İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə17/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   13   14   15   16   17   18   19   20   ...   31

 
3.1.2.
 
Texnikanın  nəql  etdirilməsi  zamanı 
təhlükəsizlik tədbirləri 
 
Yadda  saxlayın!  Səpin  əməliyyatını 
icra 
etmək üçün traktor səpən maşın ilə nəql etdirildikdə 
bir sıra işlərin icrası vacibdir (Şəkil 3.3): 

 
Səpən  maşının  qutusunda  qalmış  toxum  və 
gübrənin boşaldılması; 

 
Markerin qolunu qapatmaq və  şaquli 
vəziyyətə gətirmək; 

 
Avtoqoşqunun tutucusunun şplintini taxmaq; 

 
Traktorun asqısının tarımlığını bərkitmək və 
s.. 
Mərkəzi  yol  magistralı  kənarlarında  işəyərkən 
aqreqatın  mağıstral  yola  çıxmasına  və  əsas 
nəqliyyatın hərəkətinə mane edə biləcək manevrlərin 
edilməsinə yol verilmir. 
 
 
 
Şəkil 3.3.  Səpin əməliyyatı üçün traktorun 
səpən maşın ilə nəql etdirilməsinin 
elementləri. 
 
3.1.3.
 
Səpin texnikasından istifadə 
 
Yadda  saxlayın!
  İşə  başladıqda  taxıl  və  digər 
dənli bitkilərin toxumlarını səpən maşının toxum və 
gübrə qutusunun qapağı kip örtülməlidir (Şəkil 3.4).  
 
Diqqət! 
Aqreqatın hərəkəti 15 km/saat-dan çox 
olmamalıdır. 
 
Aqreqatın  təhlükəsiz  işinin
  təmin edilməsi 
məqsədilə  hərəkət  zamanı  markerin  qaldırılması  və 
endirilməsi qadağandır. 
Markerlər nəqliyyat vəziyyətində  qaldırılmalı 
və sərt bərkidilməlidir. 
Əməliyyatı  yerinə  yetirən zaman isə  aqreqatın 
hərəkət istiqamətinə  nəzərən sahənin becərilməmiş 
tərəfində  olan  marker  açılır,  artıq  əkilmiş  və  ya 
səpilmiş  tərəfdə  olan  marker isə  qaldırılaraq 
bərkidilir. 
Markerin idarə  edilməsi sürücü tərəfindən 
kabinədən idarə edilir. 
 
Şəkil 3.4.  Səpin əməliyyatının yerinə 
yetirilməsi. 
 
 
 
48 
 


 
3.1.4.
 
Aqreqatın  işi  zamanı  bədbəxt  hadisənin 
qarşısının alınması  
 
Unutmayın! 
Maşın,  texnika  və  ya aqreqat 
işlədiyi  zaman  onun  lazımi  materiallarla  (yanacaq, 
toxum, gübrə və s.) doldurulması bədbəxt hadisə ilə 
nəticələnə  bilər  (Şəkil  3.5).  İşləyən  texnikanın 
yaxınlığında durmaq həyat üçün təhlükəli ola bilər. 
Nəzərdə  tutulmayan yerdə  dayanmaq
aqreqatın üzərinə çıxmaq, 
 
 
Şəkil 3.5.   Aqreqatın işi zamanı bədbəxt 
hadisənin qarşısının alınması. 
 
3.1.5.
 
Aqreqatın  işi  zamanı  qoruyucu  gözlükdən 
istifadə 
Zəhərli kimyəvi maddələrin çilənməsi, 
toxumların  dərmanlanması,  çiləyicilərin zəhərli 
məhlulla  doldurulması  zamanı  xüsusi  önlükdən, 
əlcəkdən və gözlüklərdən istifadə edilməlidir. 
 
Diqqət! 
İnsanın  orqanlarına,  o cümlədən  ağız, 
göz,  burun  və  s.  dolmaması  məqsədi ilə  mineral 
gübrə  səpən  maşınlarda  işçilər  qoruyucu  gözlüklə 
təmin edilir (Şəkil 3.6). 
 
Diqqət! 
Ziyanverici  həşəratlarla mübarizə 
aparmaq məqsədi ilə  zəhərli maddə  səpən və  ya 
çiləyən  maşınlarda  iş  zamanı  bütün  işçilərin  xüsusi 
qoruyucu respirator və  digər  avadanlıqlarla  təmin 
edilməsi vacibdir. 
 
 
3.1.6.
 
Aqreqatın  işi  zamanı  siqnal  qurğusunun 
quraşdırılması  
 
Unutmayın! 
Səpən və  basdıran  maşınlarla  iş 
aqreqatın  yalnız  iki  tərəfli  siqnal  qurğusu  ilə  təmin 
edilməsinə əmin olduqda aparıla bilər (Şəkil 3.7). 
 
Yadda  saxlayın! 
Siqnal  qurğusunun  olması 
mexanizator  və  köməkçi  işçilərin  baş  verə  biləcək 
qəza və  bədbəxt  hadisələrdən  yayınmasını  təmin 
edir. 
 
Şəkil 3.6.   Aqreqatın işi zamanı qoruyucu 
gözlükdən istifadə 
 
 
Şəkil 3.7.   Aqreqatın işi zamanı siqnal 
qurğusunun quraşdırılması. 
49 
 


 
3.1.7.
 
Yığım zamanı təhlükəsizliyin təmin edilməsi 
Bu  alt  başlıqda  kənd təsərrüfatı  məhsullarının  yığılmasında  işçi  orqanların 
təmizlənməsinin, kənar işçilərin aqreqatın işlədiyi sahənin yaxın ərazisində yerləşməsinin, otun 
və küləşin preslənməsi zamanı otun presləyici mexanizmə əl ilə verilmıəsinin qadağan edilməsi 
şərtləri verilir.  Eyni zamanda taxılyığan  və  qarğıdalı  yığan  kombaynların  işi  zamanı  işçi 
orqanlarının tənzimlənməsinin qeyri-mümkünlüyü qeyd edilir. 
Kombayn sahədə biçin apararkən kombaynın nərdivanında kənar şəxslərin durmasına yol 
verilmir. 
Kombayn işləyə-işləyə cəhrəsinə yaxınlaşmaq, yoxlamaq, təmizləmə işləri aparmaq, döyən 
aparatın qayışlarına toxunmaq, zəncirləri yoxlamağa icazə verilmir. 
Bütün bunlar kombayn dayandıqdan sonra yerinə yetirilə bilər. 
Kombaynların bunkerindən dən boşaldılarkən əlləri bunkerin içinə salmaq qadağandır. 
 
3.1.8.
 
Aqreqatın işçi orqanların təmizlənməsi 
Unutmayın!  Kənd  təsərrüfatı  məhsullarını 
yığan  maşınlarda  iş  zamanı  yağlama,  tənzimləmə, 
təmir, həmçinin kəsici aparatların təmizlənməsi qəti 
qadağandır (Şəkil 3.8). 
Təmizləmə  və  xidmət  işləri  işçi  orqanlar  tam 
dayandırıldıqdan sonra yerinə yetirilməlidir. 
 
Şəkil 3.8. Aqreqatın işində işçi orqanların 
təmizlənməsi zaman olanqadağalar. 
3.1.9.
 
Hərəkət edərkən təhlükəsizlik tədbirləri 
 
Diqqət!
  Səpin,  əkin və  yığım  maşınlarının  işi 
zamanı  işçilərin  aqreqatın  önündə,  arxada  və 
yanlarda durması qadağandır (Şəkil 3.9). 
 
Şəkil 3.9. Səpin maşınlarının işi zamanı 
təhlükəsizliyin gözlənilməsi. 
3.1.10.
 
Ot yığan, presləyən aqreqatla işləyərkən 
təhlükəsizlik tədbirləri 
 
Unutmayın! 
Ot  yığıb  presləyicilərlə  işlədikdə 
samanın  (otun)  presləyiciyə  əl ilə  verilməsi 
qadağandır (Şəkil 3.10). Bu həyat üçün təhlükəlidir. 
 
Şəkil 3.10. Otu və küləşi yığıb presbağlayan 
maşınların işində təhlükəsizlik tədbirləri. 
50 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə