İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 
2.5.1.
 
Taxılyığan  kombaynın  işçi  hissələrinin  
yararlılığına nəzarət
 
Yadda  saxlayın! 
CLASS  MEQA  350  taxılyığan 
kombaynların  istifadəsindən  əvvəl onun biçən 
aparatı,  şnek,  maili  kamera,  döyən  aparat,  dən və 
sünbül elevatorları və şnekləri, dən təmizləyici qurğu 
və  s. hissələrin  işə  yararlılığı  yoxlanılmalıdır  (Şəkil 
2.23). 
Biçən aparatın seqmentləri və barmaqları yeni 
və yararlı olmalıdır, qırılmış və əyilmiş seqmentlər və 
barmaqlar yenisi ilə dəyişdirilməlidir. 
 
Şəkil 2.23. Taxılyığan kombaynın işçi 
hissələrinin  yararlılığına nəzarət. 
Baxış zaman aşkar edilən nizamsızlıqlar aradan qaldırılmalı və tənzimlənməlidir. 
Taxılyığan  kombaynın,  cəhrəsinin  fırlanma  sürəti  kombaynın  sürətinə  nəzərən 
tənzimlənməlidir.  Variatorların  nizamlığı  araşdırılmalıdır.  Barabanın  qayışlarının  keyfiyyəti, 
sazlığı yoxlanmalıdır. 
Döyən aparatın barabanı üzərində olan qamçılı tamasaların vəziyyəti yoxlanmalıdır. 
 
2.5.2.
 
Taxılyığan  kombaynın  hərəkət  ötürücü 
mexanizmlərinin tənzimlənməsi 
Yadda  saxlayın! 
CLASS  MEQA  350  taxılyığan 
kombaynların  istifadədən  əvvəl bütün hərəkət 
ötürücü  mexanizmləri  tənzimlənməli və  işə 
hazırlanmalıdır (Şəkil 2.24). 
Buraya  dişli,  zəncir,  qayış  ötürmələrinin 
tənzimlənməsi daxildir. 
Qayışların və zəncirlərin tarımlığı və keyfiyyəti 
araşdırılmalıdır. 
 
Şəkil 2.24. Taxılyığan kombaynın hərəkət 
ötürücü mexanizmlərinin tənzimlənməsi.
 
 
Unutmayın! 
Pambıqyığan  kombaynın  istismarından  əvvəl  pambığın  sorulma  dərəcəsinin 
yoxlanılması kombaynın keyfiyyətli işinin təminatıdır. 
Pambıqyığan  kombaynın
  istismardan  əvvəl 
pambıq  sorucu  boruların  sorma  qabiliyyətinin 
nasazlığı yoxlanılır. 
Borunun  sorma  aralığı  pambığın  sürətli 
sorulma prosesinə maneçilik etməməlidir. 
Yadda  saxlayın! 
Kənd təsərrüfatı  texnikası 
istismarından 
əvvəl 
yağlama, 
bərkimələrin 
dartılması və s. nizamlama işləri reqlamentə müvafiq 
qaydada aparılır (Şəkil 2.25). 
 
Şəkil 2.25. Texnikanın  bərpa və 
tənzimlənməsi avadanlıqları. 
41 
 


 
Unutmayın! 
İstifadədən əvvəl Pambıqyığan kombaynların işlək sistemi və mexanizmləri texniki 
reqlamentə ciddi əməl olunmaqla yoxlanılır.  
 
 
2.5.3.
 
Pambıqyığan kombaynın   şpindelinin ara 
məsafəsinin nizamlanması 
 
Yadda 
saxlayın!
 
İstifadədən 
əvvəl 
pambıqyığan 
kombaynın 
nasazlıqlarının 
yoxlanılması, 
şpindelin 
ara 
məsafəsinin 
nizamlanması aparılır (Şəkil 2.26). 
 
Şəkil 2.26. Pambıqyığan kombaynın   
şpindelinin ara məsafəsinin nizamlanması 
 
Diqqət!  ”Cotton  Ekspress  420” 
pambıqyığan 
kombaynın  istismardan  əvvəl  şpindelləri  xüsusi 
təmizləyici fırça ilə tam təmizlənir (Şəkil 2.27). 
 
Şəkil 2.27. Pambıqyığan kombaynın   
şpindelinin təmizləyici fırçası. 
 
 
42 
 


 
 
Sərbəst iş üçün tapşırıqlar 
1.
 
Rayonunuzda istifadə  edilən yeni  maşın  və  avadanlıqlardan  istifadədən  öncə  nizamlama 
işlərinin aparılması ilə tanış olun; 
2.
 
Yaxınlıqdakı  fermer  təsərrüfatında  traktorun asma  mexanizmi  və  hidravlik sistemin 
hissələrinin yoxlanılmasını yerinə yetirin; 
3.
 
Traktorun  akumlator  batareyası,  starter  və  generatorun  işə  yararlılığının  yoxlanılmasını 
elektrik çilingərinin köməyi ilə yerinə yetirin
4.
 
Traktorun  hərəkət hissəsinin  və  dönmə  mexanizminin  tənzimlənməsində  iştirak  edin  və 
nəticə verin; 
5.
 
Taxıl  yığımı  mövsümündə  taxılyığan  kombaynın  biçən hissəsinin  işçi  elementlərinin 
nizamlanmasında iştirak edin; 
6.
 
Taxılyığan kombaynın döyən aparatının işçi hissələrinin tənzimlənməsində iştirak edin
7.
 
Pambıqyığan kombaynın yığan aparatlarının işçi hissələrinin tənzimlənməsində iştirak edin; 
8.
 
Təsərrüfatların  birində  olan traktorun təkərlərində  olan  təzyiqin  yoxlanmasında  istifadə 
etdiyiniz alətləri sadalayın. 
9.
 
Rayonunuzdakı təsərrüfatların birində istifadə edilən hər hansı aqreqatın 1 saat ərzindəki 
məhsuldarlığını müəyyən edin. 
10.
 
Alınan nəticələri qrup yoldaşlarınızla birlikdə müzakirə edib müqayisə edin. 
 
43 
 


 
 
Praktiki tapşırıqlar və fəaliyyətlər
 
 
Fəaliyyət 
Tapşırıqlar 
1.
 
Traktorun starter qurğusunun işə 
yararlılığının yoxlanılması. 

 
İş paltarınızı geyinin. 

 
Starterin işə yararlılığını yoxlamaq üçün voltmetri 
götürün.  

 
Təhlükəsizlik qaydalarına diqqət edin.
 

 
Akumlatordan starterə birləşmiş (+) klemanı tapın. 
 

 
(+) klemasını voltmetrə qoşun və sistemdə gərginliyi 
yoxlayın. 
 

 
Dövrədəki gərginlik 12 V göstərməlidir. 
 

 
Dövrədə gərginlik normada olduqda starter xırıltı səsi 
verməlidir. 
2.
 
Hidravlik və elektrik sistemində 
birləşmələrin yoxlanması.  

 
İş paltarınızı geyinin. 

 
Hidravlik  sistemin  yağ  qabında  yağın  səviyyəsini 
ölçün və ehtiyac olduqda yağ əlavə edin.
 

 
Yağ  nasosunun,  hidravlik  paylayıcısının  və  qüvvə 
silindrlərinin  bir-biri  ilə  birləşmələrini  yoxlayın  və 
yağ axmadığından əmin olun. 

 
Akumlatorlar  batareyasında  mayenin  səviyyəsini, 
klemlərdəki gərginliyi və elektrolitin sıxlığını müvafiq 
cihazlarla  yoxlayın  və  normativ  göstəricilərlə 
müqayisə edin.  
3.
 
Pambıqyığan kombaynın işə 
yararlılığının yoxlanılması. 

 
İş paltarınızı geyinin. 

 
Pambıqyığan kombaynın qayışlarının tarımlığı və işçi 
orqanların tənzimlənməsini kombaynın sönmüş 
vəziyyətində aparın.  

 
Pambıqyığan kombaynın işə yararlılığının 
yoxlanmasında təhlükəsizlik qaydalarına diqqət edin. 

 
Pambıqyığan kombaynın şpindelinin istismar zamanı 
tənzimlənməsini xüsusi açar dəsti ilə yerinə yetirin.  

 
Kombayn şpindelinin pambıq yığımı üçün 
yararlılığını, şpindeldən pambığın rezin çıxarıcılarla 
təmiz çıxarılmasını izləyin.  

 
Yığılmış pambığın kombaynın bunkerindən  traktor 
qoşqusuna boşaldılması prosesində iştirak edin və 
itkiləri qeydə alın. 

 
Nəzarət üçün pambıqyığan kombaynın gedişindən 
sonra yerə tökülmüş pambığı bir neçə metrdə 
toplayın və yığımın keyfiyyətini mexanizatorla 
birlikdə dəyərləndirin. 
 
44 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə