İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 
1.4.5.
 
Traktora  qoşulmuş  toxum  səpənin  səpici 
aparatına toxumun doldurulması 
Diqqət! 
Traktorla aqreqatlaşmış  cərgəli toxum 
səpəninin  toxum  qutusuna  işçi  vəziyyətdə  toxum 
doldurulması qadağandır (Şəkil 1.19). 
Toxum  səpən  aqreqatla  işləməzdən  əvvəl 
toxumun,  gübrənin  doldurulması,  səpici  aparatın 
işinə  nəzarət və  s.  haqqında  köməkçi  işçilər  iş 
yerində təhlükəsiz işin təmin edilməsi haqda xüsusi 
təlimat keçməlidir. 
 
Şəkil 1.19. Traktora qoşulmuş toxumsəpənin 
səpici aparatına toxumun doldurulması 
 
1.5.
 
Taxılyığan, pambıqyığan və silos yığan kombaynlarla işləməzdən öncə təlimatlanma 
və təhlükəsizlik qaydaları 
Bu  alt  başlıqda  müxtəlif kənd təsərrüfatı  məhsullarının  yığımında  istifadə  edilən 
kombaynlarla  işləməzdən öncə  işçilərin  bu  aqreqatlarla  iş  zamanı  baş  verə  biləcək bədbəxt 
hadisələrdən özlərini  qorumağa  istimətləndirilməsindən bəhs edilir.  Eyni zamanda həmin 
aqreqatlarda işlərin yerinə yetirilməsində  təhlükəsizlik qaydaları üzrə təlimatlanmanın müsbət 
cəhətləri də qeyd edilir.  
     
 
1.5.1.
 
Taxılyığan 
kombaynla 
haqqında 
təlimatlanma 
CLASS  MEGA  350 
taxılyığan  kombaynlarında 
işlədikdə  mexanizatorlar  təlimatlandırılır  (Şəkil 
1.20). 
Taxılyığan  kombaynları  idarə  etmək üçün 17 
yaşı  olan,  idarə  etmə  hüququ verən sürücülük 
vəsiqəsi  və  kombaynın  quruluşu  və  istismar 
qaydaları  haqqında  təlim  keçdiyini  göstərən 
sertifikatı  olan və  iş  yerində  təhlükəsizlik  qaydaları 
üzrə  mütəxəssis tərəfindən  xüsusi  təlimat  keçmiş 
şəxslərə icazə verilir. 
 
 
Şəkil 1.20. CLASS MEGA 350 taxılyığan 
kombaynı ilə təhlükəsiz işləmə
 
1.5.2.
 
Silos yığan kombaynla təlimatlanma 
Silos  yığan  kombaynın  bir  neçə  işçi  orqanı  vardır.  Otu  və  ya silosluq  qarğıdalını  biçmək, 
xırdalamaq və nəqliyyat vasitəsinə yükləmək. Əvvəlcədən biçilib tirədə soluxdurulmuş otu yığıb, 
xırdalayıb  nəqliyyat vasitəsinə  yükləmək.  Bütün hallarda özüyeriyən  kombaynla  işləyərkən 
təlimat keçmək və kombaynla iş qaydasını mənimsəmək lazımdır. 
22 
 


 
Diqqət!  Silos  yığan  kombaynlarla 
işlədikdə 
təhlükəsizlik  qaydaları  üzrə  təlimatlanma  (Şəkil 
1.21). 
 
Yadda  saxlayın  ki, 
silos  yığan  kombaynlarla 
işləməzdən  əvvəl bütün təlimatların  mütəxəssis 
tərəfindən aparılması vacibdir. 
 
Şəkil 1.21. Silos yığan kombaynlarla iş 
prosesi 
 
 
1.5.3.
 
Pambıqyığan kombaynlarla işləmək xüsusi 
hazırlıq keçmiş mexanizatorlara icazə verilir. 
İşə  başlamazdan  əvvəl  bütün  mexanizmlər 
yoxlanmalı, tənzimlənməlidir.  
Pambıqyığan  kombaynlarla  işə  başlamazdan 
əvvəl sürücü-mexanik  mütəxəssis tərəfindən 
təlimatlandırılmalıdır (Şəkil 1.22). 
Pambıqyığan  kombaynlarla  işdən  əvvəl onun 
işlək  mexanizmlərindən  istifadə  zamanı  baş  verə 
biləcək bədbəxt  hadisələrdən  qorunma  qaydaları 
haqqında mexanizator xüsusi təlimatçılar tərəfindən 
hərtərəfli qaydada təlimat keçməlidir. 
 
 
 
Şəkil 1.22. “Cotton Ekspress 420” 
pambıqyığan kombaynının işə hazırlanması
 
1.5.4.
 
Pambıqyığan kombaynla təlimatlanma 
Diqqət!  Case  Cotton  Ekspress  420 
pambıqyığan  kombaynlarının  işi  zamanı  müntəzəm 
olaraq  şpindellərin səthi təmizlənməlidir  (Şəkil 
1.23). 
Pambıqyığan kombaynlarla 
işləməzdən əvvəl 
onun  motor  bölməsi,  mühərrikdə  nizamlama 
qaydaları  haqqında  təhlükəsizlik üzrə  mütəxəssis 
tərəfindən  xüsusi  təlimatlanma  aparılmalı  və  sonra 
onda işləməyə icazə verilməlidir 
 
Şəkil 1.23. “Cotton Ekspress 420” 
pambıqyığan kombaynı ilə işin yerinə 
yetirilməsi 
23 
 


 
1.5.5.
 
Kombaynın  şpindelinin,  pambıq  sorucu 
borusunun təhlükəsiz təmizlənməsi 
Unutmayın!  Pambıqyığan  kombaynlarla
 
işləməzdən əvvəl onların şpindelinin, pambıq sorucu 
borusunun və  digər  mexanizmlərin təhlükəsiz 
istifadə  edilməsi üzrə  təhlükəsizlik mütəxəssisi 
tərəfindən  xüsusi  təlimatlanma  aparılmalıdır.  (Şəkil 
1.24). 
Yadda saxlayın! 
Şpindelin əllə təmizlənməsinə 
icazə  verilmir. Bunun üçün dəstək  yeri  olan  xüsusi 
şotkalardan istifadə edilməlidir. 
 
Şəkil 1.24. Pambıqyığan kombaynlarda 
şpindel, pambıq sorucu boruların təmizlənmə 
qaydaları 
 
1.5.6.
 
Yanğın təhlükəsizliyi 
Diqqət!  “Cotton  Ekspress  420” 
pambıqyığan 
kombaynları  ilə  işləməzdən  əvvəl sahədə  yanğın  və 
digər bədbəxt  hadisələrin  baş  verməsinin  qarşısını 
almaq məqsədi ilə  mexanizator  təhlükəsizlik 
qaydaları üzrə tam təlimat keçməli və təlimatlanma 
haqda xüsusi kitabda imza atmalıdır (Şəkil 1.25). 
Pambıqyığan kombaynlarda 
yanmış qaz çıxan 
boruya  qığılcımsöndürücü  və  qoruyucu örtük 
quraşdırılmalıdır. 
 
 
Şəkil 1.25. “Cotton Ekspress 420” 
pambıqyığan kombaynları ilə işləməzdən 
əvvəl   mexanizatorların     təlimatlanması 
 
1.6.
 
Zəhərli maddələrlə iş zamanı və yanğından mühafizə hallarında təlimatlanma 
Bu alt başlıqda kənd təsərrüfatı məhsullarının ziyanvericilərinə qarşı mübarizədə istifadə 
edilən zəhərli maddələrlə iş zamanı təlimatlanmadan bəhs edilir. Eyni zamanda işçilərin zəhərli 
maddələrdən qorunması tədbirləri göstərilir. Aqreqatlarla iş zamanı yanğından mühafizə üzrə 
təlimatlanma şərtləri açıqlanmışdır. 
Unutmayın!
  İşə  başlamadan  əvvəl  işçilər 
təlimatlanmalı  və  yalnız  18  yaşdan  yuxarı 
yeniyetmələr kəskin təsirli zəhərli maddələrlə 
işləmək üçün təlimatlanır (Şəkil 1.26). 
Təlimatlanmada 
zəhərli maddələrlə  iş 
prinsipi,  zəhərin çənə  doldurulması  və  çəndən 
boşaldılması  qaydaları  haqqında  təhlükəsizlik 
qaydalarından təhlükəsizlik üzrə mütəxəssis təlimat 
aparmalı  və  təlimatın  qavranılma  səviyyəsi 
yoxlanılmalıdır. 
 
Şəkil 1.26. Zəhərli maddələrlə işləmək üçün 
təlimatlanma
 
24 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə