İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   23   24   25   26   27   28   29   30   31

 
5.2.
 
Yeni maşın   və  aqreqatdların nəqliyyatı və 
təmirində zədələnmələrdən müdafiə 
Burada ictimai yoldan istifadə  zamanı  yol 
hərəkəti qaydalarının gözlənilməsi haqqında təlimat 
verilir.  Aqreqatın  işçi  orqanlarının  təmiri  zamanı 
bədbəxt  hadisələrin  qarşısının  alınması  məqsədi ilə 
bu məqsədə  ayrılmış  xüsusi  yerlərdə  və  maşının 
söndürülmüş  halda  olması  haqqında  təlimatlanma 
aparılmasının  vacibliyi  göstərilir.  İstifadədən  sonra  
saxlamaq məqsədi ilə  hərəkət  anında  qəza  baş 
verməməsi  üçün    enişli  yolda  saxlanılmasının 
qadağan  olunması  haqqında  təlimat verilir.  Yadda 
saxlayın! 
İctimai  yoldan  istifadə  edərkən onu idarə 
edən şəxslər bu haqda təlimatlanmalı və yol hərəkət 
qaydalarına 
riayət etməlidir 
(Şəkil 
5.5). 
Mexanizatorun 
ictimai  yolda  aqreqatı  idarə  etmək 
üçün yol hərəkət  qaydalarını  bilməməsi qəza və 
bədbəxt hadisəyə səbəb ola bilər
 
 
Şəkil 5.5. İctimai yolda aqreqatı idarə edən 
şəxslərin təlimatlandırılması. 
 
5.2.1.
 
Qəza və zədələnmənin qarşısını almaq 
 
Yadda 
saxlayın! 
Aqreqatın  texnikanın 
saxlanılması,  fövqəladə  hal  baş  verdikdə,  təmirə 
ehtiyac olduqda   qəza və  ya bədbəxt  hadisələrin 
qarşısının alınması vacibdir (Şəkil 5.6). 
Odur ki,  aqreqatın  işçi  orqanlarının 
tənzimlənməsi və  təmiri  yalnız  xüsusi  yerlərdə  və 
aqreqatın söndürülmüş halında aparıla bilər. 
Belə  halda təmir  emalatxanalarından,  elektrik 
qaldırıcılardan istifadə məqsədəuyğundur. 
 
Şəkil 5.6.   Aqreqatın saxlanılmasında qəza və 
hadisələrin qarşısının alınması. 
 
5.2.2.
 
Enişdə 
traktorun 
və 
qoşqunun 
dayandırılması 
  
Diqqət! 
İstifadədən  sonra  texnikanı  elə 
saxlamaq  və  dayandırmaq  lazımdır  ki,  aqreqat  qəza 
təhlükəsi yaratmasın və ya qəza ilə nəticələnməsin. 
 
Yadda  saxlayın! 
Enişli  yolda  aqreqatın 
saxlanılmasına icazə verilmir (Şəkil 5.7). 
 
Şəkil 5.7.  Enişli yolda  aqreqatın 
saxlanılmasının nəticələri. 
92 
 


 
Nasaz texnikadan istifadəyə yol verilmir 
 
Unutmayın! 
Maşın,  texnikadan  nasaz 
vəziyyətdə istifadə etmək insanlar üçün təhlükəlidir. 
Maşın istifadədən sonra saxlanıldıqda nasaz işçi 
orqanların  bərpası  və  işlək  hala  salınması  qəza və 
bədbəxt hadisənin riskini azaldır (Şəkil 5.8). 
 
 
5.2.3.
 
Yol kənarlarında dayanma 
Unutmayın! 
Aqreqat istifadədən sonra yol 
kənarında 
düzgün 
saxlanılmadıqda 
və 
dayandırıldıqda qəzaya səbəb ola bilər və zədələnmə 
ilə nəticələnər (Şəkil 5.9). 
 
 
5.2.4.
 
Aqreqatın  yüksək  gərginlikli  elektrik 
xətlərinin altında işlədilməsi təhlükəlidir. 
 
Diqqət! 
Yüksək  gərginlikli  elektrik  xətlərinin 
altında 
işləyərkən 
təhlükəsizlik 
tədbirləri 
gözlənilməlidir (Şəkil 5.10). 
 
 
5.2.5.
 
Yüksək  gərginlikli  elektrik  xətlərinin 
altında işləyərkən təhlükəsizlik tədbirləri 
Kənd  təsərrüfatı  texnikası  zərurət  yarandığı 
halda  yüksək  gərginlikli  elektrik  xətti  altında 
işləyərkən xəttə nəzərən ciddi təhlükəsizlik məsafəsi 
qorunmalıdır  (Şəkil  5.10).  Əks  halda  texnikanın  hər 
hansı hissəsi təhlükəli zonaya yaxınlaşdıqda bədbəxt 
hadisə baş verə bilər. 
Şəkil  5.11-  də  A,  B,  V  -  həddi  yol  verilən 
təhlükəsizlik məsafələridir. 
Şəkildə  elektrik  xətləri  ətrafında  tünd  rənglə 
işarələnmiş  düzbucaqlı  təhlükəli  zona  olduğunu 
göstərir. 
Həmçinin  ildırım  çaxan  zaman  işləmək 
təhlükəlidir. Adətən ildırım ərazidə ən yüksək əşyanı 
vurur. İldırımın birbaşa zərbəsi çox təhlükəlidir. 
 
Şəkil 5.8.   Nasaz aqreqatdan istifadə 
təhlükəsi.
 
 
Şəkil 5.9.  Yol kənarında dayanma zamanı 
təhlükəsizlik tədbirləri. 
 
Şəkil 5.10. Aqreqatın yüksək gərginlikli 
elektrik xətlərinin altında işlədilməsi. 
 
Şəkil 5.11. Traktorun yüksək gərginlikli 
elektrik xətləri altında işləməsi. 
93 
 


 
Diqqət! 
Elektrik  işıqlandırma  cihazları,  sükan  idarəetmə  orqanı,  tormoz  sistemi  və  siqnal 
sistemi nasaz olan traktor və kombaynla işləməyə qəti yol verilmir. 
 
5.3.
 
Yığım zamanı qəza və zədələnmələrdən müdafiə 
Burada müxtəlif kənd təsərrüfatı məhsullarının yığımında istifadə edilən kombaynların işi 
zamanı  qəza və  bədbəxt  hadisələrdən,  zədələnmələrdən qorunmaq  üçün  işçilərin  xüsusi 
təlimatlandırılmasının  vacibliyi  qeyd  edilir.  Yığım  dövründə  kombaynların  işçi  orqanlarının 
təmizlənməsinə  yalnız  aqreqat  dayandığı  halda  icazə  verilməsi üzrə  təlimatlar  xüsusilə 
əhəmiyyətlidir. Aqreqatın işi zamanı kənar şəxslərin işçi orqanlara yaxın durmasının qəza və 
bədbəxt  hadisə  ilə  nəticələnə  bilməsi  haqqında  işçilərə  təlimatın  verilməsinin vacibliyi 
göstərilir. 
 
Diqqət!  JOHN  DEERE 
7760  pambıqyığan  kombaynlarla  iş  zamanı  qəza və  zədələnmələrdən 
qorunmaq üçün bütün işçilər təhlükəsizlik tədbirləri haqqında təlimat keçməlidir. 
 
Unutmayın!  JOHN  DEERE 
690  pambıqyığan 
kombaynları ilə iş zamanı qəza və zədələnmələrdən 
qorunmaq  üçün  şpindelin,  pambıqsorucu  boruların 
əl ilə təmizlənməsinə icazə verilmir (Şəkil 5.12). 
 
Yadda  saxlayın!  JOHN  DEERE 
7760 
pambıqyığan  kombaynlar  ilə  işlədikdə  köməkçi 
işçilər qəza və  zədələnmələrdən qorunmaq üçün 
xüsusi  geyimlərlə  təmin edilməli və  tənzimləmə-
təmir  işləri  kombayn  dayandırıldıqdan,  mühərrik 
söndürüldükdən sonra aparılmalıdır. 
 
 
Şəkil 5.12.   Pambıqyığan kombaynın işində   
qəza və zədələnmələrdən qorunma. 
 
5.3.1.
 
Qoşma texnikanın nəql etdirilməsi  zamanı 
təhlükəsizlik tədbirləri 
 
Diqqət!  Qoşma  texnika,  o  cümlədən 
 
pambıqyığan maşınlar tarlaya nəqliyyatı zamanı işçi 
orqanlar nəqliyyat vəziyyətinə  gətirilməlidir  (Şəkil 
5.13).  Qoşquya  götürmə,  sərt  qoşqudan  istifadə 
etməklə yerinə yetirilməlidir. 
 
Şəkil 5.13.   Qoşma pambıqyığan kombaynın 
tarlaya nəql etdirilməsi.
 
94 
 


 
5.3.2.
 
Qoşma 
kombaynla 
işləyərkən 
təhlükəsizlik tədbirləri 
 
Unutmayın! 
Özüyeriyən kombaynlarda sürücü 
kombaynın  işçi  orqanlarını  öndən  müşahidə  edə 
bilir.  Qoşma  kombaynlarda  isə,  kombaynın  işçi 
orqanları  sürücüdən  arxada  yerləşdiyi  üçün  xüsusi 
təhlükəsizlik tədbirlərinə əməl edilməlidir. 
Pambıqyığan  kombaynın  sahədə  işinin  düzgün 
təşkili  qəza və  bədbəxt  hadisələrdən  qorunmanı 
təmin edir (Şəkil 5.14). 
Aqreqatın  işi  zamanı  qəzaların  olmaması 
məqsədilə  kənar  adamların  aqreqatın  iş  zolağında 
öndə, yanda və arxada durmasına yol verilməməlidir. 
 
Şəkil 5.14.   Pambıqyığan kombaynın tarlada 
işinin düzgün təşkili. 
 
Diqqət! 
Pambıqyığan  kombaynın  şpindelinin 
fırlanma  sürəti yüksək  olduğundan  onun 
təmizlənməsi  kombayn  yalnız  sönmüş  vəziyyətində 
aparılır (Şəkil 5.15). 
Sönmüş halda tənzimlənmənin aparılması qəza 
və baş verə biləcək bədbəxt hadisələrin qarşısını alır. 
 
Şəkil 5.15.   Pambıqyığan kombaynının 
sönmüş halında təmizlənməsi. 
 
5.4.
 
Aqreqatda işləyən insanların qoruyucu geyimləri 
Aqreqatın  işi  zamanı  onu  idarə  edən  mexanizatorun,  işçi  orqanların  işinə  nəzarət edən 
digər  işçilərin  xüsusi  geyimlərlə  təmin edilməsinin  önəmli  olması  haqqında  məlumatlar qeyd 
edilir. Bu məqsədlə mexanizatorun xüsusi geyim paltarları ilə, əlcəklə, başının qorunması üçün 
maska ilə və ayaqqabı ilə təmin edilməsinin vacibliyi qeyd edilir. 
 
Yadda  saxlayın! 
İdarə  etmə  zamanı  mexanizatorun  xüsusi  geyimləri  yığcam  olmaqla 
gödəkcə
 və köynəyi şalvarın içinə salınmalıdır. 
 
5.4.1.
 
Qoruyucu geyimlər 
 
Unutmayın! 
Aqreqatda  işləyən insanlar 
qoruyucu geyimlə təmin edilməlidir (Şəkil 5.16). 
Qoruyucu  geyimlər  işçilərdə  qəza ilə 
nəticələnmənin riskini azaldır və iş məhsuldarlığına, 
onun işinin səlisliyinə şərait yaradır. 
 
Şəkil 5.16. Qoruyucu geyimlər. 
95 
 


 
5.4.2.
 
Eynəkdən istifadə 
 
Yadda  saxlayın! 
Tarlada  iş  zamanı  gözlərin 
qorunması vacibdir (Şəkil 5.17). 
Eynəkdən istifadə  baş  verə  biləcək  bir  sıra 
qəzaların qarşısının alınmasında vacibdir. 
 
Şəkil 5.17. Gözlərin qorunması üçün eynək. 
5.4.3.
 
Qoruyucu kaskadan istifadə 
 
Yadda  saxlayın! 
İş  zamanı  mexanizatorun 
qəzadan  qorunması  məqsədi ilə  başında  qoruyucu 
kaskanın olması əsas şərtdir (Şəkil 5.18). 
 
Şəkil 5.18. Qoruyucu kaska 
5.5.
 
Gurultu (səs-küy) əleyhinə qulaqlıq 
 
Yadda saxlayın!
 Aqreqatla iş zamanı səs-küyün 
olması  mexanizatorun  tez  yorulması  və  iş 
keyfiyyətinin azalması ilə nəticələnir. 
Qəzadan və  tez  yorulma  hallarından  mühafizə 
məqsədi ilə  mexanizatorun  qulaqlıq  taxması 
məqsədəuyğundur (Şəkil 5.19). 
 
Şəkil 5.19. Qəza və yorulmadan mühafizə 
qulaqlığı. 
5.5.1.
 
Texnikada 
səs-küyün 
səviyyəsinin 
ölçülməsi 
 
Yadda  saxlayın!  Səs-küyün  səviyyəsi
  səs 
təzyiqinin (səs dalğalarının) diapazonu 20 hs-18 khs 
olan xüsusi səs ölçən cihazla yoxlanılır. 
Səs-küyün səviyyəsinin çoxluğu mexanizatorun 
tez  yorulması  və  nəticədə  qəza ilə  nəticələnməsinə 
əsas ola bilər. 
Traktorların  və  kombaynların  kabinadakı  səs 
diapazonu  VŞV-003-M2  səs ölçən cihazla ölçülür 
(Şəkil 5.20). 
 
Şəkil 5.20. Səs diapazonu ölçən VŞV-003-M2 
cihazı. 
96 
 


 
Yadda  saxlayın! 
Gurultu və  səs-küydən  qorunmaq  üçün  CLASS  AXİON  820  traktor 
kabinəsi izolyasiya edilir. 
Gurultu və səs küy mexanizatorun iş görmə qabiliyyətinə mənfi təsir göstərir və bədbəxt 
hadisə ilə nəticələnə bilər. 
Unutmayın!  Mexanizator
  və  ya aqreqatda 
işləyən  işçinin  işləmə  qabiliyyətinə  mənfi təsir 
göstərən  əsas  şərtlərdən biri də  onun  maska  ilə 
təmin edilməsidir (Şəkil 5.21). 
 
Aqreqatda işləyən şəxslərin üzünü
 qorumaq 
üçün  onların  maska  taxması  qəza və  bədbəxt 
hadisələrdən yayınmaya səbəb olur. 
 
Şəkil 5.21. Üz qoruyucu maska.
 
 
 
 
 
Sərbəst iş üçün tapşırıqlar 
1.
 
Aqreqatla iş zamanı qəza və zədələnmələrdən mühafizə üzrə təlimat qaydalarını sadalayın; 
2.
 
Kənd təsərrüfatı maşınlarının nəqliyyatı zamanı qəza hallarının qarşısının alınma tədbirləri 
hansılardır; 
3.
 
Qəza zamanı mexanizatorun zədələnmələrdən mühafizə tədbirlərini izah edin;  
4.
 
Aqreqatın təmiri zamanı zədələnmələrdən mühafizə üçün hansı tədbirlər görülməlidir; 
5.
 
Enişli  və  yoxuşlu  hissəsi  olan  yollarda  texnikanın  dayandırılması  zamanı  yarana  bilən 
təhlükəni izah edin; 
6.
 
Yüksək gərginlikli elektrik xətləri keçən ərazilərdə işləyərkən təhlükəsizlik tədbirlərini izah 
edin. 
7.
 
İldırım vurmasını izah edin. 
8.
 
Məhsul yığımı zamanı qəza və zədələnmələrdən mühafizə sadalayın; 
9.
 
Aqreqatda işləyən insanların təmin edilməli olduğu qoruyucu geyimlər hansılardır. 
10.
 
Gözlük və üz maskalarının əhəmiyyətini izah edin. 
11.
 
Səsdən qoruyucu baş geyimi haqqında məlumat verin. 
97 
 


 
 
Praktiki tapşırıqlar və fəaliyyətlər
 
 
Fəaliyyət 
Tapşırıqlar 
1.
 
Qəza və zədələnmələrdən müdafiə.
 

 
İş geyiminizi geyinin. 
 

 
Hüquqi qaydalarla tanış olun. 
 

 
Aqreqatın işi zamanı baş verə biləcək 
təhlükəsizlik tədbirləri haqqında təlimatlanın.
 

 
Yeni maşın, texnika və ya aqreqatdan istifadə 
zamanı təlimatların təhlükəsizlik mühəndisi və 
həmin bölmənin mütəxəssisi tərəfindən yerinə 
yetirilməsi vacibdir. 

 
Təmir emalatxanasında texnikanın təmir şəraitini 
izah edin. 

 
Təmir zamanı təhlükəsizlik texnikasına əməl 
edilməsini şərh edin. 

 
Zədələnmələr zamanı ilk yardım edilməsi üçün 
lazım olan işlərin yerinə yetirilmə vəziyyətini 
araşdırın. 

 
Alınan nəticələri qrup yoldaşlarınızla birlikdə 
müqayisə və müzakirə edin. 
 
2.
 
Texnikanın yolda nəql etdirilməsi və 
dayandırılması zamanı təhlükəsizlik 
tədbirləri. 

 
Bu tapşırıq müəllimin və təlim ustasının iştirakı 
və nəzarəti altında yerinə yetirilməlidir. 

 
Yaşadığınız ərazidə intensivliyi yüksək olan yol 
kənarında müşahidə məntəqəsi hazırlayın. 

 
Məntəqəyə lazım olan cihaz və avadanlıqları, 
fotoaparat tədarük edin. 

 
Məntəqənin yol kənarından 20-30 metr kənarda 
olmasını təmin edin. 

 
Yolda hərəkət edən traktor və digər aqreqatları 1 
saat ərzində müşahidə edin. 

 
Nəqliyyat vasitələrinə nəzərən texnikanın 
mövqeyini, sürətini, yolun hərəkət hissəsinə 
nəzərən tutduğu zolağın enini müşahidə edin. 

 
Yol kənarında dayandırılmış texnikanın şəklini 
çəkib, şəkil üzrə yolun mailliyini (eniş və 
yoxuşluğunu) araşdırın. 

 
Texnikanın təhlükəsiz dayandırıldığını təhlil edin 

 
Əks halda qaydaların pozulduğunu qeyd edin. 

 
Texnikanın enişdə və yoxuşda dayandırılması 
qaydalarını izah edin.  
98 
 


 
3.
 
Pambıqyığan və ya taxılyığan  
kombaynda işləyərkən qoruyucu 
geyimlərdən istifadə. 

 
İş geyimlərini müvafiq qaydada sərgiləyin. 
 

 
Pambıqyığan kombaynın işi zamanı baş verə 
biləcək təhlükəsizlik tədbirləri haqqında məlumat 
verin.
 

 
Taxılyığan kombaynın işi zamanı baş verə biləcək 
təhlükəsizlik tədbirləri haqqında məlumat verin.
 

 
Əlcək, gözlük, baş örtüyü və qoruyucu 
geyimlərdən istifadə edilmədikdə baş verə biləcək 
təhlükələri sadalayın. 

 
Mövsümdən asılı olaraq kombaynın birində 
nizamlama işləri aparmaq üçün hazırlaşın və 
qaydaları izah edin. 

 
Əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla 
birlikdə müqayisə və müzakirə edin.
 
4.
 
Mühərrikli kənd təsərrüfatı 
texnikası ilə işləyərkən gurultu və 
səs küyün müəyyən edilməsi. 

 
Texnikanın mühərrikini işə salın və kabinənin 
qapısını örtün. 

 
Traktor dayanmış halda mühərrik işləyə-işləyə 
kabinəsində  yaranan səs küyü qulaqlıqsız 
vəziyyətdə dinləyin. 

 
Təsərrüfatın birində kombaynda və ya traktorda 
yaranan gurultunu və səsi ölçün. Aqreqatın işi 
zamanı yaranan gurultu, səs-küydən qorunmaq 
məqsədi ilə mexanizatorun istifadə etdiyi geyim 
haqqında məlumat verin. 
 

 
Traktorla aqreqatlaşmış hər hansı kənd 
təsərrüfatı aqreqatı ilə əməliyyat yerinə 
yetirərkən, yəni mühərrik yüklü vəziyyətdə 
işlədikdə kabinada  yaranan səs küyü qulaqlıqsız 
vəziyyətdə dinləyin. 

 
Traktor dayanmış halda və hansı kənd təsərrüfatı 
aqreqatı ilə əməliyyat yerinə yetirərkən 
qulaqlıqdan istifadə etməklə yaranan səs küyün 
təsirini müqayisə edin. 

 
Gözlərin və üzün qorunması üçün mexanizator 
istifadə etdiyi eynək və maskanın mahiyyətini 
izah edin 

 
Əldə etdiyiniz nəticələri müqayisə edin və nəticə 
verin. 
 
 
99 
 


 
 
Nəzəri biliklərin qiymətləndirilməsi 
Test 5 
 
Sual  1.
  Yeni  maşın,  texnika  və  ya aqreqatlardan istifadə  zamanı  qəza və  zədələnmələrdən 
qorunmaq məqsədilə mexanizatora olan tələblər. 
A)
 
Hüquqi qaydaları və təhlükəsizlik tədbirlərini bilməlidir; 
B)
 
Yeni maşın, texnika və ya aqreqatları idarə etməyi bacarmalıdır; 
C)
 
Maşın, texnikanı ictimai yolda idarə etmə qaydalarını bilməlidir; 
D)
 
İstehsalat  zamanı  baş  vermiş  bədbəxt  hadisə  üçün zərərçəkən  şəxsə  ilk  yardım  göstərə 
bilməlidir. 
 
Sual 2.
 Aqreqatın işçi orqanlarının tənzimlənməsi və təmirinə hansı halda icazə verilməlidir? 
A) Aqreqat sahədə dayanmış halda və işçi orqanlar işçi vəziyyətində olduqda; 
B) Aqreqatın işçi vəziyyətində və sahədə; 
C) Aqreqat söndürülmüş halda olmaqla təmir üçün ayrılmış yerlərdə; 
D) Aqreqatın işçi orqanları dayandırılmadan və sahədə nasazlıq yaranan yerdə. 
 
Sual 3.
 Aqreqatı idarə edən mexanizator iş zamanı hansı qoruyucularla təmin edilməlidir? 
A) Geyimlər, əlcək, ayaqqabı, eynək və baş qoruyucu
B) Səs-küy əleyhinə səs ölçən cihazla; 
C) Kabinədə səsin yayılmasını gecikdirən xüsusi izolyasiyalı örtüklərlə; 
D) VSV-003 M2 səs ölçən cihazlar. 
 
Sual 4.
 Tarlada aqreqatla iş zamanı səs-küydən qorunma aləti: 
A) Göz üçün eynək; 
B) Qulaqlıq; 
C) İlişmə olmaması üçün xüsusi geyim; 
D) Üz qoruyucu maska. 
 
Sual 5.
 Aqreqatın işi zamanı yaranmış səs təzyiqi diapazonunun hüdudları: 
A) 20 hs-18  khs; 
B) 10 hs-10 khs; 
C) 15 hs-20 khs; 
D) 15 khs-20 khs. 
 
Sual 6.
 CLASS AXİON 820 traktorunun işi zamanı səs-küyün kabinaya yayılmaması üçün görülən 
işlər: 
A) Səs-küyün kabinadan çıxması üçün yuxarı hissədə nəfəsliyin açılması; 
B) Mexanizator qulaqcıq taxır; 
C) Səs-küy yayılmasının qarşısını almaq üçün kabinin qapısının germetik örtülməsi; 
D) Kabinə xüsusi izolyasiya materialları ilə örtülür. 
100 
 


 
CAVABLAR
 
Təlim nəticəsi 1 üzrə 
düzgün cavablar
 












 
Təlim nəticəsi 2 üzrə 
düzgün cavablar
 












 
Təlim nəticəsi 3 üzrə 
düzgün cavablar
 












 
 
 
Təlim nəticəsi 4 üzrə 
düzgün cavablar
 












 
Təlim nəticəsi 5 üzrə 
düzgün cavablar
 












 
 
101 
 


 
ƏDƏBIYYAT SİYAHISI
 
1.
 
Инструкция по эксплуатации трактора«CLASS АXİON 820-850».2007 
2.
 
Инструкция по эксплуатации комбайна«CLASS MEGA 350». 2008  
3.
 
Инструкция по эксплуатации хлопкоуборочного комбайна 
Cotton Ekspress 420, 2010 
4.
 
Инструкция по эксплуатации хлопкоуборочным комбайнам JOHN DEERE 7760. 2008 
5.
 
http://www.claas.com 
6.
 
www.ya-fermer.ru/obshchie-pravila-bezopasnoy-raboty-na-traktore 
7.
 
https://xn----itbachmidudk6msa.xn--p1ai/korobka-peredach-traktora-t-150k.html
 
8.
 
https://www.google.com/search?q=рычаг+коробки+передач+тракторов&client=firefox 
9.
 
www.claas.ru/produkte/traktoren/axion850_820 
10.
 
https://ru.wikipedia.org/wiki/3 
 
11.
 
http://docs.cntd.ru/document/gost-959-91 
12.
 
www.ohaus-cis.ru/laboratory/electrochem/starter-portable/ 
13.
 
https://ru.wikipedia.org/wiki/Свинцово-кислотный_аккумулятор 
14.
 
https://www.youtube.com/watch?v=2qpwO0g7XhU 
15.
 
http://technology.snauka.ru/2012/05/946 
16.
 
http://autopoisk24.net/agriculturalvehicle/posevnaya-i-posadochnaya-
tehnika/zernovyye- seyalki 
17.
 
http://www.knauf.spb.ru/seyalki/mery-bezopasnosti-pri-rabote-s-seyalkami.html 
18.
 
http://vgtz-traktor.ru/novosti/vidy-priborov-dlya-izmereniya-davleniya 
19.
 
http://sxteh.ru/mess123.htm
 
20.
 
http://www.agrohimmash.ru/ 
21.
 
http://forca.ru/knigi/arhivy/naladka-elektroustanovok-14.html 
22.
 
http://www.zerno-ua.com/wp-content/uploads/zerno_verstka_03_09.pdf 
 
102 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə