İstehsalın iqtisadiyyatı və menecment



Yüklə 134,87 Kb.
səhifə10/14
tarix05.01.2022
ölçüsü134,87 Kb.
#82598
1   ...   6   7   8   9   10   11   12   13   14
1,2,3,4-2

Tədavül fondları tədavül sferasına xidmət etməklə firmanın anbarındakı hazır məhsulundan, yola salınmış, lakin haqqı ödənilməmiş əmtəələrin dəyərindən, hesablaşmalardakı və bankların cari hesablarında olan pul vəsaitlərindən və debitor borclarından ibarət olur.

21)Dövriyyə vəsaitlərinin tərkibi



Dövriyyə istehsal vəsaitləri - Dövriyyə fondları istehsal prosesində istehlak olunurmaqla hazır məhsula çevrilir.

Tədavül fondları tədavül sferasına xidmət etməklə firmanın anbarındakı hazır məhsulundan, yola salınmış, lakin haqqı ödənilməmiş əmtəələrin dəyərindən, hesablaşmalardakı və bankların cari hesablarında olan pul vəsaitlərindən və debitor borclarından ibarət olur.

22)Dövriyyə vəsaitinin normalaşdırılması

Dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşması həm mütləq, həm də nisbi ola bilər. Dövriyyə vəsaitlərinə olan tələbatın mütləq azalması (mütləq yaxşılaşma) o zaman baş verir ki, onların dövranının sürətlənməsi nəticəsində istehsalın əvvəlki həcmdə təkrar olunması üçün daha az dövriyyə vəsaiti tələb olunur. Dövriyyə vəsaitlərinin nisbi azalması o zaman baş verir ki, onların artım tempi, reallaşdırılan məhsulun artım tempindən aşağı olur.

Müəssisənin dövriyə vəsaitləri müxtəlif mənbələr hesabına formalaşır ki, onları da iki qrupa bölmək olar: 1) öz dövriyyə vəsaitləri və onlara bərabər tutulan dövriyyə vəsaitləri; 2) borc alınan və cəlb edilən dövriyyə vəsaitləri.


23)Dövriyyə vəsaitindən istifadə göstəriciləri və onlardan istifadənin yaxşılaşdırılması yolları

Dövriyyə vəsaitlərindən istifadənin yaxşılaşması həm mütləq, həm də nisbi ola bilər. Dövriyyə vəsaitlərinə olan tələbatın mütləq azalması (mütləq yaxşılaşma) o zaman baş verir ki, onların dövranının sürətlənməsi nəticəsində istehsalın əvvəlki həcmdə təkrar olunması üçün daha az dövriyyə vəsaiti tələb olunur. Dövriyyə vəsaitlərinin nisbi azalması o zaman baş verir ki, onların artım tempi, reallaşdırılan məhsulun artım tempindən aşağı olur.

Müəssisənin dövriyə vəsaitləri müxtəlif mənbələr hesabına formalaşır ki, onları da iki qrupa bölmək olar: 1) öz dövriyyə vəsaitləri və onlara bərabər tutulan dövriyyə vəsaitləri; 2) borc alınan və cəlb edilən dövriyyə vəsaitləri.

24)Firmanın əmək resursları və onun tərkibi

Firma” müəyyən mülkiyyətə və “Hüquqi şəxs” səlahiyyətlərinə malik, məqsədi mənfəət əldə etmək olan bir və ya bir neçə müəssisədən ibarət olan, əmtəə istehsalını və satışını idarə edən təşkilati-təsərrüfat vahididir.

Texnoloji prosesdə iştirak edən, əmək predmetini emal etmək yolu ilə bilavasitə hazır məhsula çevirən fəhlələr. Lakin bunlardan əlavə, avtomatlaşdırılmış istehsallarda fəhlə-nizamlayıcılar da bu qrupa daxil edilirlər, çünki onlar avadanlıqların normal işini təmin edirlər;


25)Firmada kadrların idarə olunmasının xüsusiyyətləri

Firma” müəyyən mülkiyyətə və “Hüquqi şəxs” səlahiyyətlərinə malik, məqsədi mənfəət əldə etmək olan bir və ya bir neçə müəssisədən ibarət olan, əmtəə istehsalını və satışını idarə edən təşkilati-təsərrüfat vahididir.
Mühəndis-texniki, mütəxəssis və rəhbər işçilər kateqoriyasına istehsala texniki rəhbərlik işini həyata kecirən işçilər aid olunurlar. Əqli əmək nümayəndələri olan bu kateqoriya işçilər istehsala rəhbərlik və onun təşkilinin konstruktor, texnoloji, təşkilati-texniki və sırf istehsal məsələləri ilə məşğul olurlar. Bu kateqoriya işçilərə müəssisənin rəhbərliyi, menecerlər, baş mütəxəssislər, sex (sahə, növbə) rəisləri, mühəndislər, texniklər, ustalar və s. daxildirlər. Buraya bəzi iqtisadçılar (əmək, normalaşdırma və s.) da daxil edilir.

Qulluqçular kateqoriyasına maliyyə, uçot, təchizat-satış, dəftərxana və bəzi inzibati-idarə işçiləri aid olunurlar.

Şagirdlər kateqoriyasına fəhlə peşəsinə yiyələnmək üçün fərdi və briqada (qrup) şəklində həm bilavasitə müəssisənin özündə hamilik yolu ilə və həm də başqa məktəblərə ezamiyyə olunmuş gənclər aid olunur. Bu kateqoriyaya habeb müəssisənin balansmda olan texniki-peşə məktəblərinin şagirdləri də daxildir.
26)Əmək məhsuldarlığının mahiyyəti

Əməyin məhsuldarlığı konkret əmək növünün vaxt vahidi ərzində az və ya çox məhsul istehsal etmək qabiliyyəti ilə səciyyələnir. Onun səviyyəsinin yüksəldilməsi vaxt vahidi ərzində istehsal edilən məhsulun kəmiyyətcə çoxaldılması və yaxud məhsul vahidinin istehsalına sərf olunmuş vaxtın miqdarının azaldılması ilə mümkündür.

Əmək məhsuldarlığının artmasının əhəmiyyəti hər şeydən əvvəl onda təzahür edir ki, o, istehsalı genişləndirməyin, ictimai sərvəti artırmağın başhca şərti kimi çıxış edir. Məlumdur ki, istehsalın həcmi ya işləyənlərin sayım çoxaltmaq yolu ilə, ya da mövcud işçilərin əmək məhsuldarlığını yüksəltmək yolu ilə artırıla bilər.

27)Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri

Əmək məhsuldarlığının artmasının əhəmiyyəti hər şeydən əvvəl onda təzahür edir ki, o, istehsalı genişləndirməyin, ictimai sərvəti artırmağın başhca şərti kimi çıxış edir. Məlumdur ki, istehsalın həcmi ya işləyənlərin sayım çoxaltmaq yolu ilə, ya da mövcud işçilərin əmək məhsuldarlığını yüksəltmək yolu ilə artırıla bilər. Əmək məhsuldarlığının yüksəldilməsi milli gəlir kütləsinin artırılması və əhalinin maddi rifah halının yaxşılaşdırılmasının başlıca və həlledici amillərindən biri hesab edilir.

Əmək məhsuldarlığının artım tempi orta əmək haqqının artım tempinə nisbətən daha yüksək olmalıdır. Bu, geniş təkrar istehsal prosesinin zəruri şərtidir. Əmək məhsuldarlığının yüksəldilməsi nəticəsində əmək haqqı məsrəflərinə qanaət olunması, istehsal həcminin artırılması və istehsal gücündən istifadənin yaxşılaşdırılması hesabına məhsul vahidinə düşən şərti sabit xərclərin azaldılması ilə məhsulun maya dəyərini aşağı salmağa imkan verir.


28)Firmada əməyin normalaşdırılması

Müəssisədə əməyin təşkilinin əsas elementlərindən biri əməyin normalaşdırılmasıdır. Çünki dəqiq normalar işin icra edilməsinin ən əlverişli, məhsuldar, mütərəqqi və məqsədəuyğun formasının müəyyənləşdirilməsini özündə əks etdirir. Əməyin normalaşdırılmasında məqsəd zəruri əmək məsrəflərinin və onun nəticələrinin müəyyən edilməsi, müxtəlif qrupa daxil olan işçilər sayı və avadanlıqların miqdarı arasında nisbətin müəyyən olunmasıdır. Bu normalar əməyin, istehsalın və idarəetmənin ən səmərəli təşkili səviyyəsinə uyğun olmalıdır.

Konkret texniki-təşkilati şərait daxilində iş yerində müəyyən həcmdə işin yerinə yetirilməsinə sərf olunan iş vaxtı sərfinin ölçülməsi əməyin normalaşdırılmasının ən mühüm vəzifəsi hesab edilir. Hər bir iş yerində, sexdə və müəssisədə vaxt sərfı üzrə daxili ehtiyatlar əmək məhsuldarlığını yüksəltməynin əlavə ehtiyatı olmaqla normalaşdırma vasitəsilə aşkar edilir.
29)Əmək haqqının mahiyyəti və tənzimlənmə qaydası

Iş qüvvəsinin pulla ifadə olunan qiymətinə əmək haqqı deyilir. Əmək haqqı olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir. Bu, özünü müxtəlif əmək kollek-tivləri, hər bir işçi ilə onun işlədiyi əmək kollektivi arasında meydana çıxan münasibətlərdə göstərir.
Işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir ki, onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürək­kəblik dərəcəsi müxtəlif olan işlərdə çalışırlar. Məsələn, inkişaf etmiş ölkələrdə peşəkar idman­çının illik əmək haqqı 300-500 min, hətta bəzi hallarda 1 milyon dollar olduğu halda, çamaşırxana və ya dəmir yol qul­luqçusunun illik əmək haqqı 10-15 min dollar, tibb bacısınınkı 25-30 min dollar, məktəb müəllimininki isə 22-26 min dollar təşkil edir. Maya dəyərinin quruluşunu bilmək onu aşağı salmaq imkanlarmı aşkar edir. Maşınqayırmada, cihazqayırmada məhsulun maya dəyərinin quruluşunda ən böyük xüsusi çəkiyə malik olan xərc, materiallar və əmək haqqıdır.

30)Əmək haqqının forma və sistemləri



Hazırda əmək haqqının ən çox tətbiq olunan aşağı-dakı forma­ları vardır: 1) Vaxtamuzd əmək haqqı; 2) Işə-muzd əmək haqqı. Işlən­miş vaxtın – saat, gün, həftə-kəmiy-yətinə uyğun olaraq hesablanan əmək haqqına vaxtamuzd əmək haqqı deyilir. Ona görə də saatlıq, gündəlik, həftəlik, aylıq əmək haqqı bir-birindən fərqlənir. Vaxtamuzd əmək haqqı formasından texnoloji proseslərin ciddi surətdə nizama salındığı sahələrdə istifadə olunur. Məsələn, kütləvi axın xətlərində işçi­lərin hazırladığı məhsulların miqdarı və onların əmək sərfinin sürəti birinci növbədə konveyerin hərəkət sürətindən asılıdır. Vaxtamuzd əmək haqqının ən geniş yayılmış sistem-ləri aşağı­da­kılardır: 1) Sadə vaxtamuzd əmək haqqı; 2) Mü-kafatlı vaxtamuzd əmək haqqı; 3) Gündəlik normanın ölçül-məsi sistemi; 4) Iki və daha çox dərə­cəli əmək haqqı sistemi.
Sadə vaxtamuzd əmək haqqı sistemindən icbari iş rejimi tətbiq olunan sahələrdə istifadə edilir. Mükafatlı vax-tamuzd əmək haqqı is­teh­sal normalarını müntəzəm olaraq yerinə yetirən, daha çox iş stajına ma­lik olan, xammala, yanacağa, elektrik enerjisinə qənaət edən, yüksək key­fiyyətli məhsul hazırlayan işçilərə verilir.

31)İstehsal tsikli və onun tərkibi



İstehsal tsikli – xammal və materialların istehsal prosesinin ilk əməliyyatına daxil olduğu andan hazır məhsulun alınmasına qədər sərf olunan təqvim vaxtını əks etdirir. İstehsal tsiklinin əsasında müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin bir sıra vacib texnikiiqtisadi və iqtisadi göstəriciləri hesablanır. İstehsal tsiklinə məhsulun hazırlanması üzrə əməliyyatların yerinə yetirilməsi ilə bağlı və fasilələləri əhatə edən vaxtlar aiddir. Əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxta texnoloji əməliyyatların, köməkçi və xidmətedici işlərin, nəzarət və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan və təbii proseslərin tələb etdiyi vaxtlar daxildir. Məhsulun emalı ilə əlaqədar olan əsas əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxt texnoloji tsikli əks etdirir və bu, əmək predmetinə insanın birbaşa və ya dolayı təsirinin həyata keçirildiyi müddəti özündə əks etdirir. İstehsal tsiklinə nəqletmə və nəzarət işinə sərf olunan vaxtlar da daxildir. Müəssisədaxili nəqletmə vaxtını əmək predmetlərinin yerinin dəyişdirilməsinə və bununla əlaqədar olan yükləmə-boşaltma əməliyyatlarına sərf olunan vaxtları əhatə edir. Nəzarət işinə sərf olunan vaxt buraxılan məhsulların standartlara, texniki şərtlərə və fabrik-zavod normativlərinə uyğunluğunun yoxlanması ilə əlaqədardır. İstehsal prosesindəki fasilələr müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar və təşkilati-texniki səbəblərlə şərtlənən boşdayanmalar nəticəsində yaranır. Müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələrə qeyri-iş günləri və növbələri, növbələrarası və nahar fasilələri, işçilərin istirahəti ilə əlaqədar növbədaxili reqlamentləşdirilmiş fasilələr və s. aiddirlər. Təşkilati-texniki səbəblərlə şərtlənən fasilələrə isə müxtəlif iş yerlərində iş ritmlərinin fərqli olması, xammal və materialların, enerjinin və s.-nin olmaması ilə əlaqədar boşdayanmalar daxil edilir. Qeyd etmək lazımdır ki, istehsal tsiklinə müxtəlif səbəbdən baş verən boşdayanmalar deyil, müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələr aid olunur.
32)Sənaye müəssisəsində istehsal prosesinin təşkili prinsipləri

  1. Sosial-iqtisadi inkişaf adamların həyatının keyfiyyətinin yaxşılaşdırılması, ətraf təbii mühiti mühafizə etməklə indiki və gələcək nəsillərin əsas həyati tələbatlarının ödənilməsi.

  2. Məhəlli və lokal vəzifələrin ekoinkişafın qlobal və milli məqsədlərinə tabe etdirilməsi («qlobal düşünüb lokal hərəkət etmək» prinsipi).

  3. İnkişafın ekoloji təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinin iqtisadi artım və iqtisadi səmərə məqsədlərindən üstün tutulması (ekoloji imperativ prinsipi).

  4. İqtisadiyyatın və ekologiyanın qarşılıqlı əlaqələrinin gücləndirilməsi, səmərəli, ekoloji təhlükəsiz təsərrüfatçılıq və istehsal fəaliyyətinin təbii tsikllərə uyğunlaşdırılmasını təmin edən vahid ekoloji-iqtisadi sistemlərin formalaşdırılması. Maddi istehsalın yerləşdirilməsi və inkişafının təbii mühitin bərpası qabiliyyətinə uyğunluğu (ekoloji-iqtisadi balanslaşdırma prinsipi).

  5. Bərpa olunan resurslardan qənaətlə istifadə, bərpa olunmayan resursların istehlakının azaldılması, tullantılardan maksimal dərəcədə təkrar istifadə edilməsi. Ekoloji təmiz məhsul buraxılışının genişləndirilməsi, aztullantılı, elmtutumlu, ekoloji təhlükəsiz istehsallara və texnologiyalara keçid (istehsalın ekologiyalaşdırılması prinsipi).

  6. Ekoinkişafın və təbiəti mühafizə fəaliyyətinin tənzimlənməsinin səmərəli iqtisadi mexanizminin yaradılması: təbii resursların istehlakı və ətraf mühitin çirklənməsi üçün ödənişlər, ekoloji fondlar, vergi güzəştləri və s. (təbiətin və istehsalın iqtisadiləşdirilməsi prinsipi).

  7. Ekoloji risklərin proqnozlaşdırılması, fövqəladə halların qarşısının alınması və operativ ləğv edilməsi, ziyanın azaldılması (xəbərdarlıq prinsipi).

Ekoinkişafın bu prinsipləri ekoloji-iqtisadi sistemi (EİS) təşkil edən təbiət-istehsal kompleksi hədlərində daha tam həyata keçirilə bilər. Ekoloji-iqtisadi sistem dedikdə, texnobiosferanın təbii, sosial və istehsal strukturlarının və proseslərinin maddələrin, enerjinin və informasiyanın qarşılıqlı dəstəklənən axınları ilə əlaqələndirildiyi müəyyən ərazi ilə məhdudlaşdırılmış hissəsi başa düşülür.

Məlumdur ki, təbiətdə maddələrin təbii dövranı qapalı tsikl üzrə baş verir. Bundan fərqli olaraq istehsal-resurs tsikli açıqdır, sonludur. Resurs tsiklinin hər bir mərhələsində resurs itkiləri şübhəsizdir ki, bu da ətraf mühitin çirkləndirilməsi mənbəyidir. Bundan əlavə texnogen dövriyyəyə canlı təbiətə yad olan daha çox miqdarda maddələr və materiallar cəlb olunur. Nəticədə çıxarılmış təbii resursların yalnız bir hissəsi real olaraq təzələnir. Sənaye çirklənmələrinin yalnız bir hissəsini təbiət özünün təmizlənmə mexanizmi vasitəsilə neytrallaşdıra bilər.

Ekoloji-iqtisadi balanslaşdırma prinsipinə uyğun olaraq təbii resursların çıxarılması onların təzələnməsi (bərpası) sürətindən yüksək olmamalıdır. Zərərli və çirkli tullantıların atılması ətraf təbii mühitdə onların parçalanması və assimilyasiyası sürətindən çox olmamalıdır. İstehsalın inkişafının ekoloji səmtlənməsi resurs tsikllərinin tədricən təbiətdə maddələrin qapalı dövranına yaxınlaşmasını nəzərdə tutur. Onların belə təşkili tullantısız (az tullantılı) istehsala uyğundur. Belə istehsalın mühüm elementi resurslardan və istehsal-məişət tullantılarından təkrar istifadə olunmasıdır.

Balanslaşdırılmış EİS-də məcmu texnogen yüklənmə təbii mühitin özünü bərpaetmə və assimilyasiya potensialından yüksək olmamalıdır. Sənaye müəssisəsinin ətraf mühitə mümkün yükünün ekoloji reqlamentləşdirmə atmosferə və su obyektlərinə çirkli maddələrin tullanmasının mümkün hədləri normativləri, tullantıların saxlanması limiti və s. ilə təmin edilir.

33)Maya dəyərinin iqtisadi mahiyyəti

Ayrı - ayrı məhsulların maya dəyərinə daxil edilmə üsuluna görə xərclər 2 qrupa ayrılır:

a) Birbaşa xərclər

b) Dolayı xərclər

Birbaşa xərclərə - Material, yanacaq, enerji xərci və s. daxildir.

Dolayı xərclərə - Avadanlıqların saxlanması və istismarı xərci, zavod xərcləri və s. daxildir.

Tərkibinə görə xərclər 2 qrupa ayrılır


  1. Sadə xərclər

  2. Kompleks xərclər

  • Sadə xərclərə

  • Material, yarım fabrikat və s. xərclər daxildir.

  • Kompleks xərclərə

  • Sex xərcləri, istehsaldan kənar xərclər və s. daxildir.

Maya dəyərinin quruluşu dedikdə onun tərkibinə daxil olan ayrı – ayrı xərclərin ümumi yekuna % - olan nisbəti başa düşülür.

Sənayenin müxtəlif sahələrində maya dəyərinin quruluşu müxtəlifdir. Bu müxtəliflik istifadə olunan xammal və materialların xarakterindən, əmək şəraitindən, əsas və köməkçi əməliyyatın mexanikləşdirmə və avtomatlaşdırma səviyyəsindən və s. asılıdır.

Maya dəyərinin quruluşunu bilmək onu aşağı salmaq imkanlarmı aşkar edir. Maşınqayırmada, cihazqayırmada məhsulun maya dəyərinin quruluşunda ən böyük xüsusi çəkiyə malik olan xərc, materiallar və əmək haqqıdır. Buda maşınqayırma, cihazqayırma məhsulunun material tutumluluğu, əmək tutumluluğu ilə izah olunur.

34)Məhsulun maya dəyərinin aşağı salınma amilləri və ehtiyatları

Maya dəyərinin aşağı salınma amilləri aşağıdakılardır.


  1. Texniki amillər.

  2. Təşkilatı amillər.

  3. İqtisadi amillər.


Yüklə 134,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə