İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 
3.8.4.
 
Pambığın  kombaynla  rulon  formasında 
bağlanması 
Yığılmış pambığı qoşquya boşaltmaq bəzən çox 
vaxt aparır, pambığın yerə tökülməsinə səbəb olur. 
Bunun  qarşısını  almaq  üçün  yığılmış  pambığı 
rulon  formasında  qablaşdıran  kombaynlardan 
istifadə edilir.  
John  Deere  JD  690  markalı  6  cərgəli  
pambıqyığan kombayn pambığı yığır, təmiz pambığı 
rulonlayır və üzərini bir neçə qat polietilen materialla 
üzləyir. Belə  rulonlar hətta  6  aya  yaxın  müddətdə 
saxlanıla bilir. 
 
Şəkil 3.30. John Deere JD 690 markalı 6 
cərgəli  pambıqyığan kombaynla pambiğin 
rulonlu kiplərlə toplanması. 
Belə  rulonları  sonradan  pambıq  qəbulu məntəqələrinə  və  ya  emal  zavodlarına  daşımaq 
asan olur. 
Unutmayın! John Deere  
pambıqyığan kombaynı iş zamanı yığılmış pambıq kütləsini rulon 
halında formaya salır və sahə kənarında xüsusi ayrılmış yerdə toplanır (Şəkil 3.30). 
 
3.9.
 
Nəzarət cihazları 
Traktorların  özüyeriyən  kombaynların  sistem  və  mexanizmlərinin  normal  işinə  nəzarət 
etmək,  normal  fəaliyyət  göstərməsini  xarakterizə  edən  göstəricilərə  daim nəzarət etmək üçün 
kabinada sürücünün cihazlar lövhəsində müxtəlif cihazlar qoyulur. Bu cihazlar soyutma, yağlama, 
qidalanma,  hidravlik  və  elektrik  sistemlərinin,  idarə  etmə  orqanlarının  normal  fəaliyyətini  əks 
etdirir. 
Yağlama sistemində və hidravlik sistemdə yağın təzyiqinə, süzgəclərin çirklənməsinə və s. 
nəzarət edilir. 
Soyutma sistemində soyuducu mayenin temperaturuna nəzarət edilir. Elektrik sistemində 
sistemdə olan cərəyan şiddətinə nəzarət edilir. 
Tormoz mayesinin səviyyəsi və təzyiqinə nəzarət edilir. 
Odur  ki,  sürücü  mütəmadi  olaraq  bu  cihazların  göstəriciləri  əsasında  texnikanın  texniki 
vəziyyəti haqqında məlumat əldə etməklə nəzarət edir. 
3.9.1.
 
Yağ səviyyəsini ölçən cihaz 
 
Diqqət! 
Aqreqatın  işi  zamanı  kabinadakı 
ekranda  yağın  səviyyəsini ölçən  xüsusi  cihazın 
(mikromanometr)  göstəricisinə  fikir verilməlidir 
(Şəkil 3.31). 
 
Şəkil 3.31. Kabinada yağın səviyyəsini ölçən 
mikromanometr. 
60 
 


 
3.9.2.
 
Traktorun  hidravlik  sistemində  yağın 
təzyiqinə nəzarət 
 
Unutmayın!
  Traktorun  hidravlik  sistemində 
yağın  təzyiqinə  elektro  istilik  impulslu  yağ  təzyiqi 
göstəricisi vasitəsilə nəzarət olunur (Şəkil 3.32). 
 
Şəkil 3.32.  Hidravlik sistemdə yağ təzyiqi 
göstəricisi. 
 
 
3.9.3.
 
Soyuducu mayenin temperaturuna nəzarət 
Özüyeriyən  texnikada  mühərrikin  soyudulması 
vacibdir.  İş  rejimində  mühərriklərin yüklənməsi 
artdığından onun hissələri çox qızır. Odur ki, qızmış 
hissələr nominal temperaturadək  soyudulmalıdır. 
Şəkil 3.33-də göstərildiyi kimi mayenin temperaturu 
80-93
0
C  həddində  olsa mühərrik normal 
soyudulacaq. Mayenin temperaturu 100
0
C-yə 
yaxınlaşması  təhlükəlidir.  Bu,  suyun  qaynama 
temperaturudur, odur  ki, mühərriki soyudula bilmir 
və ciddi fəsad verə bilər.
 
 
Yadda  saxlayın! 
Aqreqatın  kabinasında  suyun 
temperaturuna nəzarət cihazı qoyulur.  YT-250 və s. 
tipli temperatur göstəricisi yerləşdirilir.  
 
 
 
Şəkil 3.33.  Suyun temperaturuna YT-250 
tipli nəzarət edən cihaz. 
 
 
3.10. Soyutma üçün havalandırma kanalları, mühərrik üçün  hava ötürülməsi 
Traktor  və  kombaynların  mühərriklərində  iki soyutma sistemi  tətbiq  edilir. Maye  ilə 
soyutma, hava ilə soyutma. Həm maye ilə soyutmada, həm də hava ilə soyutmada hava iştirak 
edir. Maye ilə soyutma sistemində hava mayeni soyudan radiatoru soyudur. Hava ilə soyudulan 
mühərriklərdə isə hava bir başa silindrləri soyudur. 
Odur  ki,  mühərriklərin soyudulması  üçün  hava  kanalları  haqqında  məlumat  əldə 
edilməlidir. 
61 
 


 
3.10.1.
 
Maye  ilə  soyutma  sistemində  hava 
kanalları 
Maye ilə  soyudulan mühərriklərdə  soyuducu 
mayenin  soyudulması  vacibdir.  Maye  radiatorda 
soyudulur.  Radiatorlarda  olan  su  borularının 
ətrafında  hava  kanalları  olur  (Şəkil  3.34). 
Ventilyatorun  yaratdığı  hava  axını  radiatorun  maye 
axan  şaquli  kanalları  ətrafında  hərəkət  etməklə 
onların  soyumasını  və  bununla da mayenin 
soyumasını təmin edir. 
Radiatorda soyumuş maye yenidən mühərrikin 
su köynəklərinə qaytarılır. 
Şəkil 3.34.-də: 
a - borulu-tamasalı hava kanallı radiator; 
b - borulu-lentli  hava kanallı radiator. 
 
3.10.2.
 
Mühərriklərin hava ilə soyudulması  
Diqqət! 
Bəzi  traktorunun mühərrikində 
soyutma  üçün  havalandırma  kanalları  yerləşdirilir. 
Havalandırma  kanalları  silindrlərin hər birinin 
ətrafında olur  (Şəkil 3.35). Şəkildən göründüyü kimi 
mühərrik  işlədikdə  qayış  ötürməsi ilə  fırlanma 
hərəkəti dirsəkli valdan ventilyatorun  valına  verilir. 
Ventilyatorun  yaratdığı  hava  axını  mühərrikin 
silindrlərinin  hava  kanallarına  istiqamətləndirilir.  
Hava  axını  silindrlərin  ətrafında  dövr  edərək onu 
xaricdən soyudur. 
 
3.10.3.
 
Üfürücü havanın soyuducusu 
Unutmayın! 
Bir  sıra  mühərriklərdə,  məsələn 
4D20  Hover  H5  DT  MT-də  mühərrikin  soyudulması 
və  ya yanma prosesi üçün hava ötürücü sistem 
yerləşir (Şəkil 3.36). 
Şəkildə 3.36-də: 
1 - Genişləndirici qab; 
2 - Soyuducu mayenin dövr etdirilməsi üçün nasos; 
3 - Üfürücü havanın soyuducusu; 
4 - Turbokompressor; 
5-Üfürücü 
havanın 
soyudulması 
sisteminin 
radiatoru; 
6 - Drossel; 
7- Əks klapan.
 
 
Şəkil 3.34. Maye ilə soyutma sistemində 
hava kanalları. 
 
Şəkil 3.35. Mühərrikin hava ilə soyudulma 
sxemi və hava kanalları. 
1 - qayış ötürməsi;  
2 - hava kompressoru-ventilyator;  
3 - mühərrikin gövdəsinin qabığı;  
4 - silindrlərin qabırğası;  
5 - silindr;  
6 - hava qapağı 
 
Şəkil 3.36. Mühərrikin soyudulması və ya 
yanma prosesi üçün hava ötürücü sistem. 
62 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə