İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə23/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   19   20   21   22   23   24   25   26   ...   31

 
3.11.9.
 
İlişmə  muftasında  səsin  əmələ  gəlmə 
səbəbi 
 
Diqqət! 
Traktorun  ilişmə  muftasının  friksion 
disklərində  yeyilmədən səs  yaranır  və  bu zaman 
yaylar elastikliyini itirir (Şəkil 3.45). 
Şəkil 3.45 -də  
1 - ilişmə muftasının pedalı; 
2 - pedalı geriyə qaytaran yaydır. 
 
Şəkil 3.45. İlişmə muftasında yayların 
elastikliyi 
 
 
 
 
Sərbəst iş üçün tapşırıqlar 
1.
 
Fermer təsərrüfatlarının  birində olan  traktor və ona qoşulmuş kənd təsərrüfatı maşınından 
istifadə edilməsini şərh edin; 
2.
 
Kənd təsərrüfatında məhsul yığımı zamanı hansı təhlükəsizlik tədbirləri görülməlidir; 
3.
 
İctimai yol nəqliyyatında hərəkət zamanı təhlükəsizlik tədbirləri; 
4.
 
Taxıl və ya pambıqyığan kombaynların yığdığı məhsulun bunkerdən boşaldılması prosesində 
iştirak edin; 
5.
 
Aqreqatın işi zamanı yaranmış nasazlıqların aradan qaldırılması qaydalarını izah edin; 
6.
 
Traktorun mühərriklərində yaranan səslərin zonasını mühərrikin üzərində göstərin; 
7.
 
Səsə qulaq asmaqla mühərrikin xarakterik yerlərində  əsas hissələrində səsləri və  yaranma 
səbəblərini izah edin. 
8.
 
Stetoskop vasitəsi ilə mühərrikin əsas səs gələn hissələrini yoxlayın; 
9.
 
Traktorun  ixrac  qazları  ötürən  borusundan  çıxan  tüstünün  rənginə  və  iyinə  görə  nasazlığı 
təyin edilməsində iştirak edin və onu izah edin; 
10.
 
Tapşırıqlarda  əldə  etdiyiniz nəticələri  qrup  yoldaşlarınızla  birlikdə  müqayisə  və  müzakirə 
edin. 
 
66 
 


 
 
Praktiki tapşırıqlar və fəaliyyətlər
 
 
Fəaliyyət 
Tapşırıqlar 
1.
 
Traktorla toxum səpənin 
aqreqatlaşması. 

 
İş paltarınızı geyinin.  

 
Aqreqat işə başlamazdan əvvəl onun  hidravlik 
asma sistemini yoxlayın.  

 
Aqreqatdan istifadə zamanı təhlükəsizlik 
qaydalarına riayət edin. 

 
Aqreqatın idarə edilməsində vəsiqəsi olan və iş 
yerində xüsusi kurs keçmış mexanizatorun olması 
vacibdir.  

 
Aqreqat işlədikdə tarlada çalışanların xəsarət 
almasına yol verilməməlidir.  

 
Səpin aqreqatının işi zamanı toxumun basdırılma 
dərinliyinə diqqət  
yetirmək lazımdır.  

 
Aqreqatın işi düzgün təşkil edilmədikdə səpin 
əməliyyatı keyfiyyətlə  
yerinə yetirilə bilməz. 
2.
 
John Deere 9970 pambıqyığan 
kombaynın işinin təşkili. 

 
İş paltarınızı geyinin.  

 
John Deere 9970 pambıqyığan kombayn ilə işə 
başlamazdan əvvəl onun hidravlik, pnevmatik 
sistemlərini yoxlayın.  

 
Pambıqyığan kombayndan istifadə zamanı 
təhlükəsizlik 
qaydalarına riayət edin. 

 
Pambıqyığan kombaynın idarə edilməsində vəsiqəsi 
olan və  pambıq tarlasında idarəetmə üzrə xüsusi 
kurs keçmiş mexanizatorun olması vacibdir.  

 
Pambıqyığan kombaynın yığıcı bölmələrinin 
cərgəarası ilə uyğunluğunu sahənin kənarında 
kombayn dayanmış vəziyyətdə olanda müqayisə 
edin. 

 
Pambıqyığan kombayn işləmədiyi vəziyyətdə 
kombaynın  kabinəsində sürücünün oturacağında 
oturun, düzgünlüyünü təlimçi müəllimin iştirakı ilə 
araşdırın.  
67 
 


 
3.
 
Traktor mühərriklərinin 
nasazlıqlarının səsə görə müəyyən 
edilməsi 

 
İş paltarınızı geyinin.  

 
Təsərrüfatda olan traktorun mühərrikini işə salın 
və dirsəkli valda yeyilmənin olmasını səsinə görə 
müəyyən edin. 

 
Detonasiya haqqında təcrübəli mexanizatorların 
fikirlərini öyrənin. 

 
Detonasiyanın başvermə səbəbini izah etməyə 
çalışın. 

 
Təsərrüfatda olan traktorun mühərriki işləyə-işləyə 
stetoskopun köməyi ilə xarakterik zonalara qulaq 
asın və səsləri xarakterizə edin. 

 
Porşenlərin qulaqasma zonasına stetoskopla qulaq 
asın, eşitdiyiniz səsləri təsvir edin və porşenlərin 
texniki vəziyyəti haqqında mülahizələrinizi qeyd 
edin. 

 
Dirsəkli valın boyunlarının qulaq asma zonasına 
stetoskopla qulaq asın, eşitdiyiniz səsləri təsvir edin 
və boyun içliklərinin texniki vəziyyəti haqqında 
mülahizələrinizi qeyd edin. 
4.
 
Su nasosuna, generatora, hava 
kompressoruna hərəkət ötürücü 
qayışların tarımlığının yoxlanması 
və nizamlanması. 

 
İş paltarınızı geyinin.  

 
Təsərrüfatda olan traktorun  mühərrik bölməsini 
açın. 

 
Dəmir xətkeş, manometr, açarlar dəsti  və s. lazım 
olan cihaz və avadanlıqları tədarük edin. 

 
Növbə ilə su nasosuna, generatora, hava 
kompressoruna hərəkət ötürücü qayışların 
tarımlığını yoxlayın və alınan rəqəmləri cədvəl 
şəklində tərtib edin. 

 
Alınmış tarımlıq göstəricilərini normativ 
göstəricilərlə müqayisə edib fərqi müvafiq ayda 
cədvələ qeyd edin. 

 
Fərqə görə qayışların tarımlığı haqqında 
mülahizələrinizi qeyd edin. 

 
Lazım gələn qayışın tarımlığını nizamlamaq üçün 
tarımlayıcı qasnağın bərkidici qaykanı zəiflədib, 
qasnağı  tələb edilən tərəfə lazımi qədər çəkin və bu 
vəziyyətdə qasnağı bərkidin. 

 
Təkrar yoxlama aparıb tarımlığı yoxlayın və ölçün, 
normal tarımlıq əldə edilənədək işi davam etdirin. 

 
Cədvəldə yerinə yetirilən işləri qeyd edib 
müəlliminizə təqdim edin. 

 
Alınan nəticələri qrup yoldaşlarınızla müqayisə və 
müzakirə edin. 
68 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə