İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə5/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   2   3   4   5   6   7   8   9   ...   31

 
MODULUN SPESİFİKASİYASI
 
Modul üzrə ümumi təlim nəticələri: 
 
Kənd təsərrüfatında  istifadə  edilən  yeni  maşın,  texnika  və  ya 
aqreqatlardan istifadə  zamanı  təlimatlanma  qaydalarına  düzgün  riayət 
edilməsi və  baş  verə  biləcək bədbəxt  hadisələrin  qarşısının  alınmasında 
bu sahədə işləyən işçilərin tam təlimatlandırılmasıdır. 
 
 
 
 
 
Kənd təsərrüfatı ixtisasları üzrə 2-ci tədris ili üçün modullar 
Modul (təhsil sahəsi): 
Aqroservis mütəxəssisi 
Modulun nömrəsi: 
3.1.2.2.2.2.03 
Dərs saatı (məsləhət görülən):
 
İxtisas üzrə nəzəri dərslər: 
60saat 
İxtisas üzrə praktiki dərslər: 
60saaat 
İstehsalat təcrübəsi: 
200 saat 
 
 
 
Tədrisin 
məqsədi 
Tədrisin məzmunu (nəzəri) 
Dərs 
saatları 
(nəzəri) 
Tədrisin məzmunu 
(praktiki məşğələlər) 
Dərs saatları 
(praktiki 
məşğələlər) 
İstehsalat 
təcrübəsi 
Dərs 
saatları 
(istehsalat 
təcrübəsi) 
Metodik 
göstərişlər 
Yeni maşın, 
texnika 
və ya aqreqatdan 
istifadə 
etməmişdən 
öncə təlimatı 
oxumaq lazım 
olduğunu bilir. 
Təlimat və istismar qaydalarından 
istifadə etmək. 
Yeni avadanlıq, maşın və aqreqatlar 
üçün təlimatlandırmaq. 
10 
Təlimata (istifadə 
qaydalarına) əsasən yeni 
texnikanı istifadə üçün 
qəbul 
etmək. 
10 
 
 
 
Yeni maşın, 
texnika 
və ya aqreqatı 
istifadə üçün 
hazırlaya bilir. 
İstifadədən öncə yoxlama 
(nəzarət) tədbirləri (Su, yağ, hava, 
dilçək remeni, elektrik). Birləşmələrin 
yoxlanması (elektrik, hidravlika). 
Aqreqatın istismara  yararlılığının 
yoxlanması. 
Nasazlıqların yoxlanması. 
15 
Maşın, texnika və 
aqreqatın 
Yoxlanmasını həyata 
keçirmək. 
Su, yağ, hava, dilçək 
remeni, elektrik vəs. 
Aqreqatın istismara 
yararlılığını yoxlamaq. 
15 
 
 
 
10 
 


 
Maşın, texnika və 
ya aqreqatlardan 
istifadə edə bilir. 
Maşın, texnika və ya 
aqreqatlardan istifadə zamanı 
təhlükəsizlik tədbirləri. 
İctimai yol nəqliyyatında hərəkət 
zamanı qaydalara uyğun 
davranmaq. 
Oturacaqda sürücünün oturma 
vəziyyəti. 
Maşında olan sərnişinlərin 
təhlükəsizliyi. 
Maşında 
müxtəlif 
funksiyaların 
istifadəsi  (koordinasiya  etmək).  Ayrı-
ayrı maşınların güc 
(məhsuldarlıq) həddi. Nəzarət alətləri. 
Soyutma üçün havalandırma kanalları, 
mühərrik üçün hava ötürülməsi. 
Nasazlıqlara görə yaranan səs və iylər. 
15 
Təhlükəsizlik tədbirləri. 
Oturacaqda oturma 
vəziyyətini tənzimləmək. 
Maşında olan 
sərnişinlərin 
təhlükəsizliyi üçün 
tədbirlər. 
Müxtəlif funksiyaların 
istifadəsi. 
Nasazlıq səbəbləri. 
15 
 
 
 
Maşın,texnika və 
ya 
Aqreqatları 
istifadə etdikdən 
sonra 
düzgün qaydada 
saxlayabilir. 
İsti mühərrikin soyudulması. 
İstifadədən sonra texnikanı 
təmizləmək. 
Mühərrikli maşınlarda isti 
hissələrindən yanmaqabiliyyətli 
materialların (saman, quruot) 
təmizlənməsi. 
Nasazlıqlara nəzarət (xətlər, kabellər, 
remenlər,şinlər və. s.). 
Rütubət, nəmişlik, intensiv günəş 
şüalarından qorumaq. 
Maşın,texnika və ya aqreqatları 
„şaxtadan qorumaq“. 
10 
Maşın, texnika və ya 
Aqreqatları istifadə 
etdikdən sonra düzgün 
qaydada saxlamaq. 
Maşın, texnika və ya 
aqreqatları sezondan 
sonra uzunmüddtəli 
düzgün saxlamaq 
(„şaxtadan qorumaq“). 
 
 
 
10 
 
 
 
Qəza və 
zədələnmələrdən 
müdafiə 
tədbirlərini 
bilir 
Hüquqi qaydalar 
Təhlükəsizlik tədbirləri 
Qoruyu paltarlar 
Qurultu (səs-küy) əleyhinə qulaqlıq 
Gözlər və üz üçün mühafizəsi 
10 
Müdafiə tədbirləri 
Qoruyucu paltarlar ilə 
məşqlər 
Gurultu (səs-küy) 
əleyhinə qulaqlıq, gözlər 
və üzün mühafizəsi üçün 
olan vasitələr ilə məşqlər 
10 
 
 
 
 
 
 
11 
 


 
GİRİŞ
 
 
 
 
Hörmətli oxucu! 
Azərbaycanda aqrar sahə geniş struktura malikdir. Kənd təsərrüfatı məhsullarının istehsalı 
qədim tarixə və ənənəyə malikdir. Aqrar sfera uzun illərin təcrübəsini əhatə etdiyinə və zəhmət 
tələb  edən  sahə  olduğuna  görə  ölkəmizin  bütün  bölgələrində  kənd təsərrüfatı  məhsullarının 
istehsalı  müvəffəqiyyətlə  həyata keçirilir.  Aqrar sahədə  məhsul  istehsalının  həcminin  xüsusi 
çəkisi ölkədə istehsal olunan Ümumi Daxili Məhsulun  (ÜDM) strukturunda son illərdə təxminən 
6,5-11,5 faiz arasında təşkil edir. Bu da aqrar bölmənin ölkə iqtisadiyyatında həlledici rola malik 
olduğunu əks etdirir.  
Məlumdur ki, kənd təsərrüfatının əsasını torpaq, bitki, günəş enerjisi, su və hava ilə yanaşı 
istehsalın  mexanikləşdirilməsi təşkil  edir.  Odur  ki,  kənd təsərrüfatı  məhsullarının  istehsalında 
tətbiq edilən  yeni  maşın,  texnika  və  ya  avadanlıqlardan  istifadənin dərindən mənimsənilməsi 
zəruridir.  Təqdim edilən    dərslik    respublikamızın  aqrar  sahəsində  istifadə  edilən  ən müasir 
kənd təsərrüfatı  texnikalarının,  o  cümlədən  traktorların,  kombaynların  və  kənd təsərrüfatı 
maşınlarının  istifadə  xüsusiyyətlərini ehtiva edir. Kənd təsərrüfatı  texnikasından  istıfadə 
etməklə  bitkilərinin becərilmə  texnologiyasına  aid  olan  əməliyyatların  yerinə  yetirilməsi 
mümkündür.  Bu  baxımdan  müxtəlif növ kənd təsərrüfatı  texnikasından  istifadənin  ayrı-ayrı 
məsələlərinə həsr edilmiş dərslik çox əhəmiyyətlidir. 
Dərslikdə  kənd təsərrüfatında  əsas  enerji  mənbəyi hesab edilən  traktorlardan,  müxtəlif 
becərmə texnikasından, kənd təsərrüfatı məhsullarının yığılmasında istifadə edilən maşınlardan 
istifadə qaydaları geniş şərh edilmişdir. 
Kənd təsərrüfatı  texnikasının  istifadəsindən öncə  yoxlama-nəzarət tədbirləri,  aqreqatın 
istismara  yararlılığının  yoxlanması,  istifadə  zamanı  təhlükəsizlik tədbirləri,  ictimai  yol 
nəqliyyatında  hərəkət  qaydaları,  texnikadan  istifadə  etdikdən  sonra  saxlanması  kimi  vacib 
məsələlər şərh edilir. 
Dərslikdə  respublikanın  kənd təsərrüfatında  son  illərdə  formalaşmış  aqroservis  xidməti 
sahələrinə aid həm nəzəri, həm də təcrübi məlumatlar verilir. Bu dərsliyin ilk peşə-ixtisas təhsili 
müəssisələrində dərslik kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir. 
 
 
12 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə