İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   23   24   25   26   27   28   29   30   31

 
4.4.1.
 
Belarus 
traktorlarının 
elektrik  
avadanlıqları və xətləri 
Belarus  traktorlarının  elektrik  xətləri  və 
avadanlıqları şəkil 4.18-də verilmişdir. 
 
 
Şəkil  4.18. Belarus traktorunun elektrik 
avadanlıqları və xətləri. 
1 - səs siqnalı;  
2 - generator;  
3 - közərmə şamları;  
4 - relenizamlayıcı;  
5 - ampermetr;  
6 - dönmə siqnalizatoru;  
7 - səs siqnalının qoşucusu;  
8 - dönmə siqnallarının qoşucusu;  
9 - fanar;  
10 - nömrə nişanının işıqlandırma fanarı;  
11 - birləşdirici;  
12 - “kütlə” birləşdiricisi;  
13 - dayanacaq siqnalının qoşucusu;  
14 - starter;  
15 - qoruyucuların qutusu. 
 
 
4.4.2.
 
Traktorların, özüyeriyən kombaynların 
 
elektrik, kabel xətlərinin nasazlıqları 
 
Unutmayın!
  Maşın,  texnika  və  ya aqreqatdan 
istifadədən  sonra  elektrik,  kabel  xətlərinin 
nasazlıqları yoxlanılır. 
Bunun üçün testerdən  istifadə  edilir  (Şəkil 
4.19). 
Testerin  köməyi ilə  elektrik  avadanlıqlarının 
sarğıları,  birləşdirici  naqillər    yoxlanılır  və 
nasazlıqlar aşkar edilir. 
 
Şəkil 4.19. Aqreqatın   elektrik, kabel 
xətlərinin nasazlıqlarının yoxlanılması üçün 
tester. 
79 
 


 
4.4.3.
 
Elektrik ölçmə cihazlarının işinə nəzarət 
Elektrik ölçmə cihazlarının işinə nəzarət etmək, 
elektrik  avadanlıqlarının  xarab  olmasının  və 
qısaqapanma  hallarının  qarşısını  almaq  üçün 
cihazların işə yararlığı vaxtaşırı yoxlanılır. 
Rəqəmli  göstəricili  xüsusi  ölçmə  cihazları, 
voltmetr,  ampermetrdən və  s.  Vaxtaşırı  yoxlanır  və 
istifadəsinin mümkünlüyü müəyyən edilir  (Şəkil 
4.20). 
 
 
4.4.4.
 
Elektrik  avadanlıqlarının  sarğılarının 
ardıcıllığını müəyyən edən indikator 
Elektrik  generatorlarının  starterlərin və  başqa 
elektrik  avadanlıqların  sarğılarının  ardıcıllığını 
müəyyən etmək,  bir  birindən seçmək üçün elektrik 
indikatorundan istifadə edilir (Şəkil 4.21). 
 
 
4.4.5.
 
Traktor  generatorlarının  qayışlarının 
yoxlanması 
Qayış  ötürməsi traktor və  kombaynlarda  geniş 
istifadə edilir. 
Elektrik  generatorlarının  qayışları  keyfiyyətini 
itirəndə  iş  vaxtı  fit  səsinə  bənzər səs  çıxarır  (Şəkil 
4.22). 
Şəkil 4.22-də sağdakı qayış yeyilmiş, çatlamış və 
keyfiyyətini itirmiş qayışdır. 
Soldakı yeni qayışdır. 
Bu  zaman  qayışı  mütləq dəyişmək  lazımdır.  
Qayışlı ötürməsi  yoxlanılır. 
İşçi  orqanın  hərəkəti  qayış  ötürməsi ilə  təmin 
edildikdə  onun  qayışının  tarımlığı  yoxlanılır  və 
nizamlanır. 
JOHN  DEERE
  taxılyığan  kombaynların  işçi 
orqanlarının  qayış  və  zəncir ötürmələri  yoxlanılır. 
Zəncirli intiqala malik hərəkətötürücülərdə quru ot, 
saman, daş və s. ötürməni dayandıra bilər. 
 
 
Şəkil 4.20. Aqreqatın   elektrik, kabel 
xətlərinin nasazlıqlarının yoxlanılması üçün 
tester. 
 
 
 
Şəkil 4.21. Elektrik avadanlıqlarının 
sarğılarının ardıcıllığını müəyyən edən 
indikator. 
 
 
 
Şəkil 4.22. Aqreqatın    işçi orqanlarının 
tarımlığının yoxlanılması. 
80 
 


 
4.4.6.
 
Şinlərin yoxlanması  
 
Diqqət! 
Aqreqatın  istifadəsindən sonra 
təkərlərin təzyiqi və şinlərin işə yararlılığı yoxlanılır 
(Şəkil 4.23). 
Bu məqsədlə  ön və  arxa  təkərlər istismar 
təlimatına uyğun olaraq doldurulmalıdır. 
 
 
4.4.7.
 
Traktor 
və 
kombayn 
təkərlərinin 
qorunması 
Kənd təsərrüfatı  bitkiləri  yığıldıqdan  sonra 
torpaqda qalan kəsilməmiş  gövdə  qalıqları 
quruyaraq sərtləşir  və  traktor hərəkət etdikdə 
təkərlər zədələnə bilir. Təkərlərin  protektoru yeyilir 
və ya kəsilir. 
Odur ki,  bəzi  istehsalçı  firmalar  traktorun  ön 
tərəfindən təkərləri  quru  gövdə  qalıqlarından 
qorumaq üçün xüsusi tərtibatlar hazırlayırlar. 
Case  traktoruna  qabaq  təkərlərin önünə 
quraşdırılır (Şəkil 4.24.) 
 
 
4.4.8.
 
Təkərlərdə havanın təzyiqinə nəzarət 
Aqreqatın  təkərləri  xüsusi  təzyiq ölçən  qurğu 
vasitəsi ilə yoxlanılır (Şəkil 4.25) 
Yoxlanılma  zamanı  təzyiq tələb edilən səviyyədə 
olmadıqda  onun  doldurulması  və  ya  boşaldılması 
nəticəsində təzyiq normal vəziyyətə gətirilir. 
 
 
4.5.
 
Texnikanın  rütubətin,  nəmişliyin,  intensiv 
günəş şüalarının təsirindən  qorunması 
 
Kənd təsərrüfatı  maşınlarında  tez korroziyaya 
uğrayan orqanlarının korroziyadan qorunması üçün 
təlimatlanma qaydalara əməl edilməlidir. 
Rütubət  texnikanın  bütün  hissələrinə  pis təsir 
edir. Metal hissələr rütubətdən və  nəmlikdən 
paslanır,  korroziyaya  uğrayır.  Rezin  və  plastik 
kütlədən  hazırlanmış  hissələr nəmişlikdən və 
rütubətdən  elastikliyini  itirir,  strukturu  pozulur  və 
çatlayır. 
 
Şəkil 4.23. İstifadədən sonra şinlərin 
yararlığının yoxlanılması. 
 
 
 
Şəkil 4.24. Case traktorunun təkərlərini bitki 
qalıqlarından qoruyan qurğu. 
 
 
 
Şəkil 4.25. Təkərli texnikanın təkərlərində 
havanın    təzyiqinin yoxlanılması. 
 
81 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə