İxtisas: Maliyyə Qrup: ml-1801 Elmi rəhbər



Yüklə 0,92 Mb.
səhifə3/4
tarix22.04.2022
ölçüsü0,92 Mb.
#85850
1   2   3   4
Ramin Seferov - “Azərbaycanın büdcə siyasətinin müasir istiqamətləri” (2)

Kurs işinin strukturu. Kurs işinin strukturu qarşıya qoyulan məqsədə uyğun formalaşdırılmışdır.Kurs işi girişdən,üç fəsildən , nəticə və ədəbiyyat siyahısından ibarətdir. Kurs işinin girişində işin aktuallığı əsalandırılır,onun predmeti, metodları, nəzəri və metodoloji əsasları və strukturu verilir.


Azərbaycanın büdcə siyasətinin müasir istiqamətləri

Büdcə-vergi siyasəti dövlətin büdcə xərcləri və vergi sistemi ilə bağlı elə tənzimləyici siyasətidir ki, bu, son nəticədə milli gəlirin və xərcləmələrin strukturuna və yenidənb ölgusunə təsir edir.

Büdcə-vergi siyasəti dövlətin maliyyə siyasətinin tərkib hissəsi olmaqla büdcəformalaşması siyasətini ifadə edir və bir çox ədəbiyyatlarda fiskal siyasət adlanır. Fiskal siyasət dedikdə, dövlət xərclərinin və vergitutmanın səviyyəsinin dəyişdirilməsi istiqamətində dövlət orqanlarının həyata keçirdiyi tədbirlərin məcmusu başa düşülür.

Büdcə-vergi siyasəti hansı məqsədlərdə və kimlər tərəfindən istifadə ediləcəyindənasılı olaraq milli iqtisadiyyatın stabilləşməsinə həm musbət, həm də mənfi təsir gostərə bilər.

Müasir fiskal siyasət əsasən dövlətin maliyyə resurslarının istifadəsini, maliyyələşdirmə metodlarını və dövlət büdcəsinin doldurulması mənbələrini oyrənir. Tarixi şəraitdən asılı olaraq hər bir olkənin fiskal siyasətinin xususiyyətləri var.

Büdcənin formalaşmasında, həcm və tarazlığının tənzimlənməsində mühüm rol oynayan büdcə-vergi siyasəti, eyni zamanda iqtisadi məqsədlərə nail olmaq üçün dövlətin apardığı maliyyə siyasətinin tərkib hissəsi olmaqla, sosial-iqtisadi həyatda mühüm əhəmiyyətə malik olan iqtisadi siyasətdi.

Büdcə-vergi siyasətinin məzmunu olaraq, dövlətin həm sosial sahədə, həm də iqtisadi sahədə birbaşa büdcə ilə bağlı həyata keçirdiyi və nəzərdə tutduğu islahatları, iqtisadi qanunları, tədbirləri qeyd etmək olar.

Büdcə-vergi siyasəti yürütməklə bəzən isə makroiqtisadi problemlərin həllinə nail olmaq üçün dövlət, büdcənin ümumi həcmini dövlət xərclərinin büdcətərkibindəmaliyyələşdirilməsi formalarını açıq maliyyələşdirmə vasitəsi kimi və iqtisadiyyatın ayrı-ayrı sahələrində vergi güzəştləri tətbiq edərək nail olur.

Büdcənin gəlir və xərclərinin coxluğu, tarazlığı, qeyri-tarazlığı, kəsrin maliyyələşdirilməsi forması (pul emissiyası, borclanma) və s. məqsədlərəçatmaq üçün, büdcə-vergi siyasəti bir vasitə kimi istifadə oluna bilər.Tarixən büdcə və ya xəzinə yaranandan, dövlətin bu istiqamətdə, büdcəni formalaşdırmaq və iqtisadi artıma nail olmaq naminə müxtəlif büdcə-vergi siyasətləri olmuş və getdikcə inkişaf etmişdir.Hələ XIX əsrin əvvəllərində maliyyəçilər sakit və stabil dövlətlərin gəlməsi ilə büdcənin həcminin kiçiləcəyini hesab edirdilər. Lakin əsrin sonlarına yaxın büdcənin kəskin artımı bu ehtimalların düzgün olmadığını göstərdi. O zaman planlı fəaliyyətin zəruriliyiməsələsi qarşıya çıxdı. Özündə gəlir və xərclərin dövlət yazılışlarını rəqəmlərləəks etdirən planlığın əldə edilməsi vasitəsi isə dövlət büdcəsi oldu. Bu nöqteyi-nəzərdən büdcə artıq dövlət təsərrüfatçılığının inkişafının zəruri şərtinəçevrildi.

Nəzəriyyə dövlət büdcəsinə münasibətdə bir sıra tələblər irəli sürürdü: büdcəşəffaf və açıq olmalıdır, yəni, o elə tərtib olunmalıdır ki, cəmiyyətin bir sıra üzvü onun “dilini” və orada əks olunmuş rəqəmləri başa düşsün.S.Y.Vitte yazırdı ki, “büdcənin aşkarlığının tələb olunmasıüçün yerinə yetirilməsi məcburi olan maliyyə qanunu olduğundan irəli gəlir”. Digər baxımdan dövlət maliyyə təsərrüfatının aşkarlıq şəraitində aparılması, büdcə işində tam şəffaflığa və dəqiqliyə riayət edilməsi yolu iləölkənin iqtisadi inkişafına nail ola bilər. Buna görə də, bütün müasir dövlətlər öz dövlət büdcələrini cəmiyyət üçün açıqlayır.Məlum olduğu kimi, dövlət büdcəsi mürəkkəb bir sənəddir.

Dövlət büdcəsi, eyni zamanda, maliyyəni, iqtisadiyyatı, hüququ, həmçinin siyasəti dəəhatə edir. Büdcənin beləçoxtərəfli dövlət büdcəsi quruculuğunun və“büdcə” anlayışının özünün təyin edilməsi tədqiqinin çətinliyini şərtləndirir. Sözsüz ki, büdcə - geniş anlayışdır və onu adi yazılışla eyniləşdirmək düzgün deyildir.

Tədqiqatçılar büdcənin planlılıq əlamətini vurğulayaraq onu dövlətin maliyyə və ya təsərrüfat planı kimi müəyyən edirlər. Alman maliyyəçisi Şansınböyük xidmətlərindən biri onun ilk dəfə olaraq büdcənin planlı tətbiqini qeyd etməsidir. Şans öz izahında təkcə büdcənin əhəmiyyətini deyil, həmçinin, büdcə prosesinin özünün şərhini vermişdir. Sonralar maliyyəçilər büdcə anlayışının birtərəfli təyin edilməsi ilə bərabər onun funksiyalılığının izahını verməyə də cəhd etdilər. Büdcənin bu xüsusiyyətinəötən əsrin 20-ci illərinin maliyyəçi-nəzarətçiləri: M.İ.Boqolepov, İ.Boldırev, D.Boqolepov və b. xüsusi diqqət vermişlər. Onların fikrincə, “dövlət təsərrüfatçılığı sahəsində büdcə dedikdə, ən əvvəl müəyyən dövr ərzində gəlir və xərclərin məcmusu, ikinci dövlət təsərrüfatçılığının həyata keçirilməsi planının rəqəmlərlə ifadəsi, üçüncüsü isə xərclərin həyata keçirildiyi və vergilərin toplandığı qanun nəzərdə tutulur”.

“Maliyyə” ensklopediyasında göstərilmişdir ki, “büdcə-gəlir və xərclərin dövlət yazılışıdır”. Hazırkı dövrdə maliyyə elmi büdcə anlayışının mahiyyətinin şərhinə heç bir yenilik gətirmədi. Büdcənin məzmunu iqtisadi kateqoriya kimi hər yerdə belə göstərilir: dövlət büdcəsi ölkənin mərkəzi pul vəsaiti fondlarının yaradılması və istifadəsi iləəlaqədar olan maliyyə münasibətlərini ifadə edir.

Onu da qeyd edək ki, tarixən vergiqoymanın prinsiplərinə dair indidə həmiyyətini itirməyən çoxlu araşdırmalar aparılmışdır. Bu baxımdan iqtisadiyyat və maliyyə elmi tarixində mühüm yer tutan Adam Smitin müəyyən etdiyi prinsiplərin nəzərə alınması vacibdir. “Millətin sərvəti” kitabında Adam Smit vergiqoymanin 4 əsas prinsipini: ədalət, müəyyənlik, əlverişlilik, yığım prinsiplərini çox geniş və maraqlı surətdəşərh etmişdir.

Dövlətlərin həyata keçirdiyi büdcə-vergi siyasəti tarixən iqtisadçı alimlərin və nəzəriyyəçilərin fikrinə söykənmiş və müxtəlif konsepsiyalara dəlalət etmişdir. İqtisadçılara misal olaraq Adam Smiti, C.Keynsi, D.Rikardonu, K.Marksı, F.Engelsi, K.R.Makkonelli, S.L. Bryunu və s. göstərmək olar.

Bu iqtisadçılar öz nəzəriyyələri ilə dünya şöhrəti tapmış və dünya iqtisadi inkişaf tarixində mühüm rol oynamışlar. Bu alimlərin büdcəvergi siyasəti ilə bağlı fikirləri ayrı-ayrılıqda, büdcənin formalaşmasıüçün lazım olan büdcə siyasəti və vergi yığılması ilə bağlı olan vergi siyasətiolmuşdur.

Ənənəvi iqtisadi nəzəriyyəyəəsasən, dövlət xərclərinə uyğun, vergilərlə büdcə tarazlaşdırılmalıdır. İqtisadiyyatın özündəki tarazlıq büdcə qeyritarazlığı ilə pozulmamalıdır. Büdcə kəsiri və iqtisadi artım, real tarazlığa və ya iqtisadi tarazlığa təsir göstərə bilməz. Ənənəvi büdcə tarazlığı və ya büdcəvergi siyasəti vasitəsilə büdcə kəsirinin maliyyələşdirilməsi formaları da verilir.

1. Pul emissiyası;

2. Borclanma İkincisi, büdcə kəsirinin borclanma ilə təmin edilmədiyini fərz edək.

Borclanma investisiya kimi istifadə olunduqda, investisiya və yığım normasını dəyişir. Lakin, başqa məqsədlərə istifadə olunduqda, iqtisadiyyatın real istehsal normasına təsir etmir. Ancaq, faiz həddi dəyişərək yeni bir tarazlıq yaradır. Göründüyü kimi, ənənəvi büdcə-vergi siyasətində, dövlətin tarazlığının qorunmasıçox vacibdir. Əgər dövlət milli gəlirinə təsir etmək istəyirsə, əmək təklif və tələbini, məcmu istehsalı dəyişdirəcək səviyyəyəçatdırmalıdır. Məcmu məhsulun artımına təsir edən texniki inkişafa, əhali artımına büdcə-vergi siyasəti vasitəsilə nail olunmadığından, ənənəvi vəzifələri yerinə yetirən və bu xidmətlərin maliyyələşdirilməsini iqtisadi fəaliyyətə təsir etməyəcək səviyyədə, vergilərlə təmin edə bilən, kiçik həcmli, lakin, tarazlı büdcə-vergi siyasəti,ənənəvi büdcə-vergi siyasəti tələblərinə vəənənəvi iqtisadi nəzəriyyəyə uyğundur.

Dövlətin iqtisadiyyata müdaxiləsi maliyyə, kredit alətləri vasitəsilə həyata keçirilərəkbu istiqamətdə dövlətin iqtisadiyyata müdaxiləsi məhduddurur və iqtisadiyyatda dövlətin aktiv iştirakını nəzərdə tutur. Dövlət məqsədyönlü struktur dəyişikliyi aparır, investisiya, sosial siyasət həyata keçirir, yanacaqenerji resurslarına və zəruri istehlak məhsullarına və sosial əhəmiyyət kəsb edən xidmətlərə qiymətləri tənzimləyir.

Qeyd edək ki, iqtisadiyyatın dövlət tənzimlənməsinin metodları isəçoxcəhətlidir. Bununla belə, bu mexanizmlərdən ən geniş yayılmışları aşağıdakı formada təsnifləşdirilmişdir:

1. Dolayı metodlar - bunlar iqtisadi tənzimləmə metodları olub vəhdət halında tətbiqi başadüşülür.

2. Birbaşa tənzimləmə metodları - bunlar inzibati-amirlik qaydasında olduğu kimi dövlətin iqtisadiyyata daha yaxından müdaxiləsini nəzərdə tutan tənzimləmə metodlarıdır. Birbaşa tənzimləmə metodundan fərqli olaraq iqtisadi tənzimləmə metodları təsərrüfat subyektlərinə fəaliyyət sərbəstliyi verir, sərbəstlik imkanlarını genişləndirir. Bunlar dövlətin iqtisadi siyasətinin əsasını ifadə edir. Bu metodlar silsiləsinə aşağıdakılar aiddir:

1. Dövlətin maliyyə-kredit siyasəti

2. Dövlətin büdcə-vergi siyasəti 3. Dövlətin büdcə xərcləri və gəlirləri siyasəti

4. Dövlətin idxal-ixrac siyasəti (xarici iqtisadi əlaqələrin tənzimlənməsi)

5. Dövlətin valyuta siyasəti

6. Kapital hərəkəti balansı

Vergilər iqtisadiyyata təsir edən, iqtisadi inkişafa stimul yaradan, maliyyə iqtisadi sisteminin bir hissəsi olmaqla dövlətin iqtisadi tənzimlənməsinin əsasaləti kimi çıxış edir.

Dövlət ölkənin vergi sistemini yaratmaqla müəyyən maliyyə siyasətinin məqsədləri üçün ondan istifadə etməyəçalışır. Bununla əlaqədar olaraq vergi siyasəti maliyyə siyasətinin nisbətən müstəqil istiqaməti kimi formalaşır.

İqtisadi inkişaf prosesini təmin etmək və böhran hallarmı müvəffəqiyyətlə aradan qaldırmaq üçün hər bir ölkənin hökuməti iqtisadiyyata dövlət təsiri sistemində olan bütün üsullardan istifadə edirlər. İkinci Dünya müharibəsindən sonrakı dövrdə iqtisadi inkişafın üç əsas modelindən istifadə edilirdi ki, onların hər birində iqtisadiyyatın dövlət tənzimlənməsinə və bu prosesdə vergilərin roluna yer ayrılırdı.

Bu modellərdən birincisi "Liberal" modeldir. Milli iqtisadiyyatın inkişafının liberal strategiyası daha ardıcıl olaraq ABŞ və Böyük Britaniya kimi dövlətlərin hökumətləri tərəfindən həyata keçirilir. Bu ölkələrin hökumətləri iqtisadiyyat subyektlərinə sosial və iqtisadi intizamı saxlamaq üçün minimal zəruri hədd daxilində təsir göstərirlər. Vergi yığımlarının həcmi isə elə minimal həcmdə müəyyənləşdirilir ki, o dövləti özünə xas funksiyaları yerinə yetirmək üçün kifayət edəcək həcmdə maliyyə ehtiyatları ilə təmin etsin.

İkinci model "Planlı-inzibati iqtisadiyyat" modelidir.

Onun əsas xüsusiyyəti dövlət tənzimlənməsinin səviyyəsinin yüksək olması, praktiki olaraq bütün müəssisələrin dövlətə məxsusluğu və onların inzibati-amirlik üsulu ilə idarə edilməsidir. İqtisadi inkişafın bu modelində vergilərin rolu çox cüzidir.

Hüquqişəxslərin mənfəətinin hər bir müəssisə üçün fərdi olaraq müəyyənləşdirilən normativdən artıq hissəsi dövlət büdcəsinə alınırdı.

Üçüncü modeli isə şərti olaraq "Sürətli inkişaf strategiyası" modeli adlandırmaq olar. Bu modelin İkinci Dünya müharibəsindən sonra Yaponiyada yaradıldığı qeyd edilir. Bu model çərçivəsində daha yüksək artım potensialı olan sahələrin müəyyənləşdirilməsində hökumətin rəhbər rolunu nəzərdə tutan üsullar geniş yayılmışdır. Sürətli inkişaf strategiyasını əsas tutan ölkələrin vergi siyasəti üçün dövlətin iqtisadiyyata təsirinin səmərəliliyinin yüksəldilməsinə xidmət edən məqsədli vergi güzəştlərinin sayının çox olması xarakterikdir. Bundan başqa, vergi yükünün əsas ağırlığışirkətlərdən fiziki şəxslərin üzərinə keçirilir. Göründüyü kimi sürətli inkişaf strategiyasını əsas tutan ölkələrdə iqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu kifayət qədər yüksəkdir.

Yuxarıdakı hər üç modeldə bir cəhət eynidir ki, hətta liberallığı əsas götürən ölkələrdə belə iqtisadiyyatın dövlət tənzimlənməsi mövcuddur.

İqtisadiyyatın dövlət tənzimlənməsi dövlətin ona xas olan iqtisadi funksiyaları yerinə yetirməsi ilə bağlıdır.

Bu funksiyalardan daha əhəmiyyətliləri aşağıdakılardır:

1. iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinə imkan verən qanunvericilik bazasının yaradılması;

2. iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin təmin edilməsi və milli istehsalın müdafiəsi;

3. gəlirlərin və milli sərvətin ədalətli yenidən bölüşdürülməsi prosesinin təmin edilməsi;

4. milli iqtisadiyyatın strukturunun optimallaşdırılması;

5. iqtisadi dövrlərin milli iqtisadiyyata, iqtisadi artımın stimullaşdırılmasına təsirinin hamarlaşdırılması.

Dövlətin yuxarıda sadalanan bütün funksiyaları bu və ya digər dərəcədə vergitutma sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdə öz əksini tapır.

Məqsədindən asılı olaraq vergi tənzimlənməsi üsulları dörd qarşılıqlı əlaqəli sahəyə bölünür:

❖büdcə-vergi balanslaşdırılması;

❖vergi güzəştləri sistemi;

❖inzibati təsir;

❖sanksiya tədbirləri.

Vergi tənzimlənməsi sistemində birinci qrup üsullar xüsusi yer tutur. Transfertlər, subsidiyalar, subvensiyalar, dotasiyalar, büdcə kreditləri və digər vasitələrlə yerli büdcələrin gəlir və xərcləri arasında balansa nail olunur. Vergilərin müxtəlif səviyyəli büdcələrə daxil olması balansın gözlənilməsində mühüm rol oynayır.

İnzibati təsir üsullarından istifadə edilməsi isə dövlətin müəyyən iqtisadi proseslərə nəzarətini təmin etmək məqsədini güdür. Vergi tənzimlənməsinin mühüm üsulları kimi vergi güzəştləri və vergi sanksiyalarıçıxış edirlər. Bu alt sistemlərin optimal şəkildə bir-birinə uyğunlaşdırılması vergitutmanın çevikliyini, son nəticədə isə vergi siyasətinin səmərəliliyini təmin edir. İnvestisiya proseslərinin, xarici iqtisadi fəaliyyətin vergi stimullaşdırması iqtisadiyyatın strukturunun yenidən qurulmasına müsbət təsir göstərir. Güzəşt və sanksiyalar sistemi vasitəsilə cari vergi düzəlişləri zərurətini təkrar istehsal proseslərinin dinamik xarakteri tələb edir. Çox vaxt mövcud iqtisadi reallıq qanunvericilik qərarının qəbul edilməsi anından əhəmiyyətli dərəcədə fərqlənir.

Vergi tənzimlənməsinin üsulları işlənib hazırlanarkən onun sosial nəticələrinin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Hal-hazırda investisiyaların vergi stimullaşdırılması sistemi və onun geniş təkrar istehsal prosesi ilə əlaqələndirilməsi əsas diqqət obyektidir. Vergi tənzimlənməsinin ən perspektivli üsullarından biri investisiya vergi kreditidir.

Kredit verilən investisiya istiqamətləri əsasən aşağıdakılardır:

>ixracı əvəz edən istehsal sahələri;

>elmi-tədqiqat, təcrübə-konstruktor işlərinin aparılmasıüçün avadanlıqlar;

>iqtisadi ehtiyaclarının ödənilməsi üçün avadanlıqlar, sənaye robotları, texniki informasiya sistemlər və s.

Belə kreditlərin verilməsi investisiya proseslərinə operativ düzəlişlər etmək imkanı verir. Ancaq onların reallaşdırılmasıüçün investisiya vergi kreditinin verilməsi barədə müqavilənin şərtlərinin hüquqi təminat mexanizmi yaradılmalıdır. Nəzərdə tutulur ki, vergi kreditləri ilk növbədə ixrac üçün işləyən istehsal sahələrinə və dövlətin sosial yönümlü investisiya proqramlarmı həyata keçirən istiqamətlərə verilməlidir.

Bu işlərin həyata keçirilməsi üçün dövlət tərəfindən uzunmüddətli və dayanıqlı xarakter daşıyan xüsusi hüquqi təminatlar verilməlidir. Müasir şəraitdə vergi tənzimlənməsi mexanizmlərinin inkişafının əsas şərtlərindən biri fərdi vergi güzəştlərinin sayının azaldılması hesabına vergi tənzimlənməsinin optimallaşdırılmasıdır. Vergi güzəştlərinin yeganə sahibi dünya bazarında rəqabət qabiliyyətli məhsul istehsalçısıdır.

Vergi güzəştləri verilməsinin əsas şərti istehsalçıların bazara daxil olmasının start vəziyyətini müəyyənləşdirən amillərdir. Bu amillər istehsalçının yerləşdiyi ərazi, həmin ərazinin təbii-iqlim şəraiti və sairdir. Dövlətin vergi siyasəti onlara mövcud iqtisadi potensialdan müstəqil surətdə istifadə etmək imkanı verməklə ərazilərin inkişafının iqtisadi şəraitini tarazlaşdırmağa yönəldilməlidir.

Bazar iqtisadiyyatının inkişafına təsiri nöqteyi nəzərindən vergilərin rolunun öyrənilməsi makroiqtisadi səviyyədə təsərrüfat münasibətlərinin dövlət tənzimlənməsi mexanizmində vergilərin dörd əsas funksiyanı yerinə yetirdiyini söyləməyə əsas verir. Bu funksiyalar aşağıdakılardır:

1. fıskal;

2. stabilləşdirici;

3. tənzimləyici;

4. birləşdirici.

Fiskal funksiya vergilərin əzəli funksiyasıdır və vergiqoyma nəzəriyyəsində kifayət qədər öyrənilmişdir. Bütün tədqiqatçılar tərəfindən bu funksiya konkret şəxslərin və təsərrüfat subyektlərinin gəlirlərinin bir hissəsinin dövlətin xeyirinə özgəninkiləşdirilməsi kimi şərh edilir.

Dövlətin əmtəə və xidmətlərin alışını təşkil etməsi həm dövlətin zəruri tələbatınıödəyir, həm də bazarın tənzimlənməsinə xidmət edir. Bir sıra inkişaf etmişölkələrdə dövlət sifarişləri milli məhsulun 1/5-ə qədərini təşkil edir.

Vergilərin tənzimləyici funksiyasından dövlət öz iqtisadi siyasətində daim fəal surətdə istifadə edir. Bir-birinin ardınca həyata keçirilən vergi islahatları dövlətin sahibkarlıq fəaliyyətinin inkişafına təsir göstərmək cəhdinə əyani sübutdur. İstehsalçıların investisiya fəallığı ilə vergi dərəcəsi arasındakı aslılığıöyrənməyə yönəldilən

Laffer nəzəriyyəsində vergilərin artırılmasının həddinin olduğu göstərilir. Həmin həddin aşınması investisiya fəallığını, həm də büdcə gəlirlərini azalda bilər. Vergitutmanın birləşdirici funksiyasıötən əsrin sonlarında dövlətin xarici ticarətin və xarici iqtisadi əlaqələrin inkişafına iqtisadi təsiri sahəsində tənzimləyicifunksiyanın bir istiqaməti kimi ortaya çıxmışdır. Onun meydana çıxmasına əsas səbəb müasir mərhələdə dünya təsərrüfat sisteminin inkişafının ən səciyyəvi xüsusiyyəti ilə, yəni milli iqtisadiyyatların qarşılıqlı asılılıq proseslərinin güclənməsi və təsərrüfat həyatının hərtərəfli beynəlmiləlləşməsi ilə bağlıdır. Vergilər ərazi, təsərrüfat və siyasi maraqlarla bir-biri ilə bağlı olan dövlətlər üçün vahid iqtisadi məkanın formalaşmasının bir alətinə çevrilirlər.

Büdcə-vergi siyasətilə bağlı müxtəlif nəzəriyyələr olmaqla yanaşı bir çox qanunlar da mövcuddur. Məsələn, 1946-cı ildə ABŞ-da qəbul olunmuş“Məşğulluq qanunu” və digər, Xemfri-Xoukinsa, 1978-ci il qanunlarını büdcə-vergi siyasətinin tərkib hissəsi kimi qeyd etmək olar.

Bu qanunların əsas mahiyyəti iqtisadiyyatda məşğulluq yaratmaqla, işsizliyin və inflyasiyanın qarşısını almaqdan ibarət olmuşdur. ABŞ-da bu qanunlar tətbiq edildikdən sonra, iqtisadi sabitlik əldə olunaraq, iqtisadiyyatda canlanma tempinə nail olunmuşdur. Öz əsərlərində Amerika iqtisadiyyatını tərənnüm edən məşhur (K.R.Makonelli və S.L.Bryu)

“Ekonomiks” kitabının müəllifləri, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, istehsal və məşğulluq həcmini yüksəltməklə, inflyasiyanın aşağı salınmasında görmüşdülər. Büdcə-vergi siyasətini məşhur Amerikan iqtisadçıları“Fiskal siyasəti” adlandırmış və iqtisadiyyatda sabitliyə nail olmaq üçün, dövlətin əsas maliyyə siyasəti olduğunu təsdiq etmişdirlər. Fiskal siyasəti, vergi-büdcəmünasibətlərini, başqa sözlə büdcənin formalaşdırılması siyasətini ifadə etməklə, maliyyə siyasətinin ən mühüm tərkib hissələrindən və istiqamətlərindəndir.

Fiskal siyasəti hökümət xərcləri və vergi qoymaya əsaslanaraq, istehsal və məşğulluq həcminin yüksəldilməsinə və inflyasiyanın dərəcəsinin aşağı salınmasından ibarət olan iqtisadi siyasətdir.

Bazar iqtisadiyyatına keçid şəraitində fiskal siyasətindən daha geniş istifadə edilməyə başlanmışdır. Bu dövrdə isə büdcə-vergi siyasətinin ən mühüm vəən çətin vəzifəsi, iqtisadiyyatın sabitliyini təmin etməkdir. Büdcə-vergi siyasəti, xüsusi bölmədə iqtisadi fəaliyyəti stimullaşdırmalı və iqtisadi inzibati infrastrukturanın təkmilləşdirilməsinə yönəldilməlidir.

Bazar iqtisadiyyatına keçid dövründə büdcə-vergi siyasətini sərt apararaq, büdcə orqanlarında, xüsusilə də vergi sisteminin işində tam dəyişiklik aparmaq bir sıra mühüm problemlər yarada bilər. Buna görə də büdcə strukturunda yenidənqurma mərhələ-mərhələ həyata keçirilməlidir ki, büdcənin gəlirləri azalmasın və vacib funksiyalar vaxtında yerinə yetirilə bilsin.

Büdcə-vergi siyasəti, büdcənin formalaşması ilə yanaşı, dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində və iqtisadiyyatın inkişaf etdirilməsində mühüm rola malik ola bilən maliyyə siyasətinin əsas istiqamətlərindəndir. Bütün bu proseslərin həyata keçirilməsində büdcə-vergi siyasəti çox əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutmaməsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.Bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir.Bu Məcəllə ilə müəyyən olunan anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq olunur.

Azərbaycan Respublikasının vergi qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir. Bu Məcəllənin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar bu Məcəllənin müddəalarına zidd olmamalıdır.

Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında bu Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda vergi qanunvericiliyinin aktları tətbiq edilir.

Aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar; Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vergi cinayətləri haqqında müddəalar; vergi öhdəliklərinin üstünlüyü haqqında müflisləşmə və iflas haqqında qanunvericilikdə nəzərdə tutulan müddəalar; büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar; vergilər üzrə dövlət təminatlarının və müddətli güzəştlərin verilməsi ilə bağlı müddəalar; hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar;İxrac məqsədli neftqaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar.Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə vəüstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin vəüstünlüklərin alınmasıüçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci maddəsinin müddəaları tətbiq olunmur.Bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.

Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri müvafiq icra hakimiyyəti orqanına cari ilin may ayının 1-dək, müvafiq icra hakimiyyəti orqanıtərəfindən isə Azərbaycan Respublikasının Milli Məclisinə cari ilin may ayının 15-dən gec olmayaraq təqdim edilir

Hazırda bu vergi növünün hesablanmasında üç dərəcə tətbiq edilir.Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması hökumətindaim diqqət mərkəzindədir.

Son illərdə vergi qanunvericiliyi bu istiqamətdə dətəkmilləşdirilmişdir. Fiziki şəxslərin 14 faiz dərəcə ilə vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddi 2006-cıildə 600 manatdan 1000 manata, 2008-ci ilin əvvəlindən isə 2000 manata, 2013-cü il yanvarın 1-dən 2500 manatadək artırılmışdır. 2010-cu il yanvarın 1-dən isə fiziki şəxslərin gəlir vergisi dərəcəsinin maksimal həddi 35 faizdən 30 faizə, 2013-cü ilin yanvar ayının 1-dən 25 faizə endirilmişdir ki, bu da əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, əmək haqlarının leqallaşmasına xidmət edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu dərəcənin 35 faizdən 20 faizə endirilməsi isə fərdi sahibkarlar üçün gəlir vergisinin və hüquqi şəxslər üçün mənfəət vergisinin dərəcələrinin uzlaşdırılması və vergi yükünün bərabərləşdirilməsi məqsədini daşıyır.




Ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, onların vergitutma mexanizmini asanlaşdırmaq məqsədilə 2001-ci ildən sadələşdirilmiş vergi növü tətbiq edilir. Malların təqdim edilməsi və işlərin görülməsinin ümumi hasilatının həcminə və satışdankənar gəlirlərə tətbiq olunan bu vergi Bakışəhəri üçün 4 faiz, regionlar və Naxçıvan Muxtar respublikasının ərazısındə isə 2 faiz müəyyənləşdirilmişdir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi də sadələşdirilmiş verginin tətbiqi dairəsinə aid edilmişdir ki, bu da həmin sahələrdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin vergi yükünü aşağı salmışdır.

Azərbaycan Əlavə Dəyər Vergisinin (ƏDV) tətbiqinə müstəqilliyini əldə etdikdən dərhal sonar başlamışdır. Vergi Məcəlləsinin qəbulundan sonra keçən dövrdə vergi qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkili, əlverişli investisiya mühitinin yaradılmasından ibarət olmuşdur.

Vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılması, hüquqi şəxslərlə fərdi sahibkarlar və rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsi, sərbəst rəqabətə imkan verən vergi rejiminin yaradılması bu dəyişikliklərin mühüm tərkib hissələrindəndir.

Vergi ödəyicilərinin hüquqlarının qorunmasıümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz buna görədir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 100-dən artıq maddəsi bu və ya digər formada vergi ödəyicilərinin hüquqlarının qorunmasına və onların qanuni maraqlarının təmin olunmasına yönəldilmişdir. Vergi Məcəlləsində həmçinin vergi inzibatçılığının - vergi nəzarətinin həyata keçirilməsinin forma və metodları kompleksi dəöz əksini tapmışdır.

Respublikamızda həyata kecirilən büdcə-vergi siyasətinin çoxsaylı vəzifələri arasında milli gəlirin sabit artımı, inflyasiyanın orta surəti, tam məşğulluq, iqtisadiyyatın dövr dəyişməsinin aradan qaldırılmasını və s. qeyd etmək lazımdır. Büdcə vergi daxilolmalarının həcmini artırmaqda dövlətin büdcə-vergi siyasətinin faydası danılmazdır.

Büdcə-vergi siyasəti ilə dövlət birbaşa vergi daxilolmalarınınhəcminə, dolayısı ilə də büdcə gəlirlərinin həcminə təsir edir.

2011-ci ildə büdcə-vergi siyasətində gəlirlər uzrə büdcə daxilolmalarında qeyri-neft sektoru uzrə vergi daxilolmalarının xüsusi çəkisinin artımına nail olunması, qeyri-neft kəsirinin tədricən azaldılması, vergi dərəcələrinin optimallaşdırılması, sosial xidmətlərin effektivliyinin artırılması, vergi daxilolmalarının yığım əmsalının artırılması, yeni muəssisələrini yaradılmasının stimullaşdırılması, kiçik və orta muəssisələrin inkişafına dəstək verilməsi, olkədə istehsal olunan və olkəyə idxal edilən aksizli malların aksiz dərəcələrinin tədricən eyniləşdirilməsi istiqamətində tədbirlərin hazırlanıb həyata kecirilməsi, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması, vergi borclarının azaldılması üzrə zəruri tədbirlərin gorulməsi, dövlət rüsumu haqqında qanunvericiliyin təkmilləşdirilməsi, çevik büdcəvergi siyasətinə nail olunması kimi tədbirlərin davam etdiriləcəyi nəzərdə tutulur.

Bu da işüğzar fəallığın və sahibkarlıq fəaliyyətinin aşağı duşməsi ilə deyil, hokumətinbəzi kommunal borclarının silinməsi iləəlaqədar həyata keзirdiyi tədbirlərlə bağlıdır.

Umumiyyətlə, büdcə gəlirlərinin strukturu dəyişkəndir. Respublikamızda illər uzrə fiskal siyasətin aparılma alətlərindən, mexanizmindən, məqsədindən asılı olaraq vergi novləri uzrə büdcəyə daxilolmalar muxtəlif olmuşdur.

GDMdə dövlət büdcəsinin gəlirləri arasındakı nisbət onu ortaya çıxarır ki, cəmiyyətin məcmu gəlir kutləsinin hansı hissəsi mərkəzləşdirilmiş qaydada dövlət tərəfindən yenidən bilinir.

İlk növbədə vergilərdən və onların səviyyəsindən asılı olan bu nisbət dövlətin iqtisadiyyata mudaxiləsinin dərəcəsini, iqtisadiyyatın liberallıq üçün səciyyələndirir. Büdcə-vergi siyasəti stabilləşməşəraitində həll edici rol oynayır. Onun həyata keçirilməsi tədbirləri xərcləri azaltmaqla vəəlavə vergi islahatlarının köməyilə gəlirləri artırmaqla büdcə kəsirinin kəskin sürətdə azaldılmasından ibarətdir. Stabilləşmə proqramında həm mərkəzi aparatda, həm də yerlərdə büdcə vəsaitindən səmərəli istifadəni və sərt qənaəti tutulur.

Bu cür tədbirlər müxtəlif səviyyəli hakimiyyətlərin büdcə münasibətlərinə dövlət gəlirinin yenidən bölgüsündən asılı olaraq müxtəlif cür təsir edə bilər. İstehlakçılara dotasiyaları istisna etməklə, ixtisar edilən xərclərin çoxu mərkəzi hökumətin büdcəsinin payına düşür. Nəticədə, əlavə xərclərin əksəriyyəti sosial ehtiyaclara, yerli səviyyədə aid edilir, əlavə gəlirlərin demək olar ki, hamısı dövlət büdcəsinə daxil olur

Dövlət, xüsusilə, makroiqtisadi məqsədlərə nail olmaq üçün, büdcə – vergi siyasətindən istifadə edərək, iqtisadi artıma və iqtisadi inkişafa zəmin yaradan hallara, yəni iqtisadi sabitliyə və ya tarazlığa müvəffəq olmalıdır.

Müasir dövrdə iqtisadiyyatı tənzimləyə bilən, mövcud böhran vəziyyətindən inkişafa döğru yönəldən, iqtisadi siyasətin tərkib hissəsi olan büdcə-vergi siyasətinə müasir şəraitdə böyük ehtiyac var. Bu büdcə-vergi siyasəti elə bir iqtisadi siyasət olmalıdır ki, daima investisiya və kapitalqoyuluşları cəlb edərək, istehsal sahələrini artıraraq, istehsalın həcmini yüksəltməklə, iqtisadiyyatı inkişaf etdirməyəşərait yaratsın.

Müasir dövrdə Azərbaycan respublikasının büdcə-vergi siyasəti ölkənin iqtisadi siyasinin tərkib hissəsi olmaqla sosial siyasətin davam etdirilməsinə, əhalinin rifahının və yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin artırılmasına, iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə vəşaxələnməsinə, onun səmərəliliyinin, dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına yönəldilmişdir.

Orta müddətli perspektivdəölkənin makroiqtisadi göstəricilərinin sabit artımına, qeyri-neft sektorunun dayanıqlı inkişafına, maliyyə intizamının gücləndirilməsinə və nağdsız ödənişlərin tətbiqinin genişləndirilməsi yolu iləşəffaflığın daha da artırılmasına nail olmaq əsas məqsədlərdəndi.

Büdcə xərcləri üzrə struktur islahatların davam etdirilməsi, maliyyə təminatı dövlət və icmal büdcələrin vəsaiti hesabına həyata keçirilən sosial və investisiya layihələrinin, iri maliyyə tutumlu əsaslı alışların və xidmətlərin iqtisadi-maliyyəəsaslandırılmasının optimallaşdırılması və bu istiqamətdəşəffaflığın daha da artırılmasıüçün qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində işlər davam etdiriləcəkdir.

Dövlət büdcəsinin gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət və yol vergilərinin dərəcələrinin optimallaşdırılması, əməkhaqqından gəlir vergisinin vergi tutmayan məbləğinin yaşayış minimumuna yaxınlaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi və vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcəkdir.

Milli iqtisadi inkişaf strategiyasına uyğun olaraq son illər vergi sisteminin təkmilləşdirilməsi, vergi xidmətinin müasir Avropa standartlarına uyğunlaşdırılması sahəsindəəhəmiyyətli işlər görülmüş, vergi qanunvericiliyi və vergi inzibatçılığının müasir tələblər baxımından qurulmasında çox mühüm nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin konseptual əsasları vergiödəyicilərin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkili vəəlverişli investisiya mühitinin yaradılmasından ibarət olmuşdur. Vergitutma sahəsində strateji məqsəd və hədəflərə nail olmaq üçün son dövrdə səmərəli vergi siyasəti həyata keçirilmişdir.

Vergi siyasəti əsasən dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsinə, vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsinə və vergi sistemində insan resurslarından istifadənin səmərəliliyinin artırılmasına yönəldilmişdir.

Aşağıda 2022-ci ildə funksional təsnifatın bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi faizlə verilmişdir:



2022-ci ildə dövlət büdcəsi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5% artırılır.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, mütərəqqi beynəlxalq praktika nəzərə alınmaqla hazırlanan sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatlarıözündə əks etdirir.

2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır.

2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcəkdir. Gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur.

Gəlirlərin 52,4 faizi neft sektorunun, 47,6 faizi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə büdcə gəlirlərinin 85,7 faizini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 14,3 faizini isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi proqnozlaşdırılır.

Vergi və gömrük sistemində islahatların davam etdirilməsi və pandemiyanın təsirlərinin azalması 2022-ci ildə qeyri-neft sektoru üzrə müvafiq daxilolmaların artımını 2021-ci ilin təsdiq olunmuş göstəricisinə (Mərkəzi Bankın mənfəətindən ayırmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert çıxılmaqla) nəzərən 1 milyard 844 milyon manat və ya 19,3 faiz proqnozlaşdırmağa imkan verir.

2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülmüşdür

“Ortamüddətli dövr üçün resurs zərfi hesablanarkən neftin bir barelinin orta illik qiyməti 45 ABŞ dollarına bərabər götürülmüşdür. Lakin, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı başqa qiymət əsas götürülə bilər. Neftin qiyməti ilə yanaşı, ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat), neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin müddəti, hasilat həcmləri ilə bağlı beynəlxalq razılaşmalar, habelə ÜDM-in artım tempi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin proqnoz və hədəfləri, eləcə də vergi-gömrük siyasətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər gəlirlərin proqnozlaşdırılması zamanı ehtimal və fərziyyələrin əsasını təşkil etmişdir”

2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılmışdır. Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13,0 faiz azalması proqnozlaşdırılır.

Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz) və sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malik olacaqdır.

2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcəkdir. Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcəkdir.

2022-ci ildə icmal büdcənin gəlirləri 26 milyard 967,7 milyon manat, xərcləri 32 milyard 145,9 milyon manat, kəsiri isə 5 milyard 178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə cari ilin sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir. Növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcəkdir.

Dövlətin iqtisadi və sosial siyasətinin həyata keçirilməsində vasitələrdən biri maliyyə sisteminin tərkib hissəsi olan büdcə-vergi sistemidir. Bu sitem Azərbaycan Respublikasının maliyyə sisteminin mühüm tərkib hissəsi olmaqla ali və yerli dövlət hakimiyyəti orqanlarının funksiyalarının icra olunmasının əsas maliyyə təminatı rolunu oynayır.

Ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasının parametrlərinə uyğun olaraq son illərdəki büdcə siyasəti müəyyənləşdirilərək həyata keçirilmişdir. Sərt maliyyəkredit siyasətindən tədricən uzaqlaşmanı, büdcə və vergi siyasətinin çevikliyinin artırılmasını, maliyyə intizamının gücləndirilməsini, manatın məzənnəsinin tənzimlənməsini və digər tədbirləri, büdcə siyasətini istiqamətləndirən ümumi makroiqtisadi göstəriciləri özündə əks etdirmişdir.



Bu kompleks makroiqtisadi tədbirlər sabit iqtisadi artımın təmin edilməsinə, istehsalın həcminin və qeyri-neft sektorunda məşğulluq səviyyəsinin yüksəldilməsinə, mərhələlərlə yoxsulluğun aradan qaldırılmasına, ölkənin regionlarının iqtisadi inkişafının bərpası və tarazlaşdırılmasına, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin iqtisadi müstəqilliyinin təmin edilməsinə uyğun iqtisadi şəraitin yaradılmasını təmin etmişdir.

Azərbaycanda makroiqtisadi göstəricilərin sabit saxlanılmasını təmin etməklə iqtisadi artıma nail olmaq, maliyyə intizamını gücləndirmək, dövlət büdcəsinin tərtibi və icrasını təkmilləşdirmək, onun şəffaflığının artırılması, yoxsulluğun aşağı salınması, qeyri-neft sektorunda məşğulluğun səviyyəsinin artırılması, kiçik və orta sahibkarlığa maliyyə dəstəyinin artırılması büdcə-vergi siyasətinin həyata keçirilməsinin əsas məqsədidir.

Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 868 444,0 min manat, yerli gəlirləri 947 556,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 893 988,0 min manat, yerli xərcləri 985 012,0 min manat) məbləğində təsdiq edilmişdir.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixracla bağlı xərclər çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən (SVOP əməliyyatları istisna olmaqla) dövlət büdcəsinə 30 faiz həcmində yığım tutulur və bu yığımlar vergi ödəyicisinin vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə digər borclarının ödənilməsinə aid edilmir.

Milli iqtisadi inkişaf strategiyasına uyğun olaraq son illər vergi sisteminin təkmilləşdirilməsi, vergi xidmətinin müasir Avropa standartlarına uyğunlaşdırılması sahəsindəəhəmiyyətli işlər görülmüş, vergi qanunvericiliyi və vergi inzibatçılığının müasir tələblər baxımından qurulmasında çox mühüm nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin konseptual əsasları vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkili vəəlverişli investisiya mühitinin yaradılmasından ibarət olmuşdur.

Növbəti illərdə də vergi siyasətinin əsas istiqamətləri sahibkarlığın müasirsahələrinin, о cümlədən innovativ sahibkarlığın inkişaf etdirilməsinə, investisiyaqoyuluşlarının genişləndirilməsinə, aktiv vergi siyasətinin həyata keçirilməsi, vergiinzibatçılığının müasir İKT sferasında daha da təkmilləşdirilməsinə, vergi dərəcələrininoptimallaşdırılmasına, beynəlxalq vergi qanunvericiliyinə inteqrasiyanın daha dasürətləndərilməsinə yönəldiləcəkdir.

Qeyd edimki, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% böyüyüb. Apardığım hesablamalara görə, bu, 2013-cü ildən bəri ÜDM üzrə qeydə alınan ən yüksək artım tempidir. Nəticədə, ötən il Azərbaycanda real ÜDM-nin həcmi COVID-19 pandemiyasından əvvəlki ildə (2019-cu il) qeydə alınan göstəricini 1-1,1% üstələyib.

Proqnozlara gəldikdə, Azərbaycan İqtisadiyyat Nazirliyi bu il ölkədə ÜDM-nin real artımını 3,9% səviyyəsində olacağını gözləyir. Dünya Bankının son proqnozuna görə, bu il Azərbaycan iqtisadiyyatı 3,1%, BMT-nin proqnozuna görə isə 4% artacaq.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 4,3% azalıb.

Vergitutma sahəsində strateji məqsəd və hədəflərə nail olmaq üçün son dövrlərdə səmərəli vergi siyasəti həyata keçirilmişdir. Vergi siyasəti əsasən dövlət vergilərinin vədigər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tamməbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyi və inzibatçılığınıntəkmilləşdirilməsinə, vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərinə xidmətinkeyfıyyətinin yüksəldilməsinə və vergi sistemində insan resurslarından istifadəninsəmərəliyinin artırılmasına yönəldilmişdir.

Büdcə gəlirlərinin həcm və quruluşunda baş verən dəyişikliklər digər sosial-iqtisadi gostəricilərin dinamikasına ciddi təsir gostərir. Başqa sozlə desək, büdcə gəlirlərinin optimal səviyyəsinin formalaşdırılması istehsal tutumunun genişləndirilməsinə məşğulluq səviyyəsinin yuksəldilməsinə, istehsalın səmərəliliyinin artırılmasına zəmin yaradır.

Deməli, bazar munasibətlərinin və büdcə proseslərinin idarə edilməsinin zərurişərtlərindən biri onların inkişafının etibarlı proqnozlaşdırılmasıdır. Proqnozlaşdırma ehtimallı xarakter daşıdığından burada əsasən statistik, ekonometrik modelləşdirmə, dezaqreqatsiya metodundan istifadə edilir.Vergi siyasətinin bьtьn parametrlər uzrə optimallaşdırılması effektiv iqtisadi tədqiqatların, o cumlədən empirik tədqiqatların nəticəsində muəyyən edilə bilər.

Bu baxımdan,büdcə-vergi siyasəti uzrə iqtisadi tədqiqat bazasının gucləndirilməsinə ciddi ehtiyacvardır. Respublikamızda büdcə-vergi siyasətinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər gorulsə də, bu sahədə muəyyən problemlər mövcuddur.

Bu problemləri həll etmək üçün dövlət vahid büdcə-vergi siyasətini həyata kecirərkən inkişaf etmiş olkələrin təcrubəsinəəsaslanmaqla yanaşı, milli, regional prinsipləri də nəzərə almalıdır. Lakin son illərdə büdcədə kifayət qədər artım templərinə baxmayaraq, hesab edirik ki, olkənin iqtisadi potensialı mцvcud büdcə reallıqlarına uyğun gəlmir.

Respublikamızda həyata kecirilən büdcəvergi siyasətinin əsas məqsədi neftdən asılı olmayan büdcəni inkişaf etdirmək və qeyri-neft sektorundan büdcəyə daxilolmalarını artırmaq olmalıdır.

Respublikamızın sosial-iqtisadi inkişaf konsepsiyasına və orta muddətli maliyyə proqramına uyğun olaraq iqtisadiyyatın inkişaf etdirilməsini və nəzərdə tutulan fiskal siyasətin effektiv həyata kecirilməsini təmin etmək üçün aşağıdakılar nəzərə alınmalıdır:



  • ümumi daxili məhsulun strukturuna və sahə quruluşuna uyğun büdcə gəlirlərinin artımını təmin etmək;

  • vergi daxilolmalarının proqnozlaşdırılması modelini təkmilləşdirmək və bu prosesi keyfiyyətli həyata kecirmək ьзьn real informativ-məlumat sistemini təsis etmək;

  • potensial gəlirlərin büdcəyə daxilolma əmsalının yuksəldilməsinə nail olmaq;

  • vergi odəyicilərinin fəaliyyətini təşviq etmək ьзьn həyata kecirilən stimullaşdırıcı tədbirləri davam etdirmək;

  • dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun təkmilləşdirilməsini və xərclərin şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının formalaşdırılmasını davam etdirmək;

  • kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ьзьn hazırlanmış proqamların maliyyələşdirilməsində büdcənin rolunu və bu istiqamətə vəsait qoyuluşunu artırmaq;

  • büdcə vəsaitlərinin məqsədyonlu və səmərəli istifadə olunmasını təmin etmək məqsədilə xəzinə nəzarətini daha da gucləndirmək, büdcə təşkilatlarında borclanma prosesini зevik idarə etmək;

  • fiskal siyasətin alətlərindən səmərəli istifadə etmək və dövlət satınalmaları zamanı büdcə xərcləri multiplikatorunu nəzərə almaq;

  • dövlətin xəzinədarlığı vasitəsilə büdcə təşkilatları xərclərinin idarə edilməsi potensialını artırmaq, büdcə vəsaitlərinin təyinatı uzrə düzgün xərclənməsi uzərində dövlət maliyyə nəzarətini daha da gucləndirmək;

  • dövlət büdcəsi kəsirinin tədricən azaldılması siyasətini davam etdirmək və bu kəsiri iqtisadiyyatın stimullaşdırılması həddində saxlamaq;

  • büdcə kəsirini inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;

  • dövlətin qısamuddətli istiqraz vərəqələri bazarını daha da inkişaf etdirmək,

dövlətin qiymətli kağızlar bazarında investorların iştirakını genişləndirmək və qiymətli kağızlara olan tələbatı artırmaqla normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin aşağı duşməsinəşərait yaratmaq.

Ölkənin büdcə-vergi siyasətinin formalaşmasında“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğunazaldılması və davamlı inkişaf Dövlət Proqramı”nınəhəmiyyəti.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nomrəli Sərəncamı ilə qəbul edilmiş bu proqramda əhatə olunan зoxsaylı məsələlərdən biri də büdcə-vergi siyasətinin təkmilləşdirilməsidir. Büdcə-vergi siyasətinin təkmilləşdirilməsi məqsədilə həyata kecirilməli digər əsas tədbirlər aşağıdakı prioritet istiqamətlərdə olmalıdır:


  • büdcə qanunvericiliyinin təkmilləşdirilməsi;

  • büdcə gəlirlərinin artırılması;

  • büdcə xərclərinin səmərəliliyinin yuksəldilməsi;

  • Dövlət borcunun idarə edilməsi mexanizminin təkmilləşdirilməsi.

Bu proqramda həyata kecirilməsi planlaşdırılan büdcə-vergi siyasəti büdcəproqnozlaşdırılmasının səmərəliliyinin artırılması məqsədilə büdcəqanunvericiliyinin təkmilləşdirilməsi stiqamətində mövcud normativ hüquqi baza təhlil ediləcək, Azərbaycan Respublikasının vergi və gömrük məcəllələrinə müvafiq dəyişikliklər ediləcək, AzərbaycanRespublikasının Gömrük Məcəlləsinin beynəlxalq konvensiya və normalara inteqrasiyası prosesi başa çatdırılacaqdır.

Büdcə gəlirlərinin artırılması istiqamətində vergi yьkьnьn bьtьn vergi odəyiciləri arasında bərabər vəədalətli boluşdurulməsi məsələsi diqqət mərkəzində olacaqdır. Buna, hər şeydən əvvəl iqtisadi fəaliyyətin vergi guzəştlərindən istifadə etməyən iştirakзılarına nəzərən vergi sisteminin ədalətlilik prinsipini pozan və sistemsiz fəaliyyət gostərən bir sıra vergi guzəştlərinin sayı azaldılacaq. Belə ki, bir qrup vergi odəyiciləri üçün guzəştli hesab olunan rejim sürətdədigəlrəri üçün əlavə vergi yükü və gərginlik deməkdir. Eyni zamanda, mцvcud vergi və rьsumların, habelə sosial sığorta haqlarının dərəcələrinə yenidən baxılaraq, onların optimal səviyyəsi və strukturu muəyyənləşdiriləcək, sadələşdirilmiş verginin tətbiqi mexanizmi təkmilləşdiriləcəkdir. Vergilər arasında mühüm yeri olan əlavə dəyər vergisinin tətbiqi qaydaları təkmilləşdiriləcək, habelə idxalda ƏDV-dən azadolmalar minimuma endiriləcəkdir.

Həmcinin, cəmiyyətdə vergi mədəniyyətinin inkişaf etdirilməsi məqsədiləəhalinin maarifləndirilməsi gücləndiriləcəkdir. Bu inkişaf planında büdcəxərcləri də diqqətdən yayınmamış, bu sahədə aşağıdakı alt istiqamətlər uzrə tədbirlərin həyata kecirilməsi nəzərdə tutulmuşdur:


  • büdcə xərclərinin sağlamlaşdırılması;

  • büdcə xərclərinə nəzarətin gucləndirilməsi;

  • büdcə prosesinin şəffaflığının artırılması.

Dövlət büdcəsinin xərclərinin sağlamlaşdırılmasıüçün icmal büdcə xərclərinin strukturu təhlil edilərək lazımlı dəyişikliklər ediləcək, icmal büdcənin qeyri-neft kəsirinin GDM-də xüsusi cəkisinin kəskin artmasına yol verilməyəcək, büdcəxərcləri proqnozlaşdırılarkən və muəyyənləşdirilərkən həyata keciriləcək məqsədli proqramların maliyyələşməsi nəzərə alınacaqdır. Həmcinin, büdcə xərclərinə normativ (adambaşına) maliyyələşmə prinsipinin tətbiqi təmin edilməsi ьзьn zəruri tədbirlər göruləcəkdir.

Büdcə prosesində tam şəffaflığın əldə edilməsi ьзьn dövlət satınalmaları sahəsində qanunvericilik bazası təkmilləşdiriləcək, informasiya təminatı gucləndiriləcək, elektron satınalmaların tətbiqinə başlanılacaq, onun monitorinq sistemi gucləndiriləcək, habelə büdcə xərclərinin hesablanması zamanı istifadə olunan norma və standartların beynəlxalq norma və standartlara inteqrasiyası istiqamətində tədbirlər goruləcəkdir.

Büdcə vəsaitlərinin sərf edilməsinə nəzarətin gucləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdiriləcək, büdcə prosesində perspektiv maliyyə planının rolu artırılacaq, eləcə də muntəzəm planlı təftiş və təhlillər aparılması yolu ilə büdcə vəsaitləri uzərində maliyyə nəzarəti daha da gucləndiriləcəkdir.

Dövlət borcunun idarəetmə mexanizmi təkmilləşdiriləcək, xarici borcun, o cumlədən dövlət zəmanəti ilə alınmış kommersiya kreditlərinin dövlət büdcəsində muntəzəm olaraq əks etdirilməsi təmin ediləcəkdir. Dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyəti uzərində nəzarət mexanizmidə təkmilləşdiriləcəkdir.

Vergitutma sahəsində strateji məqsəd və hədəflərə nail olmaq üçün son dövrlərdə səmərəli vergi siyasəti həyata keçirilmişdir. Vergi siyasəti əsasən dövlət vergilərinin vədigər büdcə daxilolmalarının düzgün hesablanmasına,

onların vaxtında və tamməbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyi və inzibatçılığınıntəkmilləşdirilməsinə, vergi nəzarətinin gücləndirilməsinə, vergi ödəyicilərinə xidmətinkeyfıyyətinin yüksəldilməsinə və vergi sistemində insan resurslarından istifadəninsəmərəliyinin artırılmasına yönəldilmişdir

Vergi Məcəlləsinin qəbulundan sonra keçən dövrdə vergi qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkili, əlverişli investisiya mühitinin yaradılmasından ibarət olmuşdur. Vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılması, hüquqi şəxslərlə fərdi sahibkarlar və rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsi, sərbəst rəqabətə imkan verən vergi rejiminin yaradılması bu dəyişikliklərin mühüm tərkib hissələrindəndir.

Azərbaycanın 2021-ci il və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin əsas məqsədi yeni növ koronavirus infeksiyasının və neft qiymətlərinin kəskin enməsi şoklarının ölkə iqtisadiyyatına mənfi fəsadlarının aradan qaldırılması, iqtisadi artımın təşviqi və məşğulluğun qorunması istiqamətində görüləcək tədbirləri dəstəkləməklə və makroiqtisadi sabitliyə xələl gətirməməklə büdcə tarazlığının bərpası və dayanıqlığının təmin edilməsi, eləcə də neft sektorundan gəlirlərin dövlət büdcəsi gəlirlərindəki xüsusi çəkisinin dövrün sonuna azaldılmasından ibarət olacaq.

Belə ki, əsas diqqət mövcud qlobal iqtisadi çağırışlara uyğun olaraq icmal büdcə xərcləri və Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin yuxarı həddinin büdcə qaydası ilə deyil, müvəqqəti olaraq daha yumşaq fiskal siyasət əsasında müəyyən edilməsinə, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində büdcə xərclərinin daha səmərəli, qənaətli və məqsədyönlü istifadəsini təmin etmək məqsədilə Ortamüddətli Xərclər Çərçivəsinin (OMXC) tətbiqi və nəticə əsaslı büdcə tərtibi mexanizminə keçid üçün hazırlıq işlərinin davam etdirilməsinə, makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin koordinasiyasının gücləndirilməsi və büdcə xərclərinin pul proqramının parametrlərinə uyğun şəkildə tənzimlənməsi istiqamətində tədbirlərin davam etdirilməsinə yönəldiləcək.

Bununla yanaşı, ölkənin inkişaf hədəflərinə uyğunluğun təmin edilməsi məqsədilə dövlət borcunun idarə edilməsinə dair Strategiyanın yenilənməsi, qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə dövlət qiymətli kağızlarının emissiyasının davam etdirilməsi, xarici maliyyə bazarlarındakı əlverişli konyunkturadan istifadə etməklə xarici dövlət borcu portfelinin restrukturizasiyasının aparılması, həmçinin, büdcə gəlirlərinin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində yeni vergi təşəbbüslərinin müəyyən edilməsi, liberallaşdırmanın genişləndirilməsi, dövlət əmlakının özəlləşdirilməsində stumullaşdırıcı tədbirlərin təşkili, dövlət müəssisələrində mütərəqqi korporativ idarəetmə üsullarının tətbiq edilməsi yolu ilə onların səmərəliliyinin artırılması və dövlət büdcəsinə vergi və dividend məbləğlərinin artırılması daxildir.

Sənədə həmçinin qeyd olunub ki, 2025-ci ilədək dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın və hesabatlılığın artırılması, büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi ilə bağlı tədbirlərin, həmçinin ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması istiqamətində işlərin davam etdirilməsi, ortamüddətli dövrdə gender perspektivinin büdcə prosesinə daxil edilməsi və genderə həssas büdcənin ilkin tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi, yaşıl iqtisadiyyatın təşviqi çərçivəsində iqlim dəyişikliyi ilə əlaqəli maliyyələşdirmənin büdcə prosesinə inteqrasiya edilməsi istiqamətində addımların atılması da prioritet istiqamətlərdən olacaq.

Vergi siyasəti və gəlirlər üzrə əsas istiqamətlərə gəldikdə, gələn və növbəti 3 ildə əsas siyasət səmərəli vergi sisteminin təşviq edilməsi, sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, vergi və gömrük sahəsində güzəşt və azadolmaların optimallaşdırılması və onların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi, reyestrin aparılması istiqamətində tədbirlərin görülməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrində vergi yükünün ədalətli bölüşdürülməsi və ahəngdarlığının təmin edilməsi məqsədilə yeni vergi təşəbbüslərinin müəyyən edilməsini əhatə edir.

Bununla yanaşı, sözügedən illərdə elektron ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsal ödənişlərin instutusional mühitinin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsinin yüksəldilməsi və nağd əməliyyatların məhdudlaşdırılması, kölgə iqtisadiyyatının miqyasının azaldılması, o cümlədən təsərrüfat subyektlərinin fəaliyyətində şəffaflıq və hesabatlılıq tələblərinin gücləndirilməsi, sərnişin və yükdaşıma sahəsində avtonəqliyyat vasitələrində görə tətbiq olunan ödənişlərin optimallaşdırılması və dövlət əmlakının özəlləşdirilməsində stimullaşdırıcı tədbirlərin təşkili və investorlara daha əlverişli şəraitin yaradılması da nəzərdə tutulub.

Bundan başqa, ofşor zonalarla aparılan əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında əməkdaşlıq münasibətlərini daha təkmil müstəviyə gətirmək və s. əsas istiqamətlərdən olacaq.




Nəticə

Vergi-büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülsə də bu sahədə müəyyən problemlər mövcuddur. Bu problemləri həll etmək üçün dövlət bir sıra iqtisadi qanunlar qəbul etməklə iqtisadi inkişafa zəmin yaradır. Bu qanunların əksəriyyəti o cümlədən büdcə sistemi haqqında qanun xüsusi əhəmiyyət kəsb edir. Bu da öz əksini dövlətin əsas maliyyə planı olan dövlət büdcəsində tapır. Dövlət büdcəsinin tənzimlənməsi və büdcə kəsirinin aradan qaldırılması üçün vahid büdcə-vergi siyasətinin aparılmasına böyük ehtiyac vardır. Vahid büdcə-vergi siyasətində, inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmaqla yanaşı, milli, regional prinsiplər nəzərə alınmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi büdcə gəlirlərinin formalaşmasında əsas rol oynayan vergilərin xüsusi çəkisinin son ildə azalması istisna edilmir. Uzunmüddətli perspektivdə ölkənin dayanıqlı iqtisadi inkişafını təmin etmək baxımından bu normal hal hesab edilə bilməz. Lakin nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun inkişafı istiqamətində məqsədyönlü, uğurlu tədbirlər davam etdirilir. Bu da öz müsbət nəticəsini göstərir və nikbin proqnozlara əsas verir Araşdırılmalar göstərir ki, Respublikamızda büdcə-vergi siyasətinin təkmilləşdirilməsi naminə mühüm addımlar atılır, böyük nailiyyətlər əldə edilir.

Aşağıda sadalanan təkliflərin həyata keçirilməsinin də bu istiqamətdə öz töhvəsini verəcəyi fikrindəyik:

1. Büdcə təşkilatlarının və idarəetmə orqanlarının sayının azaldılması;

2. Bələdiyyə büdcələrinin inkişaf etdirilməsi üçün yerlərdə (paytaxtdan uzaq rayonlarda və şəhərlərdə) istehsal və emal sahələrinin yaradılmasının təşkili;

3. Yerli sahibkarlığın inkişafı və məşğulluğun səviyyəsinin yüksəldilməsi naminə vergi dərəcələrinin aşağı salınması;

4. Daxili bazarın qorunmasını təmin edən çevik gömrük-vergi siyasətinin təkmilləşdirlməsi;

5. İqtisadiyyatın sərbəstləşdirilməsi, azad istehsal və ticarətin, yüksək səviyyəli rəqabətin formalaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi;

6. İstehsalın genişləndirilməsi üçün səmərəli pul-kredit siyasətinin aparılması;

7. Vergi bazasının daim genişləndirilməsi;

8. Vergidənyayınma hallarına qarşı mübarizənin daha da gücləndirilməsi;

9. Vergi islahatlarının investisiya mühitinə mənfi təsir göstərmədən dövlət gəlirlərinin artırılmasına yönəldilməsi.

Sonda qeyd etmək istəyirik ki, Azərbaycan hər cəhətdən gələcəyi parlaq olan bir ölkədir. Belə gələcəyə qovuşmanı tezləşdirməkdə isə bugünədək büdcə-vergi siyasəti dövlətin 1 nömrəli köməkçisi olmuşdur və bugündən sonrada olacağına heç bir şübhəmiz yoxdur.

Vergi Məcəlləsinin qəbulundan sonra keçən dövrdə vergi qanunvericiliyinin təkmilləşdirilməsinin əsas istiqamətləri vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi güzəştlərinin minimuma endirilməsi, vergidən yayınma hallarına qarşı səmərəli mübarizənin təşkili, əlverişli investisiya mühitinin yaradılmasından ibarət olmuşdur. Vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılması, hüquqi şəxslərlə fərdi sahibkarlar və rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsi, sərbəst rəqabətə imkan verən vergi rejiminin yaradılması bu dəyişikliklərin mühüm tərkib hissələrindəndir.

Azərbaycanın 2021-ci il və sonrakı 3 il üçün büdcə-vergi siyasətinin əsas məqsədi yeni növ koronavirus infeksiyasının və neft qiymətlərinin kəskin enməsi şoklarının ölkə iqtisadiyyatına mənfi fəsadlarının aradan qaldırılması, iqtisadi artımın təşviqi və məşğulluğun qorunması istiqamətində görüləcək tədbirləri dəstəkləməklə və makroiqtisadi sabitliyə xələl gətirməməklə büdcə tarazlığının bərpası və dayanıqlığının təmin edilməsi, eləcə də neft sektorundan gəlirlərin dövlət büdcəsi gəlirlərindəki xüsusi çəkisinin dövrün sonuna azaldılmasından ibarət olacaq.


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə