Ixtisas: Yerquruluşu, torpaq və şəhər kadastrı Fənn: Ərazinin mühəndis təchizatı Müəllim: Məmmədova Aygül Mustafa qızı Kurs: II



Yüklə 0,79 Mb.
səhifə5/9
tarix18.04.2018
ölçüsü0,79 Mb.
#39337
1   2   3   4   5   6   7   8   9

KÜÇƏ VƏ YOLLAR

PLAN

  1. Şəhərin küçə-yol şəbəkəsi.

  2. Magistral küçə və yollar.

  3. Şəhər küçə və yollarının layihələndirilməsi şərtləri.

  4. Küçələrin en profilləri.

  5. Sürətli küçə yolları.

  6. Şaquli planlaşdırma.

  7. Dayanacaqlar. Meydanlar.

  8. Yeraltı kommunikasiyaların yerləşdirilməsi.

Şəhərin küçə şəbəkəsi yaşayış və istehsalat zonalarının, ictimai binaların, vokzal və limanların, həm də şəhərkənarı yolların qovuşmalarının yerləşməsi ilə təyin olunur. Köhnə şəhərlərin planlaşdırılması sosial, topoqrafik və iqlim şəraitlərinin tarixi təsiri altında formalaşdırılıbdır. Yeni şəhərlərin planlaşdırılmasında əsas prinsip əhali üçün əlverişli şəraitin yaradılmasıdır. Şəhərlərin planlaşdırılması radial, radial-dairəvi, düzbucaqlı və qarışıq sistemli olur.

Küçə şəbəkəsinin planlaşdırılması nəqliyyatın işinə böyük təsir edir. Düzxətli istiqamətlə müqayisədə (hava xətti) düzbucaqlı planlaşdırmada məsafələr 27% qədər, radial-dairəvi sistemdə isə 10% qədər uzanır. Şəhərin küçə şəbəkəsi ümumi uzunluğu və 1 km2 şəhər ərazisinə düşən sıxlığı ilə xarakterizə edilir. Şəhərin inkişafı ilə əlaqədar küçə şəbəkəsinə şəhərkənarı yollar daxil olur. Bu səbəbdən yeni şəhərlərin küçə şəbəkəsi yük yaradan məntəqələrin yerləşdirilməsini və yol şəbəkəsinin şəhərətrafı zonada yerlərini nəzərə almaqla layihələndirilir.

İlk növbədə qısa istiqamətlə əsas magistrallar layihələndirilir. Digər küçələr əsas magistrallara köməkçi kimi yerləşdirilir və bu zaman yaşayış məhəllələrinin sənaye müəssisələri, müəssisə və vokzallarla əlverişli əlaqəsini nəzərə alırlar.

Magistrallar arası məsafə 800-1000m, yaşayış küçələri arası məsafə 200-300m, məhəllələrin ərazisi 8-12 ha qəbul edilir. Küçə, meydan və yol kəsişmələrinin memarlıq tərtibatı ətraf sahələrin və ümumiyyətlə şəhərin memarlıq ansamblına uyğun olmalıdır. Şəhər küçələrinin elementlərinə gediş hissəsi, tramvay yolu, səkilər, velosiped yolları, yaşıl əkililər daxildir. Magistral küçənin eni 75-60m, rayon əhəmiyyətli magistral küçənin eni isə 35m olmalıdır. Yaşayış küçəsinin eni binanın mərtəbəliyindən asılı olaraq 15m (az mərtəbəli) və 25m (çox mərtəbəli) qəbul edilir.

Kiçik yaşayış məntəqələri və qəsəbələrdə hərəkətin şiddətliyinin azlığından asılı olaraq küçələrin eninə və gediş hissəsinin tipinə qoyulan tələblər bir qədər azaldılır. Yaşayış məntəqələri daxilində keçən avtomobil yolları uyğun dərəcəli avtomobil yollarının, həmçinin şəhər və qəsəbə küçələrinin tələblərinə cavab verməlidir.


S/s

Küçə və yolların dərəcələri

Hesabi sürət

Gediş zolağı, m

Gediş zolağ.

sayı


Maksi-mum uzununa maillik

1

Sürətli yollar, km/saat

120

3,75

6

40

2

Magistral küçə və yollar:
















-şəhər əhəmiyyətli

100

3,75

6

50




-aramsız hərəkətli

80

3,75

6







-nizamlanan hərəkətli

80

3,75

4







-rayon əhəmiyyətli

80

3,75

4

60




-yük daşıyan nəqliyyat yolları

80

3,75

2




3

Yerli əhəmiyyətli yol və küçələr:
















-yaşayış küçəsi

60

3,0

2

80-60




-istehsalat və kommunal-anbar rayonu yolu

60

3,75

2







-qəsəbə küçələri

60

3,50

2







-qəsəbə yolları

60

3,50

2




Küçələrin gediş hissəsinin kənarı qırmızı xətdən 25m aralı olmalıdır. Dalan yolları radiusu 10m olan dairəvi hissə və ya 12x12m ölçülü meydança ilə bitməlidir. Səkinin eni 0,75 m-in misli qədər götürülür. Onun minimal eni 1,5m, yalnız fərdi evlər rayonunda 1,0 m qəbul olunur. Küçənin gözəlliyi və sanitar-gigiyenik şəraiti üçün yaşıl əkililərin əhəmiyyəti çox böyükdür. Yaşıl əkililərin tipindən asılı olaraq yaşıl zolağın eni 0,8-6m götürülür. Velosiped yolunun eni bir zolaqlı hərəkətdə 1,5m, ikizolaqlı hərəkət üçün 2,5m olmalıdır. Tramvay xəttinin əyrisinin minimal radiusu 20m olur. Tramvay çox səs-küylü nəqliyyat olduğu üçün bəzən onun xəttini az adam olan parallel küçəyə köçürürlər və ya onu avtobus və trolleybusla əvəz edirlər.

Küçələrin en profillərini hərəkətin perspektiv şiddətliliyini, tikiləcək bina və qurğuların xarakterini və küçənin küçə şəbəkəsinin planında vəziyyətini nəzərə almaqla hazırlayırlar. En profilləri hər bir küçə üçün konkret şəraitə görə dəyişə bilər. Ümumşəhər əhəmiyyətli küçələrdə yerli hərəkət axınından ayırmaqla tranzit hərəkət zolağı yaradırlar. Bunun üçün eni 3-5m olan ayırıcı zolaq qurulur.

Б)

Ъ)

А)



Маgistral küçə

Şəhər əhəmiyyətli magistral küçə

Yaşayış məhəlləsinin küçəsi

арас, 007

.


Küçələrin hərəkəti buraxmaq qabiliyyətini artırmaq və tranzit hərəkət şəraitini yaxşılaşdırmaq məqsədi ilə dünyanın bəzi şəhərlərində 100-120 km/saat sürətə imkan verən xüsusi küçələr yaradılır.

http://i678.photobucket.com/albums/vv150/jackues/wall_new_bridge_3mkr1.jpg

Sürətli hərəkət küçələri yerli şəhər küçələrindən ayrılır, bütün kəsişmələr müxtəlif səviyyədə nəzərdə tutulur. Sürətli hərəkət küçəsinə keçmək üçün xüsusi giriş yolları tikilir.



http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-ash4/430541_268359286569548_538089587_n.jpgYaponiyada avtomobil yolunun bina içərisindən keçirilməsi

Plan və profildə yanaşma küçə və meydanları nəzərə almaqla küçələri layihələndirirlər. Küçənin planı onun istiqaməti və qırmızı xətlə (tikinti xətti) təyin olunur. Bu zaman axtarış işlərinin məlumatlarına əsaslanırlar.

Yanaşma küçələrini R=20m əyrilərlə birləşdirirlər. Küçələrin kəsişmələrində səki daşlarını 5-10m radiuslu əyrilər üzrə (bəzən 2-3m) düzürlər. Trolleybus hərəkəti nəzərdə tutulan küçələrin döngələrinin radiluslarını 15-25 m-ə qədər artırırlar.

Planda gediş hissəsini layihələndirən zaman onun enini bütün küçə boyu təmin etmək lazımdır, çünki küçənin daralması onun buraxıcılıq qabiliyyətini azaldır. Yerli şərait imkan verərsə, ictimai nəqliyyat dayanacaqları yerlərində gediş hissəsini 3,03,5 m enləndirirlər арас, 008



ab-şəhər küçələrində; c-şəhərdən çıxışda

Mühəndis-texniki və memarlıq tələblərinə uyğun olaraq küçələrin relyefinin dəyişilməsi layihəsini şaquli planlaşldırmanın üsulları ilə yerinə yetirirlər.

Küçələrin uzunluq profilini gediş hissəsinin oxu üzrə tərtib edirlər, profildə piket və plyus nöqtələri, yer səthinin və layihə xəttinin yüksəklikləri, işçi yüksəkliklər, hidroloji və geoloji məlumatlar göstərilir. Maksimum uzunluq maillikləri belə qəbul edilir:



Yol və küçə

i, ‰

Yol və küçə

i, ‰

Yol və küçə

i, ‰

Yol və küçə

i, ‰

Sürətli yollar

40

Həmçinin, rayon əhəmiyyətli küçə

60

Piyada yolu

40

Maşın

dayana-caqları



20

Şəhər əhəmiyyətli magistral küçə

50

Yerli əhəmiyyətli küçə

80-60

Meydan-lar

30

Profildə layihə xəttinin qırılma yerlərini şaquli əyrilərlə birləşdirirlər (qabarıq əyri, R2000 m; çökük əyri, R500 m). En profilini iki maillikli qururlar, bəzən bir maillikli də qəbul edilir.

Küçənin layihə səthinin əyani təsvirini almaq üçün qırmızı horizontallar üsulu ilə şaquli planlaşdırma əlverişlidir. Bu üsulda 1:500 və ya 1:200 miqyasında çəkilmiş küçə planında layihə horizontalları keçirilir. Bunlar gediş hissəsinin, qazonların, səki və digər elementlərin yüksəklik vəziyyətlərini təsvir edirlər. Şaquli və üfqi planlaşdırmanı birlikdə yerinə yetirirlər. Layihə horizontalları 10, 20, 50 sm, bəzən isə 5 sm-dən bir keçirilir.

Şəhərdə küçələrin kəsişmələrini müxtəlif sxemlərlə layihələndirmək olar (düz bucaq altında, çəp bucaqlı, T-şəkilli, Y-şəkilli, qarışıq, mürəkkəb). Sxemlər hərəkətin perspektiv ölçülərinə, xarakterinə və küçə şəbəkəsinin planına görə seçilir.

Küçə kəsişmələrində nəqliyyatın və piyadaların hərəkəti mürəkkəbləşdiyindən xüsusi təhlükəsizlik tədbirləri nəzərdə tutulmalıdır. Burada görkəm məsafəsi böyük əhəmiyyət kəsb edir, lakin buna həmişə imkan olmadığı üçün əsasən belə yerlərdə işıqforlar quraşdırılır.

Küçələrin dəmir yolu ilə bir səviyyədə kəsişməsi üfqi meydançalarda olmalıdır və kənar relsdən hər iki tərəfə ən azı 10m kənara çıxmalıdır. Magistral küçələrdə eninə qanovlar qurmaq olmaz. Bəzi kəsişmələrdə bir maillikli en profili layihələndirmək olar. Piyadaların hərəkəti üçün küçə kəsişmələrində xüsüsi nişanlanmış keçidlər yaradılır. İntensiv hərəkətli küçələrdə piyadalar üçün təhlükəsizlik adacıqları, yeraltı və ya yerüstü keçidlər qururlar.


  • Şəhər meydançalarının təsnifatı onların təyinatına, tikililərin yerləşməsinə və xarakterinə görə təyin olunur (baş meydan, nəqliyyat meydanları, vokzal önü, binalar qarşısında və s.). Meydanlarda nəqliyyat və piyada hərəkətini təşkil etmək üçün meydanın 1:500 miqyaslı planı üzərində hərəkətin istiqamətləri, gediş zolağının sayı, işıqforların, avtomobil dayanacaqlarının və keçidlərin yerləri layihələndirilir.

Avtomobil dayanacaqları tranzit hərəkətindən təcrid olunmalıdır. Bir neçə küçələrin kəsişmələrində yerləşən meydanlarda və körpülərə yanaşmalarda nəqliyyatın dayanacaqları nəzərdə tutulmayır.

Belə meydanlarda hərəkətin rasional təşkili məqsədi ilə meydanın mərkəzində dairə formalı istiqamətləndirici adacıq qurulur və ölçüləri mümkün qədər böyük qəbul edilir. Meydanın ölçüləri mərkəzi adacıq qurmağa imkan verməyirsə, burada üçbucaq və ya ayırıcı zolaq formalı istiqamətləndirici adacıqlar yaradılır və hərəkət mütləq tənzimlənilir.



  • Nəqliyyatın və piyadaların böyük intensivliyi olan tranzit magistral küçələrdə tunel və ya estakadalar vasitəsi ilə müxtəlif səviyyəli keçidlər qurulur. Tunel küçənin mərkəzi hissəsində elə tikilir ki, nəqliyyat sağa dönə bilsin. Tunellər piyadaların hərəkəti üçün də tikilə bilər.

Səthi axınlarda və suyu kənara edən açıq sistemdə suyu qanovlar vasitəsi ilə relyefin çökək yerlərinə axıdırlar. Örtülü sistemdə gediş hissəsindən yan qanovlara toplanan su-qanovlarda quraşdırılan suqəbuledici quyulara axır, sonra yeraltı borularla su axarlara yönəldilir. Qarışıq sistemdən də istifadə olunur.

Şəhər şəraitində açıq qanovlardan istifadə etmək məsləhət deyildir, çünki qanovları lazımi sanitar vəziyyətdə saxlamaq çətindir və hər bir evə keçmək üçün qanovlarda boru və ya kiçik körpücük qurulmalıdır. Səth sularını daş döşənmiş və ya bordyur qoyulmuş maili yamaclarla kənar etmək əlverişlidir. Qanovların minimum uzununa mailliyi 5‰, xüsusi hallarda 4‰ qəbul edilir.



  • Müasir şəhərlərin küçələrini layihələndirən zaman mürəkkəb və müxtəlif yeraltı kommunikasiyaların yerləşməsini və əlverişli istismarını nəzərə almaq vacibdir. Yeraltı kommunikasiyalara yağıntı təsərrüfat çirkab su xətləri, qaz su şəbəkəsi, istilik xətləri elektrik kabeli, radio, yanğın siqnal xətləri, xüsusi təyinatlı siqnal xətləri aiddir. Bütün kommunikasiyalar planda küçə oxlarına və tikinti xəttinə parallel olaraq müxtəlif məsafədə yerləşdirirlər ki, yeni xətlərin çəkilməsində, həmçinin köhnə xətlərin təmiri zamanı zədələnmə baş verməsin. Yüksək gərginlikli kabel xətlərinin yerləşməsinə xüsusi fikir verilməlidir.

Şəhərin yeraltı kommunikasiyalarını küçənin gediş hissəsinin, səkinin və yaşıl əkililərin altı ilə keçirirlər. Bütün yeraltı kommunikasiyalar müxtəlif səviyyədə yerləşdirilir ki, onların kəsişmələrini asanlaşdırsın. Yeraltı kabel 0,6-0,8m dərinlikdə, telefon xətti – 0,8÷1,3 m dərinlikdə, istilik şəbəkəsi – 1,3÷2,0 m dərinlikdə qoyulmalıdır. Ən mükəmməl üsul yeraltı kommunikasiyaların kollektorda yerləşdirilməsidir.

Kollektor yığma beton konstruksiyalarından qurulur. Kollektorun içərisində bütün yeraltı kommunikasiyalar müəyyən qaydada yerləşdirilir. Kollektorun üstün cəhətlərindən birisi də odur ki, kommunikasiyaların təmiri zamanı küçəni qazmaq lazım gəlməyir. Kollektorun qurulmasının bahalılığı çoxsaylı yeraltı kommunikasiyaların istismarının əlverişliliyi ilə özünü doğruldur.






Kollektorun sxemi


Bakının küçə və yolları

http://www.bakupages.com/location/8km/images/dsc00140184149.jpghttp://photos.day.az/images/131384/2.jpg

http://www.bakupages.com/location/1/images/_145316.jpg

http://photos.day.az/images/20090407_2/001.jpg

http://i678.photobucket.com/albums/vv150/jackues/dc11.jpghttp://photos.day.az/images/20090407_3/002.jpg

http://photos.day.az/images/20090724_01/005.jpg

Ədəbiyyat

2.СНиП 2.02 05-85.

3.В.Ф.Бабков, О.В.Андреев. Проектирование автомобильных дорог. Часть I, II. Москва, 1979.

4.Y.M.Piriyev. Avtomobil yolları. Bakı,1999.

Mövzu-10 YOLLARIN AVADANLIQLARI VƏ ABADLAŞDIRILMASI

PLAN

1.Yollarm avadanlıqları

2.Avtomobil dayanacaqları

3.Hərəkətə xidmət qurğular

4.Yol nişanları, təyinatı,tipləri

5.Yolun nişanlanması

6.İstiqamətləndirici qurğular

7Yol hasarları



YOLLARIN AVADANLIQLARI VƏ ABADLAŞDIRILMASI

Avtomobil yollannın layihələndirilməsi prosesində hərəkətin xidmətini, təşkilini, təhlükəsizliyini təmin edən kompleks tədbirlər nəzərdə tutulmalıdır. Sürücü və sərnişinlər uzaq məsafələrə gedəndə yemək yeməli və istirahət etməli, avtomobillər yanacaqla doldurulmalı və onlara texniki qulluq göstərilməlidir. Yerli sərnişin avtobus xətlərində örtülü dayanacaqlar - pavilyonlar qurulmalıdır. İstismar dövründə yolun təmiri və saxlanılması xidməti üçün yol maşın və mexanizmlərın qarajı, emalatxanalar, anbarlar, yol işçiləri üçün evlər nəzərdə tutulmalıdır. Sürücüləri yolda hərəkət rejimi barəsində məlumatlandıran və digər məsələləri aydıniaşdıran yol nişanlan və göstəriciləri qoyulmalıdır. Hərəkətin təhlükə- sizliyini təmin etmək üçün yolda hasarlar qoyulmalı, süni ilıqlandırma yaradıl- malıdır.

Təyinatma və dayanan avtomobillərin sayına görə avtomobil dayanacaqları bir neçə növ olur:

1. Uzun müddətli - yeməkxana və maqazinlər yanında;

2.Mənzərəli istirahət meydanlan - yoldan kənar yerlərdə. Dayanmanın müd- dəti 2-3 saat, bəzi avtomobillər üçün - 10+12 saat.

3.Qısa müddətli dayanmalar - mənzərəli yerlər, tarixi abidələr və s.

4.Yolkənarı istirahət meydançaları - bir neçə avtomobildən ibarət kiçik qrupların 2-3 saatlıq istirahəti üçün (meşə talaları, su nohurlan və s.)

5.Gediş hissəsinin yanında, yük maşınlarının dayanıb kiçik təmir işləri aparması üçün, 10-15 dəqiqəlik.

I və II dərəcəli yolun şəhərə giriş sahəsində 50 avtomobillik dayanacaq nə- zərdə tutulur. İstirahət meydançalan 10-15 km-dən bir, III dərəcəli yolda isə 20- 30 km-dən bir qurulur. Meydançalar əsas yoldan ayırıcı zolaqla ayırırlar. Ayrıcı zolaqda yaşıl əkililər nəzərdə tutulur.

Sərnişinlərin qorunması, nəqliyyatı gözləməsi üçün milli memarlıq tərtibatlı müxtəlif materiallı avtopavilyonlar quraşdırılır. Avtobus dayanacağı yaşayış mən- təqələrinə yaxın yerləşdirilir.


Müasir avtomobil yollarında hərəkətə xidmət üçün aşağıdakı qurğular vacib-

dir:


1) avtomobillərə texniki xidmət qurğuları; 2) ictimai iaşə qurğuları; 3) uzun müddətli istirahət yerləri; 4) yol-istismar xidməti qurğuları; 5) yol nəzarəti və hə- rəkətin təhlükəsizliyi xidməti qurğuları; 6) yol telefonları.

Yüksək dərəcəli yollarda yol qurğuları sərnişinlərə xidmət edir. Aşağı dərə- cəli yollarda yerli əhaliyə də xidmət olunur.

Sürücünün marşrutda yol rejimi ilə tanış olması üçün, təhlükəsiz hərəkəti təmin etmək məqsədi ilə yol nişanlan qurulur və gediş hissəsində nişanlanma yerinə yetirilir. 1968-ci ildə qəbul olunmuş Beynəlxalq konvensiyaya görə yol işa- rə və siqnallan vahid' tələblər əsasında müəyyənləşdirilir. Respublikamızda 1.06.1972-ci ildən Dövlət standartına uyğun olaraq yeni yol işarələri tətbiq edilir.

Bütün işarələr 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan edici, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat. Hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. Üstünlük nişanlarından başqa müxtəlif qruplarda toplanan hər qrup yol nişanlarının özünə məxsus rəngi və forması vardır. Nişanların görünməsi üçün daxildən işıqlandırılmış nişanlar yolun süni işıqlandırılmış yerlərində qurulur. Süni işıqlandırılmamış yollarda işıqqaytarıcı səthli nişanlar tətbiq olunur. İşıqqaytarıcı səthli nişanların 100 m-dən az olmayan məsafədən görünməsi təmin edilərsə, onlann stasionar işıqlandırılmış yollarda da qurulmasına yol verilir. Yolun eyni kəsiyində üçdən artıq yol nişanı qoyulmasına icazə verilmir. Yol nişanlarının qurulmasından asılı olaraq onun alt hissəsindən örtüyə qədər olan məsafə belə qəbul olunur:

1. Yaşayış məntəqələrindən kənar olan yolların qırağında 1,5-^2,2 metr

2. Eyni ilə yaşayış məntəqələrində 2,4 metr

3. Təhlükəsizlik adacıqlannda və yolun hərəkət hissəsində 0,6 metrdən az olmadan.


  1. Yolun hərəkət hissəsinin üstündə 5-6 metr təşkil etməlidir.

Yolun hərəkət hissəsinin kənarından, yol çiyninin isə torpaq örtüyünün kənarından quraşdrılmış nişana qədər olan məsafə - 0,5/2,2 m, 5.20, 5.21 -5,27 nişanlarının qırağına qədər olan məsafə isə 0,5-5 m olmalıdır.

Azərbaycan Respublikasmın müvafiq icra hakimiyyəti orqanlarının, yol hərəkəti təhlükəsizlik komissiyasının qərarı olmadan onların ərazisində yerləşən yollarda yol nişanları qurmaq qadağandır. Yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Müvafiq qərar olmadan yol nişanlarının qurulması üçün onları özbaşına quraşdıran şəxslər məsuliyyət daşıyırlar.

1. Xəbərdarhq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4, 1.31 istisna olmaqla) onlann ağ fonda üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Bu nişanlar yaşayış məntəqələrindən kənarda 150:300 m məsafədə, yaşayış məntəqələrində 50:100 m aralıda quraşdırılır.

2. Üstünlük nişanlan yol aynclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliyini göstərir. Üstünlük nişanları başqa qruplardan toplandığına görə vahid forma və rəng fonuna malik deyildir.


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə