İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə


Nəzəri biliklərin qiymətləndirilməsi



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə30/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   23   24   25   26   27   28   29   30   31

 
 
Nəzəri biliklərin qiymətləndirilməsi 
Test 4 
 
Sual 1. 
Aqreqat istifadə edildikdən sonra, əvvəl icra olunmalıdır: 
A) Mühərrikə su əlavə edilməli; 
B) İsti mühərrik soyudulmalı; 
C) Mühərrikə yağ əlavə edilməli; 
D) Mühərrikin qızmış hissələrinin üzəri xüsusi örtüklə örtülməlidir. 
 
Sual 2. 
Maşın, texnika və ya aqreqatların istifadədən sonra saxlanılma dövrləri: 
A) Yalnız qış dövründə saxlanma; 
B) Mövsüm dövrü saxlanma; 
C) İl boyunca saxlanma; 
D) Qısa və uzun müddətli saxlanma. 
 
Sual 3. 
Mühərrikli maşınlarda istifadədən sonra əvvəl hansı hissələr nədən təmizlənir? 
A) İsti hissələrdən yanma qabiliyyətli materiallardan; 
B) Taxılsəpənin şırımaçanı otlardan; 
C) Kotanın gavahını saman, torpaq və quru otdan; 
D) Taxılyığanın saman tutucusu samandan təmizlənir. 
 
Sual 4. 
CLASS MEGA 350 taxılyığan kombaynın istifadəsindən sonra təmizlənən işçi orqanlar: 
A) Kəsici aparatın barmaqlı brusları, saxlayıcı, tənzimləyici dəstək və kəsici bıçağın intiqalı; 
B) Saman tutucunun qaldırma mexanizmi; 
C) Taxıl qutusunun boşaldıcı şneki; 
D) Döymə mexanizminin hərəkətötürücü qayışları. 
 
Sual 5. 
Maşın, texnika və ya aqreqatın istifadədən sonra saxlanılma yerlərinə aiddir: 
A) Tarla kənarında düzləndirilmiş sahələr; 
B) Üstüörtülü yerlər, anbarlar və mailliyi 2-3

olan açıq sahələr; 
C) Texnikanın saxlanılmasına icazə verilməyən ərazilər; 
D) Örtüksüz açıq və düz sahələr.  
 
Sual  6. 
Maşın,  texnika  və  ya  aqreqat  intensiv  günəş  altında  və  soyuq  iqlimdə  saxlandıqda 
gözlənilməlidir: 
A)
 
Xüsusi qapalı yerdə və mühərrik xüsusi örtüklə örtülməlidir; 
B)
 
Günəş və soyuqdan qoruyucu örtük olmadan saxlanılmalıdır; 
C)
 
Elektrik naqilləri və  kabellərin nasazlıqlarını  yoxlamaq  üçün  xüsusi  qurğulardan  istifadə 
edilən yerlərdə; 
D)
 
“Günəş şüası” və “Qış paketi” dəstlərindən istifadə edilmir. 
89 
 


 
5.
 
Yeni maşın, texnika və ya aqreqatda işlədikdə qəza və zədələnmələrdən 
müdafiə
 
 
Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatların işi zamanı baş verə biləcək 
qəza və  zədələnmələrdən  mühafizə  məqsədi ilə  təlimatlanma  haqqında  məlumat verilir. 
Aqreqatdan istifadə etdikdə qəza və zədələnmələrdən qorunmaq məqsədilə mexanizatorlar və 
digər  işləri yerinə  yetirən  işçilər  xüsusi  təlimatçılar  tərəfindən təlimatlanmalıdır.  Baş  verə 
biləcək bədbəxt  hadisələrin  qarşısı  yalnız  müvafiq  təhlükəsizlik tədbirlərinin  görülməsi 
nəticəsində alına bildiyindən bu növ təlimatların vaxtında aparılması məqsədə uyğundur. Yığım 
dövründə,  nəqliyyat  dövründə  və  s.  mexanizatorların,  eyni  zamanda  digər  işçilərin  xüsusi 
geyimlərlə təmin edilməsinin vacibliyi göstərilir. 
Burada təhlükəsizlik üçün hüquqi qaydalar haqqında  məlumat,  təhlükəsizlik tədbirləri, 
qoruyucu geyimlər haqqında bilgilər verilir. 
 
5.1.
 
Qəza və zədələnmələrdən müdafiə üzrə təlimatlanma. Hüquqi qaydalar 
Burada qəza və zədələnmələrin baş verməsindən mühafizə məqsədi ilə mexanizatorların 
və aqreqata xidmət edən digər işçilərin təlimatlanma qaydaları qeyd edilir. Yeni maşın, texnika 
və  ya  aqreqatlardan istifadə  etdikdə  işçilər qəza və  zədələnmələrin  hüquqi  qaydaları  ilə 
təlimatlanır.  Qısa  müddətdə  də  olsa  maşınların  lazım  olan  yerlərdə  dayandırılması  haqda 
məlumatlar verilir. 
 
5.1.1.
 
Hüquqi qaydalar 
Mexanizatorlar yol hərəkəti qaydalarını yaxşı bilməli və onlara əməl etməyə borcludur. 
Yol hərəkəti qaydalarını bilməyən, etibarlıq müddəti qüvvədə olmayan sürücülük vəsiqəsi 
ilə mexanizatora texnikanı idarə etməyə icazə verilmir. 
Bütün  özüyeriyən,  asılan  və  qoşulan  kənd təsərrüfatı  maşınlara  Dövlət  Texniki  Nəzarət 
müfəttişliyində qeydiyyatdan keçməli və qeydiyyat vəsiqəsi alınmalıdır. 
Bütün sürücülər dövlət yol polisi əməkdaşlarının tələblərinə əməl etməlidir. 
Bütün bunlar qəza hallarının qarşısının alınmasına xidmət edir. 
 
5.1.2.
 
Qəza  və  zədələnmələrdən  müdafiə 
haqqında təlimatlanma 
 
Diqqət! 
Bu təlim elementində  yeni  maşın, 
texnika və ya aqreqatlardan istifadə etdikdə qəza və 
zədələnmələrdən mühafizə  üçün təlimatlanma 
haqqında məlumat verilir (Şəkil 5.1). 
 
 
Şəkil 5.1. Aqreqatlardan istifadə zamanı qəza 
və zədələnmələrdən mühafizə üzrə 
təlimatlanma. 
90 
 


 
Yadda saxlayın! 
Mexanizatoqəza və zədələnmələrin hüquqi qaydaları ilə təlimatlanır. 
Bunun üçün iş yerində mexanizator idarə edəcəyi aqreqat üzrə xüsusi təlimatlanmalı və 
onun təlimatlanma səviyyəsi yoxlanılmalıdır. 
 
 
5.1.3.
 
Texnika  parkında  təhlükəsizlik  tədbirləri 
ilə tanışlıq 
 
Diqqət!
  Yeni  maşın,  texnika  və  ya 
aqreqatlardan istifadə  zamanı  baş  verə  biləcək 
bədbəxt 
hadisələrin 
qarşısı 
təhlükəsizlik 
tədbirlərinin görülməsi ilə alınır.  
Parkda təhlükəsizlik tədbirlərini mənimsəmək 
məqsədi  ilə məşqlər təşkil edilməlidir (Şəkil 5.2). 
Həmin  aqreqatlarda  işləyəcək hər bir 
mexanizator və köməkçi işçilər ilk əvvəl təhlükəsizlik 
texnikası  üzrə  mütəxəssislər tərəfindən təlimatla 
tanış olmalıdırlar. 
 
Şəkil 5.2. Aqreqatlardan istifadə zamanı 
təhlükəsizlik tədbirlərinin görülməsi. 
 
Unutmayın! 
Aqreqatın  istifadəsindən sonra 
onun dayanması üçün müəyyən edilmiş ərazidə 6-10 
metr ara məsafəsi gözlənilməklə saxlanılması həmin 
anda baş verə biləcək bədbəxt hadisədən qorunmanı 
təmin edir (Şəkil 5.3). 
 
Şəkil 5.3. Aqreqatın istifadəsindən sonra 
onun təhlükəsiz dayandırılması. 
 
 
Diqqət!
  Aqreqatın  istifadəsindən sonra onun 
saxlanılması  zamanı  təlimata  düzgün  riayət 
edilməməsi qəza və ya bədbəxt hadisə ilə nəticələnə 
bilər.  Odur  ki,  maillik  bucağı  10-15
0
-dən  çox  olan 
yerlərdə aqreqatın saxlanmasına icazə verilmir (Şəkil 
5.4).  
 
Şəkil 5.4. Aqreqatlardan istifadədən sonra    
saxlanıldıqda maillik bucağının gözlənilməsi. 
91 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə