyev, Ağahüseyn
Qafarov, Ağasəf Bağırov, Ağa Nemətulla, Ş.Fətquliyev və
onlarla digərləri az sonra bu rəşadətli əməyə görə Sosialist
35