İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə24/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   20   21   22   23   24   25   26   27   ...   31

 
5.
 
Traktorun ixrac qaz borusundan  
çıxan qaza görə mühərrikin texniki 
vəziyyətinin yoxlanması 

 
İş paltarınızı geyinin.  

 
Bir neçə ağ kağız götürün. 

 
Təsərrüfatda olan traktorun mühərrikini işə salın 
və ixrac qaz borusundan çıxan tüstünün rəngini və 
iyini müşahidə edib qeyd edin. 

 
Ağ kağızı ixrac borusuna 3-4 santimetr məsafədə 
perpendikulyar vəziyyətdə tutub bir neçə saniyə 
saxlayın. 

 
Kağız üzərinə düşmüş qara yağ ləkələrini sayın. 

 
Ləkələrin sayına görə mühərrikin silindr porşen 
qrupunun texniki vəziyyəti haqqında 
mülahizələrinizi qeyd edin. 

 
İxrac qazından çıxan tüstünün iyinə və rənginə görə 
traktor mühərrikinin çarxqol-sürgüqol mexanizmi 
elementlərinin, yağlama sisteminin texniki vəziyyəti 
haqqında mülahizələrinizi qeyd edin. 

 
Ixrac qazlarını ötürən borudan çıxan tüstünün 
rənginə görə mühərrikin hissələrində olan 
nasazlıqlar haqqında mülahizə söyləyin. 

 
Ixrac qazlarını ötürən borudan çıxan tüstünün iyinə 
görə mühərrikin hissələrində olan nasazlıqlar 
haqqında fikir söyləyin. 
 
69 
 


 
 
Nəzəri biliklərin qiymətləndirilməsi 
Test 3 
 
Sual 1. 
Aqreqat ictimai yol nəqliyyatında hərəkət etdikdə davranış qaydalarına riayət etməlidir: 
A) Hərəkət sürəti məhdud olan yol hissəsində sürəti artırmalıdır; 
B) Qadağanedici nişan olmayan yol hissəsində istədiyi yerdə dayanmalıdır; 
C) Yol hərəkəti qaydalarına riayət etməlidir
D) Yol ayrıcında durmalıdır. 
 
Sual 2.
 Press yığıcılarla iş zamanı nəyə qəti icazə verilmir? 
A) Preslərin tarladan nəqliyyat maşınına yüklənməsinə; 
B) Press yığıcının dayandırılmış halda işçi hissələrinin təmizlənməsinə
C) Press yığıcının presləyici hissəsinin dayanmış halda tənzimlənməsinə; 
D) Əl ilə saman və ya otun yığıcıya ötürülməsinə. 
 
Sual 3.
 Aqreqat işlədikdə mexanizator hansı müxtəlif funksiyalardan istifadə etməlidir? 
A)
 
Səpin aqreqatında toxum, gübrə, yanacaq doldurulması və yığım zamanı məhsulun nəqliyyat 
aqreqatına boşaldılmasını; 
B)
 
Aqreqatı idarə edərkən maşının ön hissəsində işçinin dayanmasının mümkün olmasını; 
C)
 
Aqreqat hərəkətdə olduqda tənzimləmə işlərinin aparılmasının mümkünlüyünü; 
D)
 
Mühərrikdə su və yağının əlavə olunmasını. 
 
Sual 4.
 Aqreqatın məhsuldarlıq həddi göstəricilərinə aiddir: 
A)
 
Maşının en götürümü, işçi hərəkət sürəti, növbəlilik təmiz iş vaxtında aqreqatın iş həcmi; 
B)
 
Maşının maksimum sürəti, məhsulun sıxlığı, maşının manevr etmə qabiliyyəti; 
C)
 
Aqreqatın dönmə bucağı, boş dayanma, iş vaxtından maksimum istifadə etmə; 
D)
 
Aqreqatın normal iş sürəti, maksimum en götürümü, iş vaxtından istifadə əmsalı, mühərrikin 
maksimum yüklənməsi. 
 
Sual 5.
 Aqreqatın iki növbəli işinin təmin edilməsi hansı göstəricilərə təsir edir? 
A)
 
İşin yerinə yetirilmə müddətini azaldır, maşının məhsuldarlığını yüksəldir və özünü ödəmə 
müddətini artırır; 
B)
 
İşin icra müddətini çoxaldır, maşının gücünü artırır və işçi orqanlar işlənib açılır; 
C)
 
İşçi orqanlar tez- tez təzələnir, mühərrikin yüklənmə əmsalı azalır, işçi sürətinə müsbət təsir 
edir; 
D)
 
Mühərrikin  gücündən maksimum istifadə  əmsalı  azalır,  iş  görməsi  azalır,  özünü  ödəmə 
müddəti qısalır. 
 
70 
 


 
Sual 6.
 Mühərrikin klapanlarında nasazlıq olduqda nə hiss edilir? 
A) Mühərrikdə uğultu meydana gəlir; 
B) Klapanlarda səs yaranır; 
C) Mühərrikin tüstü ötürücüsündə qara tüstü olur; 
D) Traktoru işə saldıqda starter gərginlik verə bilmir. 
 
71 
 


 
4.
 
Yeni maşın, texnika və ya aqreqatların istifadədən sonra saxlanılması 
Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatlar məhsulun istehsalında istifadə 
edildikdən  sonra  onların  saxlanılma  qaydaları  və  bu qaydalara riayət edilməsi verilir.  Kənd 
təsərrüfatı maşınları istifadə edildikdən sonra bəziləri qısa müddətə, bəziləri isə üzün müddətə 
saxlanılmaq  üçün  onlara  ayrılmış  xüsusi  yerlərdə  saxlanılır.  Kənd təsərrüfatı  maşınlarının 
saxlanılması məqsədi ilə onların saxlanılma şərtlərinin gözlənilməsi xüsusilə əhəmiyyətlidir. Bu 
məqsədlə  örtülü  anbarlardan,  üstü  örtülü  talvarlardan,  xüsusi  meydançalardan  və  s. istifadə 
edilir. 
Kənd  təsərrüfatı  maşınları  uzun  müddətə  saxlanıldıqda  onun  işçi  orqanlarının  torpaqla 
təmasda  olması,  yəni  torpağın  səthində  olması  işçi  orqanların  korroziyaya  uğramasına  və  tez 
sıradan  çıxmasına  səbəb  olur.  Odur  ki,  bu  maşınların  saxlanma  qaydaları  haqqında 
mexanizatorların və aqroservis mütəxəssislərinin təlimatlandırılması xüsusilə əhəmiyyətlidir. 
Texnika açıq havada mühafizəsiz saxlandıqda atmosfer çöküntülərinin təsirindən təkərləri
qayış və zəncir ötürmələri, rezin hissələri keyfiyyətini və elastikliyini itirir. 
Uzun müddətli  saxlamada  elektrik  avadanlıqları,  qayışlar  və  digər hissələr texnikanın 
üzərindən sökülərək anbara təhvil verilməlidir. 
Anbara təhvil verilən hissələrə  saxlanma  vaxtı  xidmət edilməli,  yağlanmalı  hissələr 
yağlanmalıdır. 
 
4.1.
 
İsti mühərrikin soyudulması  
Özüyeriyən kənd təsərrüfatı  texnikası  işdən 
sonra dayandırıldıqda onun mühərriki isti halda olur. 
İsti  mühərrik təhlükəlidir.  Toxunduqda  əli  yandıra 
bilər. Xüsusi ilə  ixrac  qazlarını  ötürən boru yüksək 
temperaturadək qızır. İsti mühərriki dayandıran kimi 
bir neçə  saniyədən  sonra  qaynama  baş  verir,  yəni 
soyuducu  maye  genişləndirici  qabı  doldurmağa 
başlayır və püskürmə baş verir. Soyutma sistemində 
olan mayeni tamam vurub çıxarır. Maye yerə tökülür 
(Şəkil 4.1). 
 
Şəkil 4.1. Mühərrikin işdən sonra 
soyudulması.
 
Bunun səbəbi  bəzi hallarda soyuducu mayenin keyfiyyətinin aşağı olması, bəzi hallarda isə 
qovucu nasosun pərinin  qırılması  ola  bilir.  Diqqət!  İş  vaxtı  bitdikdən sonra isti mühərrikin 
soyudulması lazımdır. 
 
4.2.
 
İstifadədən sonra texnikanın təmizlənməsi 
Bu alt başlıqda kənd təsərrüfatında məhsul istehsalında istifadə edilən maşın, texnika və ya 
aqreqatlar istifadə edildikdən sonra saxlanılmasının düzgün təşkili qeyd edilir. Kənd təsərrüfatı 
maşınlarının saxlanılması məqsədi ilə onlar üçün ayrılmış yerlərin tələb edilən səviyyədə olması 
əhəmiyyətlidir. Kənd təsərrüfatı  maşınlarının  elə  hissələri  vardır  ki,  onlar  maşından  kənarda 
sökülmüş halda və örtülü anbarlarda saxlanılmalıdır.  
72 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə