İxtisasın adı: Aqroservis mütəxəssisi Modulun nömrəsi: 03 Kənd təsərrüfatı maşınlarından istifadə



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix18.05.2018
ölçüsü1,12 Mb.
#44767
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 
3.7.
 
Ayrı-ayrı maşınların güc və məhsuldarlıq həddi  
Hər  bir  texnikanın,  aqreqatın  en  götürümündən,  mühərrikinin  gücündən  asılı  olaraq  
müəyyən  güc  və  məhsuldarlıq  göstəriciləri  vardır.  Özüyeriyən  kombaynların  en  götürümü, 
traktorla aqreqatlaşdırılan maşınların en götürümü istismar təlimat kitabçalarında göstərilir. 
Bu məlumatlar  əsasında  onların  məhsuldarlığını  müəyyən etmək olar. Məhsuldarlıq 
texnikanın  gücünün  imkan  verdiyi  hərəkət sürətindən və  işi  icra  edən  işçi  orqanın  texniki 
imkanlarından  asılıdır.  Məhsuldarlıq  nə  qədər yüksək  olarsa  texnikanın  iş  vahidinə  düşən 
istismar xərcləri azalar və nəticədə becərilən bitkinin maya dəyəri aşağı düşür. Odur ki, hər bir 
mütəxəssis konkret halda texnikanın məhsuldarlığının hesablanmasını bacarmalıdır. 
 
3.7.1.
 
Aqreqatların  məhsuldarlığı 
Hər  bir  texnikanın  vaxt  vahidi  ərzində  yerinə 
yetirdiyi işin həcmi onun məhsuldarlığı adlanır. 
Məhsuldarlıq  aqreqatın  en  götürümündən, 
sürətindən və vaxtdan asılıdır. 
Vaxt  vahidi  olaraq    saat,  növbə,  gün,  sutka, 
mövsüm və  il qəbul  edilir.  Aqreqatın  bu  vaxtlara 
uyğun gələn məhsuldarlığı saatlıq, növbəlik, gündəlik 
məhsuldarlığı, mövsümlük və illik iç həcmi adlanır. 
Məhsuldarlıq  eyni  zamanda  traktorun, 
kombaynın  gücündən  asılıdır,  gücü  çox  olan 
texnikanın  məhsuldarlığı  da  çox  olur.  Güc  çox 
olduqda texnikanın işçi sürəti yüksək olur. 
İşin  həcmi hektarla,  tonla,  kub metrlə  ölçülür. 
Məhsuldarlıq ha/saat, t/saat, ha/növbə və s. ölçülür. 
 
 
 
 
 
 
 
 
?????????????????????????????????????????? ??????əℎ?????????????????????????????????????????????????????? = ???????????? ??????ö??????ü??????ü??????ü ∗
??????şç?????? ??????ü??????ə?????? ∗ 1 ????????????????????????, ha/saat   
 
3.7.2.
 
Taxılyığan kombaynın məhsuldarlığı 
 
Diqqət!  JOHN  DEERE
  taxılyığan  kombaynın 
məhsuldarlıq  həddi  gözlənilməlidir  (Şəkil 3.26). 
Aqreqatın saatlıq məhsuldarlığı: 
W = 0,1 B

 V

T

, ha/saat hesablanır. 
Burada: 
B

 - aqreqatın en götürümü, metr; 
V

 - işçi hərəkət sürəti, km/saat; 
T

 - təmiz iş saatıdır, saat. 
Düsturdakı  0,1  kəmiyyəti sürət  km/saatla, 
maşının en götürümü metrlə ölçüldüyündən yaranan 
əmsaldır. 
 
Şəkil 3.26. Taxılyığan kombaynın 
məhsuldarlığı 
 
57 
 


 
3.7.3.
 
Aqreqatın məhsuldarlığının artırılması yolları 
 
Unutmayın!
  Aqreqatın  iki  növbəli işi,  işin  yerinə  yetirilmə  müddətini  azaldır  və  maşının 
məhsuldarlığını yüksəldir və özünü ödəmə müddətini artırır. 
Yəni,  aqreqatın  gündəlik məhsuldarlığını  artırmaq  üçün  ilk  növbədə  iş  gününün 
uzunluğunu artırmaq olar. 
Aqreqatın hərəkət sürətini və işçi en götürümünü artırmaq onun gündəlik məhsuldarlığını 
artıra bilər. 
Aqreqatın  en  götürümü  zavodun  müəyyən etdiyi və  qoyduğu  göstərici  olduğu  üçün 
istifadəçi tərəfindən dəyişdirilə bilməz. 
Amma  aqreqatın  hərəkət sürətini  aqrotexniki  tələblərin yol verdiyi hədd daxilində
intervalda artırmaq mümkündür. 
Ən vacibi isə növbə vaxtından səmərəli istifadə edilməsidir. Belə ki, boş gedişlərin sayını 
azaltmaqla,  sahələr  arası  keçid  vaxtlarını  azaltmaqla,  texniki  xidmətə  və  texnoloji  xidmətə, 
hazırlıq yekun vaxtlarını azaltmaqla vaxtdan istifadə əmsalını artırmaq olar. Bu zaman təmiz işə 
sərf olunan vaxt artacaq və bununla da vaxtdan istifadə əmsalı artacaqdır. Bu isə növbə ərzində 
aqreqatın məhsuldarlığının yüksəldilməsinə imkan verəcəkdir.  
 
 
3.8.
 
Pambıqyığan kombayndan istifadə 
Pambıqyığan kombaynlardan istifadə edərkən təlimatlanmaq zəruridir. 
Kombaynın quruluşunu dərindən öyrənmək və istismar qaydaları ilə yaxından tanış olmaq 
lazımdır. 
Hər bir mexanizator bilməlidir ki, quruluşunu və istismar qaydasını bilmədiyi texnikanın 
sükanı  arxasında  oturmaq  ciddi  təhlükələr törədə  bilər.  Odur  ki,  burada  pambıqyığan 
kombaynların bəzi xüsusiyyətləri  ilə tanış olmaq məqsədə uyğun hesab edilir. 
 
 
3.8.1.
 
Pambıqyığan  kombaynın  işçi  orqanlarının 
iş vəziyyətində olması 
Pambıqyığan  kombaynın  işi  zamanı  onun  işçi 
orqanları işçi vəziyyətdə olmalıdır.
 
Diqqət! 
JOHN  DEERE
  9970  pambıqyığan 
kombaynın işi zamanı onun işçi orqanlarının tam işçi 
vəziyyətdə olmasına əmin olun 
(Şəkil 3.27)
.
 
 
Şəkil 3.27. Pambıqyığan kombayndan 
istifadə. 
58 
 


 
3.8.2.
 
Pambıqyığan  kombaynın  texnoloji  iş 
prosesi 
Cərgəyə  istiqamətlənmiş  yığan  aparatın 
şpindelləri  pambığı  öz üzərinə  sarıyaraq  götürür  və 
sorucu sistem aparatdan ayıraraq bunkerə yönəldir. 
 
Unutmayın!  JOHN  DEERE  9970
  pambıqyığan 
kombaynların  işində  şpindellərin  işlək vəziyyətdə 
olması  pambıq  itkisinin  qarşısını  alır,  pambığın 
liflərinin zədələnmədən və itkisiz yığımını təmin edir 
(Şəkil 3.28). 
 
 
 
Şəkil 3.28. Pambıqyığan kombaynla itkisiz 
pambıq yığımı. 
 
 
3.8.3.
 
Kombaynın fasiləsiz işinin təşkili 
Kombaynın  bunkeri  dolduqda  onu  dərhal 
boşaltmaq  lazımdır  ki,  vaxt  boş  keçməsin. Yəni 
kombayn  bunkerini  boşaltmaq  üçün  nəqliyyat 
vasitəsi gözləməsin. Bunun üçün nəqliyyat vasitələri 
olmalıdır  və  kombaynın  bunkeri  dolanda  ona 
yaxınlaşıb pambığı qəbul etməlidir. 
İşi  elə  təşkil  etmək  lazımdır  ki,  kombaynın 
bunkerini boşaltmaq üçün qoşqu gözləməsin.  
Qoşqunun kombayn bunkerinin dolmasını 5-10 
dəqiqə  gözləməsi məqsədə  uyğundur.  Nəinki dolu 
kombaynın qoşqunu gözləməsi. 
Kombaynın  boş  dayanması  pambığın  itkisi 
deməkdir, pul itkisi deməkdir. 
 
Yadda  saxlayın!
  JOHN  DEERE  9970 
kombaynının təmiz işi tarlada fasiləsiz əməliyyatların 
təşkilindən asılıdır (Şəkil 3.29): 

 
Pambığın  bunkerə  təmiz sorulma ilə 
ötürülməsi; 

 
Sorma  qurğusunun  düzgün  işləməsinə  əmin 
olma; 

 
Şpindelin pambıq liflərini qırmadan qozadan 
yığılmasını təmin etmə və s. 
 
Şəkil 3.29. Pambıqyığan kombaynın fasiləsiz 
işinin təşkili. 
 
 
 
59 
 


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə