İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə19/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   15   16   17   18   19   20   21   22   ...   31

 
3.5.4.
 
Kənd  təsərrüfatı  maşınlarının  ictimai  yol 
nəqliyyatında hərəkəti 
 
Yadda  saxlayın! 
Kənd təsərrüfatı  maşınlarını 
ictimai yol nəqliyyatından istifadə etməklə daşıdıqda 
müvafiq yol hərəkəti qaydaları gözlənilməlidir (Şəkil 
3.18). 
 
Şəkil 3.18. Kənd təsərrüfatı maşınlarının 
ictimai yol nəqliyyatında hərəkəti. 
 
 
3.5.5.
 
Magistral  yolda  və  küçələrdə  hərəkət 
zamanı işıqfordan düzgün istifadə 
 
Unutmayın! 
Magistral yolda və küçədə hərəkət 
zamanı  işıqforun  yaşıl,  sarı  və  qırmızı  işıqlarından 
düzgün istifadə edilməlidir (Şəkil 3.19). 
Dönmə  yerinə  yetirilərkən müvafiq tərəfə  yan 
faralar qoşulmalıdır. 
 
Şəkil 3.19.   Magistral yolda və küçədə 
hərəkət zamanı işıqfordan düzgün istifadə.
 
 
 
3.5.6.
 
Yaşayış  məntəqəsini  keçdikdə  hərəkət 
etmə sürətinin məhdudiyyəti və saxlanılması   
 
Diqqət!
 Yaşayış məntəqəsini keçdikdə hərəkət 
sürətini məhdudlaşdıran nişandakı 30 kilometr/saat 
sürətlə hərəkət məcburidir (Şəkil 3.20). 
 
Şəkil 3.20.   Yaşayış məntəqəsini keçdikdə 
hərəkət etmə sürətinin məhdudiyyəti və 
saxlanılması. 
54 
 


 
3.5.7.
 
Magistral yolda və küçədə hərəkət zamanı 
ötmə qaydalarına  ciddi əməl edilməlidir
 
Unutmayın!
  Aqreqat ictimai yol nəqliyyatında 
hərəkət etdikdə  ötüb keçmə  əməliyyatına  icazə 
verilmir. (Şəkil 3.21) 
Bu  qarşıdan  gələn  və  ötüb keçilən nəqliyyat 
vasitəsinin və  maşın  traktor  aqreqatının  hərəkəti 
üçün təhlükəlidir. 
 
Şəkil 3.21. Magistral yolda və küçədə kənd 
təsərrüfatı texnikası ötmə əməliyyatının 
tələblərini pozmamalıdır. 
 
 
3.5.8.
 
Oturacaqda mexanizatorun oturma vəziyyəti 
Bu  alt  başlıqda  mexanizatorun  işə  başlamazdan  əvvəl  oturacağın  tənzimlənməsinin 
aparmasının vacibliyi göstərilir. Müxtlif markalı kombaynların işində əlaqəli funksiyaların yerinə 
yetirilməsini bacarmaq qabiliyyətinin olması qeyd edilir. Həmin maşınların işçi orqanlarının işçi 
vəziyyətdə olmasına nəzarət edilmənin vacibliyi göstərilir. 
 
 
3.5.9.
 
Oturacaqda 
mexanizatorun 
oturma 
vəziyyəti  
 
Diqqət! 
Aqreqatı idarə edən sürücü oturacaqda 
oturduqda rahat  oturmalı  və  belini  arxaya 
söykəməklə  düzgün  vəziyyətdə  saxlamalıdır. 
Mexanizator  idarə  etmə  kabinasında  oturmamışdan 
əvvəl  oturacağı  önə-arxaya  tənzimləyən dəstəkdən 
istifadə  etməli,  tənzimləməni  apardıqdan  sonra 
oturacaqda oturmalıdır (Şəkil 3.22). 
 
 
Şəkil 3.22. Mexanizatorun idarə etmə 
kabinasında  düzgün oturma qaydası. 
 
 
3.5.10.
 
Traktorun kabinasında sürücü yeri  
Sürücünün  rahat  işləməsi üçün kabinaya  tam 
təminat verilməlidir (Şəkil 3.23). 
 
Şəkil 3.23. Claas traktorunun kabinasında 
sürücü yeri. 
55 
 


 
3.6.
 
Maşında müxtəlif funksiyaların istifadəsi 
 
3.6.1.
 
Mexanizatorun idarə etdiyi  maşındın digər əlaqəli funksiyalardan istifadə etməsi 
 
Yadda  saxlayın  ki, 
mexanizatorun  idarə  etdiyi  maşında  əsas  işin  icrası  ilə  əlaqəli 
funksiyalardan istifadə  etmə  qabiliyyəti  olmalıdır.  Başqa  sözlə  aqreqatlaşdırılmış  texnikanı  işə 
qoşmaq, dönmələrdə və sahələr arası keçidlərdə işçi vəziyyətdən çıxarıb nəqliyyat vəziyyətinə 
keçirtmək, işçi orqan hərəkət tələb edirsə traktorun güc ayıran valını qoşmaq və ayırmaq və s. 
funksiyaları yerinə yetirə bilməlidir. 
Asılan  texnikanı  idarə  etmək,  yəni  qaldırmaq,  endirmək,  üzücü  vəziyyətə  qoymaq üçün 
traktorun hidravlik asma sisteminin paylayıcısını müvafiq vəziyyətlərə qoymağı bacarmalıdır. 
Taxılyığan,  pambıqyığan  və  digər  kombaynlarla  işləyən  zaman  kombaynın  bunkeri 
dolduqdan sonra məhsulun nəqliyyat vasitəsinə boşaldılması, boşaldıcı qurğunun işə salınması 
və geriyə qaytarılmasını icra edə bilməlidir. 
 
3.6.2.
 
Əsas 
əməliyyatla 
əlaqəli 
digər 
funksiyaların yerinə yetirilməsi 
Məsələn,  CLASS  AXİON  820  və  HASSİA  2,5 
MTR 
aqreqatın  sahədə  toxum,  gübrə,  yanacaq  ilə 
doldurulma qaydalarını bacarmalıdır (Şəkil 3.24). 
Yığım  aqreqatında  yığılmış  məhsulu,  onu 
dayandırmadan  nəqliyyat  vasitəsinə  boşaltmağı 
koordinasiya etməlidir. 
Bu zaman hər iki sürücü sahədə  hərəkət 
sürətinin  optimal  variantından  istifadə  etməklə  isin 
icrasının  keyfiyyətlə  təmin edilməsinə  əmin 
olmalıdır. 
 
 
Şəkil 3.24. Mexanizatorun idarə etdiyi  
maşında digər əlaqəli funksiyalardan 
istifadəsi.
 
3.6.3.
 
Şitil  əkini  əməliyyatı  zamanı  köməkçi 
işçilərin təhlükəsizliyi 
Köməkçi 
işçilər 
aqreqatda 
ayrılmış 
oturacaqlarda 
oturmaqla 
şitiləkən 
maşının 
aparatlarına şitil qoymaqla məşğuldur. Eyni zamanda 
aqreqatın  arxasınca  iki  nəfər təmirçi və  maşına 
ehtiyat  şitil  verən  işçi    gedir.  Köməkçi  işçilərin  işi 
aqreqatla əlaqəli olduğu üçün sürücü aqreqat işləyə-
işləyə  onların  təhlükəsizliyini  gözləməlidir (Şəkil 
3.25). 
 
 
Şəkil 3.25. Şitil əkini əməliyyatı zamanı 
köməkçi işçilərin təhlükəsizliyi. 
56 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə