1985-1990-cı illəri əhatə edən SSRİ xalq təsərrüfatının
XII beşillik planında ölkədə neft istehsalının əvvəlki beşilliyə
nisbətən 3 dəfə artımı nəzərdə tutulmuşdu.
Azərbaycan XX əsrin ortalarından başlayaraq SSR İ
miqyasında neft'elmi üzrə ən güclü mərkəzlərdən biri o l
muşdur. Təsadüfi deyil ki, neft üzrə Beynəlxalq simpozium
1971-ci ilin 29 sentyabrında Bakıda keçirilmişdir.
İkinci dünya müharibəsindən sonrakı illərdə Bakı neft
çilərinin əmək uğurları və beynəlxalq əlaqələri daha da ge
nişləndi. Həmin dövrdə Bəxtiyar Məmmədov, Fürudin
Ağayev, Xanoğlan Bayramov, Zəki Şirinov, Yusif Fərzəliy
ev, Akif Cəfərov, Qaraş Əmirov, Şixəli Dadaşov, A bbas
Məmmədov, Mirzə Mustafayev, Nizaməddin Ağamuradov,
Səfərəli Məmmədov, Salman Nağıyev, Fərman Salmanov,
Məmməd Qənbərov, İsrafil Hüseynov, Sabit Orucov neft
sənayesi üzrə görkəmli uğurlara görə Sosialist Əməyi Qəh
rəmanı adma layiq görüldülər.
XX əsrin II yarısından başlayaraq dünya üzrə enerji tə
ləbatında neft və qazın ağırlıq çəkisi sürətlə artmağa başla
dı. Əgər XX əsrin əvvəlində neft və qaz dünya enerji tələba
tının 3,9%-ni təşkil edirdisə, XX əsrin 70-ci illərində 63%
təşkil etdi.
Beləliklə, neft XX əsrin əsas yanacağına çevrildi və
onunla dünya ölkələrinin təmin olunması üçün siyasi tədbir
lər də çoxaldı, ölkələrin neft siyasəti siyasiləşdi.
Hesablamalar göstərir ki, II dünya müharibəsindən
sonrakı dövrdə hərbi münaqişələrin əksəriyyəti (58%) ya
nacaq ehtiyatları (əsasən neft) üzərində başlanır və ona nə
zarətlə əlaqədar olaraq davam edir. Hərbi münaqişələrin
31%-i isə hakimiyyət uğrunda mübarizə ilə bağlı olur. Azər
baycan neftinin istehsalının təhlükəsizliyinin təmin edilməsi
vəzifəsi ölkənin siyasi və iqtisadi müstəqilliyi dövründə
xüsusi əhəmiyyət kəsb edir.
46
VI Fəsil.
HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASI
Azərbaycanın güclü bir sərvəti olan neftin ölkə həya
lında rolu məsələsi xalqımızın görkəmli şəxsiyyətlərini hə
mişə düşündürmüşdür. Azərbaycan Sovet Respublikasının
1922-1929-cu illərdə Mərkəzi İcraiyyə Komitəsinin sədri
(faktiki olaraq prezidenti) olmuş Səmədağa Ağamalı oğlu
(1867-1930) Azərbaycan neftinin böyük iqtisadi amil olması
ilə yanaşı, bəzi hallarda Azərbaycan xalqı üçün «baş ağrısı»
da gətirdiyini söyləmişdir. Bu «baş ağrısı» xaricilərin bəd
nam əməlləri nəticəsində baş verirdi. O, Sovet Azərbayca
nının Moskvadan tam asılı vəziyyətə düşməsində neftin var
lığını nəzərdə tutaraq, yazmışdır: «Bizim Azərbaycanın alın
yazısını torpağın üstü deyil, altı təyin edir. Bu neft burada
qaynadıqca, biz ona deyil, o bizə komanda edəcəkdir. Bu
çıxan neftdən bizim istifadə payımız bir idarə lampasının
yanacağı qədərdir. Amma bütün Rusiyada həyat bu neftə
görə uyğunlaşdırılmışdır. Nə yazıq ki, bu iki məmləkətin
taleyini bu qara camur bir-birinə yapışdırmışdır».
Azərbaycanın görkəmli siyasi xadimi və ədibi Nəriman
Nərimanov 1922-ci ilin aprelində çağrılmış Genuya beynəl
xalq konfransında Bakı nefti və tərksilah məsələləri üzrə
müzakirələrə çıxış etmişdir. Həmin konfransda daha çox
«Rus nefti» üslubu işlənsə də N.Nərimanov Hollandiya və
İngiltərə neft şirkətlərinin Bakı neftinə sahib çıxmaq (güya
icarə yolu ilə) haqda təkliflərini rədd etmişdi:
Məlumdur ki, Azərbaycanda Sovet Hakimiyyətinin ilk
İlərində (1920-1922) Nəriman Nərimanov Azərbaycan İnqi
lab Komitəsinin sədri və hökümət başçısı olduğu dövrdə
Respublikada müəyyən qədər yığılıb qalmış xam nefti xarici
а kələrə sataraq əhalinin ağır iqtisadi vəziyyətini yüngülləş
dirmək mümkün idi. Lakin Azərbaycan Şimalda general
Denikinin ordusu, qərbdə menşevik Gürcüstanı, Cənubda
47