İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   18   19   20   21   22   23   24   25   ...   31

 
3.11.
 
Nasazlıqlara görə yaranan səs və iylər 
Məlumdur ki, traktorların və kombaynların mühərriklərində, gücötürmə mexanizmlərində, 
idarə  etmə  orqanlarında,  hərəkət hissələrində,  işçi  və  koməkçi  orqanlarında  uzun  zaman 
işlədikdən sonra sürtünmə  nəticəsində  yeyilmə  baş  verir.  Yeyilmə  nəticəsində  sürtünən 
hissələrin ölçüləri dəyişir. Bəzi hallarda yeyilmiş hissələrdə səslər və xarakterik iylər əmələ gəlir. 
Mexnizator bu səsləri və iyləri bilməli və müvafiq tədbirlər görməlidir. 
 
 
3.11.1.
 
Mühərriklərdə baş verən nasazlıqlar 
Traktorun  mühərrikində  nasazlıqlar  əsasən 
qida sistemində,  yağlama  sistemində,  soyutma 
sistemində, 
çarxqol-sürgüqol 
mexanizmində, 
qazpaylama mexanizmində ola bilir.  
Qida 
sistemində 
yanacaq 
nasosunda 
forsunkalarda nasazlıqlar baş verə bilər. 
Mühərrikdə  yanacağın  natamam  yanmasından 
detonasiya əmələ gəlir. 
Detonasiya  tez  alışmadan  baş  verir,  çox  səsli, 
partlayışlı səs əmələ gətirir. 
Səs  əmələ  gətirən  nasazlıqlar  əsasən sürtünən 
hissələrdə baş verir. 
Bəzi hallarda detonasiya nəticəsində  porşenin 
üst hissəsi deşilir (Şəkil 3.37) 
 
 
 
Şəkil 3.37. Detonasiya nəticəsində porşenin 
deşilməsi baş verə bilər.
 
3.11.2.
 
Mühərrikdə kar səs yaranması 
Mühərrikdə  kar  səs  yaranması  dirsəkli  valda 
əsas  və  sürgü  qolu  boyunlarında  yeyilmədən 
araboşluğunun əmələ gəlməsi nəticəsində baş verir. 
Dirsəkli  valda  səs  olanda  səs  mühərriki  işə 
salan anda baş  verir.  İşə  salma  zamanı  yağ  soyuq 
olduğundan  dirsəkli  valın  yastıqlarına  çatmadığı 
üçün səs gəlir. Sonra səs sakitləşir. Mühərrikin boş iş 
rejimində tam yox olmur (Şəkil 3.38). 
 
 
Şəkil 3.38. Mühərrikin dirsəkli valında 
yeyilmədən əsas və sürgüqolu boyunlarında 
araboşluqlarının əmələ gəlməsi.
 
63 
 


 
3.11.3.
 
Mühərriklərin qulaq asma zonaları 
Mühərrikdə  yaranan  səsləri  araşdırmaq  üçün 
ona qulaq asmaq lazımdır. 
Mühərrikə  qulaq  asma  zonalara  ayrılır  və  hər 
zona hansı hissədə nasazlıq olduğunu göstərir (Şəkil 
3.39). 
Şəkil 3.39. Mühərriklərin qulaq asma 
zonaları.
 
 
1 - Klapanların zonası;  
2 - porşenlərin zonası;  
3 - İtələyicilərin zonası;  
4 - yastıqların zonası;  
5 - Paylayıcı dişli çarxların zonasıdır. 
 
 
3.11.4.
 
Mühərrikdəki səslərin müəyyən edilməsi 
üçün cihaz 
Mühərrikdəki səsləri  müəyyən etmək  üçün 
cteteskop adlanan cihazdan istifadə  edilir (Şəkil 
3.40).  Cteteskop  qulaqcıqdan  və  yoxlama 
aparatından  ibarətdir.  Aparatın  ucunu  Şəkil  3.39-da 
göstərilmiş  zonalara  toxundurmaqla  eşidilən səsə 
görə nasalığı müəyyən etmək olur. 
 
 
Şəkil 3.40. Nasazlığı səsə görə müəyyən edən 
stetoskop. 
 
3.11.5.
 
Mühərrikin endoskopiyası  
Müasir  diaqnostikada mühərrikin səsinin 
endoskopiyası aparılr. Bu aparat stetoskopa nisbətən 
daha dəqiq məlumat verir (Şəkil  3.41). 
 
 
Şəkil 3.41. Mühərrikin endoskopiyası.
 
64 
 


 
3.11.6.
 
Porşen və silindrlərin nasazlıqları  
Porşen  silindr  daxilində  irəli  geri  hərəkət 
etdiyindən 
yüksək 
temperatur 
şəraitində 
işlədiyindən  onların  halqaları  və  özləri tez yeyilir. 
Nəticədə  yanma  kamerasına  yağ  düşür.  Və  bu  ixrac 
qazlarında acı tüstünün əmələ gəlməsinə səbəb olur. 
Tüstünün  iyindən mühərrikdə  halqa və  içliklərin 
yeyildiyi bilinir (Şəkil 3.42). 
 
Şəkil 3.42. Porşenin halqalarının yeyilməsi 
ixrac qazlarında iyin əmələ gəlməsinə səbəb 
olur. 
 
3.11.7.
 
Qazpaylama mexanizminin 
klapanlarının nizamlığının pozulması və yaranan 
səs 
Yadda  saxlayın! 
Mühərrikdə  qazpaylama 
mexanizminin  klapanlarında  nizamlıq  pozulduqda 
səs yaranır (Şəkil 3.43). 
Bu zaman klapan tənzimlənməsinə  ehtiyac 
duyulur.  Klapanların  nizamlanması  dedikdə  iki 
çiyinli dəstəyin çiyni ilə  klapanın  başlığı  arasındakı 
ara  boşluğunun  nizamlanması  başa  düşülür.  Bu  ara 
boşluğu  çiyinli dəstəyin  qarşı  çiynində  nizamlayıcı 
vinti fırlatmaqla əldə edilir, artırılır və ya azaldılır. 
 
 
Şəkil 3.43. Qazpaylama mexanizminin 
klapanlarının nizamlığının pozulması və 
yaran səs. 
3.11.8.
 
Mühərrikin  ixrac  borusundan  boz  ləkəli 
tüstünün çıxması 
Mühərrikin silindr-porşen  qrupu  yeyildikdə 
yanma kamerasına düşən yağ ixrac qazlarında yağın 
olması  ilə  nəticələnir. Bu eyni zamanda tüstünün 
rəngində və iyində hiss edilir. 
 
Unutmayın! 
Yanma 
kamerasına 
yağ 
düşdükdə  m
ühərrikin  yanmış  qaz  ötürücü 
borusunda və  ya səs  batırıcısında  iy  yaranır  (Şəkil 
3.44). 
 
Şəkil 3.44. Mühərrikin yanmış qaz ötürücü 
trubası.
 
65 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə