İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə14/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   10   11   12   13   14   15   16   17   ...   31

 

 
Təmirə  ehtiyacı  olan  hissələr təmir  edilməli 
və  sonra hissələrin  istismara  yararlılığı 
yoxlanılmalıdır. 
Şəkil 2.17-də ehtiyat hissələri təsvir edilmişdir. 
 
Unutmayın  ki,
  aqreqatın  istismara  yararlılığı 
işdən əvvəl yoxlanılmalıdır. 
Aqreqatın  istismara  yararlılığının  yoxlanılması 
zamanı  aşkar  edilən  nasazlıqların  yoxlanılması 
lazımdır (Şəkil 2.18). 
Bu iki hissədə yoxlanılır:  
1.
 
Traktorda  aşkar  edilən  nasazlıqların 
yoxlanılması; 
2.
 
Kənd təsərrüfatı  maşınında  aşkar  edilən 
nasazlıqların yoxlanılması. 
 
2.4.
 
Aqreqatın  hərəkət  hissəsinin,  dönmə 
mexanizminin  və  arxa  qoşma  qurğusunun 
istismardan əvvəl  nasazlığının yoxlanılması
  
Bu  alt  başlıqda  traktorun  hərəkət hissəsindəki 
nasazlıqların  yoxlanılmasının  ardıcıllığı  qeyd  edilir. 
Dömə  hərəkətində  dönmənin məhdudlaşdırıcısının 
tənzimlənməsi  göstərilir.  Aqreqatın  arxa  asma 
qurğusunun nasazlıqlarının aşkar edilməsi və aradan 
qaldırılması göstərilir. 
 
2.4.1.
 
Traktorunun  qabaq  istiqamət  verici 
təkərlərinin  dönmə  qabiliyyətinin  və  traktorun 
dönməsinin yoxlanılması 
 
CLASS  AXİON  820
  traktorunun hərəkət hissəsində 
aşağıdakı nasazlıqlar yoxlanılır (Şəkil 2.19): 

 
Traktorun qabaq təkərlərinin dönmə bucağı;  

 
Balkanın (oxun) deformasiyası; 

 
Val birləşmələrinin,  yastıqların  və  s. 
yeyilməsi yoxlanılır; 

 
Traktorun təkərlərarası  izləri ((minimum 
1797  millimetr,  maksimum  1941  millimetr) 
(koleya)) yoxlanılır; 
 
Şəkil 2.17. Aqreqatın istismara yararlılığını 
şərtləndirən ehtiyat hissələri. 
 
 
 
Şəkil 2.18. Aqreqatın nasazlıqlarının 
yoxlanması. 
 
 
 
Şəkil 2.19. AXİON 820 traktorunun dönmə 
qabiliyyətinin yoxlanması.
 
 
38 
 


 

 
Təkərlərin yeyilməsi yoxlanılır; 

 
Traktorun hidravlik sisteminin elementləri: yağ nasosu, yağ süzgəcləri, bölüşdürücü və s. 
yoxlanılır. 
Şəkil 2.19-da R-traktorun dönmə radiusudur; 
Bu halda traktorun oxu deyil təkərləri oxa nəzərən dönür 
Y

 və  Y

 uyğun olaraq qabaq istiqamətverici daxili və xarici təkərlərin traktorun uzununa-
oxuna nəzərən dönmə bucağıdır. 
 
 
2.4.2.
 
Traktorun  qabaq  oxunun  çərçivəyə 
nəzərən mümkün yerdəyişməsinin yoxlanması 
Traktorun  qabaq  oxunun  çərçivəyə  nəzərən 
mümkün yerdəyişməsi yoxlanılmalıdır. 
Bu halda traktorun  qabaq  oxu  təkərlə  birlikdə 
traktorun  uzununa  oxuna  nəzərən  dönə  bilir (Şəkil 
2.20). 
Şəkildə  (+)  Y3  -qabaq  oxun  sola,  (-)  Y3-qabaq 
oxun sağa yerdəyişməsini göstərir. 
 
 
Şəkil 2.20. AXİON 820 traktorunun qabaq 
oxunun yerdəyişməsinin yoxlanılması. 
 
 
2.4.3.
 
Traktorun 
dönmə 
hərəkətinin 
məhdudlaşdırıcısının tənzimlənməsi 
Unutmayın! 
Traktorun  dönmə  hərəkətini 
təmin edən dönmənin məhdudlaşdırıcısının 
tənzimlənməsi təhlükəsiz iş üçün vacibdir. 
Traktorun  qabaq  körpüsünün  dönmənin 
məhdudlaşdırıcısı  tənzimləndikdə  aşağıdakı  ardıcıl 
işlər yerinə yetirilir (Şəkil 2.21): 

 
Domkratın köməyi ilə qabaq körpü qaldırılır; 

 
Körpü  sağa  axıra  qədər döndərilir və  tam 
təkrar hərəkət icra olunur; 

 
Təkər ilə  ən  yaxın  hissə  arasında  50 
millimetr olduğu yoxlanılır; 

 
Həmin  əməliyyatlar sol tərəf üçün də 
aparılır; 

 
Traktorla təkərarası  məsafə  50  millimetr-
dən fərqli olduqda məhdudlaşdırıcının 
tənzimlənməsi lazımdır. 
 
Şəkil 2.21. Traktorun dönmə hərəkətinin 
məhdudlaşdırıcısının tənzimlənməsi. 
 
39 
 


 
2.4.4.
 
Traktora 
aqreqatlaşan 
texnikanın 
nasazlığının yoxlanması 
Yeni  texnika  traktora  aqreqatlaşdırılmazdan 
öncə vəziyyəti yoxlanılır. 
Bu zaman bir sıra ardıcıl işlər yerinə yetirilir. 
Qoşma və ya asma olmasından asılı olmayaraq 
əməliyyat yerinə  yetirən kənd təsərrüfatı  maşınının 
bərkimə  hissələri  yoxlanılır.  Hidravlik  sistemi  barsa 
sistemin elementlərinin bərkiməsi,  hermetikliyi 
yoxlanılır. 
İşçi  orqanları  traktorun  GAV-dan hərəkətə 
gətirilirsə  kardan  ötürməsi  yoxlanılır  və  etibarlı 
birləşdiyindən əmin olmaq lazımdır. 
İşçi  maşının  becərmə  dərinliyinə  düzgün 
nizamlandığı yoxlanılır. 
 
Şəkil 2.22. Aqreqatda arxa qoşma qurğusunun   
nasazlığının yoxlanılması.
 
 
Məsələn,  kotanın  gövdələri  şumlama  dərinliyinə  nizamlanır.  Bu  məqsədlə  kotanın  dayaq 
təkəri  şumlama  dərinliyi səviyyəsində  (23-30 santimetr)  qaldırılır,  altına  həmin hündürlükdə 
taxta qoyulur, sonra kotan gövdələrinin gavahınlarının burnu yer səthinə toxunana kimi aşağı 
salınır  və  həmin vəziyyətdə  təkər  bərkidilir  (Şəkil 2.22).  Yoxlama  şumu  aparılır  və  şumun 
dərinliyi xətkeşlə ölçülür. 
 
 
2.5.
 
Taxılyığan  və  pambıqyığan  kombaynların  istifadəsindən  əvvəl  işçi  orqanlarının  işə 
yararlığının   yoxlanılması 
Bu alt başlıqda taxılyığan, pambıqyığan kombaynların istifadəsindən əvvəl işçi orqanların 
işə  yararlılığının  yoxlanılmasının  vacibliyi  göstərilir.  Kombaynların  hərəkət ötürücü 
mexanizmlərinin tənzimlənməsinin  əhəmiyyəti və  xüsusiyyətləri verilir. Pambıqyığan 
kombaynlarda  pambığın  sorulma dərəcəsinin  kombaynın  keyfiyyətli  işinə  təsiri  göstərilir. 
Pambıqyığan kombaynlarda şpindellərin ara məsafəsinin normal olmasının vacibliyi qeyd edilir. 
Taxılyığan  kombaynlarda  taxılın  biçilmə  hündürluyu,  biçən hissənin torpaqdan olan 
hündürlüyü ilə tənzimlənir.  Biçən hissə kabinədən mexanizator tərəfindən proses boyu idarə 
edilir.  
Taxılın döyülmə keyfiyyəti döyən aparatda barabanla baraban altlığı arasında qoyulmuş ara 
boşluğundan asılı olur. Yığılan bitkinin dəninin ölçüsündən asılı olaraq bu ara məsafəsi dəyişir. 
İşə başlamazdan əvvəl bu mexanizm və qovşaqların düzgün nizamlanması yoxlanılmalıdır. 
Pambıqyığan  kombaynlarda  pambığı  koldan  ayıran  işçi  orqanın-barmaqlı  və  ya  şpindelli 
ayırıcının işinin keyfiyyəti pambığı tam olaraq yığması ilə müəyyən edilir. Həmçinin pambığın 
təmiz yığılması əsas hesab edilir. Bu barmaqların fırlanma sürəti dişlərinin itiliyi ilə  müəyyən 
edilir. 
40 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə