İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə25/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   21   22   23   24   25   26   27   28   ...   31

 
Kənd təsərrüfatı  texnikası  bilavasitə  torpaqla və  bitki ilə  işlədiyindən torpaq və  bitki 
qalıqları  maşının  işçi  orqanlarında  toplanır.  Torpağın  nəmliyi yüksək  olduqda  torpaq  maşının 
təkərlərinə,  kotanın  gövdəsinə,  kultivatorun  pəncələrinə  yapışır  onların  ağırlığı  artır, 
becərmənin keyfiyyəti dəyişir.  Səpən və  əkən  maşınlarda  toxum  və  gübrə  qalıqları 
təmizlənməlidir.  Zəhərli kimyəvi maddələri çiləyən  texnikada  işçi  orqanlar  təmizlənməlidir. 
Taxılyığan,  yemyığan,  pambıqyığan,  çuğundur  və  kartof  yığan  kombaynlar  yığdığı  bitkinin 
qalıqları  işçi  orqanların  çıxıntılarına  ilişib  qalır.  İstifadədən  sonra  işin  sonunda  texnika  bitki 
qalıqlarından təmizlənməlidir. 
 
Diqqət!
 Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatların istifadəsindən sonra 
saxlanılması haqqında məlumat verilir. 
 
4.2.1.
 
Texnikanın  saxlanması  üçün  talvarlardan 
istifadə 
 
Unutmayın! 
Maşın,  texnika  və  ya aqreqatlar 
istifadə  edildikdən  sonra  qısa  (10  gündən 2 aya 
kimi)  və  uzun müddətə  (2  aydan  çox)  saxlanılır 
(Şəkil 4.2).  
Bu məqsədlə  texnikanın  saxlanılması  üçün 
müəyyənləşdirilmiş  xüsusi  yerlərdə  saxlanma 
şərtlərinə  riayət edilməklə  saxlanılmanın  təşkil 
edilməsi vacibdir. 
 
 
Şəkil 4.2. Aqreqatların saxlanılması üçün üstü 
örtülü talvar. 
 
4.2.2.
 
Texnikanın açıq meydançada saxlanması 
Örtülü  saxlanma  şəraiti  olmadıqda  texnikanı 
açıq  meydançada  saxlamalı  olurlar.  Bu  zaman  isə 
saxlanmaya daha ciddi tələblər qoyulur.  
Diqqət!
  Yeni  maşın,  texnika  və  ya aqreqatlar 
açıq meydançada saxlanıldıqda (suyun axması üçün 
2-3

maillik)  ehtiyac  olan  işçi  orqanlar  çıxarılaraq 
orada saxlanılır (Şəkil 4.3). 
Cərgəarası məsafə (8-10 metrdən az olmamalı) 
və  texnikanın  növündən  asılı  olaraq  onların 
arasındakı  məsafə  (0,6-3 metr  hüdudunda)  mütləq 
gözlənilməlidir. 
 
 
Şəkil 4.3. Kənd təsərrüfatı maşınlarının  
meydançada saxlanılması.
 
Yadda  saxlayın! 
Texnikanın  uzun  müddətə  saxlanılması  tam  örtülü  (anbar)  və  ya üstü 
örtülmüş ərazidə olmalıdır. 
Üstü örtülü ərazidə  saxlanıldıqda  maşınların  tez  sıradan  çıxan  hissələri  texnikanın 
üzərindən açılaraq müəyyənləşdirilmiş xüsusi örtülü yerlərdə saxlanılır. 
73 
 


 
4.3.
 
Mühərrikli  maşınların  qızmış  hissələrindən  yanma  qabiliyyətli  materialların 
təmizlənməsi 
Kənd təsərrüfatı  bitkiləri  yığılarkən,  xüsusi  ilə  taxıl,  qarğıdalı,  pambıq  və  başqa  bitkiləri 
yığarkən  qurumuş  bitki  qalıqları  maşınların  qızmış  işçi  hissələrinə  yığıla  bilir.  Bu isə  oddan 
təhlükəlidir.  Odur  ki,  mühərrikli  maşınlardan  istifadə  etdikdən  sonra  işin  sonunda  maşının 
hissələri bitki qalıqlarından təmizlənir. 
Burada  müxtəlif  növ  maşınları  istifadə  etdikdən  sonra  işçi  orqanların  təmizlənməsi 
qaydaları haqqında təlimatlanma işləri haqqında məlumat verilir. Eləcə də John Deere taxıl və 
pambıqyığan, Class Meqa  tipli taxılyığan kombaynların və digər maşınların istifadədən sonra işçi 
orqanlarının təmizlənməsi haqda məlumatlar qeyd edilir. 
 
4.3.1.
 
Mühərrikli,  özüyeriyən  kombaynların  işçi 
orqanlarının təmizlənməsi 
Taxılyığan  kombaynların  mühərrikləri  yanğın 
təhlükəsizliyini təmin etmək məqsədi ilə kombaynın 
üst hissəsində yerləşir. Lakin nə qədər olsa da taxıl 
biçini zamanı yüngül saman hissəcikləri, püfə havada 
oynayaraq  kombaynın  bütün  hissələrinə  tökülür 
(Şəkil 4.4). O cümlədən qızmış hissələrin üzərinə də 
düşür.  Şnekdə,  biçən  aparatda,  maili  kameranın 
zəncirlərində,  döyən  aparatda,  saman-küləş 
silkələyəndə,  xırdalayıcıda  küləş  və  saman  qalıqları 
qalır. 
Gün  ərzində  qızmış  hissələrə  ilişib  qalan 
qalıqlar  təmizlənməli,  işdən sonra kombayn tam 
təmizlənməlidir. 
 
Unutmayın! 
İstifadədən  sonra  taxılyığan 
kombaynların işçi orqanları təmizlənir. 
 
 
Şəkil 4.4. Taxılyığan kombaynın işi zamanı 
toz, püfə, saman hissəciklərinin ətrafa 
yayılması.
 
4.3.2.
 
Kombaynın 
işçi 
hissələrinin 
bitki 
qalıqlarından təmizlənməsi 
Kombaynın  işi  qurtardıqdan  sonra  işçi 
hissələrin  üzərində  olan  qalıqlar  təmizlənir. Biçən 
hissə  və  şnekdə  saman,  dən,  sünbül,  küləş  qalıqları 
yanğın  üçün  təhlükəlidir.  Odur  ki,  təmizlənməlidir 
(Şəkil 4.5). 
 
Şəkil 4.5. Taxılyığan kombaynın işçi 
orqanlarının təmizlənməsi. 
74 
 


 
Diqqət! 
Mühərrikli maşınların isti hissələrində 
yüksək  temperatur  olduğundan  yanma  qabiliyyətli 
materiallar  quru  ot,  saman,  püfə  və  s.  mütləq 
təmizlənməlidir (Şəkil 4.6). 
 
 
 
Unutmayın! 
Taxılyığan  (qarğıdalıyığan  və  s.) 
kombaynların  qızmış  hissələri  otdan,  samandan 
təmizlənməlidir. Əks halda yanğın təhlükəsi yarana 
bilər (Şəkil 4.7). 
 
 
 
4.3.3.
 
Kombaynın təmizlənməsi 
 
Yadda  saxlayın! 
Almaniya  istehsalı  CLASS 
MEGA  350
  taxılyığan  kombaynın  kəsici  aparatının 
barmaqlı  brusları,  saxlayıcı,  tənzimləyici dəstək və 
kəsici bıçağın intiqalı toz, saman, ot və s. qalıqlardan 
təmizlənir (Şəkil 4.8). 
 
 
 
4.3.4.
 
Döyən  aparatın  bitki  qalıqlarından 
təmizlənməsi 
Taxıl hissəcikləri oda çox hərisdir.  
 
Unutmayın! 
İşdən sonra əsas  işçi  orqanların 
qəbul  kamerası,  döyücü  aparat  və  ötürücü  biter 
təmizlənməlidir. 
 
JOHN  DEERE
  taxılyığan  kombaynların 
taxıldöyən aparatı  təmizləndikdən sonra (işdən 
sonra)  itkiyə  yol verilməməsi məqsədi ilə  döyücü 
kameranın ara məsafəsinin düzgün qoyulması vacib 
şərtdir (Şəkil 4.9). 
 
 
Şəkil 4.6. Mühərrikli  maşınların  isti 
hissələrinin yanğından qorunması. 
 
 
Şəkil 4.7. Taxılyığan kombaynlarda yanğın 
təhlükəsi. 
 
 
Şəkil 4.8. Class Meqa 350 taxılyığan 
kombaynın istifadədən sonra təmizlənməsi. 
 
 
Şəkil 4.9. Taxılyığan kombaynın  döyən 
aparatının təmizlənməsi. 
75 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə