İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə29/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   23   24   25   26   27   28   29   30   31

 
 
Sərbəst iş üçün tapşırıqlar 
1.
 
Yeni maşın, texnika və ya aqreqatların istifadədən sonra saxlanılması qaydasını izah edin; 
2.
 
Rayonunuzda fermer təsərrüfatında kənd təsərrüfatı maşınlarının saxlanılması üçün xüsusi  
yerlərin müəyyənləşdirilməsini araşdırın; 
3.
 
Kənd təsərrüfatı maşınlarının işçi orqanların işdən sonra təmizlənməsi qaydasını izah edin; 
4.
 
Elektrik naqil və avadanlıqlarının yoxlanması nə üçün lazımdır; 
5.
 
Kənd təsərrüfatı maşınlarını korroziyadan qorumaq üçün nələri etmək lazım olduğunu deyin;  
6.
 
Soyuq  iqlimli  regionlarda  kənd təsərrüfatı  maşınlarının  saxlanılmasına  qoyulan  xüsusi 
tələblər hansılardır; 
7.
 
Traktorun  soyutma  sistemini  və  elementlərini  soyuq  hava  şəraitində  donmadan qorumaq 
üçün nə edilməlidir; 
8.
 
Traktorda və kombaynda iş zamanı yanacağın səviyyəsini müəyyən edin və cihazın göstərişi 
ilə müqayisə edin; 
9.
 
Fırlanan işçi orqanları nizamlayarkən təhlükəsizlik qaydalarını izah edin. 
 
85 
 


 
 
Praktiki tapşırıqlar və fəaliyyətlər
 
 
Fəaliyyət 
Tapşırıqlar 
1.
 
İsti mühərrikin soyudulması. 

 
İş paltarınızı geyinin. 
 

 
Rayonunuzun təsərrüfatlarının birinə səfər 
edin.
 

 
İşləyən traktorlardan birinin günün sonunda 
dayandırılması prosesində iştirak edin.
 

 
Mexanizatorla birlikdə aqreqatdan istifadədən 
sonra isti mühərrikinin soyudulması qaydasını 
müzakirə edin. 
 

 
Mexanizatorla birlikdə aqreqatdan istifadədən 
sonra isti mühərrikin soyudulmadan 
dayandırılması zamanı baş verə biləcək halları 
və nəticələri müzakirə edin.
 

 
İsti mühərrik soyudulmadan dayandırıldıqda 
soyuducu mayenin genişləndirici qaba dolması 
və mayenin qaynaması prosesini izah edin. 
2.
 
Maşın, texnika və ya aqreqatın 
istifadəsindən sonra saxlanılması.
 

 
İş paltarınızı geyinin. 
 

 
İstifadədən sonra iş gününün sonunda 
texnikanı bitki və torpaq qalıqlarından 
təmizləyin. 

 
Ən çox çirklənmiş işçi hissədə qalıqların 
toplanma səbəbini izah edin. 

 
Mühərrikli maşınların qızmış isti hissələrinin 
tez alışan (yanma qabiliyyətli) materiallardan 
təmizlənməsini yerinə yetirin.
 

 
Təmizlənmiş hissələrin qızmasını xarakterizə 
edin və nəticə çıxarın.
 

 
Parkda texnikanın qısa müddətli saxlanma 
qaydalarının tələblərinə düzgün əməl edildiyini 
yoxlayın.
 

 
Aşkar edilmiş pozuntular haqqında parkın 
maşın həyəti mühəndisi ilə mülahizələrinizi 
bölüşün. 

 
Əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla 
müqayisə və müzakirə edin. 
86 
 


 
3.
 
Traktorlarda, kombaynlarda və digər 
kənd təsərrüfatı texnikasında baş 
verən nasazlıqlara nəzarət edilməsi. 

 
İş paltarınızı geyinin. 
 

 
Traktor  və özüyeriyən kombaynların nasaz 
qayış ötürmələrinin qayışlarını yenisi ilə 
müqayisə edin.
 

 
Aşkar edilmiş nasazlıqları təsvir edin və nə ilə 
nəticələnəcəyi barədə mülahizələrinizi qeyd 
edin. 

 
Təkərli texnikada təkərlərdə havanın təzyiqini 
ölçün, nominal göstəricilərlə müqayisə edin. 

 
Ehtiyac yarandığı təqdirdə təkərlərə tələb 
edilən təzyiqədək hava vurun. 

 
Traktorun və kombaynın elektrik sisteminin 
göstəricilərini yoxlayın və nəticələri qeyd edin. 

 
Əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla 
müqayisə və müzakirə edin. 
4.
 
Pambıqyığan kombaynın istifadədən 
sonra saxlanılması. 

 
İş paltarınızı geyinin. 
 

 
İstifadədən sonra pambıqyığan kombaynın 
bütün işlək orqanları quru ot, pambıq lifləri, toz 
və s.–dən təmizləyin.
 

 
Kombaynın mühərrikinin qızmış isti hissələrini 
tez alışan (yanma qabiliyyətli) materiallardan 
təmizləyin. 
 

 
Pambıqyığan kombaynın istifadədən sonra 
elektrik ötürücü xətləri, kabelləri, hərəkət 
ötürücü qayışlarını yoxlayın. 
 

 
Pambıqyığan kombaynın qısa müddətli 
saxlanma prosesinə hazırlanmasında iştirak 
edin. 

 
Elektrik cihazlarının, qayışların və s. hissələrin 
kombayndan çıxarılıb anbara 
yerləşdirilməsində iştirak edin. 

 
Kombayn təkərlərindən havanı 30 faiz 
boşaldın. 

 
Təsərrüfatda kombaynın təkərləri torpaq 
səthindən 10 santimetrədək hündürlüyə 
qaldırıldığına əmin olun. 

 
Bunun fiziki mahiyyətini izah etməyə çalışın. 
87 
 


 
5.
 
Texnikanın rütubətin, nəmişliyin və 
intensiv günəş şüalarının təsirindən 
qorunması. 

 
İş paltarınızı geyinin. 
 

 
Parkda uzun müddət açıq havada  saxlanmaya 
qoyulan texnika haqında mülahizələrinizi 
söyləyin.
 

 
Rütubətli şəraitdə saxlanılan texnikada 
rütubətin təsirindən nələr baş verə bildiyini 
izah edin. 
 

 
Nəmişliyin traktora, taxılyığan  və pambıqyığan 
kombaynın işçi hissələrinə təsirini izah edin.
 

 
Açıq havada saxlanılan texnikanın rəngini 
qapalı şəraitdə saxlanılan eyni adlı və eyni ildə 
alınmış texnikanın rəngi ilə müqayisə edin. 

 
Uzun müddət saxlanılan texnikada rast 
gəldiyiniz korroziya, paslanmalar haqqında 
qeydlərinizi aparın və onların səbəblərini 
araşdırmağa çalışın. 

 
Saxlanmaya qoyulmuş təkərli texnikanın 
təkərlərində və digər rezinli hissələrində 
yaranan çatlama, qopma halları haqqında 
mülahizələr verin. 

 
Əldə etdiyiniz nəticələri qrup yoldaşlarınızla 
müqayisə və müzakirə edin. 
6.
 
Soyuq hava şəraitində texnikanın 
saxlanması. 

 
İş paltarınızı geyinin. 

 
Lazım olan əşya və avadanlıqları tədarük edin.  

 
Şaxtalı havada traktorun mühərrikinin 
qorunması üçün onu xüsusi örtüklə örtün.  

 
Şaxtalı hava şəraitində akumlatoru traktordan 
açıb isti yerdə saxlayın. 

 
Soyuq havada traktorun mühərrikini starterin 
köməyi ilə işə salmağa çalışın. 

 
Bu zaman starteri qoşulu vəziyyətdə saxlama 
müddətinin 15-20 saniyədən çox olmadığını 
unutmayın. 

 
Mühərrik çətin işə düşərsə onda necə hərəkət 
etmək lazım gəldiyini şərh edin.  

 
Şaxtalı şəraitdə traktorların necə saxlanılması 
haqqında qaydaları nəzərdən keçirin. 

 
Alınan nəticələri və mülahizələrinizi qrup 
yoldaşlarınızla birlikdə müqayisə və müzakirə 
edin. 
 
88 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə